www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
207
bunu «sadəlövh subyekt» adlandırır. Cavab verilməyə
baĢlananda birinci 6 nəfər qəsdən xətləri səhv qiymətləndirir.
Onlardan sonra cavab verən «sadəlövh subyektlərin» bir çoxu
da xətləri onların təsiri altında qiymətləndirməyə baĢlayırlar.
S.AĢın tədqiqatları komformizmin baĢqa bir maraqlı
cəhətini də aĢkara çıxarmıĢdır. Məlum olmuĢdur ki, «sadəlövh
subyektin» qrup təzyiqi effekti düzəltmə qrup üzvlərinin
miqdarı ilə bağlıdır. Tədqiqat zamanı məlum olmuĢdur ki, əgər
təcrübədə sınanan Ģəxsdən baĢqa «düzəltmə qrup» kimi yalnız
bir nəfər iĢtirak edirsə, qrup «təzyiqi» effekti, demək olar ki,
təzahür etmir; əgər sınanan Ģəxs iki nəfərdən ibarət qrupun rəyi
ilə rastlaĢırsa, qrup «təzyiqi» effekti çox cüzi olur. Düzəltmə
qrup 3 nəfərdən ibarət olduqda, müvafiq effekt tam aydınlığı
ilə təzahür edir. Düzəltmə qrup üzvlərinin sayının daha da
artması qrup «təzyiqi» effektinin də artmasına gətirib çıxarır.
ġəxsiyyətin qrup «təzyiqinə», fikrinə tabe olması daxili
və ya xarici xarakter daĢıya bilir. Xarici konformluq zamanı
qrup təzyiqi götürüldükdən sonra fərd özünün ilkin mövqeyinə
qayıdır. Daxili konformluq zamanı isə qrup təzyiqi aradan
çıxdıqdan sonra da fərd qrupun mövqeyini saxlayır. BaĢqa
sözlə həmin konformluq zamanı fərdin daxili mövqeyi ilə
xarici təzyiq arasında ixtilaf olmur. Ona görə də bu cür
konformluğu bir növ
qrupdaxili təlqin
adlandırmaq müm-
kündür.
Təcrübə göstərir ki, qrup üzvləri arasında konformizmin
əksinə olan hallara da rast gəlmək mümkündür. Bu zaman fərd
qrupun təzyiqinə müxtəlif formalarda müqavimət göstərir, bir
növ neqativ mövqe tutur. Fərdin nə olursa olsun əksəriyyətin
fikirlərini rədd etməsi və heç nəyə məhəl qoymadan onlara əks
çıxması
Dostları ilə paylaş: