www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya
16
Elm sahəsinin geniĢlənməsi sayəsində psixolinqvisti-
kanın müxtəlif sahələri meydana gəlmiĢdir. Bunlardan ümumi
psixolinqvistika,
xüsusi
psixolinqvistika,
sosial
psixolinqvistika, yaĢ psixolinqvistikasını (ontolinqvistika)
göstərmək olar.
Psixologiya elminin əsas sahələri. Psixologiya çoxsahəli bir
elmdir. Müasir dövrdə psixologiya elminin nisbətən müstəqil
Ģəkildə inkiĢaf edən müxtəlif sahələri vardır. Məhz buna görə
də «psixologiya elmi» deyil «psixologiya elmləri» termininin
iĢlədilməsi daha çox yerinə düĢərdi. Belə ki, hər 4-5 ildən bir
psixologiya elminin yeni bir sahəsinin yaranmasının Ģahidi
oluruq.
Psixologiyanın çoxsaylı sahələrini təsnif etmək üçün
müxtəlif prinsiplərdən istifadə olunur. Hər Ģeydən əvvəl
psixoloji fənnləri fundamental və tətbiqi, ümumi və xüsusi
olmaqla təsnif etmək mümkündür.
Psixologiya elminin fundamental və ya baza sahələri
psixologiyanı və insanların davranıĢını kimliyindən və hansı
fəaliyyət sahəsində çalıĢmasından asılı olmayaraq hamının baĢa
düĢəcəyi Ģəkildə Ģərh etməyə yönəldilmiĢ sahələrdir.
Psixologiyanın bu sahələri psixologiya və insan davranıĢı ilə
maraqlanan adamların hamısı üçün eyni zəruri məlumatları
çatdırır. Bu cür universallığından asılı olaraq psixologiyanın
həmin sahəsi «ümumi psixologiya» adı altında iĢlədilir.
Psixologiyanın tətbiqi sahələrinə gəldikdə buraya onun
bilavasitə təcrübəyə tətbiq olunan sahələrini aid edirlər.
Psixologiyanın ümumi sahələri istisnasız olaraq bütün
elmi istiqamətlər üçün eyni dərəcədə əhəmiyyətli inkiĢaf
problemlərini qarĢısına qoyur və həll edir. Psixologiyanın xü-
susi sahələrinə gəldikdə o, öz qarĢısına hər hansı bir və ya bir
neçə qrup hadisələri öyrənmək məqsədini qoyur.