MƏHƏBBƏT İKSİRİ


«Sizə çatan müsibətlər öz əməllərinizin nəticəsidir»



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix27.11.2019
ölçüsü2,25 Mb.
#29722
1   2   3   4   5   6   7   8   9   ...   12
Şeyx Rəcəbəli


«Sizə çatan müsibətlər öz əməllərinizin nəticəsidir».
1
 
İmam Əli (ə) bu ayənin təfsirində belə buyurur: 
«Günahlardan  uzaq  olun,  çünki  bütün  bəlalar,  ruzinin 
çatışmamazlığı,  günah  vasitəsilədir.  Hətta  bədəndə  baş  verən 
cızılmalar, yerə yıxılmaq və müsibət görmək də. Çünki, Allah-
taala  belə  buyurur:  “Sizə  çatan  hər  bir  müsibət,  sizin  öz 
əllərinizlə gördüyünüz işlərin nəticəsidir».
2
 
Əgər  insan  doğrudan  da  öz  çirkin  əməllərinin  təkcə 
axirətdə  onu  əzab-əziyyətə  salmasına  deyil,  həm  də  dünya 
həyatında müxtəlif çətinliklərə düçar etməsinə səbəb olmasına 
inansa,  heç  vaxt  çirkin  işlərə  əl  atmaz,  ona  yaxın  da  düşməz. 
Bu inanc nə qədər qüvvətlənsə saleh insanların tərbiyəsi üçün 
lazım olan şərait bir o qədər artacaqdır. 
Cənab  Şeyx  ilahi  bəsirət  və  bərzəx  gözləri  sayəsində 
insanın  yaramaz  əməlləri  ilə  onun  düşdüyü  çətinliklər 
arasındakı  əlaqəni  görür  və  onu  bəyan  etməklə  camaatın 
müsibətlərinin  aradan  qalxmasını  və  çətinliklərinin  həll 
olmasına 
kömək 
edirdi. 
Onların 
ruhi 
cəhətdən 
saflaşdırılmasında  bu  yoldan  istifadə  edərək  onları  insani 
kamallara doğru hidayət edirdi. 
HƏTTA SİZƏ BELƏ NİSYƏ VERİLİR 
Şeyxin  övladlarından  biri  deyir:  Bir  gün  mərhum  Mürşid 
Celuyi 
Məruf, 
Şeyxin  hüzuruna 
gələndə 
qazancının 
azalmasından  gileylənib  dedi:  Qardaş!  Bu  nə  vəziyyətdir  ki, 
                                                      
1
 Şura surəsi 30-cu ayə 
2
  Xisal, 10/616, Biharul-ənvar, 73/350/47. 

 
101 
biz buna düçar olmuşuq? Əvvəllər vəziyyətimiz çox yaxşı idi, 
gündə  üç-dörd  qazan  plov  bişirib  satırdıq,  müştərilərimiz 
olduqca  çox  idi.  Amma  vəziyyət  birdən-birə  dəyişdi, 
müştərilər azalmağa başladı. Gündəlik bir qazan bişiririk, onu 
da sata bilmirik. 
Şeyx bir az fikirləşib dedi: 
«Öz təqsirindir ki, müştəriləri qapıdan qaytarırsan».  
Mürşid  dedi:  Mən  bir  kəsi  qaytarmamışam,  hətta  uşaqları 
belə qəbul edir və onlara kababın yarısını verirəm. 
Şeyx buyurdu: 
«O  seyyid  kim idi  ki,  üç  gün  nisyə  xörək  yedikdən  sonra, 
axırıncı dəfə itələyib dükandan çölə saldın?!» 
Mürşid vahiməli halda Şeyxin yanından çıxdı və qaça-qaça 
o seyyidi axtarmağa başladı. Tapdıqdan sonra üzürxahlıq etdi, 
daha sonra dükanının qabağından bir tablo asıb üzərində belə 
yazdı:  «Nisyə  verilir,  imkanımız  miqdarında  əl  borcu  da 
verilir!”
1
  
UŞAĞI İNCİTMƏK 
Şeyxin  məşhur  şagirdlərindən  biri  deyir:  İki  yaşlı  oğlum 
(hal-hazırda  təqribən  qırx  yaşı  vardır)  evi  buladığına  görə 
anası  onu  möhkəm  döydü,  az  qaldı  ki,  nəfəsi  kəsilsin.  Bir 
saatdan sonra həyat yoldaşım şiddətli qızdırmaya düçar oldu. 
Həkimə müraciət etdik, o günün ağır iqtisadi şəraitində altımış 
tümənlik  dava-dərman  yazdı.  Lakin  qızdırması  kəsilmədi, 
üstəlik  yenə  də  şiddətləndi.  Yenidən  həkimə  müraciət  etdik, 
bu  dəfə  qırx  tümənlik  dava-dərman  yazdı.  Bu  məbləğ  pulu 
ödəmək o zaman bizim üçün çox ağır idi. 
                                                      
1
  Mürşid  Celuyi  Məruf  Möcüzə  təxəllüsü  götürmüş  şair  Heydər 
Əli  Tehraninin  atasıdır  ki,  onunla  Şeyxin  arasında  olan  əhvalatlar 
gələcəkdə qeyd olunacaqdır.) 

 
102 
Gecə  Şeyxi  maşına  mindirdim  ki,  onun  məclisinə  gedək. 
Həyat yoldaşım da maşında idi. Cənab Şeyx mindikdən sonra 
həyat  yoldaşıma  işarə  edib  dedim:  Uşaqlarımın  anasıdır, 
qızdırması var. Həkimə apardıq, qızdırması kəsilmədi. 
Şeyx dərin bir baxışla nəzər salıb həyat yoldaşıma xitabən 
buyurdu: 
«Uşağı ki, o cür vurmazlar! Tövbə et, uşağın qəlbini ələ al, 
onun üçün dükandan bir şey al, yaxşı olacaqdır. 
Biz o cür etdik və xanımın qızdırması dərhal kəsildi. 
HƏYAT YOLDAŞINI İNCİTMƏK 
O  yenə  belə  nəql  edir:  Bir  gün  Şeyxlə  birlikdə  cənab 
Radmənişin  mənzilində  idik.  Mən  ona  dedim:  Atam  təqribən 
1352-ci hicri qəməri ilində (1933) dünyadan getmişdir.
1
 
 
Onların vəziyyətinin necə olmasını bilmək istəyirəm. 
Şeyx buyurdu: «Bir Fatihə surəsi oxu». 
Bir  qədər  diqqət  etdikdən  sonra  dayandı  və  dedi: 
Qoymurlar buraya gəlsin, arvadının əlində giriftardır! 
Dedim: Mümkünsə onun həyat yoldaşı ilə söhbət edin. 
Buyurdu: Ögey anan gəldi. 
O, kənd əhlindən idi və atam onunla evləndikdən sonra bir 
neçə  arvad  da  almışdı.  Buna  görə  də  ömrünün  axırına  qədər 
atamla  dava-dalaşda  idi.  Atam  qapıdan  girəndə,  o  qapıdan 
çıxırdı. 
                                                      
1
  O,  axund  Mirza  Caninin  övladlarından  olan  axund  molla 
Məhəmməd  Baqir  idi.  Qəzvinin  məşhur  mübarizlərindən  və  təqvalı 
alimlərindən  biri  sayılırdı  ki,  1290-cı  hicri  qəməri  ilində  anadan 
olmuşdur. O, də «Kifayə» kitabının müəllifi Axund Xorasaninin, hacı 
Şeyx  molla  Xorasaninin  və  hacı  Məhəmməd  Hadi  Tehraninin 
tələbələrindən  idi.  «Gəncineyi  danişməndan»  kitabı,  9-cu  cild  səh. 
219. 

 
103 
Şeyxə dedim: Ondan soruşun ki, nə etməliyəm ki, atamdan 
razı olsun. 
Şeyx buyurdu: Bir neçə ac doyursun. 
Dedim: Neçə nəfəri? 
Şeyx dedi: Yüz nəfəri. 
Dedim: Bu qədərə gücüm çatmaz. 
Nəhayət  qırx  nəfər  acı  doyuzdurmaqla  razılaşdı.  Bunu 
qəbul  etdikdən  sonra  Şeyx  dedi:  «Atanın  səsi  ucaldı,  o  qadın 
razı olduqdan sonra atanı azad etdilər. O, deyir: Oğluma de ki, 
nə üçün iki arvad almışdır! Gör başıma nə bəlalar gətirmişəm. 
Ona  de  ki,  diqqətli  olsun,  arvadların  arasında  ədalətlə  rəftar 
etsin. 
Şeyxin  dostlarından  biri  deyir:  Soruşdum  ki,  bərzəxdə 
atamın vəziyyəti necədir? 
Buyurdu: O, sənin ananın əlində giriftardır. 
Gördüm ki, düz buyurur. Atam ikinci arvad almışdı. Buna 
görə  də  anam  ondan  narazı  idi.  Gedib  anamı  razı  saldım, 
Şeyxin hüzuruna getdiyim başqa bir səfərdə məni görən kimi 
buyurdu:  Nə  qədər  yaxşı  işdir  ki,  insan  iki  nəfərin  arasında 
barışıq yaratsın. Atan artıq rahatlıqdadır. 
ƏRİ İNCİTMƏK 
Şeyxin  şagirdlərindən  biri  belə  nəql  edir:  Bir  qadının  əri 
seyyid idi və Şeyxin dostlarından sayılırdı. O, ərinə çox əzab-
əziyyət  verirdi.  Bir  müddətdən  sonra  vəfat  etdi.  Onun  dəfn 
mərasimində  Şeyx  də  iştirak  edirdi.  Sonra  buyurdu:  Bu 
qadının  ruhu  yersiz  mübahisə  edir,  deyir:  Yaxşı,  indi  ki, 
öldüm,  necə  oldu!  Onu  dəfn  etmək  istədikdə  əməlləri  yırtıcı 
qara  bir  it  sifətinə  düşdü,  itin  onunla  dəfn  olunacağını  başa 
düşdükdə,  anladı  ki,  necə  böyük  bəlalar  onun  yolu 
üzərindədir.  Buna  görə  də  ağlayıb  yalvarmağa  və  nərə 
çəkməyə  başladı!  Çox  narahat  olduduğunu  gördükdə 

 
104 
seyyiddən  xahiş  etdim  ki,  arvadını  halal  etsin.  O  da  mənim 
xatirimə halal etdi, it yox oldu, sonra onu dəfn etdilər. 
BACININ NARAZILIĞI 
Şeyxin  övladlarından  biri  deyir:  Bir  mühəndis  ev  tikib 
satmaqla  məşğul  olurdu  və  o  vaxta  qədər  yüz  bina  tikmişdi. 
Lakin  borclu  olduğuna  görə  iqtisadi  vəziyyəti  ağır  idi. 
Məhkəmə  onun  müflisləşməsinə  dair  hökm  çıxarmışdı.  O, 
atamın  evinə  gəlib  dedi  ki,  evə  gedə  bilmirəm,  özümü 
gizlədirəm ki, bir kəs məni görməsin. 
Şeyx  diqqətlə  baxıb  buyurdu:  «Get,  bacını  özündən  razı 
sal». 
Mühəndis dedi: Bacım məndən razıdır. 
Şeyx buyurdu: «Xeyr!» 
Mühəndis  bir  qədər  fikirləşib  dedi:  Düzdür.  Atam 
dünyadan getdikdə onun irsi bizə çatdı. Bacımın payı min beş 
yüz  tüməndən  ibarət  idi.  İndi  yadıma  düşdü  ki,  bu  miqdarı 
ona verməmişəm. 
Gedib  gəldikdən  sonra dedi:  Bacıma  beş  min  tümən verib 
onu razı saldım. 
Atan  deyir  ki,  hələ  də  razı  olmamışdır...  Bacının  evi 
vardırmı? 
Mühəndis dedi: «Xeyr, kirayədə qalırlar». 
Şeyx dedi: 
«Get indiyə qədər tikdiyin evlərin ən yaxşısını onun adına 
keçir və ver. Sonra gəl görək nə edə bilərik». 
Mühəndis dedi: « Şeyx, biz iki nəfər şərikik, bu işi təklikdə 
necə edə bilərəm?» 
Şeyx  dedi:  «Bundan  başqa  bir  şey  fikrimə  gəlmir.  Çünki, 
Allahın bu bəndəsi hələ də razı olmayıbdır». 
Sonra  o  şəxs  getdi  və  evlərdən  birini  bacısının  adına 
keçirtdi, mənzil avadanlıqlarını orada qoyub qayıtdı. 

 
105 
Şeyx dedi: «İndi işlər düzəldi». 
O  günün  sabahı  onun  tikdiyi evlərdən  üçü  satışa  getdi  və 
iqtisadi çətinlikləri aradan qalxdı. 
BACIYA QARŞI ETİNASIZLIQ 
Bazar  tacirlərindən  biri  müflisləşmişdi.  Dostu  ilə 
dərdləşərək  özünün  pərişan  vəziyyətindən  nalə  edirdi.  Bu 
zaman  Şeyx  onun  dükanının  qabağından  keçirdi.  Dostu  ona 
dedi: Öz çətinliyini bu kişiyə de. 
Tacir dedi: Axı onu tanımıram. Nəhayət çox isrardan sonra 
dostu  Şeyxin  yanına  gedib  salam  verdikdən  sonra  deyir: 
Mənim qarşıma bir çətinlik çıxıb, sizinlə danışmaq istəyirəm. 
Tacir  bu  barədə  məlumat  verdikdən  sonra  Şeyx  başını 
aşağı  salıb  deyir:  «Sən  çox  rəhimsiz  adamsan.  Dörd  aydır  ki, 
bacının  əri  dünyadan  getmişdir,  sən  isə  bacını  və  onun 
uşaqlarını  arayıb  axtarmamısan.  Sənin  giriftarçılığın  bu  işdən 
ötrüdür». 
Tacir dedi: «Axı ixtilafımız vardır?» 
Şeyx  dedi:  «Sənin  bu  müşkülünün  kökü  oradadır,  indi 
özün bilərsən». 
Tacir  öz  dostunun  yanına  qayıdır  və  baş  verən  hadisəni 
danışır.  Sonra  bir  qədər  mənzil  avadanlığı  alıb  bacısının 
yanına  gedir.  Barışdıqdan  sonra  onun  bütün  çətinlikləri 
düzəlir. 
ANANIN NARAZILIĞI 
İçərisində  bir  cavan  olmaqla  bir  neçə  nəfərin  edam 
olunması haqda hökm çıxarılmışdı. O cavanın yaxın adamları 
Şeyxin  yanına  gəlib  ondan  iltimas  edirdilər  ki,  bu  barədə  bir 
çıxış  yolu  buyursun.  Şeyx  deyir:  «O,  anası  tərəfdən  giriftar 
olmuşdur». 

 
106 
Anasının  yanına  gəlirlər,  o  deyir:  Nə  qədər  dua  edirəmsə 
təsiri yoxdur. 
Deyirlər: Cənab Şeyx buyurdu ki, siz ondan narazısınız. 
Anası  deyir:  Oğlum  təzə  evlənmişdi.  Bir  gün  yemək 
yeyəndən  sonra  süfrəni  yığıb,  qabları  bir  siniyə  qoydum  və 
gəlinə verdim ki, mətbəxə aparsın. Oğlum sinini onun əlindən 
alıb dedi: Sizin üçün kəniz almamışam! 
Axırda anası razılıq verdi və övladının bu işdən qurtarması 
üçün  dua  etdi.  Sonrakı  gün  elan  etdilər  ki,  onu  edama 
məhkum edərkən səhvə yol verilmişdir. O cavan azad edildi. 
BİBİNİN QƏLBİNİN SINMASI 
Şeyxin  dostlarından  biri  nəql  edirmiş  ki,  onun  atası  ağır 
xəstəliyə  düçar  olmuşdu.  Nə  qədər  dava-dərman  işlətdilərsə, 
faydası  olmadı.  Axırda  Şeyxə  dedim  ki,  atam  xəstələnmişdir, 
bir ildir ki, xəstəlik yatağında yatır. Şeyx dedi: «Bibin varmı?» 
Dedim: Bəli. 
Buyurdu:  O  bibinin  ucbatından  giriftar  olmuşdur.  Əgər 
bibin dua etsə atan sağalar. 
Bibimdən  xahiş etdim  ki,  atamı  dua  etsin.  O,  da dua  etdi. 
Lakin, atam sağalmadı. Yenidən Şeyxin hüzuruna gəlib dedim: 
Bibim razı oldu, lakin atam sağalmadı?! 
Şeyx,  bibimin  dörd  yetim  qalmış  övladına  qarşı  ehsan 
etməyi tövsiyə etdikdən sonra dedi: «Bu işləri etdikdən sonra 
onlara de ki, atanı dua etsinlər». 
Mən  də  belə  etdim,  sonra  bibimdən  soruşdum:  Sənin 
atamdan narazı olmağının səbəbi nədir? 
Dedi:  Ərim  rəhmətə  gedəndən  sonra  atan  məni  və  dörd 
yetim  övladımı  öz  evinə  apardı.  Bir  gün  sənin  ananla  dava 
etdiyimiz  zaman  atan  gəldi,  dərhal  məni  və  balalarımı  evdən 
çıxartdı. Orada mən həddindən artıq narahat oldum. 

 
107 
Nəhayət  bibimin  razı  olması  ilə  atamın  halı  yaxşılaşdı. 
Lakin  tamamilə  sağalmamışdı.  Yenidən  Şeyxin  hüzuruna 
gedib, hadisəni dedim. Bu dəfə göstəriş verdi ki, seyyidlərdən 
birinə ehsan edim. Bu işdən sonra atam tamamilə sağaldı. 

 
108 
SAHİBKARIN ÖVLADLARINI İNCİTMƏK 
Şeyxin  şagirdlərindən  biri  deyir:  Şeyx  buyurardı:  Heç  bir 
səbəb olmadan sizə çətinlik üz verməz. 
Bir  dəfə  başım  yaralandı,  dostlarımdan  biri  ilə  Şeyxin 
hüzuruna  getdim.  Dostum  ondan  soruşdu:  Görün  o  nə 
etmişdir ki, başı əzilmişdir. 
Şeyx  bir  qədər  diqqət  yetirdikdən  sonra  buyurdu: 
«Fabrikdə bir uşağı incitmisən». 
Gördüm  ki,  düz  deyir.  Mən  qəlib  düzəldirdim  və  o 
zamanlar bu sənət çox az yayılmışdı. Qəlib düzəldənlər adətən 
sahibkarlarla  necə  istəyirdilərsə,  elə  də  rəftar  edirdilər.  Ev 
sahibinin  oğlu  mənim  işimə  çox  yersiz  bir  irad  tutmuşdu  və 
əslində bu işin ona heç bir dəxli də yox idi. Mən də onunla o 
qədər  tünd  və  ciddi  danışmağa  başladım  ki,  o  ağlamağa 
başladı.  Şeyx  buyurdu:  Əgər  onu  razı  salmasan,  sənin 
giriftarçılığın davam edəcəkdir. 
Mən gedib ondan üzürxahlıq istədim. 
QULLUQÇUNUN İNCİDİLMƏSİ 
Şeyxin 
müridlərindən 
birinin 
mənzilində 
maliyyə 
idarəsindən bir neçə nəfər onun hüzuruna gəlir. Onlardan biri 
deyir ki, bədənimdə qaşınma xəstəliyi var və sağalmaq bilmir. 
Şeyx bir qədər diqqət yetirib buyurur: Çünki sən ələviyyə 
(Əli (ə)-ın nəslindən olan) xanıma əziyyət vermisən. 
O  şəxs  dedi:  Axı  bunlar  gəlib,  stolun  arxasında  oturur  və 
özlərindən  bəzi  şeylər  quraşdırırlar,  bir  söz  deyəndə  də 
ağlamaqları tutur. 
Məlum  oldu  ki,  o  ələviyyə  qadın  onların  idarəsində 
işləyirmiş. Həmin şəxs də öz rəftarı ilə o qadını incitmişdir. 
Şeyx  buyurdu:  «O  qadını  razı  salmayınca,  sənin  bu 
xəstəliyin sağalmayacaq». 

 
109 
Bu hadisənin oxşarını Şeyxin şagirdlərindən digər biri nəql 
etmişdir. O, belə deyir: Dostlarımdan birinin evinin həyətində 
Şeyxin  hüzurunda  oturmuşduq.  Şeyxin  məclislərində  iştirak 
edən  dövlət  məmurlarından  biri  də  orada  idi.  O,  müəyyən 
xəstəlik  səbəbindən  ayaqlarını  uzatmışdı.  Şeyxə  üzünü  tutub 
dedi:  Cənab  Şeyx!  Bir  müddətdir  ki,  ayaq  ağrısına  mübtəla 
olmuşam,  üç  il  müddətində  nə  etmişəmsə  müsbət  nəticəsi 
olmayıb, heç bir dərmanın təsiri yoxdur. 
Şeyx  həmişəki  adətinə  uyğun  olaraq  orada  olanalardan 
istədi ki, bir həmd oxusunlar və diqqət yetirib buyurdu: Sizin 
ayağınızın  ağrısı,  yazını  pis  yazdığına  görə  katibəni 
danladığınız 
və 
onun 
üzərinə 
qışqırdığınız 
gündən 
başlamışdır.  O,  ələviyyə  bir  qadın  idi.  Qəlbi  sındı  və  ağladı. 
İndi  gedib  onu  tapmalı  və  könlünü  almalısan  ki,  ayağın 
sağalsın. 
O  kişi  dedi:  Düz  buyurursunuz.  O,  qadın  idarədə  katibə 
işləyirdi. Bir dəfə mən onun üzərinə qışqırdım və o da ağladı. 
QOCA QARININ HAQQINI QƏSB ETMƏK 
Şeyxin  şagirdlərindən  biri  yemək  yeyəndən  sonra  öz 
mənəvi  halətini  itirir.  Şeyxdən  kömək  istədikdə,  o  buyurur: 
Yediyin kababın pulunu filan tacir vermişdir ki, o pul da qoca 
bir qarıdan qəsb olunmuşdu. 
BAŞQALARINA HÖRMƏTSİZLİK  
Şeyxin  şagirdlərindən  biri  deyir:  Şeyx  bir  neçə  nəfərlə 
birlikdə  imamzadə  Yəhya  küçəsindən  keçən  zaman  bir  nəfər 
piyadə  bir  velosipedçi  ilə  toqquşdu.  Piyadə  əsəbiləşib 
velosipedçiyə dedi: Ay eşşək! 
Şeyx dedi : Onun batini (piyadənin) eşşəyə döndü!! 
Şeyxin 
şagirdlərindən 
başqa 
birisi 
Şeyxin 
belə 
buyurduğunu nəql edir: 

 
110 
«Bir  gün  bazarın  qabağından  keçirdim.  Gördüm  ki,  bir 
fayton  hərəkət  edir.  Faytonu  çəkən  bir  yabının  cilovunu  da 
başqa  bir  şəxs  tutmuşdu.  Gözlənilmədən  bir  nəfər  faytonun 
qabağından keçdi. Faytonçu qışqırdı: Ay yabı! 
Gördüm  ki,  faytonçunun  mənəvi  siması  dərhal  yabıya 
çevrildi və cilov iki dənə oldu!! 
HEYVANLARA QARŞI RƏHİMSİZLİK 
İslamda, hətta  heyvanlara qarşı rəhimsizlik  də məzəmmət 
olunmuşdur.  Müsəlman  bir  şəxsin  heyvanlara  əziyyət 
verməyə, eləcə də onlara pis sözlər deməyə haqqı yoxdur.
1
  
Buna  görə  də  Peyğəmbəri-əkrəm  (s)  bir  hədisdə  belə 
buyurmuşdur: 
«Əgər  heyvanlara  qarşı  rəva  gördüyünüz  zülmlər  sizin 
üçün bağışlansa, sizin günahlarınızdan çoxu bağışlanar».
2
 
Əti  halal  olan  heyvanların  ətindən  istifadə  olunsun  deyə, 
başının  kəsilməsi  islam  nəzərindən  caizdir,  lakin  eyni 
zamanda  onların  zibh  olunması  üçün  müəyyən  qayda-
qanunlar  qoyulmuşdur  ki,  mümkün  olan  qədər  heyvanlar  az 
əziyyət  çəksinlər.  Heyvanın  kəsilmə  qaydalarından  biri  də 
budur  ki,  başı  kəsiləcək  heyvan  başqa  heyvanların  gözü 
qarşısında öldürülməsin.
3
  
İmam Əli (ə) buyurur: 
«Qoyunu  qoyun  yanında,  dəvəni  dəvə  yanında  bir-birinə 
baxdığı halda zibh etməyin».
4
 
Buna  əsasən  bir  heyvanın  balasının  başını  anasının  gözü 
qabağında  kəsmək  çox  şiddətlə  qadağan  edilmişdir.  Bu  da 
                                                      
1
 «Mizanul-hikmət» 3/1343 
2
  «Mizanul hikmət» 3/1344/981/4520 
3
  «Vəsailüş-şiə»,  16-cı  cild,  səh.24,  «Təhrilül-vəsilə»,  2-ci  cild, 
kitabe-seyd və zübahə, səh.151, 20-ci məsələ. 
4
  «Kafi», 6/229/7 və «Təhzibul-əhkam», 9/80/341 

 
111 
həmən  işi  görən  adamın  qəlbinin  daş  olmasından  və  son 
dərəcə rəhimsizliyindən xəbər verir. Bu işin mənfi təsirləri onu 
görənin həyatında hökmən zahir olacaqdır. 
Şeyxin  şagirdlərindən  biri  belə  nəql  edir:  Bir  nəfər  qəssab 
Şeyxin  yanına  gəlib  deyir:  «Uşağım  ölüm  ayağındadır,  nə 
edim?» 
Şeyx  dedi:  «Sən  inəyin  balasını  onun  anasının  gözü 
qabağında kəsmisən!» 
Qəssab iltimas etdi ki, bəlkə onun üçün bir iş görsün. Şeyx 
buyurdu: «Ola bilməz. Deyir ki, balamın başını kəsibdir, uşağı 
gərək ölsün!»
1
  
İKİNCİ FƏSİL 
RUHİ-MƏNƏVİ TƏRBİYƏNİN ƏSASI 
«Fəlah» (qurtuluş), həqiqətdə bütün insani kamalları əhatə 
edən  bir  kəlmədir.  Quran  nəzərindən  bu  məqama  çatmağın 
yolu  nəfsin  saflaşdırılması  və  mənəvi  tərəqqidən  ibarətdir. 
Allah-taala  Qurani-Kərimdə  təkrar  andlardan  sonra  təkid 
edərək buyurur:
2
 
 
Yəni,  «Öz  nəfsini  paklayıb  aludəliklərdən  təmizləyənlər 
fəlaha (qurtuluşa) çatmışlar». 
Bütün  ilahi  peyğəmbərlərin  Allah  tərəfindən  insanları 
hidayət  etmək  üçün  gətirdikləri  şeylər  fəlahın  və  insanın 
                                                      
1
    Ayətullah  Fehri  cənab  seyyid  Məhəmməd  Rza  Kəşfidən  nəql 
edir  ki,  onun  qonşuluğunda  bir  qəssab  var  idi.  Onun  oğlu  şiddətli 
ürək  ağrısına  düçar  olmuşdu  və  cənab  Kəşfiyə  təvəssül  etmişdi. 
Cənab  Kəşfi  onu  Şeyxin  yanına  göndərmişdi,  amma  Şeyx  qəssaba 
demişdi:  «Bir  dananı  anasının  gözü  qabağında  kəsmisən,  buna  görə 
də oğlunun sağalacağına ümid yoxdur.» 
2
  Şəms surəsi, 9-cu ayə. 

 
112 
daxilində 
olan 
yüksək 
istedadların 
çiçəklənməsinin 
müqəddiməsidir.  Nəfsin  saflaşdırılmasında  əsas  məsələ 
bundan ibarətdir ki, insan bu işin haradan başlayıb necə yerinə 
yetirəcəyini bilsin. 
İlahi  peyğəmbərlərin  nəzərində  nəfsin  saflaşdırılmasının 
əsası  və  bu  yolda  götürülən  ilkin  addım  tövhiddən  ibarətdir. 
Buna  görə  də  bütün  ilahi  peyğəmbərlərin  bəşəriyyət  üçün 
gətirdikləri  ilkin  kəlam  «la  ilahə  illəllah»  kəlməsindən 
ibarətdir. 
«Biz səndən qabaq hər peyğəmbəri göndərmişiksə, ona belə 
vəhy etmişik ki: Məndən başqa heç bir məbud yoxdur, belə isə 
mənə ibadət edin».
1
 
Peyğəmbəri-əkrəmin  (s)  də  insanlara  xitabən  bəyan  etdiyi 
ilkin söz bundan ibarət idi: 
«Ey  insanlar,  «la  ilahə  illəllah»  deyin  ki,  qurtuluşa 
çatasınız».
2
 
Digər  tərəfdən,  təkcə  tövhid  kəlməsini  demək  kifayət 
deyildir.  İnsanın  mənəvi  saflaşmasına,  ruhi  tərəqqisinə  və 
fəlaha  nail  olmasına  səbəb  olan,  eləcə  də  insani  kamalları 
çiçəkləndirən şey, tövhidin həqiqəti və insanın həqiqi mənada 
tövhidçi olmasıdır. 
İnsanın  tövhidin  həqiqətinə  tam  və  kamil  mənada 
çatmasının  əlaməti  bundan  ibarətdir  ki,  ilahi  mələklərlə  eyni 
səviyyədə  Allahın  hüzurunda  haqq-taalanın  yeganəliyinə 
şəhadət versin: 
«Allah,  mələklər  və  elm  sahibləri  şəhadət  verirlər  ki, 
Allahdan başqa heç bir məbud yoxdur».
3
 
Şeyxin şagirdlərindən biri onun barəsində belə deyir: Allah 
ona  rəhmət  eləsin!  Bütün  səy  və  çalışmaları  «la  ilahə  illəllah» 
                                                      
1
 Ənbiya surəsi, 25-ci ayə. 
2
 «Biharul-ənvar», 18/202 
3
  Ali-İmran surəsi ayə 18 

 
113 
kəlməsini  dərk  etmək,  bütün  danışıqları  bu  pak  kəlmənin 
həqiqətinə çatmaq üçün sərf olunurdu. 
Başqa birisi deyir: Şeyx bu sahədə mütəxəssis idi. Var gücü 
ilə çalışırdı ki, özünün əldə etdiyi həqiqəti başqalarına da ötürə 
bilsin, şagirdlərini şühudi tövhid məqamına çatdırsın. 
Şeyx buyururdu: 
«Mənəvi yüksəlişin və ruhi saflaşdırmanın əsası tövhiddən 
ibarətdir.  Hər  kəs  bir  ev  tikmək  istəsə,  əvvəlcə  onun  təməlini 
möhkəmləndirməlidir. Əgər təməli möhkəm və əsaslı olmazsa, 
o  binanın  möhkəm  olacağına  arxayın  olmaq  olmaz.  Allah 
yolunun 
davamçıları 
da 
öz 
yollarını 
tövhiddən 
başlamalıdırlar.  Bütün  peyğəmbərlərin  ilkin  sözü  «la  ilahə 
illəllah»  kəlməsi  olmuşdur.  İnsan  tövhidin  həqiqətini  dərk 
etməyincə, öz vücudunda Allahdan başqa heç bir şeyin təsirli 
olmadığına 
inanmayınca 
və 
Allah-taalanın 
müqəddəs 
zatından başqa hər bir şeyin fani olduğuna əqidə bəsləməyincə 
insani  kamallara  çata  bilməz.  Tovhid  kəlməsini  dərk  etməklə 
insan bütün varlığı ilə Allaha diqqət yetirəcəkdir». 
Həmçinin buyururdu: 
«Əgər  Allahın  səni  çağırmasını  istəyirsənsə,  müəyyən 
qədər  mərifət  qazanıb  Allahla  müamilə  et.  «La  ilahə  illəllah» 
deyərkən  sözünüzdə  doğruçu  olmalısınız.  İnsan  yalançı 
məbudları  kənara  qoymayınca  həqiqi  mənada  müvəhhid 
(tovhidçi)  və  «la  ilahə  illəllah»  kəlməsini  deyərkən  düz 
danışan ola bilməz. «İlah» dedikdə insanın qəlbini ovsunlayan 
hər bir şey nəzərdə tutulur. İnsanın qəlbini ovlayan hər bir şey, 
o şəxsin məbudu sayılır. «La ilahə illəllah» deyəndə, biz Allaha 
heyran olmalıyıq. 
Bütün Quran «la ilahə illəllah» kəlməsinə qayıdır. İnsan elə 
bir  yerə  çatmalıdır  ki,  qəlbində  bu  kəlmədən  başqa  heç  nə 
həkk olunmasın, Allahdan başqa hər şey aradan götürülsün:
1
  
                                                      
1
 Ənam surəsi, ayə 91 

 
114 
İnsan  tövhid  ağacına  bənzəyir  ki,  onun  meyvəsi  ilahi 
sifətlərin  insanda  zühur  olmasıdır.  O  ağac  bu  səməri 
gətirməyincə  kamil  deyildir.  İnsanın  kamal  həddi  Allaha 
qovuşmaqla  nəticələnir.  Yəni,  o,  Allah-taalanın  sifətlərinin 
zahir oduğu yerə çevrilir. Çalışın ilahi sifətlər sizdə canlansın. 
O, kərimdir, siz də kərim olun. O, rəhm edəndir, siz də rəhm 
edən olun. O, eybləri gizlədəndir, siz də eybləri gizlədin. 
İnsanın  dərdinə  dəyən  şeylər  ilahi  sifətlərdir.  Yerdə  qalan 
heç bir şey insanın dərdinə dərman etməz, hətta ismi-əzəm də. 
Əgər  tövhiddə  qərq  olsan,  hər  an  Haqq-taalanın 
mərhəmətlərindən 
bəhrələnəcəksən. 
Hər 
an 
yeni-yeni 
mərhəmətlər vücudunu bürüyəcək.  
ŞİRKDƏN UZAQ OLMAQ 
İnsanın şirki öz qəlbindən, ruhundan təmizləməsi tövhidin 
həqiqətinə çatmaqda ilkin addımlardır. Buna görə də tövhidin 
əsil  şüarında,  yəni  «la  ilahə  illəllah»da  yalançı  məbudların 
inkar olunması həqiqi Allahın isbat edilməsindən öncə gəlir. 
İndi görək şirk nədən ibarətdir və müşrik kimdir. Görəsən 
şirk sadəcə cansız əşyaların Allah olmasına inanmaqdırmı? Və 
müşriklər  də  yalnız  cansız  bütlərə  etiqad  bəsləyənlərdirmi? 
Yoxsa məsələ tamamilə başqa cürdür? 
Tövhid  müqabilində  şirk  dedikdə  xəyali  qüvvələrə  etiqad 
bəsləmək, onların varlıq aləmində təsir göstərməsinə inanmaq 
və  həqiqi  təsir  edən  qüvvə,  yəni  Allah-taalanın  qarşısında  bu 
etiqadlara malik olmaqdır. 
Müvəhhid  varlıq  aləmində  Allahdan  başqa  heç  bir  şeyi 
təsirli  bilmir;  Ondan  başqa  heç  bir  şeyə  pərəstiş  etmir;  Nə 
cansız, nə də canlı bütlərə etiqad bəsləyir. 
Müşrik o kəsə deyilir ki, yeganə Allahdan başqa nə isə bir 
şeyi  varlıq  aləmində  təsirli  bilir,  Ondan  başqasına  itaət  edir. 
Bəzən  cansız  varlıqlara,  bəzən  zorakılara  itaət  edir,  bəzən  də 

 
115 
nəfsani  istəklərinə  tabe  olur,  bəzi  vaxtlar  isə  hər  üçünə  tabe 
olur.
1
  
İslam  nəzərindən  qeyd  olunan  şirkin  hər  üç  növü 
məzəmmət  olunmuşdur.  Tövhidin  həqiqətinə  çatmaq  üçün 
mütləq mənada olan şirkdən uzaqlaşmaq lazımdır. 
Diqqət  yetirilməli  mühüm  məsələ  bundan  ibarətdir  ki, 
şirkin növlərinin ən təhlükəlisi üçüncü mənada olan şirk, yəni 
həvayi-nəfsin istəklərinə tabe olmaqdır. Bu qəbildən olan şirk 
əqli  və qəlbi  mərifətin maneələrinin  mənşəyi, birinci  və  ikinci 
mənaya olan şirkin başlanğıcıdır: 
«O  kəsi  görmədinmi  ki,  öz  həvayi-nəfsini  özünə  məbud 
qərar  vermişdir?!  Allah-taala  onu  bildiyi  halda  azğınlığa 
saldı, qulağına, qəlbinə möhür vurdu. Bəs Allahdan sonra kim 
onu hidayət edə bilər? Ayılmaq istəmirsinizmi?!»
2
  
Buna  əsasən  Şeyx  nəfs  bütünü  tövhidin  ən  təhlükəli  bir 
bəlası hesab edərək buyururdu: 
«Kəlamın  əsas  məğzi  o  böyük  büt  ətrafındadır  ki,  sənin 
qəlbində yatmışdır». 
İmam  Xomeyni  (r.ə.)  də  bu  barədə  belə  buyurur:  Bütlərin 
anası sizin nəfsinizdən ibarət olan bütdür. Nə qədər ki, bu böyük büt 
və  güclü  Şeytan  aradan  qaldırılmayıb,  Allah-taalaya  doğru  bir  yol 
yoxdur.  Nə  qədər  də  çətindir  ki,  bu  büt  sına  və  bu  Şeytan  ram  və 
müti ola».
3
 
Əgər  insan  bu  böyük  bütlə  mübarizədə  qalib  gəlsə,  ən 
böyük qələbələrə nail olar. 
                                                      
1
  Birinci  dəstəyə  Nuh  surəsinin  23-cü  ayəsi,  ikinci  dəstəyə  Nəhl 
surəsinin  36-cı  ayəsi  və  üçüncü  dəstəyə  Furqan  surəsinin  43-cü 
ayələri dəlalət edir. 
2
  Casiyə surəsi-23) 
3
  «Səhifeyi-nur», 22/348. 

 
116 
NƏFSİNLƏ MÜBARİZƏYƏ QALX 
O dövrün məşhur güləşçilərindən biri olan Əsgər Pəhləvan 
belə  nəql  edir:  Bir  gün  məni  Şeyxin  yanına  apardılar.  O, 
mənim  biləyimə  əl  vurub  buyurdu:  Əgər  çox  güclü 
pəhləvansansa öz nəfsinlə güləş! 
Həqiqətdə  nəfs  bütünün  sındırılması,  şirkin  aradan 
qaldırılıb  həqiqi  tövhid  məqamına  çatmaq  üçün  birinci  və 
axırıncı məsələdir. 
Bəlkə  də  bu  məna  Allaha  çatmaqda  ən  yaxın  yol  ola  bilər 
ki,  Əbu  Həmzə  Somali  imam  Zeynül-abidin  (ə)-ın  dilindən 
belə nəql edir: 
İlahi, Sənə tərəf gələn yoçuların yolu çox yaxındır!
1
  
Zahirən cənab Şeyx məhz bu məsələni Sərdar Kabuli kimi 
böyük  bir  şəxsiyyətə  xatırlatmaq  üçün  Kermanşaha  səfər 
etmişdi. 
BİR İNCƏ MƏSƏLƏNİ DEMƏK ÜÇÜN 
SƏFƏR 
Ayətullah  Fehri  mərhum  hacı  Qulam  Qüdsidən  nəql edir: 
Günlərin  bir  günündə  şeyx  mənə  dedi:  Kermanşaha  -  Sərdar 
Kabulinin evinə getmək lazımdır.
2
  
Biz  onun  evinə  gedib  oturduq.  Mən  Şeyxi  təqdim  etdim, 
bir  müddət  araya  sükut  çökdü.  Mərhum  Sərdar  Kabuli 
buyurdu: Cənab Şeyx! Bir şey buyurun biz də istifadə edək. 
Şeyx  buyurdu:  Allahın  fəzl  və  mərhəmətinə  etimad 
etməyib,  yalnız  öz  kəsb  etdikləri  məlumatlarına  etimad  edən 
bir şəxsə nə deyə bilərəm? 
                                                      
1
 «Məfatihul-cinan», Əbu Həmzə Somali duası. 
2
 O, əqli elmlərdə son dərəcə istedadlı bir şəxsiyyət idi. 

 
117 
Mərhum Sərdar Kabuli sakit oturmuşdu, bir neçə an keçdi, 
əmmaməsini başından götürdü və stolun üstünə qoydu, başını 
o  qədər  divara  çırpdı  ki,  mən  onun  halına  yandım.  Qarşısını 
almaq istədikdə Şeyx mane olub dedi: 
...Mən gəlmişəm ki, elə bu sözü ona deyib qayıdam. 
MİN DƏFƏ İSTİĞFAR ET! 
Şeyxin övladlarından biri belə nəql edir: Hindistandan hacı 
Məhəmməd  adlı  bir  nəfər  hər  il  İrana  gəlir  və  bir  ay  burada 
qalırdı. Məşhəd yolunda namaz qılmaq üçün qatardan enir və 
bir guşədə namaz qılmağı başlayır. Qatar hərəkət edən zaman 
dostları  nə  qədər  «qatara  min,  qatar  yola  düşür»  deyə  fəryad 
etsələr də, onlara etina etmir və özünün ruhi qüdrəti ilə qatarı 
yarım  saat  hərəkətdən  saxlayır.  Məşhəddən  qayıdıb  Şeyxin 
hüzuruna gəldikdə, Şeyx ona deyir: 
«Min dəfə istiğfar et!» 
O, deyir: Nə üçün? 
Şeyx buyurur: Xəta bir iş görmüsən. 
Dedi: Hansı xəta? İmam Riza (ə)-ın ziyarətinə getdim, sizi 
də dua etdim. 
Şeyx  buyurur:  Qatarı  orada  saxladın.  Demək  istədin  ki, 
mən  idim  ki...!  Gördünmü  Şeytan  səni  aldatdı.  Sənin  haqqın 
yox idi ki, belə bir iş görəsən! 
ŞƏXSİYYƏTƏ PƏRƏSTİŞ VƏ ŞİRK 
Tövhidlə şirkin sərhədləri o qədər nazik, zərif və məxfidir 
ki, adi gözlər onu ayırd edə bilməz. Həzrət Peyğəmbərdən (s) 
nəql olunan bir hədis buyurur: 
«Həqiqətən  şirk  zülmətli  gecədə  qara  daşın  üstündə  gedən 
qarışqanın yol getməsindən daha gizlindir».
1
 
                                                      
1
 «Mizanul-hikmət», 6/2724/1994/9316. 

 
118 
Yalnız  Allah  dərgahında  böyük  məqamlara  malik  olan 
bəsirət  sahibləri  gizlin  şirk  sərhədlərini  ayırd  edər  və  onun 
barəsində xəbərdarlıq verə bilərlər. 
Şəxsiyyətə 
pərəstiş 
hiss 
olunmayan 
şirkin 
məxfi 
növlərindən  biridir  ki,  çoxları  buna  giriftar  olurlar.  Şəxsiyyət 
nə  qədər  ilahi  və  böyük  olsa  belə,  ona  diqqət  yetirilməsi, 
əmrlərinə  itaət  olunması  Allahın  razılığı  üçün  olmazsa,  bu  iş 
şirk sayılır. Buna görə də Şeyx buyurardı: 
«Əgər  mənim  xatirimə  mənim  yanıma  gəlirsənsə, 
uduzmusan». 
ATAN SƏNİN ÜÇÜN BÜT OLMASIN 
Höccətul-islam Seyyid Məhəmməd Əli Milani (böyük alim, 
mərcəyi-təqlid  mərhum  Ayətullah  Seyyid  Məhəmməd  Hadi 
Milani (rə)-in oğlu) Şeyxin onun atası ilə görüşünü belə bəyan 
edir: 
Mərhum  Şeyx  Rəcəbəli  Xəyyatın  nəfsini  günahlardan 
saxlamaq  və  Allah  dərgahında  günah  etməmək  səbəbi  ilə 
bəsirət  gözü  açılmışdı.  Bu  ilahi  şəxsiyyət  müridlərindən  bir 
çoxunu ixlas, Allaha eşq istiqamətində tərbiyə edə bilmişdi. 
O,  atamı  çox  istəyirdi.  Mən  də  onu  əvvəlcədən  tanıdığım 
üçün  tez-tez  hüzuruna  gedir  və  bəzi  vaxtlar  ayə  və  rəvayət 
zikr  edilən  məclislərində  iştirak  edib  onun  moizələrindən 
istifadə edirdim. 
Bir  dəfə  Məşhədə  ziyarət  üçün  getdim.  Yuxarı  xiyabanda 
yerləşən  «Bəstin»  yanındakı  «Tus»  hotelində  otaq  götürdük. 
Mərhum  atam  onu  nahar  yeməyinə  dəvət  etdi.  Şeyx  Rəcəbəli 
bizim  mənzilə  gəldi,  atam  da  onu  görüb  çox  sevindi.  Gün 
batana qədər bir-biri ilə söhbət etdilər. 
Mərhum  Şeyx  həmin  məclisdə  mənə  üz  tutub  dedi: 
Ehtiyatlı ol, atan sənin üçün bütə çevrilməsin! 

 
119 
Atama  isə  belə  dedi:  Ehtiyatlı  olun,  oğlunuz  sizin  üçün 
giriftarçılığa və əzab-əziyyətə səbəb olmasın! 
Mənim  zehnimdən  keçdi  ki,  görəsən  insan  həm  dünyanı, 
həm  də  axirəti  əldə  edə  bilərmi?  Cənab  Şeyx  heç  bir 
müqəddimə  olmadan  mənə  üz  tutub  buyurdu:  Bu  duanı  çox 
oxu:  Rəbbana  atina  fiddünya  həsənətən  və  fil  axirəti  həsənətən 
(Pərvərdigara, həm bu dünyada, həm də axirətdə bizə, Həsənə nəsib 
et!.) 
Onunla  birlikdə  hotelə  qayıtdıq.  Hoteldə  Heydər  ağa 
Möcüzə (şer divanının müəllifi) cənab Şeyxin qarşısına çıxdı və 
nahar yemək üçün dəvət etdi. Şeyx əvvəlcə qəbul etmədi, lakin 
çoxlu israr etdikdən sonra razı oldu. Sonra Heydər ağa atamın 
qarşısına gəldi və onu da dəvət etdi. Nəhayət atamla birlikdə 
Heydər  ağa  Möcüzənin  evinə  getdik.  Cənab  Şeyx  Rəcəbəli 
özünün iki səfər yoldaşı ilə orada idi. Həmin gün gün batana 
qədər söhbət davam etdi. 
TOVHDİN HƏQİQƏTİNƏ ÇATMAĞIN 
YOLU 
İndi  əsaslı  sual  bundan  ibarətdir  ki,  insan  özünü  şirkdən 
necə  təmizləyə  bilər,  nəfs  bütünü  sındırmaqla  aşkar  məxfi 
şirkin  kökünü  öz  vücudundan  necə  quruda  bilər  və  nəhayət 
tövhid zülalını əldə edə bilər? 
Cənab Şeyxin cavabı belə idi: 
Mənim  nəzərimə  görə  əgər  bir  şəxs  nicat  yolunu  tapmaq, 
həqiqi kamala yetişmək və tövhidin mənasından bəhrələnmək 
istəsə gərək dörd şeyə əl atsın: 
1. Özünü daim Allahın hüzurunda hiss etsin; 
2. Əhli-beytə (ə) təvəssül etsin; 
3. Gecələr ah-nalə etsin; 
4. Allahın bəndələrinə ehsan etsin. 

 
120 
Şeyxin  bu  barədə  olan  nəzərləri  sonrakı  fəsillərdə  bəyan 
olunacaqdır. 
ÜÇÜNCÜ FƏSİL 
MƏNƏVİ YÜKSƏLİŞ AMİLİ 
Məhəbbət 
insanın 
mənəvi 
tərəqqisi 
və 
nəfsinin 
saflaşdırılması  üçün  bir  iksirdir.  Allah-taalaya  eşq  bəsləmək, 
bütün  əxlaqi  çirkinlikləri  sağaldır,  bütün  gözəl  sifətlərin 
hamısını  bir  yerdə  aşiqə  hədiyyə  edir.  İlahi  eşq  aşiqi  öz 
məşuquna  elə  cəzb  edir  ki,  Allahdan  başqa  hər  kəslə  rabitəni 
kəsir. 
İmam  Zeynul-abidin  (ə)-a  mənsub  edilən  «Munacate 
mühibbin» də belə qeyd olunur: 
«Pərvərdigara! 
Kim 
Sənin 
məhəbbətinin 
şirinliyini 
daddıqdan  sonra  başqasını  özünə  yar  seçər?  Kim  Sənin 
dərgahınla  ünsiyyət  yaratdıqdan  sonra  Səndən  ayrılmaq 
istəyər?!»
1
  
İmam Sadiq (ə)-dan nəql olunan rəvayətdə deyilir: 
«Allaha məhəbbət nuru hər vaxt bir bəndənin qəlbinə saçsa, 
onu  başqa  məşquliyyətlərdən  saxlayar.  Allahdan  başqa  hər 
şeyi yad etmək zülmət deməkdir. Qəlbini Allaha məxsus edən, 
Allaha aşiq olan şəxs Allahın ən müxlis bəndələrindən, camaat 
içərisində  ən  doğru  danışan,  öz  əhd-peymanına  ən  çox  vəfalı 
qalanlardır»
2
 
İnqitanın  (yəni,  bütün  varlıqlardan  ayırılb  Allaha  diqqət 
yetirmək)  ilkin  mərhələsində  əmmarə-nəfs  ölür,  insanın  əqli 
həyatı başlanır və onun ən yüksək mərhələsində qəlbin gözləri 
                                                      
1
  «Biharul-ənvar»,  93/160,  «Məfatihul-cinan»,  Xəmsətə  əşərə 
duasının Muhibbin münacatı. 
2
 «Mizanul-hikmət», 2/958/669/3153. 

 
121 
Allah  nuru  ilə  aydınlaşır  və  insan  ulul-elm  adlanan  tövhidin 
ən yüksək mərhələsinə nail olur. Şəbaniyyə münacatında belə 
oxuyuruq: 
«Pərvərdigara!  (Bütün  varlıqlardan  əl  üzüb)  yalnız  Sənin 
dərgahına  sığınmağın  ən  yüksək  mərhələsini  mənə  əta  et  və 
qəlbimizin gözlərini Sənə nəzər etmək nuru ilə işıqlandır».
1
 
HƏQİQİ İKSİR 
Allah  məhəbbətinin  kimyagərliyi  və  həqiqi  iksir  barəsində 
Şeyxdən  çoxlu  maraqlı  hadisələr  qeyd  olunmuşdur.  O 
cümlədən buyurur: 
İksir  elmi  ardınca  olduğum  zaman  bir  müddət  riyazətlə 
məşğul oldum və nəhayət çıxılmaz vəziyyətə düşdüm. Heç nə 
əldə edə bilmədim. Məna almində mənə bu ayə buyuruldu: 
«Hər kəs izzət və başıucalıq istəyirsə (bilməlidir ki,) bütün 
izzət Allaha məxsusdur».
2
 
Ərz etdim: Mən iksir elmi istəyirdim. 
Buyuruldu:  İksir  elmini  izzət  və  başıucalıq  üçün  istəyirlər 
və izzətin həqiqəti də bu ayədədir. Buna görə də tam xatircəm 
oldum. 
Bu  hadisədən  bir  neçə  gün  sonra  iki  nəfər  riyazətçi  bizim 
mənzilin  qapısına  gəlib  məni  soruşdular.  Görüşdükdən  sonra 
dedilər:  İki  ildir  ki,  iksir  elmi  barəsində  çalışırıq,  indi  heç  nə 
əldə  edə  bilməyib  çıxılmaz  vəziyyətdə  qalmışıq.  İmam  Riza 
(ə)-a təvəssül etdikdə bizi sizə doğru yönəltdi. 
Şeyx təbəssüm etdi və yuxarıdakı hadisəni onlar üçün deyib 
əlavə etdi: Mən həmişəlik rahat oldum. İksirin hiqəqəti Allahın 
Özünə çatmaqdadır. 
                                                      
1
  «Biharul-ənvar», 94/99. 
2
  Fatir surəsi-10. 

 
122 
Şeyx  bəzi  vaxtlar  bu  barədə  Ərəfə  duasının  bu  hissəsini 
dostları üçün oxuyardı: 
«Pərvərdigara, Səni itirən nəyi tapmışdır və Səni tapan nəyi 
itirmişdir?!» 
İmam  Səccad  (ə)  Məkarimul-əxlaq  duasının  axırlarında 
Allah  məhəbbətinin  kimyagərliyi  haqqında  incə  bir  məsələyə 
toxunaraq deyir: 
«Pərvərdigara!.. Məhəbbət yolunu mənə asanlaşdır və onun 
vasitəsi ilə dünya və axirət xeyirini mənə kamil et».
1
 
 
ŞEYXİN ƏN BÖYÜK BACARIĞI 
Şeyxin  ən  mühüm  xüsusiyyəti  və  bacarığı  Allah-taalanın 
məhəbbət  iksirinə  nail  olmasıdır.  Şeyx  bu  kimyagərlikdə 
mütəxəssis  idi  və  şübhəsiz  bu  ayələrdə  buyurulanların  bariz 
nümunəsi idi: Yuhibbihu və yuhibbunəhu (Allah onları, onlar da 
Allahı sevər)
2
  
Vəlləzinə  amənu  əşəddu  hubbən  lillah  (yəni,  iman  gətirənlər 
Allaha daha çox şiddətli məhəbbət bəsləyirlər).
3
  
Hər 
kəs 
ona 
yaxınlaşsaydı 
məhəbbət 
iksirindən 
faydalanardı. 
Cənab Şeyx buyururdu: 
Allaha  məhəbbət  bəsləmək  axırıncı  bəndəlik  mənzilidir, 
məhəbbət  eşqindən  də  üstündür.  Eşq  sonradan  yaranan, 
məhəbbət  isə  zati  bir  şeydir.  Aşiq  müəyyən  səbəblərdən 
məşuqundan  ayrıla  bilər,  lakin  məhəbbət  belə  deyildir.  Əgər 
aşiqin  məşuqundan  nöqsan  tapılsa,  kamallarını  əldən  versə, 
                                                      
1
  «Səhifeyi-səccadiyyə» məkarimul-əxlaq duası. 
2
  Maidə-54 
3
  Bəqərə-165 

 
123 
ola  bilsin  ki,  onun  eşqi  aradan  getsin,  lakin  ana  özünün 
nöqsanlı övladına da məhəbbət göstərir. 
Sonra  deyirdi:  Əməllərin  dəyərinin  mizan  və  meyarı  əməl 
edən şəxsin Allah-taalaya məhəbbətinin mizanı qədərdir. 
ŞİRİN VƏ FƏRHAD 
Bəzi vaxtlar şagirdləri başa salmaq üçün «Fərhad və Şirin» 
hadisəsindən misal çəkərək deyirdi: 
Fərhadın vurduğu hər bir külüng, Şirinin adı və eşqi ilə idi. 
Hər  iş  görürsənsə  onun  axırına  qədər  bu  halda  olmalısan. 
Bütün fikrin-zikrin Allah olmalıdır, özün yox! 
MƏHBUBUN EŞQİNƏ YAZ! 
Şeyxin  şagirdlərindən  biri  nəql  edir  ki,  mən  bir 
ticarətxananın  katibi  idim.  Bir  gün  Şeyx  mənim  yanıma  gəlib 
belə buyurdu: «Bu dəftərləri kimin üçün yazırsan?» 
Dedim: «Ustadım üçün». 
Buyurdu:  «Əgər  bu  dəftərlərdə  öz  adını  yazsan  ustadın 
sənə irad tutarmı?» 
Dedim: «Hökmən irad tutar». 
Sonra  buyurdu:  «Ölçdüyün  bu  parçaları  kimin  üçün 
ölçürsən, özün üçün, yoxsa ustadın üçün?» 
Dedim: «Onun üçün». 
Sonra buyurdu: «Başa düşdünmü?» 
Dedim: «Xeyr». 
Buyurdu:  «Fərhad  hər  bir  külüngü  vuranda,  «Şirin  can!» 
deyir  və  öz  məşuqundan  başqa  heç  nəyi  yad  etmirdi.  Bu 
dəftəri  öz  məhbubunun  eşqinə  yaz.  Parçanı  Onun  eşqinə  ölç. 
Belə olan halda bunların hamısı vüsalın müqəddiməsi olacaq. 
Çəkdiyin hər bir nəfəsi Allah eşqilə çək». 

 
124 
AŞİQLİK DƏRSİ VER! 
Şeyxin  müridlərindən  biri  belə  nəql  edir:  Mərhum  Şeyx 
Əhməd  Səidi  tanınmış  müctehid  və  mərhum  ağa  Burhanın 
xaric dərsindəki ustadı idi.
1
  
Bir  gün  mənə  dedi:  Tehranda  bir  dərzi  tanıyırsanmı  ki, 
mənə qəba tiksin? 
Mən  cənab  Şeyxin  ünvanını  ona  verdim.  Bir  müddətdən 
sonra  onu  gördüm.  Məni  görən  kimi  dedi:  Mənə  nə  elədin?! 
Məni haraya göndərdin?! 
Dedim: Necə ki? Məgər nə olmuşdur ki? 
Dedi: Mənə tanışlıq verdiyin bu cənabın hüzuruna getdim 
ki,  mənə  qəba  tiksin.  Mənim  ölçümü  götürəndə,  harada 
işlədiyimdən soruşdu. Dedim ki, tələbəyəm. 
Buyurdu: Dərs oxuyursan, yoxsa tədris edirsən? 
Dedim: Dərs verirəm. 
Dedi: Hansı dərsləri verirsən? 
Dedim: Xaric dərsini. 
Şeyx  başını  yelləyib  dedi:  Yaxşıdır,  amma  eşq  dərsi 
verginən. 
Bu  cümlənin  mənə nə qədər  təsir etdiyini  deyə bilmərəm! 
Bu cümlə məni tamamilə dəyişdirdi. 
Mərhum Səidi bu hadisədən sonra Şeyxlə əlaqə yaradır və 
onun  hüzuruna  gedirdi.  Həm  də  Şeyxlə  tanış  etdiyimə  görə 
mənə dua edirdi. 
                                                      
1
    Mərhum  ağa  Burhan  Tehranın  böyük  alimlərindən  və 
«Burhan»  adlı  elmiyyə  mədrəsəsinin  təsisçisi  idi.  Bu mədrəsəni  Rey 
şəhərində 
həzrət 
Əbdül-əzim 
Həsəni 
(ə)-ın 
məqbərəsinin 
qonşuluğunda tikdirmişdi. 

 
125 
EŞQİ PƏRVANƏDƏN ÖYRƏN 
Şeyxin  şagirdlərindən  biri  onun  belə  buyurduğunu  nəql 
edir: 
«Bir  gecə  Allahla  münacat  edərək,  Onun  dərgahında  raz-
niyaz  etməklə  məşğul  idim.  Gördüm  ki,  bir  pərvanə  çırağın 
ətrafına fırlanır. O qədər fırlandı ki, axırda özünü çırağa vurdu 
və  yerə  düşdü.  Amma  can  vermədi.  Çoxlu  zəhmətlə  yenidən 
hərəkətə gəldi və uçmağa başladı, bədəninin o biri tərəfini də 
çırağa  vurub  özünü  həlak  etdi.  Bu  cəryanda  mənə  belə  ilham 
olundu ki: «Filankəs! Eşqbazlığı bu heyvandan öyrən. Daha öz 
vücudunda  heç  bir  iddiaya  yer  qalmasın».  Məşuq  qarşısında 
həqiqi  eşqbazlıq  və  məhəbbət  bu  heyvanın  etdiyi  kimi 
olmalıdır. Mən bu qəribə hadisədən ibrət dərsi aldım və halım 
dəyişildi. 
ALLAHA MƏHƏBBƏTİN 
MÜQƏDDİMƏLƏRİ 
Mütəal Allaha məhəbbətin müqəddiməsinin əsası Ona dair 
mərifət kəsb etməkdir.
1
  
Mümkün deyildir ki, insan Allahı tanısın, amma Ona aşiq 
olmasın. 
İmam Həsən Müctəba (ə) buyurur: 
«Hər kəs Allahı tanısa, Onu sevər».
2
 
Bu  barədə  əsas  məsələ  bundan  ibarətdir  ki,  görəsən  hansı 
mərifət  Allah  məhəbbətinin  yaranmasına səbəb olur?  Bürhani 
mərifət, yoxsa şühudi mərifət? 
                                                      
1
    Allaha  məhəbbətin  müqəddimatı  ilə  daha  artıq  tanış  olmaq 
üçün «Əl-məhəbbətü fil-kitabi və sünnəti» kitabına baxa bilərsiniz. 
2
  «Tənbihul-xəvatir», 1-ci cild, səh.52. 

 
126 
Cənab Şeyx buyurur: Mətləbin məğzi bundan ibarətdir ki, 
insan  Allaha  qarşı  şühudi  məhəbbət  kəsb  etməyincə  aşiq  ola 
bilməz. Əgər arif olsa görəcəkdir ki, bütün yaxşılıqlar Allahda 
cəm olmuşdur. 
«Allah  yaxşıdır,  yoxsa  Ona  şərik  qoşduqlarınız?!»  (Nəml 
surəsi-59) 
Belə  olan  surətdə  insanın  Allahdan  başqasına  arxalanıb 
diqqət yetirməsi qeyri-mümkündür. 
Qurani-Kərim  Allah  barəsində  şühudi  mərifət  kəsb  edən 
iki  dəstə  barəsində  söhbət  açır:  Biri  məlaikələr,  digəri  isə  elm 
sahibləridir. 
«Allah  şəhadət  verir  ki,  Ondan  başqa  heç  bir  məbud 
yoxdur,  eləcə  də  mələklər  və  elm  sahibləri  də  (buna  şəhadət 
verirlər).»
1
  
İmam  Əli  (ə)  birinci  dəstənin,  yəni  mələklərin  Allaha 
məhəbbət və mərifətinin şirinliyi barəsində belə buyurur: 
«Sonra  Allah-taala  asimanlarda  sakin  olmaları  və  Öz 
mələkutunun  ən  yüksək  məqamlarını  abad  etmələri  üçün 
mələklərdən  yeni  məxluqatlar  yaratdı  ki...  Allaha  ibadət 
etməyə  məşğul  olmaq  onları  bütün  işlərdən  saxlayır.  İmanın 
həqiqəti  onlarla  Allaha  mərifət  arasında  rabitə  bərqərar 
etmişdir. Haqqa yəqin onları heyran və sərgərdan etmiş, Allah 
yanında  olanlardan  başqa  şeylərə  əlaqə  tapmamışlar.  Onlar 
ilahi  mərifətin  şirinliyini  dadmış,  ilahi  mərifət  camlarından 
sirab olmuşlar».
2
 
ŞÜHUDİ MƏRİFƏTƏ ÇATMAQ 
Şühudi  mərifətə  çatmaq  üçün  qəlbin  güzgüsünü  günah 
çirkablarından  və  məsiyət  zülmətlərindən  təmizləməkdən 
                                                      
1
  Ali-İmran surəsi, 18-ci ayə 
2
  «Nəhcul-bəlağə» 91-ci xütbə. 

 
127 
başqa bir yol yoxdur. Əbu Həmzə Somalinin imam Səccad (ə)-
dan nəql etdiyi duada deyilir: 
«Pərvərdigara,  Sənə  doğru  seyr  edənlərin  yolu  yaxındır  və 
doğrudan  da  Sən  Öz  yaratdıqlarından  məxfi  (hicabda) 
deyilsən;  yalnız  Sənin  dərgahında  (nalayiq)  əməllər  hicab 
qərar  verir».
1
Allah  Öz  bəndələrindən  gizli  deyil,  Onunla 
bəndələr  arasında  heç  bir  hicab  yoxdur.  Hicab  yalnız  bizim 
yaramaz  əməllərimizdən  əmələ  gəlir.  Əgər  yaramaz 
işlərimizin  qəlbdə  yaratdığı  çirkinliklər  qəlbin  güzgüsündən 
təmizlənsə,  qəlbimiz  Allah-taalanın  gözəl  camalına  şahid 
olaraq Ona eşq bəsləyər: 
Cəmali yar nə darəd hicab və pərde vəli 
Qubari rəh be nişan ta nəzər təvani kərd 
Allaha  barəsində  mərifət  yolunda  mövcud  olan  toz-
torpağı  silmək,  yaramaz  əməllərin  yaratdığı  hicabları 
qəlbdən  təmizləmək  üçün  ilk  növbədə  qəlbi  dünya 
məhəbbətindən paklamaq və boşaltmaq lazımdır. Çünki, 
Allaha  məhəbbətlə  dünya  məhəbbəti  heç  vaxt  bir  yerə 
sığmaz. 
İLAHİ MƏHƏBBƏTİN BƏLA VƏ AFƏTLƏRİ 
İlahi 
məhəbbətin 
əsas 
bəlası 
dünyaya 
məhəbbət 
bəsləməkdir. Şeyxin məktəbində insanın dünyanı Allaha görə 
istəməsi ilahi vüsala yetişməyin müqəddiməsi sayılır. Dünyanı 
Allahdan başqa işlər  üçün  sevmək  ilahi  məhəbbətin  bəlasıdır. 
Bu  kimi  işlərdə  dünyanın  haram  və  ya  halal  olmasının 
arasında heç bir fərq yoxdur. Əlbəttə aydındır ki, haram dünya 
insanı Allahdan daha çox uzaqlaşdırır. Peyğəmbəri-əkrəmdən 
(s) nəql olunan hədisdə buyurulur: 
                                                      
1
  «Məfatihül-cinan», Əbu Həmzə Somali duası. 

 
128 
«Həqiqətən  dünya  məhəbbəti  və  Allah  məhəbbəti  heç  vaxt 
bir qəlbdə bir yerə sığışmaz».
1
 
İmam Əli (ə) bu barədə buyurur: 
«Gündüzlə  gecə  bir  yerə  sığmadığı  kimi,  Allah  məhəbbəti 
ilə dünya məhəbbəti də bir yerə sığmaz».
2
 
Digər bir hədisdə buyurulur: 
«Dünya  məhəbbətinə  qəlbində  yer  verən  bir  şəxs  Allah 
məhəbbətini necə iddia edə bilər?!»
3
  
Cənab Şeyx dünyanı həmişə «qoca qarı» adı ilə ifadə edir, 
bəzi vaxtlar öz məclislərində müridlərinə üz tutub buyurardı: 
«Yenə də görürəm ki, başınız bu qoca qarıya qarışıb!» 
Sonra Hafizin bu şerini oxuyardı: 
Kəs nist ki oftade an zülfi du ta nist 
Dər rəhqozəri kist in damu bəla nist 
Həqiqətdə Şeyx bu məsəli aşağıdakı hədisdən əxz etmişdi: 
«Dünyanın  həqiqəti  İsa  (ə)  üçün  aşkar  oldu.  O,  bu 
mukaşifədə  dünyanı  qoca  bir  qarı  kimi  görürdü:  dişləri 
tökülmüş  və  bütün  zinət  əşyalarını  özündən  asmışdır.  Sonra 
dedi:  Nə  qədər  ərə  getmisən?  Dedi:  Saya  bilməmişəm!  Həzrət 
buyurdu: Ərlərinin hamısı ölüb, yoxsa sənə təlaq verən də var? 
Dünya  dedi:  Hamısını  öldürmüşəm.  Həzrət  İsa  (ə)  buyurdu: 
Vay  olsun  sənin  gələcək  ərlərinin  halına  ki,  sənin  əvvəlki 
ərlərindən  ibrət  almadılar.  Necə  oldu  ki,  onları  bir-birlərinin 
ardınca öldürdün, amma onlar səndən uzaqlaşmadı?!»
4
  
Şeyx təkrar buyurardı: 
                                                      
1
 «Mizanul-hikmət», 2/960/672/3162. 
2
  «Mizanul-hikmət» 2/960/672/3164. 
3
  «Mizanul-hikmət», 2/960/672/3163. 
4
  «Tənbihul-xəvatir», 1/146, «Mizanul-hikmət», 4/1744/1253/6010. 

 
129 
Mənim  yanıma  gələn  bu  şəxslər  yalnız  qoca  qarının 
sorağına gəlirlər.
1
  
Heç  kəs  gəlib  demir  ki,  mən  Allahla  küsmüşəm,  mənimlə 
Allah arasında barışıq yarat! 
BATİNDƏ DÜNYAPƏRƏST OLANLAR 
Bəsirət  nəzərləri  ilə  camaatın  batinini  görən  Şeyx,  dünya 
əhli,  axirət  əhli  və  Allah  aşiqlərinin  batininin  necəliyi 
barəsində  buyururdu:  Haram  yolla  dünyanı  əldə  edənlərin 
batini  it  kimidir.  Axirəti  istəyənlər  xonsa  (həm  kişi,  həm  də 
arvad) kimidir, Allahı istəyənlər isə əsil kişidir! 
ALLAHVARİ ÜRƏK 
Şeyx  buyurardı:  Ürək  nə  istəyirsə  onu  da  göstərir.  Çalışın 
qəlbiniz  Allahı  göstərsin!  İnsan  hər  nəyi  sevirsə  onun  şəkli 
qəlbində  inikas  olunur.  Mərifət  əhli  onun  qəlbinə  nəzər 
saldıqda  onun  hansı  bərzəx  surətində  olmasını  başa  düşür. 
Əgər  insan  bir  şəxsin  gözəlliyinə  aşiq  olmuşsa,  yaxud  pula, 
mülkə  və  s.  şiddətlə  məhəbbət  bəsləyirsə,  həmin  əşyalar  o 
şəxsin bərzəx surətini təşkil edir. 
NƏ İŞ GÖRMÜSƏN?! 
Şeyxin  müridlərindən  biri  belə  nəql  edir:  Bir  gecə  yuxuda 
şəhvətli və insanı həyəcanladıran səhnə gördüm. Həmin yuxu 
bütün  günü  mənim  zehnimi  özünə  məşğul  etmişdi.  Sübh 
Şeyxin  hüzuruna  getdim.  Məni  görən  kimi  başını  aşağı  salıb 
irfani bir bu şer zümzümə etdi. 
                                                      
1
    Gündəlik  həyat  və  məişət  çətinliklərinin  həll  olunmasına 
işarədir. 

 
130 
Başa düşdüm ki, nə isə ciddi bir məsələ vardır və o, heç bir 
səbəb  olmadan  bu  şerləri  oxumaz.  Bir  qədər  oturdum,  Şeyx 
başını  aşağı  salmışdı  və  dərziliklə  məşğul  idi.  Sonra  soruşdu: 
Bir məsələ vardırmı?! 
Buyurdu:  Nə  iş  görmüsən  ki,  surətin  qadın  surətinə 
düşüb? 
Dedim:  Yuxuda  gözəl  bir  qadını  gördüm,  onun  hadisəsi 
mənim zehnimdə qalıb. 
Buyurdu: Elə budur, istiğfar et. 
SƏNDƏ NƏLƏR GÖRÜRƏM! 
Şeyxin  müridlərindən  biri  belə  nəql  edir:  Bir  gün  Şeyxin 
mənzilinə getmək məqsədi ilə evdən çıxdım. Yolda gözüm bir 
hicabsız  qadına  düşdü  və  mənim  diqqətimi  cəlb  etdi.  Şeyxin 
evinə  çatanda  onun  yanında  oturdum.  Şeyx  mənə  baxıb 
buyurdu: Filankəs, səndə nələr görürəm?! 
Ürəyimdə  Allahı  çağırıb  dedim:  Ya  Səttarəl-Üyub!  (Ey 
eybləri örtən Allah!) 
Şeyx  güldü  və  buyurdu:  Nə  etdin  ki,  səndə  müşahidə 
etdiyim şeylər aradan getdi?! 
QADINA ÇEVRİLMİŞ KİŞİLƏR 
Doktor Hacı Təvəkküli belə nəql edir: Bir gün özümün diş 
poliklinikamdan  hərəkət  etdim,  bir  yerə  getmək  istəyirdim. 
Maşına  mindim.  «Firdovsi»  meydanına  çatar-çatmaz  maşın 
saxladı.  Bir  qədər  adam  mindi,  sonra  gördüm  ki,  sürücü 
qadındır.  Ətrafıma  baxanda  hamını  qadın  sifətində  gördüm. 
Hamısı  bir  şəkildə  və  bir  paltarda!  Gördüm  ki,  mənim 
yanımda  oturan  da  qadındır!  Özümü  yığışdırdım  və 
fikirləşdim  ki,  səhvən  qadınların  maşınına  minmişəm.  Elə 
bildim  ki,  bu  avtobus  qadınlara  məxsus  olan  avtobusdur. 

 
131 
Maşın dayandı və bir qadın yerə endi. O qadın yerə enəndən 
sonra hamı kişiyə döndü. 
Əvvəlcə  Şeyxin  yanına  getmək  istəmədiyim  halda, 
maşından  düşən  kimi  mərhum  Şeyxin  yanına  getdim.  Mən 
sözə  başlamamış  o,  buyurdu:  Gördünmü,  bütün  kişilər  qadın 
halında idi. Çünki, o kişilər həmin qadına diqqət yetirmişdilər 
və  hamısı  qadın  sifətində  idi!  (Sonra  dedi:)  Can  verən  zaman 
hər  kəs  nəyə  diqqət  yetirirsə,  o  şey  onların  gözləri  önündə 
təcəssüm  tapır.  Lakin,  Əmirəl-möminin  Əli  (ə)-a  məhəbbət 
insanların qurtuluşuna səbəb olur. 
Necə  də  yaxşıdır  ki,  insan  Allahın  camalında  fani  olsun... 
Nəticədə  başqalarının  görmədiyini  görsün,  başqalarının 
eşitmədiyini eşitsin. 
O STOL NƏDİR? 
Doktor  Səbati  deyir:  Seyyid  Cəfər  adlı  bir  pinəçi  deyirdi: 
Evimizdə  böyük  bir  stol  var  idi,  onu  qoymaq  üçün  münasib 
yer  tapmırdıq.  Onu  hara  qoyacağımı  həmişə  fikirləşirdim. 
Gecə  Şeyxin  məclisinə  getdim  o,  məni  görən  kimi  (qəlbimə 
işarə edərək) dedi: O stol nədir ki, oraya qoymusan?! 
O  şəxs  birdən  gülməyə  başladı  və  dedi:  Cənab  Şeyx,  onu 
qoymağa bir yer tapmadım, ona görə də buraya qoydum. 
İLAHİ SİRLƏRLƏ TANIŞLIQ 
Cənab  Şeyx  inanırdı  ki,  ilahi  sirlərdən  agah  olmağın  əsası 
Allahı  istəməkdir.  O,  buyururdu:  Zərrə  qədər  Allahdan 
qeyrisinin məhəbbəti qəlbində olsa, ilahi sirlərlə tanış olmağın 
qeyri-mümkündür. 

 
132 
ALLAHDAN BAŞQA HEÇ NƏ İSTƏMƏ! 
«Allahdan  başqa  heç  nəyi  istəmə»  inancını  iki  mələk  ona 
öyrətmişdi.  Şeyxi  sevənlərdən  biri  onun  belə  buyurduğunu 
deyir:  Bir  gecə  iki  mələk  mənə  iki  cümlə  gətirdi  və  Allah 
dərgahında fani olmağın yollarını mənə öyrətdilər. Həmən iki 
cümlə  bundan  ibarət  idi:  «Özündən  heç  bir  şey  demə  və 
Allahdan başqa heç nəyi istəmə».
1
 
 
                                                      
1
    Xacə  Nəsirəddin  Tusi  bu  barədə  buyurur:  «İnsan  vəhdət 
dərəcəsinə  yalnız  bundan  sonra  çata  bilər  ki,  varlıq  və  yoxluq 
qapılarını öz üzünə bağlaya. Və nəzərini bu iki dərəcədən yüksəklərə 
apara. Və insan nə qədər ki, varlıqla yoxluq arasında tərəddüddədir, 
təkcə  dünya  və  ya  təkcə  axirət  adamıdır.  Əgər  məcazi  varlığı  və 
həqiqi  yoxluğu  istəyirsə,  dünya  adamıdır  və  axirət  ona  haramdır; 
əgər  həqiqi  varlığı  və  məcazi  yoxluğu  istəyirsə,  axirət  adamıdır  və 
dünya  ona  haramdır.  Əgər  nə  varlığı  və  nə  də  yoxluğu  istəmirsə, 
əksinə Allah adamı olsa, dünya və axirət hər ikisi ona haramdır. Yəni 
təkcə dünyaya və ya axirətə nəzər etsə onun kamal dərəcəsindən və 
əksinə  çevrilər.  Çünki,  nə  qədər  ki, insan  axirət  və  behişti,  savab  və 
səadəti  tapıb  öz  kamalını  istəmişdir,  öz  kamalını  da  öz  xeyrinə 
istəmiş  olur.  Deməli  özünü  istəmişdir,  Allahı  yox.  Belə  olan  halda 
kəsrət  adamıdır,  vəhdət  adamı  deyildir.  Belə  ki,  buyurmuşlar: 
«Allahdan  başqa  hər  nə  görürsənsə,  bütdür,  onu  sındır».  Belə  isə 
Allahdan  başqasını  istəmək  bütpərəstlikdir.  Çünki  hər  kəs  Allahı 
tanısa onun əlaməti budur ki, Allahdan başqasını istəməsin və Allahı 
tanımaq,  Allahı  istəmək  hələ  də  kəsrətdən  sayılır.  Çünki,  vəhdətdə 
tanıdan  və  tanınan  yoxdur,  istəmək  və  istənilən  yoxdur,  hər  şey 
Allahdır,  vəssəlam.  Deməli,  hər  kəs  Allahdan  başqasını  görmürsə 
vəhdətin talibidir. Əgər Allah-taala varlıq və yoxluq hicablarını onun 
qarşısından  götürsə  bu  mərtəbəyə  çatar.  («Təvəlla  və  təbərra» 
risaləsi, Əxlaqi Möhtəşəmidən, səh.569. 

 
133 
ƏQL VƏ RUHUN MƏRTƏBƏLƏRİ 
Cənab Şeyx buyururdu: 
«Əgər  insan  əql  mərtəbəsində  olsa,  heç  vaxt  ibadətdən 
boyun qaçırmaz və Allah qarşısında günah etməz. Çünki: «Əql 
o şeydir ki, onun vasitəsi ilə Allaha ibadət olunur və cənnətlər 
kəsb  edilir».  Bu  mərtəbədə  insan  Allahdan  başqasına  — 
behiştə nəzər yetirir. 
Lakin,  ruh  məqamına  çatarkən,  yəni,  «Ona  Öz  ruhumdan 
üfürdüm» yalnız Allaha nəzər yetirir. 
MƏHƏBBƏT ƏSASINDA OLAN İBADƏT 
İnsan  Allahı  sevməyin  ən  yüksək  mərhələsində  olduğu 
məhəbbət  əsasında  Allaha  ibadət  edir,  o  heç  də  cəhənnəmin 
qorxusundan,  yaxud  behiştə  hərislikdən  ibadət etmir.  Belə  ki, 
imam Cəfər Sadiq (ə) öz ibadəti barəsində buyurur: 
«İnsanlar  Allaha  ibadət  etməkdə  üç  dəstəyə  bölünürlər: 
Onlardan  birincisi  ibadətin  mükafatını  almaq  üçün  ibadət 
edirlər.  Bu,  hərislərin  ibadətidir  və  o  da  tamahdır.  İkinci  bir 
dəstə cəhənnəmin qorxusundan ibadət edirlər ki, bu da qulların 
ibadətidir və o da qorxudur. Amma mən Allah-taalaya eşq və 
məhəbbət  bəslədiyimə  görə  Ona  ibadət  edirəm.  Bu  da 
kərimlərin  ibadətidir  və  o  əmin-amanlıq  sərmayəsidir.  Çünki, 
Allah-taala  buyurur:  «Onlar  Qiyamət  gününün  qorxu  və 
vəhşətindən amandadırlar». Həmçinin Allah-taala buyurur: 
«De, əgər Allahı dost tutub sevirsinizsə...» Buna əsasən hər 
kəs  Allahı  sevirsə,  Allah  da  onu  sevər,  hər  kəs  Allahı  sevsə 
(Qiyamət gününün vəhşətindən) amanda olar».
1
 
                                                      
1
  «Mizanül-hikmət», 7/3418/2495/11647. 

 
134 
Cənab  Şeyx  öz  dostlarına  təkrarən  tövsiyə  edərdi  ki, 
çalışsın Allahı istəməkdə bu nöqtəyə çatsın ki, Allaha ibadətdə 
eşq və məhəbbətdən başqa heç bir məqsədləri olmasın. 
HƏR ŞEYİ ÖZÜN ÜÇÜN, HƏTTA ALLAHI! 
Cənab Şeyx buyururdu: 
«Ey insan! Nə üçün Allahdan başqasını istəyirsən?! Məgər 
Ondan qeyrisində nə görmüsən?!
1
  
Əgər  O  istəsə,  heç  bir  şey  təsir  göstərə  bilməz.  Sənin 
qayıdış yerin Ona doğrudur! 
Allahı 
buraxıb 
Ondan 
başqalarını 
əldə 
etmək 
istəyirsənmi?!  Nə  üçün  bu  qədər  öz  dövrənə  fırlanırsan?! 
Allahı  istə  və  bütün  istənilən  şeyləri  Onunla  vüsala  çatmaq 
üçün qərar ver. Məsələ burasındadır ki, biz hər bir şeyi, hətta 
Allahı da özümüz üçün istəyirik. 
TƏQVANIN ƏN YÜKSƏK MƏRTƏBƏSİ 
ənŞeyx  təqvanın  mərtəbələri  barəsində  buyururdu: 
Təqvanın  müəyyən  mərtəbələri  vardır.  Onun  ən  kiçik 
mərtəbəsi  vacibatı  yerinə  yetirib  haram  işlərdən  çəkinməkdir 
ki,  bu  çoxları  üçün  çox  yaxşı  bir  işdir.  Lakin  təqvanın  ən 
yüksək  mərtəbəsi  —  Allahdan  başqa  bütün  şeylərdən 
çəkinməkdir.  Bu  mənaya  ki,  insan  öz  qəlbində  Allah 
məhəbbətindən başqa heç bir şeyə yer verməsin. 
                                                      
1
    «Hədisi-Qüdsi  »də  buyurulur:  «Ey  insan  övladı,  hər  şey  səni 
özü üçün istəyir, Mən də səni Özüm üçün istəyirəm. Belə isə Məndən 
qaçma!» «Əlməvaizul-ədədiyyə», səh.420 

 
135 
MƏHƏBBƏT MƏKTƏBİ 
Şeyx  inanırdı  ki,  insan  öz  qəlbini  Allahdan  başqalarından 
təmizləməyincə  insaniyyətin  yüksək  məramına  çata  bilməz. 
Hətta əgər bir kəsin məqsədi özünü kamala yetirmək olsa da, 
yenə həqiqi məqsədə çatmayacaqdır. 
Buna  görə  də  əgər  bir  şəxs  onun  yanına  gəlib  yol 
göstərməsini  istəyirdisə  və  «nə  qədər  riyazətlə  məşğul 
oldumsa  heç  bir  fayda  vermədi»  —  deyirdisə,  Şeyx 
buyururdu:  Siz  nəticə  almaq  üçün  iş  görürsünüz.  Bu  məktəb 
nəticə  məktəbi  deyil,  əksinə  məhəbbət  məktəbi  və  Allahı 
sevmək məktəbidir. 
QƏLBİN BƏSİRƏT GÖZLƏRİNİN 
AÇILMASI 
Mərhum Şeyx təcrübə əsasında başa düşmüşdü ki, insanın 
bəsirət gözünün, qəlbinin qulağının açılması və qeyb sirləri ilə 
tanış olması mütləq mənada Allah qarşısında ixlasla əməl edib 
Allahı  sevməkdən  ibarətdir.  O,  buyururdu:  Əgər  qəlbinizdən 
muğayat  olub  gözləsəniz  və  Allahdan  başqasına  onda  yer 
verməsəniz  başqalarının  görmədiyini  görəcək,  başqalarının 
eşitmədiyi sözləri eşidəcəksiniz. 
Əgər  insan  öz  qəlbinin  gözünü  Allahdan  qeyrilərindən 
saxlasa,  Allah  ona  nuraniyyət  bağışlayar  və  onu  ilahiyyatın 
lazım olan işləri ilə tanış edər. 
Əgər bir şəxs Allah üçün işləsə onun qəlbinin gözü açılar. 
Dostlar! Dua edin ki, Allah sizi mənəvi karlıq və korluqdan 
xilas  etsin.  İnsan  Allahdan  başqısını  istəyən  vaxta  qədər  həm 
kardır, həm də kor!! 
Başqa  sözlə  desək,  Şeyx  inanırdı  ki,  şühudi  mərifət  yalnız 
sağlam qəlb vasitəsi ilə mümkün ola bilər. Yalnız o qəlblər tam 
sağlam sayılır ki, onda zərrə qədər dünya məhəbbəti olmasın, 

 
136 
bundan əlavə Allahdan başqa heç nəyi istəməsin. Bu da imam 
Sadiq (ə)-ın sağlam qəlb haqqında buyurğunun xülasəsidir. O 
Həzrət (ə) «İlla mən ətəllahə bi qəlbin səlimin» ayəsi 
 
barəsində buyurur: 
«Sağlam  qəlb  o  qəlbdir  ki,  dünya  məhəbbətindən  pak 
(sağlam) olsun».
1
 
Digər bir hədisdə buyurur: 
«Sağlam qəlb o qəlbdir ki, Allahla görüşə gələndə Allahdan 
başqa  onda  heç  bir  şey  olmasın.  Hər  hansı  bir  qəlbdə  şəkk, 
yaxud şirk olsa saqit və xəstədir».
2
 
 
QƏLBİN BATİNİ SİMASI 
Şeyx buyururdu: Əgər insanın bəsirət gözü açılsa Allahdan 
başqalarının  qəlbinə  yol  tapması  ilə  eyni  zamanda  onun 
özünün  bərzəx  surətinin  dəyişilib  başqa  formaya  düşdüyünü 
hiss edər. Əgər Allahdan başqasını istəyirsənsə sənin dəyər və 
qiymətin  elə  istədiyin  şeylər  qədərdir.  Əgər  Allahı  istəsən 
qiymətinin  həddi-hüdudu  yoxdur.  «Mən  kanə  lillahi 
Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin