Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə388/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   384   385   386   387   388   389   390   391   ...   405
Sentyabr-oktyabr 

Sentyabrın  əvvəlinə  üzüm  emalına  hazırlıqla  bağlı  bütün  iĢlər 

baĢa  çatdırılır:  binaların  təmiri,  texnoloji  təchizat  və  rezervuarlar, 

inventarlar,  nəqliyyat  vasitələri  və  qablar  (üzümü  emala  daĢımaq 

üçün).  Lazım  gələrsə  rezervuarların  təmizliyi  bir  daha  yoxlanır. 

Sentyabrın əvvəlində Ģərab saxlayıcıları kükürdlə tozlandırılmaqla 

dezinfeksiya edilir.  

Sentyabrda  üzüm  yetiĢir.  Ona  görə  də  Ģəkər  və  titrləĢən 

turĢuluğun  dəyiĢmə  dinamikası  üzərində  nəzarət  gücləndirilir. 

Müxtəlif  sahələrdə  yerləĢən  texniki  sortlar  üzərində,  xüsusilə  də 

oynaq  Ģərablar  üçün  sortlar  üzərində  nəzarət  aparılır.  Tam 

yetiĢkənlik  baĢlayana  qədər  bu  göstəricilər  3-6  gün  müddətində 

stabilləĢir.  Bu  halda  texniki  yetiĢkənlik  tam  yetiĢkənliklə  üst-üstə 

düĢür.  Yalnız  oynaq  və  yüngül  ağ  süfrə  Ģərabları  hazırladıqda  o- 

əvvələ,  desert  və  likor  Ģərablar  üçün  isə  sonraya  düĢür.  Tam 

yetiĢkənlikdə gilələr sorta məxsus rəng alır. Ətir və dadda üzümün 

sort  və  xüsusiyyətləri  dəqiq  əks  olunmuĢ  olur.  ġərab  material-

larının  keyfiyyəti  üçün  gilələrin  nəql  edilməsi  az  əhəmiyyət  kəsb 

etmir.  Ġndi  üzümün  qabsız  nəql  edilməsi  geniĢ  tətbiq  olunur.  Bu 

məqsədlə üzüm konteynerləri KVA, KVS və qoĢqulu traktor lafeti 

TVP-2,5  istifadə  edilir.  Konteynerlərdə  üzüm  qatının  qalınlığı  60 

sm-i ötməməlidir. 

Oktyabr – Ģərabçılıqda əsas ay olub, nisbətən isti iqlimi və çox 

olmayan yağıntılarının miqdarı ilə səciyyələnir.  

Ukrayna  (Rusiyanın  isə  bir  hissəsi)  Ģərabçılığında  təbii 

Ģərabların, xüsusilə də ağ təbii Ģərabların istehsalının yüksəldilməsi 

tendensiyası  müĢahidə  olunmaqdadır.  Onlar  üzüm  giləsinin  hiss 

olunan  meyvə  ətrinə  (buketinə),  harmonik,  kifayət  qədər  yumĢaq 

və  mötədil  ekstraktlı,  təzə  dadlı  və  oksidləĢməsiz  olmalıdır. 

ġərabda  bu  göstəriciləri  almaq  üçün  müəyyənedici  texnoloji 

üsullardan  biri  əzintidə  qısa  müddətli  (6  saata  qədər)  15-20

0



temperaturda  saxlamaqdır.  Lakin  Ģərabçı  hər  sort  və  torpaq-iqlim 

Ģəraiti üçün konkret rejimi özü dəqiqləĢdirməlidir.  

Qıcqırtma  binaları  xüsusilə  qıcqırtma  dövründə  əmələ  gələn 

karbon qazını kənar etmək üçün yaxĢı havalandırılmalıdır. 




 

~ 563 ~ 


 

Tünd  və  desert  Ģərablar  üçün  Ģərab  materialları  alındıqda, 

mütləq  Ģirə  yaxud  əzintinin  bir  qədər  qıcqırdılmasından  sonra, 

tələb olunan kondisiyayadək spirtlənməsi aparılmalıdır. Bəzən qatı 

Ģirə  (vakuum  Ģirəsi,  bəhməz)  yaxud  qatı  Ģərab,  Ģəkərliyi 

yüksəltmək üçün  isə Ģirə əlavə olunur.  Lakin bu 5 q/100  sm

3

-dən 


çox olmamaq Ģərti ilə aparılmalıdır.  

Oktyabrda  əvvəlki  illərdən  qalmıĢ  Ģərab  materiallarının  üçüncü 

köçürülməsi  baĢa  çatdırılır.  Əvvəlki  illərdən  qalan  Ģərabların  baĢı 

doldurulur.  Butulkaya  doldurulmaq  üçün  olan  Ģərabın  üçüncü 

köçürülmə  vaxtı,  onun  bulanmalara  davamlılığı  yoxlanır.  Təbii 

Ģərablarda sulfit turĢusunun miqdarı təyin edilir və lazım gəldikdə 

sərbəst kükürd qazı 20 mq/dm

3

 miqdarına çatdırılır.  




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   384   385   386   387   388   389   390   391   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin