Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə387/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   383   384   385   386   387   388   389   390   ...   405
İyul-avqust 

Ġyun  ayında  aparılan  iĢlər  bu  aylarda  da  davam  etdirilir. 

Bununla  yanaĢı,  Ģərab  saxlayıcılarının  istidən  mühafizə  olunması 

gücləndirilməlidir.  Metal  rezervuarlarda  açıq  havada  qalan  Ģərab 

materialları  Ģərab  saxlayıcılarına  keçirilməlidir.  Bu  vaxt  rezervu-

arların  baĢı  müntəzəm  Ģəkildə  doldurulmalı,  boĢ  çəllək,  balon  və 

digər  qabların  vəziyyəti  yoxlanmalıdır.  Daim  yadda  saxlamaq 



 

~ 561 ~ 


 

lazımdır ki, temperaturun yüksəlməsi ilə hətta yüksək spirtli Ģərab 

materiallarında süd-turĢu qıcqırmasının baĢ verməsi mümkündür. 

ġərab materiallarının müxtəlif bulanmalara meyilliliyinin sınağı 

əsasında  onların  iĢlənməsi  (emalı)  və  göndərilməsi  aparılır.  Bu 

iĢlərin  iyunda  baĢa  çatdırılması  məqsədə  uyğundur.  Bu  dövrdə 

artıq yeni məhsul mövsümünə hazırlıq iĢlərinə baĢlamaq lazımdır.  

Avqust  ayında  lazım  gələrsə  yetiĢdirilməyə  qoyulmuĢ  Ģərab 

materiallarının  üçüncü  köçürülməsi  aparılır.  Onların  sayı  Ģərabın 

tipindən  asılıdır.  Zərif  və  yüngül  təbii  Ģərablar,  həmçinin  muskat 

üzüm  sortlarından  hazırlanan  incə,  yüksək  ətirli  desert  Ģərab 

materiallarının  yetiĢdirilməsi  hallarında  adətən  iki  köçürülmə  ilə 

kifayətlənilir.  Qırmızı  təbii  Ģərablar,  xüsusilə  də  yüksək  ekstraktlı 

tündləĢdirilmiĢ Ģərablar üçün 3 köçürülmə tələb olunur. Üçüncü – 

qapalı  olub,  adətən  20-30  mq/dm

3

  miqdarında  sulfitləĢdirilməklə 



müĢayət  olunur.  Bəzən  bu  köçürülmələr  zamanı  Ģərab  materialı 

çəlləkdən balonlara, yaxud emallı rezervuarlara keçirilir.  

Növbəti  mövsümə  hazırlıq  iĢləri  baĢa  çatdırılır,  təmiz  maya 

məhlulları elə  hesabla  sifariĢ  edilir  ki,  mövsümün baĢlanmasından 

bir  neçə  gün  əvvəl  zavodda  ola  bilsin.  Texnoloji  təminatın  dəqiq-

liyi  yoxlanır və təmiri baĢa çatdırılır. Gözlənilən üzüm məhsuluna 

uyğun texnoloji rezervuarların mövcudluğu və keyfiyyəti bir daha 

yoxlanır.  ġərabın  kateqoriya  və  tipindən  asılı  olaraq,  Ģirənin 

qıcqırdılması  və  Ģərabın  hazırlanması  üçün  təzə  və  Ģərab  altından 

çıxmıĢ qablar hazırlanır. Belə iĢlərdə gecikməyə yol vermək olmaz, 

çünki sentyabrda hava Ģəraiti üzümün vaxtından əvvəl yığılmasına 

səbəb ola bilər.  

Üzümün  texniki  yetiĢkənliyini  və  təqvim  müddətində  yığıl-

masını  müəyyən  etmək  üçün  yetiĢmə  dinamikasına  –  Ģəkərlik  və 

titrləĢən turĢuluğa müxtəlif metodlarla nəzarət edilir (sahə metodu, 

laboratoriya və nümunəvi yığım aparılmaqla).  

ġərabçı üzümün gözlənilən daxil olmalarını nəzərə alaraq, Ģərab 

materialının hazırlanmasının iĢçi planı və növbəti mövsümə təqribi 

iĢ qrafikini tərtib etməlidir.  

 

 




 

~ 562 ~ 


 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   383   384   385   386   387   388   389   390   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin