M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ


İxtisarların və qısaltmaların tələffüzü



Yüklə 499,8 Kb.
səhifə42/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   38   39   40   41   42   43   44   45   ...   76
İAK.Kitab.son

4. İxtisarların və qısaltmaların tələffüzü

4.1. İxtisarlar onları təşkil edən hərflərin sayından, sait və samit hərflərin yerləşməsindən, yalnız samit və ya sait hərflər əsasında formalaşmasından asılı olaraq aşağıdakı kimi tələffüz olunur:


4.1.1. ixtisarlar yalnız sait və ya samit hərflərdən ibarət olduqda, onlar hərflərin əlifbadakı adlarına uyğun tələffüz olunur: Elmlər Akademiyası – EA [E-A], Dövlət Təhlükəsizliyi Xidməti – DTX [De-Te-Xe], Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası – BŞTTTYS [Be-Şe-Te-Te-Te-Ye-Se] və s.;
4.1.2. sait və samit hərflərdən ibarət olan ixtisarlar sait hərflərin yerləşməsindən asılı olaraq aşağıdakı kimi tələffüz olunur:
1. ixtisardakı birinci hərf sait, ondan sonra gələn bütün hərflər samit olduqda, hərflər əlifbadakı adlarına uyğun tələffüz olunur: Avropa Şurası – AŞ [A-Şe], Amerika Birləşmiş Ştatları – ABŞ [A-Be-Şe], Ümumdünya Demokratik Gənclər Federasiyası – ÜDDGF [Ü-De-De-Ge-Fe] və s.;
2. sait hərf ixtisarın ortasında və ya sonunda olduqda, ondan əvvəl və ya sonra gələn samit hərflər yazı qaydasına uyğun tələffüz olunur: Yeni Azərbaycan Partiyası – YAP, Bütöv Azərbaycan Birliyi – BAB, Dünya Azərbaycanlıları Konqresi – DAK, Xəzər Dəniz Gəmiçiliyi Texniki İstehsalat Birliyi – XDGTİB [Xe-De-Ge-TİB], Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti – KHVTİC [Ke-He-Ve-TİC] və s.;
3. tərkibində iki və daha artıq sait hərf olan ixtisarlar əsasən, heca tələffüzü ilə deyilir: NATO [NA-TO], ATƏT [A-TƏT], AMEA [A-ME-A], Kama avtomobil zavodu – KAMAZ [KA-MAZ] və s.;
4.1.3. tərkibində L, M, N, R hərfləri olan ixtisarlarda, həmin hərflərdən əvvəl gələn digər samit hərfin adındakı sait səs nisbətən uzun tələffüz olunur: Birləşmiş Millətlər Təşkilatı – BMT [Be:M-Te], AFR [A-Fe:R], Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – ƏƏSMN [Ə-Ə-Se:M-eN], Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi – BŞMŞBİ [Be-Şe:M-Şe-Bİ] və s.
4.2. Bəzi qısaltmalar yazıldığı kimi tələffüz olunur: Azərnəşr [Azərnəşr], Azneft [Azneft] və s.



Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin