Мцяллифдян


Ultrabənövşəyi  şüalarla  işləmə



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə149/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   405
Ultrabənövşəyi  şüalarla  işləmə.  UltrabənövĢəyi    Ģüalar 

sterilizə  təsirinə  malik  olub,  yüksək  malekullu  bir  çox 

birləĢmələrin quruluĢunu pozur ( o cümlədən, mikroorqanizmlərin 

tərkibinə daxil olanların). 

Mikroorqanizmlərin  ultrabənövĢəyi  Ģüalarla  iĢlənməsi  göstərdi 

ki, radiasiyanın dozası yüksəldikcə, bütün növ mikroorqanizmlərin 

miqdarı  azalır.  UltrabənövĢəyi  Ģüaların  bakterisid  təsiri,  xüsusilə 

məhlulun  nazik  qatında  güclüdür.  Qatın  qalınlığının  2,5mm-ə 

qədər  azalması  mikroorqanizmlərin  bütün  növlərinin  ultrabənöv-

Ģəyi Ģüalarla məhvinə səbəb olur.  

Lakin  laboratoriya  və  yarımsənaye  Ģəraitində  aparılan  sınaq 

ultrabənövĢəyi  Ģüalanmanın  texniki-iqtisadi  çatıĢmazlıqlara  malik 

olduğunu aĢkar etdi. UltrabənövĢəyi Ģüaların bakterisid və kimyəvi 

təsirini  səmərəsi,  dalğanın  uzunluğu  ilə  sıx  əlaqədardır.  Ona  görə 

də  ultrabənövĢəyi  Ģüalarla  sterilizə  etdikdə  enerji  sərfi  yüksək, 



 

~ 224 ~ 


 

etibarlılıq səviyyəsi isə aĢağı olur. ĠĢlənəcək materialı nazik təbəqə 

Ģəklində  yaymağın lazımlığı metodun məhsuldarlığını məhdudlaĢ-

dırır. Bununla belə, ultrabənövĢəyi Ģüaların emal sanayesində tətbi-

qini  tamamilə  pespektivsiz  saymaq  olmaz.  Belə  ki,  avadanlıqların 

(qablar,  borular  və  s.)  ultrabənövĢəyi  Ģüalarla  sterilizəsi  kimyəvi, 

yaxud  termiki  sterilizəyə  nisbətən  daha  səmərəli  və  gigiyenik 

baxımdan əlveriĢlidir. 

Son  zamanlar  müxtəlif  Ģüaların  kombinə  edilmiĢ  təsirindən 

istifadə  geniĢ  tətbiq  sahəsi  tapmıĢdır.  Məsələn,  ultrabənövĢəyi 

Ģüalarla,  ultrasəsin;  infraqırmızı  Ģüalarla  ultrabənövĢəyi  Ģüaların 

birgə təsirindən istifadə olunmaqdadır.  

Fransada  mikrobioloji  bulanmalara  qarĢı  və  yetiĢməni 

tezləĢdirmək  üçün,  infraqırmızı  və  ultrabənövĢəyi  Ģüalardan 

ayrılıqda, eləcə də birlikdə istifadə edirlər.  

MDB-də  bu  istiqamətdə  ilk  təcrübələr  Moldovada,  ―Yaloven‖ 

Elm  Ġstesalat  Birliyində  aparılmıĢdır.  Burada  ―Aktini-Frans‖ 

firmasının  aktinatorundan  istifadə  edilmiĢdir.  Bu  aparat  Ģirə  və 

Ģərabı infraqırmızı və ultrabənövĢəyi Ģüalarla iĢləmək üçündür. O, 

infraqırmızı  və  ultrabənövĢəyi  Ģüalandırma  bloklarından,  borulu 

istilik  mübadiləedicidən,  mərkəzdənqaçma  prinsipi  ilə  iĢləyən  iki 

ədəd nasosdan, elektron avtomat idarə pultundan ibarətdir.    

Aktinatorda  Ģərabın  iĢlənməsi,  spirt  və  alma-süd  turĢusu 

qıcqırmasını,  oksidləĢmədən  yaranan  bulanıqlığı  dayandırır, 

Ģərabın mikrobiloji sabitliyini təmin edir və yetiĢməni surətləndirir. 

Aktinatordan 

Ģirə,  turĢ,  kəmturĢ  və  kəmĢirin  Ģərablar 

hazırlanmasında,  eləcə  də  onların  doldurulmasında,  rezervuar, 

butulka, tıxac və s. sterilizəsində də istifadə etmək olar.  

Ölkəmizdə infraqırmızı və ultrabənövĢəyi Ģüalarla iĢləmə geniĢ 

sənaye həllini tapmamıĢdır. 

Ġndi  bir  sıra  ölkələrdə  atomun  parçalanma  məhsullarının 

buraxdığı  Ģüalardan  da  bioloji  sabitliyi  təmin  etmək  üçün  istifadə 

olunur.  ġüalandırmada  mikroorqanizmlər  çox  tez  məhv  olmaqla, 

onların sporları inkiĢaf etmək qabiliyyətini itirir. 

 



 

~ 225 ~ 


 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin