Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə25/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   21   22   23   24   25   26   27   28   ...   54
muhazire

Elmi tədqiqatlar
Almaniyada qabaqcıl elmi tədqiqatlar, əsasən elmi tədqiqat institutlarında aparılır. Onlara Helmholts adına Alman Elmi-Tədqiqat 
Mərkəzləri Cəmiyyəti, Fraunqofer adına Cəmiyyət və ya Qotfrid Vilhelm Leybniç adına Elmi Cəmiyyət kimi təşkilatlar daxildirlər. Məhz 
universitetdənkənar elmi tədqiqat müəssisələrində aparıcı alimlər dünyada çox az institutların təklif edə biləcəyi optimal iş şəraiti tapa bilirlər. 


69 
Burada ən məhsuldar alman tədqiqatçıları çalışır, maraqlı elmi nəşrlər işıq üzü görür. Bu xüsusilə Maks Plank adına Cəmiyyətin 77 institutuna 
aiddir. Cəmiyyət 1948-ci il fevralın 26-da yaradılmışdır. Marsda su axtarışı, insan genomu layihəsi, insan davranışlarının öyrənilməsi kimi 
məsələlərin araşdırılmasında Maks Plank adına Cəmiyyətin institutları yaxından iştirak edirlər. Yarandığı 1948-ci ildən bu günə qədər cəmiyyətin 
əməkdaşları 17 Nobel mükafatına və çoxlu sayda digər nüfuzlu beynəlxalq mükafatlara layiq görülüblər.
2007-ci ildə kimya üzrə Nobel mükafatına Maks Plank adına Cəmiyyətin institutlarından birinin direktoru Gerhard Ertl layiq görülüb.
Maks Plank adına Cəmiyyətin cəlbediciliyi onun elmi tədqiqatlara yanaşması ilə əlaqədardır. Onun tərkibinə daxil olan institutlar bütün 
mövzuları özləri müəyyən edirlər. İş üçün optimal şərait yaratmaqda və əməkdaş seçimində də bu institutlar sərbəstdirlər. Cəmiyyətin 
institutlarından birinə rəhbərlik etmək alimlər üçün karyeranın ən uca zirvəsi hesab olunur.
Helmholts adına Cəmiyyətin 16 elmi tədqiqat mərkəzi var. Bunların arasında Ağır İonların Öyrənilməsi Cəmiyyəti (GSII) Alman 
Onkologiya Mərkəzi (DKFZ), Hamburqdakı Alman Elektron Sinxrotron (DESY) və ya Bremerhafendəki Alfred Vegener adına Qütb və Dəniz 
Tədqiqatı institutlarının adlarını çəkmək olar. Bu cəmiyyət Almaniyanın ən iri elmi təşkilatıdır. İllik büdcəsi təxminən 2,8 milyard avro olan 
cəmiyyətdə 28 min əməkdaş çalışır. Cəmiyyətin institutları energetika, torpaq haqqında elmlər, ekologiya, səhiyyə, əsas texnologiyalar, maddənin 
strukturu, eləcə də nəqliyyat və kosmos sahələri ilə məşğuldurlar. Hər il minlərlə əcnəbi alim fiziki və tibbi sınaqlar aparmaq, dünyada ən nadir 
qurğulardan istifadə etmək məqsədilə Helmholts adına Cəmiyyətin institutlarına gəlirlər.
Fraunqofer adına Cəmiyyətin institutları isə sənaye ilə sıx əməkdaşlığa üstünlük verirlər. Cəmiyyətin 80-dən çox elmi tədqiqat müəssisəsi 
tətbiqi tədqiqatlarla, əsasən də mühəndislik elmləri ilə məşğuldur. Cəmiyyətin mütəxəssisləri sifarişləri əsasən kiçik və orta müəssisələrdən 
aldıqları üçün laboratoriyalarla yanaşı, zavod sexlərində də çalışırlar. Cəmiyyətdəki elmi tədqiqat işlərinin illik həcminin dəyəri 1,5 milyard avro 
təşkil edir. Fraunqofer adına Cəmiyyətin Avropa ölkələrində, ABŞ, Asiya və Yaxın Şərqdə filialları var.
Leybniç adına Elmi Cəmiyyətin 86 institutu yalnız həyat və təbiət elmləri sahəsində deyil, həmçinin humanitar, ictimai və iqtisadi elmlər 
sahəsində də ixtisaslaşıb. Cəmiyyətin institutlarında 14 min nəfər çalışır. İllik büdcəsi bir milyard avrodan çoxdur.
Elmi tədqiqatlar innovasiyalar üçün mühüm açardır. İnnovasiyalar isə iqtisadi artımın təkanverici gücüdür. Bunu nəzərə alan federal 
hökumət məqsədyönlü yardım ilə elmi və elmi tədqiqatları daha irəli aparmaq istəyir. Bu məqsədlə 2010-2013-cü illər ərzində təhsil və elmi 
tədqiqatlar sahəsinə xərclərin ümumilikdə, 12 milyard avro artırılması əsas məqsəd kimi qarşıya qoyulub. Bu istiqamətdə əsas hədəf 2015-ci ildən 
gec olmayaraq ümumi daxili məhsulun 10 faizinin bu sahəyə yönəldilməsinə nail olmaqdır. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin