MƏHƏBBƏT İKSİRİ


ALLAH BİZİM İŞİMİZİ DÜZƏLTDİ



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix27.11.2019
ölçüsü2,25 Mb.
#29722
1   ...   4   5   6   7   8   9   10   11   12
Şeyx Rəcəbəli

ALLAH BİZİM İŞİMİZİ DÜZƏLTDİ 
Şeyxin  müridlərindən  biri  ondan  nəql  edərək  belə  deyir: 
Oğlumun adı əsgəri xidmətə çağırılanların içərisində idi. Onun 
işinin  ardınca  getmək  istəyirdim  ki,  bir  qadınla  bir  kişi  öz 
ixtilafını həll etmək üçün mənim yanıma gəldilər. Mən onların 
çətinliklərini  həll  edib,  barışıq  yaratmaq  üçün  qaldım. 
Günortadan sonra oğlum gəlib dedi: Paliqonun yanına çatanda 
şiddətli  baş  ağrısına  düçar  oldum,  başım  şişdi.  Həkim  məni 
müayinə  etdikdən  sonra  əsgəri  vəzifədən  azad  etdi. 
Paliqondan çölə çıxan kimi, sanki o şiş yox imiş kimi bir əsər-
əlamət qalmadı. 
Şeyx  axırda  əlavə  etdi  ki:  Biz  getdik  camaatın  işini 
düzəldək, Allah da bizim işimizi düzəltdi. 
BEŞİNCİ FƏSİL 
ALLAH ÖVLİYALARININ ZİKRİ 
Şeyxin Allahı zikr edib Onu yad etmək haqqında əsaslı bir 
göstərişi var idi ki, müxtəlif yerlərdə təkrarən ona təkid edirdi. 
Bəyan  edəcəyimiz  kimi,  bu  göstəriş  islam  hədislərindən 

 
150 
çıxarılmışdır,  lakin  mühüm  məsələ  Şeyxin  bu  barədəki  şəxsi 
təcrübələridir. 
Ümumiyyətlə  bu  ilahi  şəxsiyyətin  və  saleh  bəndənin 
kəlamı  ona  görə  əhəmiyyətlidir  ki,  özünün  batini  təcrübələri 
və kəlamlarından ibarətdir. 
ÖZÜNÜ DAİM ALLAHIN HÜZURUNDA 
BİLMƏK 
Cənab  Şeyx  öz  şagirdlərini  elə  tərbiyə  etmək  istəyirdi  ki, 
onlar hər bir halda özlərini Allahın hüzurunda hiss etsinlər. Bu 
da  həqiqətdə  həzrət  Peyğəmbərin  (s)  insan  tərbiyə  edən 
mühüm kəlamının məğzidir: 
«Allahı  «kamil»  zikr  ilə  yad  edin».  Soruşdular:  «Kamil 
zikr nədən ibarətdir?» 
Buyurdu: «Gizlində və məxfi zikr».
1
 
Başqa bir hədisdə Həzrət Peyğəmbər (s) belə buyurur: 
«Gözətçi  mələyin  eşitmədiyi  məxfi  zikr,  onların  eşitdiyi 
zikrdən yetimş dəfə fəzilətlidir».
2
 
Məxfi  şəkildə  edilən  zikrin  aşkarda  edilən  zikrdən 
üstünlük  və  fəziləti  məhz  onun  insanın  ruhi  tərəqqisində  və 
yüksəlişində  ifa  etdiyi  mühüm  rolla  əlaqədardır.  Dildə  zikr 
etmək  çox  asandır,  lakin  qəlbdə  zikr  etmək  xüsusi  ilə  onu 
davam etdirmək çox çətin bir işdir. Məhz buna görə də imam 
Baqir (ə) bu işi ən çətin işlərdən biri kimi qeyd edir: 
«Üç  şey  bəndələrin ən çətin işlərindəndir:  Möminin insaflı 
olması,  dini  qardaşına  kömək  və  hər  bir  halda  Allahı  yad 
etmək.  Bu  da  o  mənayadır  ki,  insanın  günahla  qarşılaşaraq 
onu yerinə yetirmək istədikdə, Allahı yad etməsi onu günah iş 
etməkdən  saxlayar.  Bu da  Allah-taalanın  buyurduğu  kəlamın 
                                                      
1
  «Mizanül-hikmət», 4/1866/1352/6491 və 6493. 
2
  «Mizanül-hikmət», 4/1866/1352/6491 və 6493. 

 
151 
mənasıdır:  “Pərhizkar  olan  şəxslərə  şeytan  vəsvəsələri 
yaxınlaşdıqda  Allahı  yad  edərlər.  Çünki,  onlar  bəsirət  sahibi 
olan insanlardır”».
1
  
Başqa  bir  hədisdə  imam  Sadiq  (ə)  möminin  insaflı 
olmasını,  bərabərliyə  riayət  etməsini  və  Allahı  daim  zikr 
etməsini  ilahi  vaciblər  arasında  ən  çətin  bir  iş  hesab  edir  və 
buyurur ki, Allahı hər halda yad etmək dedikdə, məqsəd dildə 
zikr  etmək  deyil.  Baxmayaraq  ki,  dildə  zikr  etmək  də  Allahı 
zikr etmək sayılır: 
«Hüseyn  Bəzzaz  deyir:  İmam  Sadiq  (ə)  mənə  buyurdu: 
Allahın  bəndələrinə  vacib  etdiyi  əməllərin  ən  çətinindən  sənə 
xəbər verimmi? 
Ərz etdim ki: Bəli. 
Buyurdu: Camaatla insafla rəftar etmək, (dini) qardaşınla 
həmdərd olmaq və hər bir halda Allahı yad etmək. Allahı yad 
etmək dedikdə məqsədim “Sübhanəllahi vəl həmdu lillahi vəla 
ilahə  illəllahu  vəllahu  əkbər»—deyil.  Bu  da  zikrdir,  amma 
Allahı  yad  etmək  dedikdə,  məqsədim  itaət  və  günahla 
qarşılaşarkən Allahı yad etməyi nəzərdə tuturam. 
2
 
Çox  çətin  məsələ  budur  ki,  insan  özünü  hər  bir  halda 
Allahın hüzurunda görsün. Əgər insan üçün belə bir vəziyyət 
irəli  gələrsə,  həvayi-nəfsinin  və  şeytanın  ona  qələbə  çalaraq 
onu  Allah  qarşısında  itaətsizliyə  vadar  etməsi  qeyri 
mümkündür. 
NƏFSİN  VƏ  ŞEYTANIN  ƏLİNDƏN  XİLAS 
OLMA YOLU 
Şeyx buyururdu: Nəfsin şərindən xilas olmaq üçün Allaha 
diqqət  yetirib,  özünü  daim  Onun  hüzurunda  hiss  etməkdən 
                                                      
1
  «Mizanül-hikmət», 4/1856/1342/6454 
2
  «Mizanül-hikmət», 4/1856/1342/6455. 

 
152 
başqa bir çıxış yolu yoxdur. Nə qədər ki, Onun hüzurundasan 
və  Allahla  rabitən  kəsilməyib,  nəfs  səni  aldatmağa  qadir 
deyildir. 
O,  özü  də  əksər  hallarda  aşağıdakı  ayəyə  işarə  edərək 
buyururdu:
1
  
«Hər  vaxt  insan  öz  diqqətini  Allahdan  kəssə,  pusquda 
dayanan şeytan və nəfs onun qəlbini öz ixtiyarına keçirər və öz 
işlərinə başlayarlar. 
MƏNDƏN ƏL ÇƏK! 
Şeyxin şagirdlərindən biri onun dilindən belə nəql edir: Öz 
nəfsimi  məna  aləmində  görüb  dedim:  Məndən  əl  çək!  Dedi: 
Sən  bilmirsənmi  ki,  səni  həlak  etməyincə  səndən  əl  çəkən 
deyiləm?! 
Bəlkə  də  məhz  bu  mükaşifənin  səbəbinə  görə  Şeyx 
aşağıdakı şeri daha çox oxuyardı: 
Dər dəbistani əzəl hüsnü tu irşadəm kərd 
Bəhri seydəm ze kərəmi lütfü to imdadəm kərd 
Nəfsi bəttinəti mən mayili hər batili bud 
Feyz bəxşi tu əz dəsti vey azadəm kərd 
İlahi  mərhəmət  və  feyz  Allahı  yad  və  zikr  etməyə  davam 
edilməsi  yolu  ilə  insanın  qəlbinə  nazil  olur.  Allahın  yadı 
insanın  qəlbinə  daxil  olarkən  ilk  növbədə  insanın  qəlbini 
şeytani  vəsvəsələrdən,  nəfsani  aludəliklərdən  təmizləyir  və 
onu  Mütləq  Fəyyazın  feyzini  almağa  hazırlayır.  Əmirəl-
möminin Əli (ə) bu barədə buyurur: 
«Qəlbin  ləyaqətli  olmağının  səbəbi,  onun  Allah  zikrinə 
məşğul olmasıdır».
1
 
                                                      
1
    «Hər  kəs  Rəhman  Allahın  yadından  qəlbini  döndərsə  onun 
üçün  bir  şeytan  təyin  edərik  ki,  onunla  həmnişin  olar».  (Züxruf 
surəsi-36.) 

 
153 
İnsan  özünü  daim  Haqq  taalanın  hüzurunda  hiss  etsə, 
nəfsin və şeytanın əsarətindən xilas olar və bu azadlıqla onun 
qəlbindəki  və  ruhundakı  müxtəlif  xəstəliklər  müalicə  olunar. 
İmam Əli (ə) buyurur: 
«Allahı yad etmək-şeytanın qovulması səbəbidir».
2
 
«Allahı yad etmək, ruhun xəstəliklərinin dərmanıdır».
3
 
«Ey O kəs ki, adın dərman, Sənin yadın şəfadır»!
4
 
İlahi  feyz,  Allahı  daim  zikr  etmək  yolu  ilə  qəlbə  insani 
həyat bağışlayır və onu nuraniləşdirir, ruhu qüvvətləndirir və 
qəlb  sahibi  ilə  Allah  arasında  ünsiyyət  yaradır  və  tədriclə 
insana eşq və məhəbbət iksiri verilir. 
Allah  barəsində  sözün  tam  mənasında  arif  olan,  insan 
ruhlarının  dərdlərindən  agah  olan  İmam  Əli  (ə)  kimi  böyük 
şəxsiyyət bu barədə buyurur: 
«Hər  kəs  subhan  Allahı  yad  etsə,  Allah  da  onun  qəlbini 
dirildər, fikir və düşüncəsini aydınlaşdırar».
5
 
 
«Həmişə Allahı yad etmək ruhların qidasıdır».
6
 
«Allahı yad etmək ünsiyyətlərin açarıdır».
7
 
«Hər kəs Allahı çox yad etsə, Allah onu sevər».
8
 
Bu  müxtəsər  kəlamlarda  qeyd  olunanlar  Allahı  yad 
etməyin  insan  həyatında  və  onun  ruhunun  tərəqqisindəki 
bərəkətlərindəndir. Lakin, bunlara dərindən diqqət yetirməklə 
aydın  olur  ki,  Allahı  yad  etdiyimiz  anlar  nə  qədər  dəyərli, 
                                                                                                                 
1
  «Mizanül-hikmət» 4/1846/1340/6394. 
2
  «Mizanül-hikmət», 4/1850/1340/6427. 
3
  «Mizanül-hikmət», 4/1850/1340/6418. 
4
  «Mizanül-hikmət», 4/1850/1340/6419. 
5
 «Mizanül-hikmət», 4/1848/1340/6399. 
6
 «Mizanül-hikmət», 4/1848/1340/6403. 
7
 «Mizanül-hikmət», 4/1852/1340/6435. 
8
 «Mizanül-hikmət» 4/1852/1340/6435. 

 
154 
Allahı  yadımızdan  çıxartdığımız  vaxtlar  isə  bizim  üçün  nə 
qədər ziyanlıdır. 
YUXUDA DA ALLAHI YAD ETMƏK 
Doktor  Səbati  deyir:  Bir  gün  nahara  dostlardan  birinin 
evində  qonaq  idik.  Yemək  yeyəndən  sonra  hamı  istirahətə 
başladı.  Mən  gözlərim  yumulu  halda  uzanmışdım.  Bu  halda 
Allahı yad edir və bu barədə fikirləşirdim. Bu zaman qarşımda 
uzanan  cənab  Şeyx  məni  görüb  dostlara  belə  tövsiyə  etdi: 
Yuxuda da gərək Allahı yad edəsən. 
Yuxuda  da  Allahı  yad  etmək  barəsində  etdiyi  tövsiyəni 
mən  yalnız  həmin  yerdə  eşitdim,  daha  başqa  vaxtlar  bu  sözü 
heç bir yerdə eşitmədim. 
BƏRZƏXDƏN XƏBƏRDARLIQ 
Şeyxin  dostlarından  biri  belə  nəql  edir:  Bir  gün  Şeyxin 
hüzurunda  idim,  buyurdu:  Bərzəxdə  bir  cavanı  gördüm,  o 
deyirdi:  Siz  bilmirsiniz  ki,  burada  nə  xəbərlər  var?!  Bura 
gələndən  sonra  başa  düşəcəksiniz.  Allahdan  başqası  üçün 
çəkdiyiniz hər bir nəfəs sizin ziyanınıza tamam olacaq. 
BƏZİ ZİKRLƏRİN XÜSUSİYYƏTLƏRİ 
Şeyxin  məktəbində  zikrin  xasiyyətləri  barəsində  söhbət 
edərkən unutmamalıyıq ki, onun məktəbi nəticə məktəbi deyil, 
məhəbbət  məktəbidir.  O  kəs  nəticə  hasil  edər  ki,  Allahdan 
başqa heç nə istəməsin, hətta öz kamalını belə nəzərə almasın. 
Buna  əsasən  zikrin  təsiri  hər  nə  olsa  belə,  onda  əsas  məqsəd 
Allahdan başqaları olmamalıdır. 

 
155 
İKİ ZİKRƏ DAHA ÇOX TƏKİD 
Şeyxin  müridlərindən  biri  belə  deyir:  Şeyx  istiğfar  edib 
salavat  göndərməyə  daha  çox  əhəmiyyət  verirdi.  O,  başa 
düşmüşdü ki, bu iki zikr Allaha doğru seyr edənlərin sanki iki 
qanadıdır.  O,  buyururdu:  Hər  kəs  həyatında  çoxlu  salavat 
göndərsə,  ölüm  zamanı  Peyğəmbər  (s)  onun  dodaqlarından 
öpər. 
NƏFSƏ QƏLƏBƏ ÇALMAQ ÜÇÜN 
1. «La  hovla  vəla  quvvətə  illa  billahil-əliyyil-əzim»  zikrini 
daimi təkrarlamaq; 
2. «Ya daimu, ya qaim» zikrini demək; 
3. İnadkar nəfsi məğlub etmək üçün sübh və axşam on üç 
dəfə,  yaxud  yüz  dəfə  «Allahummə  ləkəl-həmdu  və  iləykəl-
müştəka və əntəl-müstəanu» duasını oxumaq; 
4. Hər gecə yüz dəfə «Ya zəkiyyut-tahiru min kulli afətin bi 
qudsihi» duasını oxumaq.
1
  
Cənab Şeyx nəfsə qələbə çalmaq üçün qeyd olunası axırıncı 
zikrlərə  daha  çox  təkid  edərək  buyururdu:  Mən  özüm  ondan 
istifadə etmiş və bu yolla varid olmuşam. Hətta bir gün onu o 
qədər təkrarladım ki, axırda nəfsim öldü. Öz-özümə dedim ki, 
bunu  o  qədər  davam  etdirəcəyəm  ki,  vücudum  yoxluğa 
çevrilsin.  Bəşər  təbiyyətinin  tələbinə  uyğun  olaraq  onu 
təkrarlamaqdan  qafil  oldum,  bu  zaman  öz  nəfsimi  dirilmiş 
gördüm. Məlum oldu ki, hər kəs dünyaya diqqət yetirsə nəfsi 
güclənər.  Bu  zikrin  oxunuşu  nəfsə  qələbə  çalmaq  üçün  çox 
təsirlidir. 
                                                      
1
 Bu zikr həzrət İdris (ə)-ın dualarının bir hissəsidir. «Misbahul-
müctehid», səh.601. 

 
156 
NAMƏHRƏM GÖRDÜKDƏ ŞEYTAN 
VƏSVƏSƏLƏRİNƏ QƏLƏBƏ ÇALMAQ 
Doktor Fərzam nəql edir ki, cənab Şeyx Rəcəbəli «Ya xəyrə 
həbibin  və  məhbubin,  səlli  əla  Muhəmmədin  və  ali 
Muhəmməd»  zikrini  naməhrəm  gördükdən  sonra  oxumağı 
çox təsirli hesab edirdi. Dəfələrlə bu zikri etməyi mənə tövsiyə 
etmişdi ki, şeytanın vəsvəsələrindən amanda olam. O, deyirdi: 
Gözün  naməhrəm  qadına  düşəndə  xoşun  gəlməsə  bil  ki, 
xəstəsən!  Amma  əgər  xoşun  gəldisə,  dərhal  gözlərini  yum, 
başını  aşağı  sal  və  de:  Ya  xəyrə  həbibin...  Yəni,  Pərvərdigara, 
mən  Səni  istəyirəm,  bunlar  nədir?!  Bunlar  sevilməli  deyildir. 
Hər şeyin ki, davamı yoxdur, ona ürək bağlamaq olmaz. 
ALLAH MƏHƏBBƏTİ ÜÇÜN 
Qırx  gecə  ərzində  min  dənə  salavat  göndərmək  qəlbdə 
mütəal Allahla dostluq yaranmasına səbəb olur. 
BATİNİN SƏFALI OLMASI ÜÇÜN 
Cənab  Şeyx  sübh  çağları  «Saffat»,  gündüzlər  isə  «Həşr» 
surəsinin  oxunmasını  batinin  səfalı  olmasında  faydalı  hesab 
edirdi.  Şeyxin  müridlərindən  biri  deyir  ki,  o,  mənə  belə 
buyururdu:  «Həşr»  surəsini  hər  gecə  oxuyun.  O,  inanırdı  ki, 
Allahın  ismi-əzəmi  bu  mübarək  surənin  axırıncı  ayələrində 
yerləşir. 

 
157 
İMAM ZAMAN (Ə)-IN HÜZURUNA 
ÇATMAQ ÜÇÜN 
«Rəbbi  ədxilni  müdxələ  sidqin  və  əxricni  muxrəcə  sidqin 
vəcəlni min lədunkə sultanən nəsira» ayəsini hər gecə yüz dəfə 
oxumaq.
1
  
Nəql olunduğuna görə Şeyxin şagirdlərinin əksəriyyəti bu 
zikri  daim  təkrar  etməklə  imam  Zaman  (ə)-ın  hüzuruna 
çatmışlar,  lakin  onu  zahirdə  tanımamışlar.  Nümunə  üçün  bir 
neçəsini qeyd edirik: 
1. Ayətullah Ziyarətinin imamla görüşü. 
Şeyxin şagirdlərindən biri nəql edir ki, cənab Şeyx mərhum 
Ayətullah  Ziyarətiyə  Məhdişəhərdə  imam  Zaman  (ə)-ın 
hüzuruna  çatmaq  üçün  müəyyən  göstərişlər  vermişdi.
2
  
(Zahirən bizim qeyd etdiyimiz işlərdən ibarət idi.) Onu yerinə 
yetirdikdən  sonra  Şeyxə  müracət  etdi  və  dedi  ki,  sənin 
dediklərini yerinə yetirdim, amma müvəffəq olmadım?! 
Şeyx  diqqət  yetirib  buyurdu:  Məsciddə  namaz  qıldığın 
zaman bir seyyid sənə yaxınlaşıb dedi ki, üzüyü sol ələ taxmaq 
məkruhdur.  Siz  də  dediniz  ki,  hər  bir  məkruh  caizdir.  Onu 
deyən imam Zaman (ə) idi. 
2. Bir dükançının imam Zaman (ə)-la görüşü. 
İki  nəfər  dükançı  bir  seyyid  ailəsinin  məişətini  təmin 
etməyə öhdədar olmuşdular. Onlardan biri imam Zaman (ə)-la 
görüşmək və ya hüzuruna çatmaq üçün Şeyxin dediyi zikrləri 
təkrarlamağa  başladı.  Qırxıncı  gecədən  əvvəl  seyyid  ailəsinin 
övladlarından biri onun yanına gəlib bir sabun istəyir. Dükan 
sahibi deyir: Anan da təkcə bizi tanıyır! Filankəsdə də vardır. 
                                                      
1
  İsra surəsi-80. 
2
  O, höccətul-islam vəl-müslümin cənab seyyid Həmid Ruhaninin 
atasıdır. 

 
158 
(Bunu  deyib  qonşuluqdakı  dükanı  göstərir.)  Oradan  da  ala 
bilərsiniz. 
Bu  şəxs  deyir:  Gecə  yatmışdım,  birdən  hiss  etdim  ki, 
həyətdən məni səsləyirlər. Eşiyə çıxdım və heç kəsi görmədim. 
Yenidən  yatdım  və  yenə  də  çağırdılar.  Bu  iş  üç  dəfə  təkrar 
olundu.  Üçüncü  dəfə  evin  qapısını  açdıqda  gördüm  ki,  üzü 
niqablı  bir  seyyid  dayanıbdır.  O,  mənə  dedi:  Biz  öz 
övladlarımızı  idarə  edə  bilərik,  lakin  istəyirik  ki,  siz  bir 
məqama çatasınız. 
ÇƏTİNLİKLƏRİN ARADAN 
QALDIRILMASI VƏ XƏSTƏLİKLƏRİN 
MÜALİCƏSİ 
Doktor  Fərzam  deyir:  Cənab  Şeyx  müşküllərin  həll 
olunması  və  xəstəliklərin  müalicə  olunması  üçün  bəzi  Quran 
ayələrini  və  duaların  cümlələrini  salavat  ilə  birlikdə  deməyi 
tövsiyə edirdi. O cümlədən: 
«Rəbbi inni məğlubun fəntəsir və əntə ərhəmur-rahimin».
1
 
Mənim  özümün  də  bir  çətinliyim  var  idi.  Buyurdu  ki,  bu 
zikri deyim: 
«Ya Rəbbi, inni məssəniyə-zurru və əntə ərhəmur-rahimin». 
Həmçinin buyururdu: Bunlar zikrdir,onları salavatla de. 
Uşaqlarımız xəstələnəndə buyururdu ki, bunları deyək: 
«Ya  mən  ismihu  dəva  və  zikruhu  şəfa,  səlli  əla 
Muhəmmədin və ali Məhəmməd». 
                                                      
1
    Qəmər  surəsinin  10-cu  və  Əraf  surəsinin  151-ci  ayələrindən 
iqitibas olunub. 

 
159 
ŞİDDƏTLİ İSTİLİYİN VƏ SOYUĞUN DƏF 
EDİLMƏSİ 
Şeyxin 
şagirdlərindən 
biri 
belə 
deyir: 
Məkkeyi-
müəzzəməyə  ilk  səfərimdə  Şeyxə  dedim  ki,  istiliyin 
şiddətindən yaranacaq təhlükəni dəf etmək üçün nə edim? 
O, istilik və soyuqluğun törədə biləcəyi xətərləri dəf etmək 
üçün bu ayəni oxumağı məsləhət gördü: 
«Səlamun əla İbrahimə, kəzalikə nəczil-muhsinin».
1
 
«Ya naru, kuni bərdən və səlamən əla İbrahimə»
2
 
ALTINCI FƏSİL 
ALLAH ÖVLİYALARININ RAZ-NİYAZİ 
Şeyxin  mühüm  tərbiyəvi  göstərişlərindən  biri  Allah-taala 
ilə  mütəmadi  olaraq  xəlvətdə  münacat  etmək  və  dua  ilə 
məşğul olmaqdır. Şeyx bunu «Allah evində gədalıq» təbiri ilə 
deyir  və  təkidlə  buyururdu:  Hər  gecə  bir  saat  dua  oxuyun, 
əgər  dua  oxumağa  halınız  yoxdursa,  yenə  də  Allah-taala  ilə 
olmağı tərk etməyin. 
Yenə buyururdu: 
«Səhər çağları və eləcə də gecənin axırıncı üçdə birini oyaq 
qalamağın  çox  qəribə  təsirləri  vardır.  Allahdan  hər  nəyi 
istəyirsənsə səhər çağı yalvarışlarında əldə edə bilərsən. Sübh 
çağınından qafil olmayın, çünki, hər nə varsa ondadır. Aşiqin 
yuxusu olmaz. O, məhbubunun vüsalına çatmaqdan başqa bir 
şey  istəməz.  Vüsala  çatmağın  və  Allahla  görüşməyin  vaxtı 
səhər çağlarıdır. 
                                                      
1
    «Salam  olsun  İbrahimə.  Bax  beləcə  yaxşı  əməl  sahiblərinə 
mükafat verərik». Saffat surəsi-109, 110-cu ayələr. 
2
  «Ey od! İbrahim üçün soyuq və salamat ol».Ənbiya-69. 

 
160 
Hər gənci səadət ki, xuda dad be Hafiz 
Əz yumnu duayi şəbo virdi səhəri bud 
CƏNAB ŞEYXİN OXUDUĞU DUALAR 
«Yəstəşiru»  duası,  «Ədilə»  duası,  «Təvəssül»  duası, 
Əmirəl-möminin  Əli  (ə)-ın  Kufə  məscidindəki  (Allahummə 
inni  əsəlukəl-əmanə  yovmə  la  yənfəu  malun  vəla  bənun) 
cümləsi  ilə  başlayan  münacatı,  eləcə  də  imam  Səccad  (ə)-dan 
nəql  olunan  «Xəmsətə  əşərə»  münacatı  cənab  Şeyxin  daha 
artıq  diqqət  yetirib  oxuduğu  və  şagirdlərinə  oxumaq  üçün 
tövsiyə etdiyi dualardandır. 
İmam Səccad (ə)-a mənsub olan on beşlik dualar içərisində 
də  «Munacati  müftəqirin»  və  xüsusilə  «Munacati  müridin» 
dualarına çox təkid edərək buyururdu: Bu on beş duadan hər 
birinin özünəməxsus xüsusiyyəti vardır. 
ŞEYXİN HƏMİŞƏKİ DUASI 
Doktor Fərzam deyir ki, Şeyxin həmişəki duası bu idi: 
«Pərvərdigara! Bizi Özün üçün tərbiyələndir! Pərvərdigara! 
Xudaya, bizi Özünlə görüş üçün hazırla!» 
Cümə  axşamları  axşam  namazından  sonra  adətən  cənab 
Şeyx  «Kumeyl»  duasını,  yaxud  qeyd  olunan  münacat  və 
dualardan birini oxuyaraq şərh edirdi. 
«YƏSTƏŞİRU» DUASINI OXU! 
Ayətullah  Fehri  nəql  edir  ki,  cənab  Şeyxin  belə 
buyurduğunu  eşitdim:  «Allaha  ərz  etdim:  Pərvərdigara!  Hər 
kəs  öz  məhbubu ilə raz-niyaz edib ləzzət  alır.  Biz  də  istəyirik 
ki, bu nemətdən bəhrələnək. Hansı duanı oxuyaq? 
Məna aləmində mənə deyildi ki, «Yəstəşiru» duasını oxu». 

 
161 
Məhz  buna  görə  də  o  cənab  «Yəstəşiru»  duasını  çox  şövq 
və xüsusi halla oxuyardı. 
BƏHANƏLƏRİ ONDAN ALIN! 
Cənab  Şeyx  inanırdı  ki,  əgər  insan  doğrudan  da  Allahı 
istəyirsə  və  Ondan  başqaları  ilə  qənaətlənmirsə,  hökmən 
mütəal Allah onun əlindən tutub məqsədə çatdırar. Bu barədə 
maraqlı  misal  da  çəkirdi.  Bəhanə  gətirən  uşağa  nə  qədər 
oyuncaq,  konfet  versələr  də,  yenə  onları  alıb  tullayır  və 
inadkarlığından əl çəkmir. O qədər ağlayır ki, axırda ata-anası 
onu qucağına alıb nəvaziş edir. Bu zaman uşaq sakitləşir. Buna 
görə  də  əgər  dünyanın  zahiri  bər-bəzəklərini  və  bəhanəsini 
Ondan  alsan,  axırda  Allah-taala  sənin  əlindən  tutar  və 
qaldırar. Məhz bu zaman insan ləzzət alır. 
AĞLAMAĞIN VƏ MÜNACATIN DƏYƏRİ 
Cənab  Şeyx  inanırdı  ki,  insan  münacata,  Allahla 
danışmağa  o  zaman  ləyaqət  tapar  ki,  Allahdan  qeyrisinin 
məhəbbətini ürəyindən çıxartsın. Hər kəsin həvayi-nəfsi onun 
məbudu olsa, həqiqətən «ya Allah» deyə bilməz. O, bu barədə 
buyururdu: Ağlamağın və müanacatın o vaxt dəyəri vardır ki, 
insanın qəlbində Allahdan başqasının məhəbbəti olmasın. 
Bu barədə cənab Şeyxdən bir neçə ibrətamiz mükaşifə nəql 
olunmuşdur ki, bizim müddəamızı sübut edir. 
«YA ALLAH» DEMƏYİN CAVABINDA İKİ 
RİYAL 
Ayətullah Fehri cənab Şeyxin belə buyurduğunu nəql edir: 

 
162 
«Bazarda  gedirdim.  Fəqir  məndən  bir  şey  istədi.  Əlimi 
cibimə  saldım  ki,  ona  pul  verəm,  əlimə  iki  riyallıq  pul  gəldi. 
Onu buraxıb, bir on şahılıq tapdım.
1
  
Zöhr  zamanı  idi.  Məscidə  gedib  namaz  qıldım.  Namazı 
qurtardıqdan  sonra  əllərimi  göyə  qaldırıb  «Ya  Allah»  dedim. 
Gördüm  ki,  cibimdə  götürüb  təzədən  buraxdığım  iki  riyalı 
mənə göstərirlər!! 
Bu mükaşifədə bir neçə məsələyə diqqət yetirilməlidir: 
1. Həvayi-nəfsin  məbud  şəkilində  zahir  olması.  Qurani-
Kərim bu mətləbə işarə edərək buyurur: 
«O  kəsi  görmədin  ki,  öz  həvayi-nəfsini  (öz  Allahı  kimi) 
qərar verib?»

Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin