MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə207/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   203   204   205   206   207   208   209   210   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya


bu sıralardan hansının Ģəxsiyyətlərarası seçmənin motivasiya 
özəyini təĢkil etdiyini müəyyənləĢdirmək mümkündür. 
Motivasiya özəyi üstünlüyünün müəyyənləĢdirilməsi daima 
bu qrupda sosiometrik göstəricisinin nə üçün məhz bu cür 
olması, nə üçün qrupun bu və ya digər cəhətə üstünlük 
verməsi, 
qrup 
üzvlərinin 
bir 
qisminin 
«ulduzlar» 
kateqoriyasına, baĢqalarının isə «səfillər» kateqoriyasına aid 
edilməsi sualları meydana çıxdıqda onlara cavab vermək, 
qarĢılıqlı münasibətləri anlamağa imkan verir. 
Psixoloji tədqiqatlar zamanı müəyyən olunmuĢdur ki, 
Ģəxsiyyətlərarası münasibətlər strukturunda partnyorun 
seçilməsinin motivasiya özəyinin məzmunu həmin qrupun 
nail olduğu inkiĢaf səviyyəsinin göstəricisi rolunu oynaya 
bilər. Qrupun formalaĢmasının ilk mərhələsində seçmə 
bilavasitə emosional boyalıqla xarakterizə olunur, partnyorun 
seçilməsi üçün orientasiya daha çox zahiri üstünlükləri ilə 
bağlı olur (ünsiyyətlilik, zahiri cəlbedicilik, geyim üslubu və 
s.). Daha yüksək inkiĢaf səviyyəsinə malik olan qrupda isə 
seçmə təkcə ilk təəssüratdan doğan hisslər əsasında deyil, 
birgə fəaliyyət zamanı aĢkara çıxan daha dərin Ģəxsi 
keyfiyyətlərin qiymətləndirilməsi əsasında baĢ verir.
Qrupun inkiĢaf səviyyəsindən asılı olaraq Ģəxsiyyətin 
dünyagörüĢünü, əməyə münasibətini xarakterizə edən 
keyfiyyətlərin «qiyməti» artır.
ġəxsiyyətlərarası seçmənin referentometriya üsulu 
ilə öyrənilməsi
. Məlum olduğu kimi, qrupa sosiometrik 
yanaĢma zamanı Ģəxsiyyətlərarası münasibətlər sistemində 
seçmə üçün əsas amil simpatiya və antipatiyadan ibarət olur. 
Bu zaman adamlar bir-birlərini ona görə seçirlər ki, məhz 
onlarla ünsiyyətdə olmaq, birlikdə iĢləmək, oxumaq, istirahət 
etmək istəyirlər. Lakin psixoloqlar belə bir qənaətə gəlirlər ki, 
yalnız simpatiyanı seçim üçün yeganə əsas hesab etmək düz-
gün olmazdı. Burada baĢqa amillər də seçim üçün əsas gö-
türülə bilər.
Ġnsanın qrupdakı ən mühüm xarakteristikası ondan 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin