MƏHƏBBƏT İKSİRİ


«Ey Firon övladları! Ən ağır əzablara daxil olun!»



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix27.11.2019
ölçüsü2,25 Mb.
#29722
1   2   3   4   5   6   7   8   9   ...   12
Şeyx Rəcəbəli


«Ey Firon övladları! Ən ağır əzablara daxil olun!»
1
 
 
ŞƏRTLİ DUANIN QƏBUL OLUNMASI 
Şeyxin  dostlarından  biri  deyir:  Şeyxin  şagirdlərindən 
birinin  övladı  olmurdu.  Müxtəlif  yerlərə  müraciət  etdisə  də, 
heç bir faydası olmadı. Nəhayət mənim də iştirak etdiyim bir 
yığıncaqda  Şeyxdən  kömək  istədi  və  dedi:  Mən  elə  bir  övlad 
istəyirəm ki, vəfatımdan sonra mənim üçün bir səmərəsi olsun. 
Şeyx buyurdu: Cavabını sonra verərəm. 
Bir  müddət  keçdi.  Şeyxin  sonralar  ona  verdiyi  cavabdan 
xəbərim yox idi. Nəhayət bir gün məni qonaqlığa dəvət etdilər. 
Dedim: Bu qonaqlıq nə münasibətilədir? 
Cavab verdi: Allah mənə bir qız övladı əta etmişdir. 
Mən  dərhal  Şeyxlə  olan  söhbətləri  xatırladım  və  dedim: 
Şeyxin duası qəbul olunubmu? 
                                                      
1
 Mizanul-hikmət, 2/662/474/2213 

 
80 
Cavab verdi: Qəbul olunub, amma bəzi şərtləri vardır. 
Dedim: Necə? 
Dedi:  Bizdən  iltizam  almışdır  ki,  hər  il  uşağın  doğulduğu 
gün  Rey  şəhərinin  ətrafındakı  kəndlərdən  birində  yerləşən 
imamzadə  Əbulhəsənin  ziyarətgahında  qurbanlıq  alıb  kəsək 
və onun əhalisinə verək. Bu da əhdin birinci ilidir. 
Yeddi  il  bu  iş  davam  etdi.  Səkkizinci  il  qızın  atası  xarici 
ölkəyə  səfər  etdiyindən  öz  əhdinə  vəfa  edə  bilmir  və  həmin 
ildə uşaq dünyadan gedir. 
Bu  hadisədən  sonra  o,  çox  kədərlənib  narahat  olur.  Mən 
Şeyxin  hüzuruna  getmək  istəyirdim,  ona  görə  də  dedi: 
Hazırsanmı bu gecə Şeyxin mənzilinə gedək? 
Dedi: Bəli. 
Mən  ondan  bir  az  tez  getmişdim.  Şeyxə  dedim  ki, 
filankəsin qızı dünyadan getdiyinə görə halı yaxşı deyil. Şeyx 
buyurdu: Nə edim?! Məgər müsəlmançılığın ilk şərti öz əhdinə 
vəfa etmək deyilmi? O, öz əhdinə vəfa etmədi! 
Sonra  dostumuz  gəldi.  Şeyx  onunla  bir  qədər  zarafat 
etdikdən  sonra  buyurdu:  Narahat  olma,  Allah-taala  onun 
əvəzində  behiştdə  sənin  üçün  bir  neçə  qəsr  əta  etmişdir. 
Amma ehtiyatlı ol ki, onları da xarab etməyəsən. 
MALI OĞURLANAN ŞƏXSƏ KÖMƏK 
Şeyxin  vəfatından  sonra  bir  nəfər  onun  övladlarından 
birinə belə nəql edir: Evimi satmışdım. Pulunu banka qoymaq 
istəyirdim ki, bankın iş saatı qurtardığından pulu evə apardım. 
Gecə  oğru  gəlib  onların  hamısını  apardı.  Müxtəlif  yollarla 
axtarmağıma  baxmayaraq,  heç  bir  nəticə  hasil  olmadı.  İmam 
Zaman  (ə)-a  təvəssül  oldum.  Qırxıncı  gecə  yuxuda  cənab 
Şeyxin  evinin  ünvanını  mənə  verdilər.  Həmin  günün  sabahı 
Şeyxin  evinə  gəlib  öz  çətinliyimi  ona  dedikdə  buyurdu:  Mən 

 
81 
dua  yazmıram  və  fala  da  baxmıram.  Sənə  ünvanı  səhv 
veriblər. 
Dedim: Cəddimə and olsun ki, səndən əl çəkən deyiləm. 
Şeyx  bir  anlığa  dayandı  və  məni  evin  içinə  aparıb  sonra 
buyurdu: Vəramin şəhərinə get, filan kəndin filan evində iç-içə 
olan  iki  otaq  vardır.  Sənin  pulun  ikinci  otaqdadır.  Əl 
vurulmadan qırmızı rəngli ipək dəsmala bağlanmış və təndirin 
yanına  qoyulmuşdur.  Pulları  götürüb  çölə  çıx.  Onlar  səni  çay 
içməyə dəvət edəcəklər, lakin sən təcili olaraq oranı tərk et. 
Onun  verdiyi  ünvan  mənim  iş  yoldaşımın  evi  idi.  Ora 
müraciət  etdikdə  ev  sahibi  belə  təsəvvür  etdi  ki,  mən  polis 
işçisiyəm.  İkinci  otağa  getdikdə  pulları  Şeyxin  dediyi  yerdə 
görüb  götürdüm.  Ev  sahibi  məni  çay  içməyə  dəvət  etdi. 
Onların üstünə qışqırıb evdən çıxdım. 
Pulun  miqdarı  yüz  tümən  idi.  Onun  yarısını  Şeyxin 
hüzuruna gətirdim. Ağlayıb, yalvararaq ona təşəkkür etdim və 
pulları  onun  qarşısına  qoydum  ki,  götürsün,  lakin  o  qəbul 
etmədi. 
Mənim  ən  ləzzətli  anlarım  o  idi  ki,  mənim  israrım 
nəticəsində  iyirmi  tüməni  qəbul  etdi,  amma  özü  üçün  yox. 
Üzünü mənə tutub dedi: Bir neçə kasıb ailənin ünvanını sənə 
verirəm.  Onların  qızlarına  cehizlik  lazımdır.  Bu  işi  heç  kəsə 
həvalə etmə, özün şəxsən yerinə yetir və onlar üçün lazım olan 
zəruri şeyləri hazırla və evlərinə təhvil ver. 
O, özü üçün bir qəpik də götürmədi. 
QIRMIZI ALMA YE 
Şeyxin  dostlarından  biri  belə  nəql  edir:  Şeyxlə  birlikdə 
Kaşan  şəhərinə  getmişdik.  Şeyx  adəti  üzrə  hər  hansı  bir  yerə 
gedəndə  ilk  dəfə  əhli-qüburu  ziyarət  edərdi.  Kaşanın 
qəbristanlığına  daxil  olduqda  Şeyx  dedi: Əssəlamu  ələykə,  ya 
Əba Əbdillah! 

 
82 
Bir  qədər  irəliləmişdik  ki,  buyurdu:  Nə  isə  bir  qoxu  hiss 
etmirsinizmi? 
Dedik:Xeyr. 
Soruşduq: Nə qoxusu? 
Dedi: Qırmızı alma qoxusu hiss etmirsinizmi? 
Dedik: Xeyr. 
Bir qədər irəli getdik. Şeyx qəbristanlıqda işləyən bir şəxsi 
gördükdə soruşdu: Bu gün burada kimi isə dəfn ediblərmi? 
O şəxs cavabında dedi: Sizin qarşınızda olan qəbir təzədir, 
bu  gün  dəfn  olunmuşdur.  Sonra  bizi  həmin  qəbrin  yanına 
apardı.  Orada  bizim  hamımız  qırmızı  alma  ətrini  hiss  etdik. 
Soruşduq: Bu nə iydir? 
Şeyx  buyurdu:  Bu  şəxs  dəfn  olunan  zaman  Seyyidüş-
şühəda imam Hüseyn (ə) buraya gəlibmiş. Onun gəlişi səbəbi 
ilə, qəbristanlıq əhlinin hamısından əzab götürülüb. 
GÖZLƏRİ HARAM BAXIŞDAN 
SAXLAMAĞIN MÜKAFATI 
Başqa 
bir 
şəxs 
deyir: 
Tehranın 
indiki 
«Sepah» 
meydanından taksi ilə aşağı gedirdim. Uca boylu və gözəl bir 
qadının  çadraya  büründüyünü  gördüm.  Üzümü  yana 
çevirdim  və  istiğfar  etdikdən  sonra  onu  maşına  mindirib 
gedəcəyi yerə çatdırdım. 
Sonrakı  gün  Şeyx,  sanki  bu  hadisəni  yaxından  müşahidə 
edirmiş kimi dedi: O uca boylu qadın kim idi ki, ona baxdıqda 
üzünü yana çevirdin və sonra da istiğfar etdin? 
Allah  təbarək  və  təala  sənin  üçün  behiştdə  bir  qəsr 
hazırladı və həmin qadına oxşar bir hurini də sənə əta etdi. 

 
83 
HARAM MALDAN YARANAN ATƏŞ 
Bir nəfər camaatı başına yığıb sehr və cadu ilə məşğul idi. 
Şeyxin  övladlarından  biri  də  həmin  yerdə  oturmuşdu.  O, 
hadisəni belə nəql edir: Mən onun işinin qarşısını aldım. O, nə 
qədər çalışdısa da, sehr və cadusu baş tutmadı və axırda başa 
düşdü  ki,  mən  onun  işinə  mane  oluram.  Çoxu  yalvardıqdan 
sonra  mənə  dedi  ki,  gəl  mənim  çörəyimə  bais  olma!  Sonra 
mənə  bahalı  bir  xalça  verdi  və  mən  də  onu  götürüb  evə 
gətirdim.  Atam  gördükdə  buyurdu:  Bu  xalçanı  sənə  kim 
vermişdir  ki,  onun  içindən  tüstü  və  od  qalxır?  Tez  ol,  onu 
sahibinə qaytar! 
Mən də dərhal onu aparıb qaytardım. 
QRAMAFONUN XARAB OLMASI 
Şeyxin  övladlarından  biri  nəql  edir  ki,  atamla  birlikdə 
qohumlarımızdan  birinin  toy  məclisinə  getmişdik.  Ev  sahibi 
Şeyxin  gəldiyini  gördükdə  cavanlara  dedi  ki,  qramafonu 
söndürsünlər.  Biz  məclisə  daxil  olduq.  Cavanlar  yaxına 
gəldilər. Onlar bilmək istəyirdilər ki, görəsən gələn kimdir ki, 
onun  gəlişi  ilə  qramafondan  istifadə  olunmamalıdır.  Şeyxi 
gördükdə  dedilər:  Bu  nədir,  bu  kişiyə  görə  biz  qramafonu 
söndürməliyik?  Yenidən  onu  işə  salıb  qulaq  asdılar.  Mən 
dondurmanın yarısını yemişdim, atam əlimə vurub dedi: Qalx 
ayağa, gedək. 
Mən  məsələnin  nə  yerdə  olduğunu  bilməyib  dedim:  Ata, 
mən hələ dondurmanın yarısını yeməmişəm. 
Atam dedi: Çox yaxşı, qalx ayağa. 
Hələ  evdən  təzəcə  çıxmışdıq  ki,  qramafonun  yandığını 
eşitdik. İkincisini gətirdilər, o da yandı. Bu hadisədən sonra ev 
sahibi Şeyxin müridləri cərgəsinə keçdi. 

 
84 
AŞİQ CAVANIN TƏVƏSSÜLÜ 
Şeyxin  dostlarından  biri  deyir:  Məşhəd  səfərinə  Şeyxlə 
birlikdə  getmişdik.  İmam  Riza  (ə)-ın  hərəmində  polad 
pəncərənin yaxınlığında dayanmış bir cavan gördük. O, fəryad 
edir, ah-şivən qoparıb imamı öz anasına and verirdi. 
Şeyx mənə dedi: Get ona de ki, işin düzəldi. 
Mən irəli gedib bu sözləri dedim. Cavan təşəkkür edib yola 
düzəldi. Mən cənab Şeyxdən soruşdum: Bu nə məsələ idi? 
Buyurdu:  Bu  cavan  bir  qıza  aşiq  olmuşdu  və  onunla 
evlənmək  istəyirdi,  lakin  qızı  ona  vermirdilər.  O  gəlib  imam 
Riza (ə)-a təvəssül etdi. Həzrət buyurdu: İşi düzəlmişdir, gedə 
bilər. 
ƏSƏBİLƏŞMƏ! 
Şeyxin  şagirdlərindən  biri  deyir:  Bir  gün  bazarda 
dindarların biri ilə dini-elmi mübahisəmiz oldu. Mən nə qədər 
dəlil  gətirdimsə  o,  qəbul  etmədi.  Mən  bir  qədər  əsəbiləşdim, 
bir  neçə  saatdan  sonra  Şeyxin  hüzuruna  getdim.  Məni  görən 
kimi, başdan-ayağa süzüb dedi: Kiminlə kobud rəftar etmisən? 
Hadisəni  dedikdə  Şeyx  buyurdu:  Bu  kimi  hallarda 
əsəbiləşmə, imamlarımızın yolu ilə get. Əgər qəbul etmədiyini 
görsən, ondan aralan. 
SAQQALI İLƏ NƏ İŞİN VAR?! 
Şeyxin  şagirdlərinin  birindən  belə  nəql  olunur:  Bir  gecə 
məclisə  daxil  oldum.  Bir  qədər  gecikmişdim.  Şeyx  münacat 
oxumaqla  məşğul  idi.  Məclisdə  iştirak  edənlərə  baxdım, 
onların  arasında  saqqalını  qırxmış  bir  nəfəri  gördüm. 
Qəlbimdə  narahat  oldum  və  öz-özümə,  nə  üçün  bu  şəxs 
saqqalını qırxmışdır—deyə fikirləşdim. 

 
85 
Şeyx  üzü  qibləyə  oturmuşdu,  arxası  mənə  tərəf  idi. 
Gözlənilmədən  duanı  kəsib  üzünü  mənə  çevirdi  və  dedi: 
Onun saqqalı ilə nə işin var? Gör əməlləri necədir! Ola bilsin, 
onun bir yaxşı xüsusiyyəti vardır ki, səndə yoxdur. 
Bunu dedikdən sonra yenidən üzünü çevirib dua oxumağa 
məşğul oldu. 
ŞEYTAN VƏSVƏSƏSİNƏ CAVAB 
Şeyxin  oğlu  belə  deyir:  Bir  gün  atamla  birlikdə  yol 
gedirdik.  İki  hicabsız  və  bəzənmiş  qadın  gördüm.  Onlardan 
biri  atamın  sağ  tərəfində,  o  birisi  isə  sol  tərəfində  hərəkət 
edirdi və Hər ikisinin də əlində oyuncaq fır-fıra var idi. Onlar 
atama  deyirdilər:  Şeyx,  bax  gör  hansımızın  fır-fırası  daha 
yaxşıdır? 
Mən çox balaca idim və bir şey başa düşmürdüm. Atam isə 
onlara etina etmir, başını aşağı salıb təbəssüm edirdi. Onlar bir 
qədər bizimlə gəldilər, lakin birdən-birə gözdən itib görünməz 
oldular.  Atamdan  soruşdum  ki,  bunlar  kim  idi?  Atam 
buyurdu: Hər ikisi şeytan idi. 

 
86 
ÜÇÜNCÜ BÖLMƏ 
RUHUN SAFLAŞDIRILMASI 
BİRİNCİ FƏSİL 
RUHU SAFLAŞDIRMANIN YOLLARI 
Cənab  Şeyxin  nəfəsi  çox  təsirli  idi  və  istedadlı  ruhların 
tərbiyə  olunmasında  yüksək  quruculuq  qabiliyyətinə  malik 
idi. Onun şagirdlərindən biri belə deyir: 
«Bir gün mən və Şeyx mərhum Ayətulluh Məhəmməd Əli 
Şahabadi  ilə  birlikdə  Təcriş  meydanında  gedirdik.
1
  Şeyx, 
Ayətullah  Şahabadini  çox  sevirdi.  Bir  nəfər  bizə  yaxınlaşıb 
mərhum  Şahabadidən  soruşdu:  Siz  düz  deyirsiniz,  yoxsa  bu 
ağa (Şeyxə işarə edirdi)? 
Ayətullah  Şahabadi  buyurdu:  Nəyi  düz  deyir?  Siz  nə 
istəyirsiniz?
 
 
O şəxs dedi: Sizlərdən hansı biriniz düz deyirsiniz? 
Ayətullah Şahabadi buyurdu: Mən dərs deyir və tələbələri 
öyrədirəm, o isə insan hazırlayıb cəmiyyətə təhvil verir. 
Bu  sözlər,  o  böyük  rəbbani  və  kamil  insanın  təvazökarlıq 
nümunəsi  olmasından  əlavə,  cənab  Şeyxin  təlim-tərbiyə  və 
insan ruhunun saflaşdırılmasındakı qüdrət və kəlamının dərin 
təsirini bəyan edirdi. 
ALTMIŞ İL YOLU TƏRSİNƏ GETMİŞƏM! 
Doktor Həmid Fərzam, cənab Şeyxin mənəvi cazibəsini və 
kəlamının  təsirini  belə  bəyan  edir:  Tehran  universitetinin 
                                                      
1
  O, Həzrət imam Xomeyninin ustadıdır. 

 
87 
məşhur  ustadlarından  olan  Cəlaləddin  Hümayi  elm  və 
maarifdə,  xüsusilə  fars  ədəbiyyatında  və  islami  irfanda 
dövrümüzün  məşhur  şəxsiyyətlərindən  biri  idi.  O,  həm  də 
mənim  müəllimim  idi.  İlk  dəfə  altmış  yaşında  ikən  Şeyxlə 
görüşə bilmişdi. 
Mən  on  yeddi  yaşımda  olarkən  ustad  Humayinin 
hüzuruna  getdim.  O,  həmin  vaxtlarda  Əbu  Reyhan  Biruninin 
«Əttəfhimu  li  əvailis-sənaəti  təncim»  kitabını,  eləcə  də 
İzzuddin 
Məhmud 
Kaşaninin 
«Misbahül-hidayət» 
və 
«Miftahul kifayət» adlı kitablarını təshih etmiş, eləcə də imam 
Məhəmməd  Qəzzalinin  əsərləri  ilə  bağlı  «Ğəzzalinamə» 
kitabını  çox  dəqiq  və  incəliklə  yazmışdı.  Onun  «Misbahül-
hidayət» kitabına yazdığı müfəssəl müqəddimə demək olar ki, 
nəzəri və əməli irafanın tam külliyatıdır. 
Bəli, altmış yaşlı bu böyük irfani şəxsiyyət mənim ustadım 
idi.  Adətimizə  görə  bir  gün  cənab  Şeyxin  hüzuruna  çatdıqda 
mənə buyurdu: 
«Sənin  ustadın  cənab  Cəlaləddin  Humayi  mənim  yanıma 
gəlmişdi.  Ona  bir  neçə  cümlə  dedim.  Dərindən  təsirləndi, 
həsrət  və  peşmançılıq  əlaməti  olaraq  öz  alnına  bir sillə  vurdu 
və  öz-özünə  dedi:  «Qəribədir:  Altmış  il  yolumu  tərsinə 
getmişəm!!» 
Bəli,  cənab  Şeyxin  cazibəsi  və  kəlamının  təsiri  elə  bir 
dərəcədə  idi  ki,  ustad  Humayini  kimi  böyük  irfani  və  elmi 
məqamda  olan  şəxsin  həyatında  əsaslı  bir  dönüşə  səbəb  olur. 
Allah ona rəhmət eləsin! 
Şeyx  qızğın  söhbətə  məşğul  olduğu  dua  və  raz-niyaz 
məclislərində buyururdu: 
«Dostlar!  Mənim  sizə  dediyim  bu  sözlər  irfanın  axırıncı 
səviyyəsindədir!» 
Doğrudan da belə idi. 
Şeyxin şagirdlərindən biri deyir: Şeyxin dərsləri misi qızıla 
çevirirdi. 

 
88 
Buna əsasən, Şeyxin insan quruculuğunun bəyanında ilkin 
məsələ  onun  dinləyicilərə  təsirinin  sirrini  açmaq,  bu  ilahi 
şəxsiyyətin  insan  quruculuğu  yolunda  və  insan  təlim-
tərbiyəsində seçdiyi üslubu araşdırmaqdan ibarətdir. 
ƏMƏL İLƏ TƏLİM-TƏRBİYƏ 
İslami 
rəvayətlər 
və 
hədislər 
baxımından 
əxlaq 
tərbiyəçilərinin,  əxlaq  ustadlarının  təlim-tərbiyəsinin  daha 
təsirli  olmasının  ilkin  şərtlərindən  biri  də  tərbiyəçi  şəxsin 
özünün  öz  dediklərinə  əməl  etməsindən  ibarətdir.  Əmirəl-
möminin Əli (ə) bu barədə buyurur: 
«Hər  kəs  özünü  camaata  rəhbər  seçsə,  gərək  başqalarını 
öyrətməkdən  qabaq  özünü  təlimləndirsin,  (və  başqalarına) 
sözlə  təlim-tərbiyə  verməkdən  əvvəl  onları  öz  rəftarı  ilə 
tərbiyələndirməlidir».
1
 
Şeyxin  nəfəsinin  təsirinin  və  onun  təlim-tərbiyədəki 
qüdrətinin əsil sirri Əmirəl-möminin Əli (ə)-ın bu tövsiyələrinə 
əməl  etmək,  camaatı  Allah  yoluna  sözlə  deyil,  ilk  növbədə 
əməllə dəvət etməsi idi. 
Şeyx  başqalarını  tovhidə  dəvət  etdiyi  zamanda  özü 
«Ərbabun  mütəfərriqun»u
2
  pərakəndə  vəziyyətdə  olan 
rəbbləri)  onların  da  başında  öz  nəfs  bütünü  sındırmışdı. 
Başqalarını bütün işlərdə ixlas və sədaqətə dəvət etdiyi zaman 
özünün  bütün  hərəkətləri,  bütün  əməlləri  yalnız  Allah  üçün 
idi.  Əgər  bir  anlığa  Allahdan  qafil  olurdusa,  yenə  də  haqqın 
mərhəməti  onun  dadına  yetişirdi.  O,  özü  bu  barədə  belə 
buyurur: 
«Allahdan  başqası  xatirinə  vurduğum  hər  bir  iynə  əlimə 
batırdı». 
                                                      
1
  «Mizanul-hikmət», 1/222/147/850. 
2
 Yusif surəsi, 39-cu ayə 

 
89 
Şeyx  başqalarını  Allaha  məhəbbət  bəsləməyə  dəvət  etdiyi 
zaman  özü  pərvanə  kimi  Allahın  eşq  şöləsi  ətrafında  yanırdı. 
Başqalarını  ehsana,  fədakarlığa,  xalqa  xidmət  etməyə  dəvət 
etdiyi  zaman  özü  bu  işlərdə  hamıdan  öndə  gedirdi.  Dünyanı 
«qoca  qarı»  kimi  təbir  etdiyi  və  başqalarını  da  ona  qarşı 
məhəbbət  göstərməkdən  ciddi  şəkildə  çəkindirdiyi  halda, 
onun  zahid  sayağı  olan  sadə  həyatı  dünya  malına  rəğbətsiz 
olduğunu  göstərirdi.  O,  başqalarını  həvayi-nəfslə  Allah 
yolunda  mübarizəyə  dəvət  etdiyi  zaman  özü  bu  cəbhənin  ön 
xətlərində  dayanmış  və  həzrət  Yusif  kimi  çox  çətin 
imtahanlardan başıuca çıxmışdı. 
TƏRBİYƏ METODLARI 
Cənab  Şeyxin  şagirdlərinə  verdiyi  təlim-tərbiyə  üsullarını 
iki  yerə  bölmək  olar:  Ümumi  məclislərindəki  təlim-tərbiyə 
üsulları və xüsusi rəftar və tərbiyə üsulu. 
1. Ümumi məclislər; 
Şeyxin  ümumi  iclasları  adətən,  onun  öz  evində  təşkil 
olunurdu. Həmçinin əksər bayram günlərində, məsumların (ə) 
şəhadət və təvəllüd günlərində, məhərrəm və səfər aylarında, 
eləcə  də  mübarək  Ramazan  ayında  hər  gecə  öz  evində  moizə 
təşkil  edirdi.
1
    Bəzi  hallarda  bu  yığıncaqlar  növbə  ilə 
dostlarının evində təşkil olunurdu və iki il müddətində davam 
edirdi. 
Həftəlik yığıncaqlar adətən cümə axşamları olurdu. Məğrib 
və  işa  namazları  cənab  Şeyxin  imaməti  ilə  qılınırdı  və  o, 
                                                      
1
 Cənab Şeyx öz övladlarına belə tövsiyə edirdi: Yadınızda olsun, 
həmişə rövzələrin axır günlərinə gedin çünki, həzrət Zəhra (ə) orada 
iştirak edir. 

 
90 
namazdan  sonra  çıxışının  əvvəlində  mərhum  Feyz  Kaşaninin 
istiğfarla əlaqədar olan şerlərindən bir neçə beyt oxuyurdu:
1
  
Ze hər çi ğeyri yar əstəğfirullah 
Ze bude müstəar əstəğfirullah 
Dəmi ki an beqzərəd biyadi ruyəş 
Əz an dəm bişumar əstəğfirullah 
Zəban ki an tər bezikri dust nəbovəd 
Ze sirrəş əl həzər əstəğfirullah 
Səraməd ömro yek saəti ze ğəflət 
Nəgəştəm huşyar əstəğfirullah 
Cəvani rəfto piri həm səraməd 
Nə kərdəm hiç kar əstəğfirullah 
Şeyxin şagirdlərindən biri belə deyir: «Bu beytləri elə halla 
oxuyurdu  ki,  ağlamağımızın  qarşısını  ala  bilmirdik.  Bundan 
sonra  imam  Zeynül-abidin  (ə)-a  mənsub  edilən  on  beş 
münacatdan birini vəsfolunmaz halla oxuyurdu.
2
 
 
Başqa  birisi  belə  deyir:  «Şeyxin  dua  mərasimlərində  heç 
kəs  onun  kimi  göz  yaşı  axıtmırdı.  Doğrudan  da  onun  göz 
yaşları insanın qəlbini riqqətə gətirirdi. 
Dua  mərasimi  sona  yetdikdən,  çay  paylandıqdan  sonra 
çıxışında  moizə,  nəsihət  etməyə  başlayırdı.  Cənab  Şeyxin 
bəyanı çox gözəl idi. Danışarkən çalışırdı ki, özünün Quran və 
islam  hədislərindən  çıxardığı,  eləcə  də  yəqinə  yetişdiyi 
həqiqətləri başqalarına çatdırsın. 
Onun  məclisində  iştirak  edənlərə  «dostlar»  deyə  xitab 
edirdi.  Onun  sözünün  əsil  mehvəri  tovhid,  ixlas,  Allaha 
                                                      
1
 Mərhum Məhəmməd Möhsün ibni Mürtəza [molla Feyz adı ilə 
məşhurdur] on birinci hicri əsrinin məşhur şair, müfəssir, arif, filosof 
və alimlərindən biridir. [1006/hq] 
2
  «Xəmsətə  əşərə»  [on  beş  münacat]  çox  qısa,  lakin  gözəl 
münacatdan ibraətdir ki, imam Zeynül-abidin (ə)-a mənsub edilir. Bu 
«Məfatihul cinan» kitabında qeyd olunmuşdur. 

 
91 
məhəbbət,  həmişə  özünü  Allahın  hüzurunda  hiss  etmək, 
Allahla  ünsiyyətdə  olmaq,  insanlara  xidmət,  Əhli-beytə  (ə) 
təvəssül  etmək,  on  ikinci  imamın  (ə)  zühurunun  intizarını 
çəkmək, dünyaya məhəbbətdən və xudbinlikdən uzaq olmaq, 
həvayi-nəfsə  itaət  etməkdən  çəkinmək  və  s.  Bunların  hamısı 
gələcək fəsillərdə qeyd olunacaqdır. 
Cənab  doktor  Səbati  özünün  cənab  Şeyxlə  necə  tanış 
olması,  eləcə  də  onun  məclisləri  barədə  belə  deyir:  «Orta 
məktəbin axır illərində mərhum doktor Əbdül Əli Quyanın (o, 
Fransada  atom  fizikasında  doktorluğu  müdafiə  etmişdir.) 
vasitəçiliyi ilə Şeyxlə tanış oldum və təqribən on il müddətində 
onun  moizə  məclislərində  iştirak  etdim.  Onun  məclisləri  çox 
müxtəsər bir yığıncaq idi və çox az və xüsusi şəxslərin vasitəsi 
ilə təşkil olunurdu, ümumi yönə malik deyildi. Hər vaxt onun 
məclislərində  çox  adam  iştirak  etsəydi  və  məclisə  məhrəm 
olmayan  şəxslər  gəlsəydi,  moizəsini  müvəqqəti  olaraq 
dayandırardı.  Yəni  o,  heç  vaxt  özünə  çoxlu  mürid  toplamaq 
fikrində deyildi. 
Onun  moizə  və  nəsihət  məclislərində  bir  qədər  söhbət 
olunur, moizə və nəsihət edilir və bir dua oxunurdu. Söhbətlər 
də əksər hallarda bir-birinin təkrarı idi. Lakin məclisə mənəvi 
bir  fəza  hakim  olduğundan  insan  o  söhbətlərin  oxşarını  və 
təkrarını  nə  qədər  eşitsəydi,  yenə  də  yorulmazdı.  Bu  sanki 
Qurana oxşayırdı! İnsan nə qədər tilavət etsə, yenə də təravətli 
və ürəkoxşayandır. Onun söhbətləri də belə idi. 
Onun təşkil etdiyi məclislər o qədər mənəvi yönə malik idi 
ki, heç kəs maddi və dünyəvi söhbətlər etməyə cürət etmirdi. 
Əgər  bəzi  hallarda  bir  kəs  maddiyyatdan  söhbət  etsəyədi, 
ətrafdakılar  o  söhbətdən  narahat  olurdular.  Cənab  Şeyxin 
söhbətləri  Allah  dərgahına  yaxınlıq,  Allaha  məhəbbət  və 
Allaha doğru seyr ətrafında cərəyan edirdi. O, Allah dərgahına 
yaxınlaşmağı iki cümlədə xülasələndirir və deyirdi: 

 
92 
«Elə  indidən  ustadı  dəyişmək  lazımdır,  yəni  indiyə  qədər 
etdiyin hər bir işi özün üçün etmisən. Bundan sonra görəcəyin 
işlərin  hər  biri  Allah  xatirinə  olsun  və  bu,  Allah  dərgahına 
yetişməyin  ən  yaxın  yoludur.  İnsanın  bütün  xudbinlikləri 
özünü  pərəstişdən  irəli  gəlir.  Nə  qədər  ki,  Allaha  pərəstiş 
etməyibsən, bir yerə çatmayacaqsan. 
İşlərini Allah üçün yerinə yetirməlisən, özü də məhəbbətlə! 
Yəni,  Onu  sevməlisən  və  əməllərini  Onun  dostluğu  xatirinə 
yerinə  yetirməlisən.  Allaha  məhəbbət  bəsləmək  və  əməlləri 
Allah  xatirinə  yerinə  yetirmək  bəşərin  bütün  mənəvi 
tərəqqilərinini  sirridir.  Bu  da  nəfsin  istəkləri  ilə  müxalifət 
sayəsində  əldə  oluna  bilər.  Buna  əsasən,  bəşəriyyətin  bütün 
mənəvi  tərəqqilərini  nəfsani  istəklərlə  müxalifətdə  axtarmaq 
lazımdır.  Nə  qədər  ki,  nəfslə  güləşməmisən  və  onun  arxasını 
yerə vurmamısan, tərəqqiyə nail olmayacaqsan. 
Yenə də buyururdu: 
«Sənin  dəyər  və  qiymətin  istəyinin  qədərincədir.  Əgər 
Allahı  istəsən,  sənin  istəyin  sonsuz  və  mütləq  olar  və  əgər 
dünyanı  istəsən,  sənin  dəyər  və  qiymətin  istədiyin  şeylər 
qədərdir. 
Heç vaxt demə ki, ürəyim «bunu istəyir, onu istəyir». Bax 
gör,  Allah  nəyi  istəyir.  Əgər  qonaqlıq  verirsənsə,  bax  gör 
Allahın  istədiyi  şəxsləri  dəvət  edirsən,  yoxsa  ürəyin  istədiyi 
adamları?  Nə  qədər  ki,  ürəyinin  istədiklərinin  ardınca 
düşmüsən,  heç  bir  yerə  çatmayacaqsan.  Qəlb  Allahın  evidir, 
orada  Allahdan  başqasına  yer  vermə.  Öz  qəlbində  hökumət 
etmək  üçün  yalnız  Allaha  yer  verməlisən,  başqasını  yox! 
Həzrət  Əli  (ə)-dan  soruşdular  ki,  bu  məqama  necə  nail 
olmusan? Buyurdu: 
«Qəlbimin  darvazasının  qapısında  oturdum  və  Allahdan 
başqasına yol vermədim». 
Onun  bu  çıxışlarından  sonra  məclisdə  iştirak  edənlərə 
yüngülvari  xidmət  olunur,  çay  verildikdən  sonra  münacat 

 
93 
oxunurdu.  Onun  münacatları  çox  eşitməli,  keçirdiyi  ruhi 
vəziyyətlər  isə  doğrudan  da  görməli  idi.  Duanı  çox  sadə 
oxuyur, rəsmi şəkildə bəyan etmirdi. Əksinə o, öz məhbubu ilə 
vüsala  çatan  bir  şəxs  kimi  danışırdı.  Münacatlarda  Allaha  o 
qədər  qovuşurdu  ki,  sanki  ana  öz  itirmiş  övladını  axtarırdı. 
Ürəkdən ağlayır və öz sevimili Rəbbi ilə söhbət edirdi. 
Bəzi  vaxtlar  hiss  olunurdu  ki,  dua  əsnasında  bəzi 
mükaşifələri görür, belə ki, onun əsər-əlamətləri söhbətlərində 
və onun ruhi halətlərində aşkar olurdu. Dostları onun istədiyi 
kimi  irəli  getmədiyindən  çox  qəmgin  olurdu.  İstəyirdi  ki, 
dostlarının gözü tez bir zamanda açılsın, mələkələri, imamları 
görə bilsinlər. 
Ziyarətə gedən bir şəxsdən soruşdular: O mübarək vücudu 
görmüsənmi? 
Əlbəttə,  bəziləri  bu  işə  müvəffəq  olur  və  çox  yüksək 
mənəvi  məqamlara  çatır,  bəzən  mükaşifə  vəziyyətinə 
düşürdülər.  Qalanları  da  yıxıla-dura  onun  ardınca  hərəkət 
edirdilər. 
Ümumiyyətlə,  onun  münacatları  insana  dərin  təsir 
bağışlayır, başqalarını da həyəcanlı vəziyyətə salırdı. Duaların 
mənalarını  çox  yaxşı  bilirdi,  duanın  cümlələrində  dayanır, 
bəzən  təkrar  edir  və  bəzən  də  izah  edirdi.  «Yəstəşiru» 
«Xəmsətə  əşərə»  dualarını  çox  oxuyardı.  O,  inanırdı  ki, 
«yəstəşiru» duası məhbubla eşq əsasında olan deyişmədir.
1
  
Məhərrəm mövsümündə çox az söhbət edir, əksinə Taqdis 
kitabından Əhli-beytin (ə) başına gələn müsibətlərdən bir neçə 
səhifə oxuyub ağlayır və sonra münacata başlayardı. 
                                                      
1
 Yəstəşiru» duasının 214-cü səhifəsinə bax. 

 
94 
ALLAHA İTAƏT VƏ NƏFSİN İSTƏKLƏRİLƏ 
MÜXALİFƏTƏ TƏKİD 
Şeyx  inanırdı  ki,  yaradılışın  hikməti,  insanın  Allahın  yer 
üzündəki  nümayəndəlik  məqamına  və  xilafətə  çatmasıdır.
1
 
İnsan bu məqama çatsa, Allahın gördüyü işləri görə bilər. Ona 
çatmağın  yolu  da  Allaha  itaət  etmək  və  nəfsani  istəklərlə 
müxalifətdən  ibarətdir.  O,  bu  barədə  buyururdu:  Hədisi-
qüdsidə buyurulur: 
«Ey Adəm övladı, hər şeyi sənin üçün, səni isə Özüm üçün 
yaratmışam»
2

Yenə buyurur: 
«Ey  Mənim  bəndəm,  Mənə  itaət  et  ki,  səni  də  Özüm  kimi, 
yaxud Öz məsəlim qərar verim».
3
 
Bu hədislərə uyğun olaraq, ey dostlarımız, siz Allahın yer 
üzündəki  xəlifəsisiniz.  Öz  qədir-qiymətinizi  bilin  və  həvayi 
nəfsə,  nəfsani  istəklərə  tabe  olmayın,  Allaha  itaət  edin,  bu 
halda  elə  məqama  çatarsınız  ki,  Allah  görən  işləri  görə 
bilərsiniz.  Allah  bütün  aləmi  sizin  üçün,  sizi  isə  Özü  üçün 
yaratmışdır.  Baxın,  görün  sizə  necə  böyük  bir  məqam  əta 
etmişdir! 
Şeyx  inanırdı  ki,  insan  ilahi  xilafət  məqamına  çatmayınca 
adam sayılmır. Bu barədə buyururdu: 
                                                      
1
  Nəql  olunmuşdur  ki,  Şeyx  belə  buyurub:  Məna  əhlindən  və 
alimlərin  bəzilərindən  soruşdum  ki,  Allah  insanı  nə  üçün  xəlq 
etmişdir? 
Qaneedici 
cavab 
eşitmədim. 
Nəhayət 
Ayətullah 
Məhəmməd  Əli  Şahabadidən  soruşdum  və  o,  belə  buyurdu:  Allah-
taala insanı Öz nümayəndəlik məqamına yetirmək üçün yaratmışdır: 
«İnni cailun fil ərzi xəlifətən». 
2
 «Şərhi əsmai hüsna», 1/139/202; «Rəsaili kərəki» 3/962. 
3
  Biharul-ənvar,  105/165,  «Məqami  imam  Əli  (ə)»  3/185  azacıq 
fərqlə. 

 
95 
«Qaşıq  yeməyi  yemək  üçün,  fincan  çay  içmək  üçündür. 
İnsan da yalnız adam olmaq üçün yaradılmışdır». 
O, təkrar buyurardı: 
«Allah  mənə  mərhəmət  etmişdir.  Siz  də  Allah  bəyənən 
işləri  görün,  sizə  də  əta  edər.  Cənab  bənna!  Cənab  dərzi!  Siz 
qoyduğunuz bu kərpicləri, tikdiyiniz bu tikişləri Allah eşqi ilə 
edin, Allaha diqqət yetirin. Demə ki, geydiyim bu paltarı yüz 
tümənə  almışam,  de  ki,  bunu  Allah  mənə  vermişdir.  Özünü 
yox, Allahı tanıtdıranlardan ol!»  
BATİNİ HALƏTLƏRİN AYIRD EDİLMƏSİ 
Şeyx  batini  hiss  və  duyğularla  məclisdə  iştirak  edənlərin 
daxili  vəziyyətlərini  ayırd  edirdi.  Lakin,  heç  vaxt  bir  kəsin 
zəifliklərini,  nöqsanlarını  camaat  arasında  bəyan  etməzdi.  O, 
elə  tərzdə  bəyan  edərdi  ki,  nəzərdə  tutduğu  şəxs  onun 
məqsədini  anlasın  və  özünü  islah  etmək  fikrinə  düşsün.  Bu 
barədə iki nümunəni nəzərinizə çatdırırıq. 
ŞEYXİ İMTAHAN ETMƏK 
Məşhur  xətiblərdən  biri  buyururdu:  1335-ci  şəmsi  ilində 
(1956)  bir  gün  axşam  çağı  Tehran  bazarında  «Şeyx 
Əbdülhüseyn»  məscidinin  yaxınlığında  yerləşən  «Hacı  Şeyx 
Əbdülhüseyn» mədrəsəsində idim. Mərhum Şeyx Rəcəbəlinin 
tələbələrindən  olan  Şeyx  Əbdülkərim  Hamid  mənim  yanıma 
gəldi və öz ustadı Şeyx Rəcəbəli Xəyyatın gözəl əxlaqı, mənəvi 
məqamı,  ixlas  və  mənəviyyatı  barəsində  danışdı.  Axırda 
məndən istədi ki, cümə axşamı onun məclisinə gedək. Birlikdə 
yola  düşüb  Şeyxin  məclisinə  daxil  olduq.  Şeyx  üzü  qibləyə 
oturmuşdu, 
həzrət 
Əli 
(ə)-ın 
münacatını 
oxuyurdu. 
Müridlərindən  bir  dəstəsi  də  onun  arxasında  birlikdə  dua 
oxuyurdular.  Mən  məclisin  axır  tərəfində,  hamıdan  arxada 
oturdum  və  öz-özümə  dedim:  Pərvərdigara,  əgər  o  Sənin 

 
96 
dostlarındandırsa,  bu  il  mənim  Tehrandakı  mənbərim  yaxşı 
olsun və yaxşı qazanc əldə edim. 
Bu  fikir  mənim  zehnimdən  keçən  kimi  Şeyx  duanı  kəsib 
ortada buyurdu: 
«Mən deyirəm puldan keçin, amma o, gəlib ki, məni pulla 
imtahan etsin!» 
Şeyx həmin duanı oxuduğu müddətdə bu cümlədən başqa 
farsca heç nə demədi və sonra duasını davam etdirdi. 
BİR CASUSUN HADİSƏSİ 
Tədricən  dövlət  başçıları  və  məşhur  adamlar  Şeyxin 
məclislərində  iştirak  etməyə  başlamışdı.  Şeyxin  dediyi  kimi, 
onlar  özlərinin  dünyəvi  çətinliklərinin  həlli  üçün  gəlir  və 
burada öz çətinliklərini həlletmək istəyirdilər. Əlbəttə, onların 
arasında  Şeyxin  moizələrindən  öz  səviyyəsində  bəhrələnən 
şəxslər də var idi 
Elə  şəxslərin  həmin  məclislərə  gəlməsi  ilə  əlaqədar  şah 
rejiminin  təhlükəsizlik  orqanları  Şeyxin  məclislərinə  qarşı 
diqqətli olmağa başlamışdılar. Şahın üsul-idarəsi Həsən Elbəyi 
adlı  bir  polkovnikə  əmr  etmişdi  ki,  tanınmaz  paltarda  başqa 
bir  neçə  nəfərlə  Şeyxin  məclisinə  getsinlər  və  dövlət 
məqamlarının orada iştirak etməsinin səbəbini öyrənsinlər. 
Savakın  məmurları  o  məclisə  gəldikdə  Şeyx  nəsihət  və 
moizə  edirdi.  Söhbət  əsnasında  orada  iştirak  edənlərə 
buyurdu: 
«Allaha  diqqət  yetirin,  Allahdan  başqa  qəlbinizdə  heç  bir 
şeyə  yol  verməyin.  Çünki,  qəlb  güzgü  kimidir. Əgər  kiçik  bir 
ləkə qəlbinizə düşsə, onu tez göstərir. Bəziləri casus kimi gəlir 
və başqa adlarla iştirak edirlər. Məsələn, onun adı Həsəndir və 
filan adla gəlib». 
Bu sözlər savak məmurlarını, xüsusilə Həsən Elbəyini çox 
təəccübə  gətirdi.  Çünki,  o  vaxta  qədər  heç  kəs  onun  həqiqi 

 
97 
adını  bilmirdi.  O,  Şeyxin  sözlərindən  o  qədər  təsirləndi  ki, 
sonralar öz vəzifəsindən istefa verdi. 
ƏVVƏLCƏ ATANI RAZI SAL 
Cənab  Şeyx  müəyyən  vaxtlarda  bəzi  şəxslərə,  onun 
məclislərində  iştirak  etmək  icazəsi  vermir  və  ya  müəyyən 
şərtlər  qoyurdu.  İyirmi  ilə  qədər  Şeyxin  hüzurunda  olmuş 
müridlərindən biri, özü ilə Şeyxin necə rabitə bərqərar etməsi 
barəsində  belə  deyir:  «Əvvəlcə  nə  qədər  çalışdımsa,  onun 
hüzuruna getməyə icazə ala bilmədim. Nəhayət bir gün Came 
məscidində  onunla  görüşdüm,  salam  verib  hal-əhval 
tutduqdan  sonra  dedim:  Nə  üçün  mənə  məclisinizdə  iştirak 
etmək icazəsi vermirsiniz? 
Buyurdu:  Əvvəlcə  atanı  özündən  razı  sal,  sonra  səninlə 
söhbət edərəm. 
Gecə  evə  getdim  və  atamın  əl-ayağına  düşdüm,  çox 
iltimasla  israr  etdim  ki,  məni  bağışlasın.  Atam  bu  işləri 
məndən gördükdə heyrətləndi və soruşdu: Nə olmuşdur? 
Dedim: Sənin heç bir işin olmasın, mən başa düşməmişəm, 
məni bağışla. Nəhayət atamı özümdən razı saldım. 
Sabahı  Şeyxin  mənzilinə  getdim.  O,  məni  görən  kimi 
buyurdu: 
Bərəkallah!  Yaxşı  gəlmisən.  İndi  mənim  yanımda  otura 
bilərsən. 
İkinci  dünya  müharibəsi  qurtarandan  vəfat  etdiyi  vaxta 
qədər onunla birgə oldum. 
2. Xüsusi göstərişlər; 
Kamil  tərbiyəçi  və  ustadın  səciyyəvi  xüsusiyyətlərindən 
biri  də  budur  ki,  Allah-taala  dərgahına  yaxınlaşmaq 
məqamında  şagirdlərinə  verdiyi  göstərişlər  bu  yolun 
yolçularının  müxtəlif  mərhələlərdəki ehtiyaclarına  tam  uyğun 

 
98 
olsun.  Bu  kimi  tədbirlər  başqalarının  iştirak  etdiyi  ümumi 
toplantılarda mümkün deyildir. 
Həkim  nə  qədər  dərin  ixtisaslı  və  təcrübəli  olsa  da,  ona 
müraciət edən xəstələrin hamısına eyni nüsxə və eyni dərman 
yazaraq  müalicə  edə  bilməz.  Hər  xəstənin  müalicəsi  üçün 
xüsusi  dərmanlara  ehtiyac  vardır.  Hətta  ola  bilsin  ki,  eyni 
xəstəliyə düçar olan iki şəxsə də müəyyən səbəblərə görə ayrı-
ayrı  dərmanlar  yazsın.  Ruhi  xəstələrin  də  müalicəsi  eynilə 
belədir. 
Əxlaq  ustadı  həqiqətdə  insanların  ruhunun  təbibidir.  O 
zaman  əxlaqi  xəstəlikləri  müalicə  edə  bilər  ki,  əvvəla 
xəstəliklərin  kökünün  nə  olduğunu  bilsin,  ikincisi  həmin 
xəstəliyin müalicəsi üçün münasib dərmanları da olsun. 
Bəşəriyyətin  həqiqi  ruhi  təbibləri  sayılan  böyük  ilahi 
peyğəmbərlər  də  ümumi  halda  bu  xüsusiyyətdən  istisna 
olunmurlar.  Onlar  bəşər  cəmiyyətlərinin  müxtəlif  sahələrdəki 
ümumi  ehtiyaclarını  ayırd  etməkdən  əlavə,  həm  də  ümmətin 
ayrı-ayrı  fərdlərinin  hər  birinin  xüsusi  ehtiyaclarından  da 
tamamilə agahdırlar. 
İmam  Əli  (ə),  Peyğəmbəri-əkrəmin  (s)  bu  xüsusiyyəti 
barədə belə buyurur: 
O,  bir  təbib  idi,  özünün  tibbi  elmi  ilə  gəzir  və  xəstələrin 
yanına  gedirdi.  Onun  tibbi  ləvazimatı  və  dərmanları  hər  bir 
cəhətdən hazır idi. Ehtiyac duyulan hallarda onlardan istifadə 
edir və (mənəvi) karlıq, korluq və lallığa düçar olan xəstələrin 
ruhlarına şəfa bağışlayırdı. O, öz dərmanları ilə qəflət evlərini, 
heyrət məkanlarını axtarırdı».
1
 
Peyğəmbərlərin  həqiqi  canişinləri  və  onların  vəsiləri 
sayılan  tərbiyəçi  alimlər  bu  xüsusiyyətlərdən  bəhrələnmişlər. 
Belə ki, Əmirəl-möminin Əli (ə) buyurur: 
                                                      
1
  «Nəhcul-bəlağə» 108-ci xütbə 

 
99 
«Elm  həqiqi  görüş  əsasında  onlara  üz  gətirmiş  və  (onlar) 
yəqin ruhunu tapmışdılar».
1
 
İmam (ə) da belə buyurur: 
«Onlar,  Allaha  and  olsun  ki,  say  baxımından  ən  azlar, 
lakin  Allah  yanında  qədir-qiymət  baxımından  ən  əzəmətli 
şəxslərdir».
2
 
KAMİL TƏRBİYƏÇİNİN ƏHƏMİYYƏTİ 
Mərhum  Ayətullah  Mirza  Əli  Qazidən  nəql  olunur  ki,  o, 
belə buyururmuş: 
«Bu  yolda  lazım  olan  şeylərin  ən  əhəmiyyətlisi  tam 
mənada  agah  olan,  həvayi  nəfsin  hakimiyyətindən  çıxan  və 
kamil insan olan bir ustaddır. Belə ki, hər kəs Allaha yetişmək 
yollarını  axtarsa  və  bu  yolda  ustad  tapmaq  üçün  hətta 
ömrünün  yarısını  belə  sərf  edib  ustad  taparsa,  yenə  də 
dəyərlidir.  Hər  kəs  ustadı  tapsa,  lazım  olan  yolun  yarısını 
getmişdir». 
Şeyxin  öz  şagirdlərinə  etdiyi  tövsiyələrini  araşdırdıqda 
məlum  olur  ki,  o,  nəfslə  mübarizə  nəticəsində,  ixlas  və  qeybi 
yardımlar səbəbi ilə elə bir mənəvi kamal məqamına çatmışdı 
ki,  ruhi  dərdləri, başqalarının həyatında  baş verən  müşkül və 
kor  nöqtələri  ayırd  edir  və  münasib  nüsxələrlə  onu  müalicə 
edə  bilirdi.  Bu  həqiqət  Şeyxlə  tanışlığı  olan  hər  bir  şəxsə  gün 
kimi aydındır. 
                                                      
1
  «Nəhcul-bəlağə», 148-ci hikmət 
2
 «Nəhcul-bəlağə», 148-ci hikmət 

 
100 
GÜNAH VƏ HƏYAT MÜSİBƏTLƏRİ 
İslam  nəzərindən  insanın  yaramaz  və  nalayiq  əməlləri 
onun  giriftarçılığa  və  müsibətlərə  düçar  olmasında  əsaslı  rol 
oynayır. Qurani-Kərim aşkar şəkildə belə buyurur: 
Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin