MƏHƏBBƏT İKSİRİ



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix27.11.2019
ölçüsü2,25 Mb.
#29722
1   2   3   4   5   6   7   8   9   ...   12
Şeyx Rəcəbəli


BEŞİNCİ FƏSİL 
ƏXLAQ 
Şeyx çox mehriban, gülərüz, xoşəxlaqlı, mətanətli və ədəbli 
bir  şəxs  idi.  Həmişə  dizi  üstə  əyləşər,  arxasına  qoyulan 
mütəkkəyə söykənməz və həmişə ondan bir az aralı oturardı. 
Bir kəslə əl verib görüşsəydi, əlini həmin kəsdən tez çəkməzdi. 
Çox  aram  idi.  Söhbət  zamanı  əksər  hallarda  gülərüz  olar, çox 
az  hallarda  əsəbləşərdi.  Yalnız  şeytan  və  nəfs  onu  öz  toruna 
salmaq  istədikdə  narahat  olardı.  Belə  olan  halda  vücudunu 
büsbütün  qəzəb  bürüyər,  evdən  çıxıb  özünü  nəfsinə  qalib 
etdikdən sonra aram halda geri qayıdardı. 
Şeyxin gözəl əxlaqında diqqəti cəlb edən nöqtə və eləcə də 
onun  başqalarına  tövsiyə  etdiyi  məsələ  bu  idi  ki,  insan  Allah 
xatirinə  xoş  əxlaqlı  olmalı  və  camaatla  gözəl  rəftar  etməlidir. 
Bu barədə belə buyurur: «Təvazökarlıq və gözəl əxlaqlı olmaq 
Allaha görə olmalıdır, camaatı özünə cəlb etmək və riyakarlıq 
məqsədi ilə yox.» 
Şeyx  çox  az  danışardı.  Onun  hərəkət  və  rəftarı  göstərirdi 
ki,  o,  həmişə  Allaha  diqqət  yetirir,  Onu  yad  edir  və  Onun 
barəsində  fikirləşir.  Söhbətinin  əvvəli  də,  axırı  da  Allah  idi. 
Ona  nəzər  salmaq  insanı  Allahla  tanış  edirdi.  Hər  kəs  ona 
baxsaydı,  Allahı  yad  edərdi.  Bəzi  vaxtlar  ondan  soruşurdular 
ki, harada idin? 
Buyururdu: İndə məlikin muqtədir. (Quran ayəsi: iqtidarlı 
məlik olan Allahın yanında). 
Dua  məclislərində,  Hafizin,  yaxud  Taqdisin  şerləri 
oxunanda bərk təsirlənib ağlayardı. Ağladığı zaman təbəssüm 
etməyi də bacarar, yaxud müəyyən lətifə nəql etməklə hamını 
yorğunluq halından çıxarırdı. Həzrət Əmirəl-möminin Əli (ə)-

 
31 
a qarşı həmişə eşq bəsləyər, pərvanə kimi onun vücud şamının 
ətrafında  qol-qanad  çalardı.  Oturan  zaman  hər  bir  neçə 
dəqiqədən bir «Ya Əli, ədrikni» zikrini təkrar edərdi. 
TƏVAZÖKARLIQ 
Doktor  Fərzam  bu  barədə  belə  deyir:  Şeyx  başqaları  ilə 
ünsiyyətdə olarkən çox təvazökarlıq göstərirdi. Qapını həmişə 
özü  açar  və  gələnləri  evə  dəvət  edərdi.  Bəzi  vaxtlar  bizi 
dərzilik avadanlıqları olan iş otağına aparardı. Bir dəfə qış idi. 
Ona iki nar gətirdilər, birini mənə verib dedi: Ye, Həmid can! 
Çox  təkəbbürsüz  bir  adam  idi,  ümumiyyətlə  onun 
şəxsiyyətində lovğalıq və kobudluq xüsusiyyəti yox idi. Sanki 
özü  ilə  başqaları  arasında  heç  bir  fərq  qoymurdu.  Nəsihət 
etməsi  yalnız  Allaha  görə  və  camaata  yol  göstərib  onlara  şəri 
vəzifələrini  öyrətmək  məqsədi  ilə  olardı.  Həmişə  qapının 
ağzında oturar, gələnləri içəri dəvət edərdi. 
Şeyxin şagirdlərindən digər biri deyir: Dostları ilə birlikdə 
olanda onlardan qabaq evə daxil olmazdı. 
Başqa  birisi  deyir:  Məşhəddə  Şeyxin  otağına  getmişdim. 
Hərəmin  ziyarətinə  getdik,  Heydər  Əli  Möcüzə  (mərhum 
Mirzə  Əhməd  Mürşid  Çəluyinin  oğlu)  dəlisov  adam  kimi 
özünü Şeyxin ayaqlarına atdı və ondan istədi ki, ayağını onun 
gözlərinin üstünə qoysun. Şeyx buyurdu: Ey qeyrətsiz! Allaha 
bu  qədər  itaətsizlik  etmə  və  bu  işlərindən  xəcalət  çək.  Mən 
kiməm ki?! 
BARIŞIQ YARATMAQ 
Cənab  Şeyxin  çox  əhəmiyyət  verdiyi  mühüm  əxlaqi 
məsələlərdən biri də ayrı-ayrı kəslər arasında barışıq yaratmaq 
idi. Bir-biri ilə küsülü olan şəxsləri dəvət edib Quran və islam 
hədislərinə istinadən onları barışdırardı. 

 
32 
SEYYİDLƏRƏ XÜSUSİ EHTİRAM 
Şeyx,  seyyidlərə  çox  ehtiram  göstərərdi.  Çox  hallarda 
onların  əllərindən  öpər  və  başqalarına  da  seyyidlərə  ehtiram 
qoymağı tövsiyə edərdi. 
Alicənab  bir  seyyid  bəzən  Şeyxin  görüşünə  gəlirdi.  O, 
qəlyana  adət  etmişdi.  Şeyx  siqaret  çəkən  olmamasına 
baxmayaraq,  qəlyan  hazırlandıqdan  sonra  seyyid  xəcalət 
çəkməsin  deyə,  əvvəlcə  ondan  bir  neçə  qüllab  çəkər,  özünü 
siqaret  çəkən  kimi  göstərər  və  sonra  onu  seyyidin  qarşısına 
qoyardı. 
Şeyxin dostlarından biri belə nəql edir: 
Soyuq  bir  qış  günündə  Şeyxin  hüzurunda  idim.  O 
buyurdu: Gəl birlikdə Tehranın qədim məhəllələrindən birinə 
gedək. 
Birlikdə  yola  düşdük.  Qədim  küçələrin  birində  uçub-
dağılmış bir mağaza var idi. Orada, yaşı ötməsinə baxmayaraq 
hələ  də  subay  olan  qoca  bir  seyyid  kişi  yaşayır  və  gecələr 
həmin dükanda qalırdı. İşi də kömür satmaqdan ibarət idi. 
Məlum oldu ki, keçən gecə onun buxarısı od tutmuş, bütün 
paltarları  və  iş  avadanlıqları  yanıb  tələf  olmuşdur.  O  qoca 
seyyidin həyat şəraiti elə ağır və acınacaqlı idi ki, heç kəs onun 
yanında  beş  dəqiqə  oturmağa  razı  olmazdı.  Şeyx  son  dərəcə 
təvazökarlıqla  onun  yanına  gedib  hal-əhval  tutduqdan  sonra 
çirkli  paltarlarını  yuyub-təmizləmək  üçün  götürdü.  Qoca  kişi 
dedi: Ağa, sərmayəm qurtarıb, artıq kömür sata bilmirəm. 
Şeyx  mənə  dedi:  Ona  bir  şey  ver  ki,  əlində  sərmayə  kimi 
istifadə etsin. 
BÜTÜN İNSANLARA QARŞI HÖRMƏT 
Cənab Şeyx təkcə seyyidlərə deyil, bütün insanlara ehtiram 
göstərirdi.  Bir  şəxs  səhvə  yol  versəydi,  onu  başqalarının 

 
33 
yanında  təhqir  edib  yüngül  saymazdı.  Heç  kəsin  xətasını 
üzünə çəkməz və zahirdə onunla mehriban rəftar edərdi. 
DÜNYƏVİ MƏQAMLARA QARŞI 
ETİNASIZLIQ 
Şeyxin  ömrünün  axırlarında  böyük  şəxsiyyətlər  tədriclə 
onunla tanış olmağa başlayırdılar. Təkcə elmiyyə hövzələri və 
universitetlərin böyük və tanınmış şəxsiyyətləri deyil, həm də 
ölkənin  siyasi  və  hərbi  məqamları  da  müxtəlif  məqsədlərlə 
onun hüzuruna gəlirdilər. 
Şeyx  yoxsul  və  kasıb  sinifdən  olanlar,  xüsusilə  seyyidlər 
arasında 
təvazökarlıq 
etməsinə 
baxmayaraq, 
dünyəvi 
məqamları böyük olan şəxsiyyətlərə əsla etina etməzdi. Onlar 
Şeyxin evinə gəldikdə Şeyx buyurardı: 
«Qoca arvadın» sorağına gəliblər.
1
  
Şeyxin  oğlu  deyir:  Şeyxə  çox  məhəbbət  göstərən  ordu 
başçılarından biri mənə dedi: Bilirsən sənin atanı nə üçün çox 
istəyirəm?! İlk dəfə onun hüzuruna gələndə o, otağın qapısının 
ağzında  əyləşmişdi.  Salam  verdim,  salamımı  aldı  və  ayağa 
durmadan oturmaq üçün yer göstərdi, mən də keçib oturdum. 
Bu zaman kor bir kişi gəlib çıxdı. Şeyx ayaq üstə qalxaraq onu 
ehtiramla  qarşıladı,  qucaqlayıb  görüşdü  və  üzündən  öpüb  öz 
yanında oturtdu. 
Mən burada qəribə işlər gördüm və hər şeyi gz gözlərimlə 
müşahidə  etdim.  Axırda  bu  kor  kişi  yerindən  qalxıb  getmək 
                                                      
1
 Yəni, axirət işi üçün deyil, dünya çətinliklərini həll etmək üçün 
mənim yanıma gəliblər. Şeyx dünyanı «qoca arvad» ifadəsi ilə bəyan 
edərdi.  Bu  da  ərəb  dilində  olan  islam  hədislərində  «əcuz»  kəlməsi 
kimi  işlənmişdir.  Kitabın  3-cü  bölməsinin  3-cü  fəslinə  «Allah 
məhəbbətinin bəlaları» adlı hissəsinə müraciət edə bilərsiniz. 

 
34 
istədi.  Şeyx  onun  ayaqqablarını  cütləyib  qabağına  qoydu  və 
ona on tümən pul da verdi! 
Lakin mən getmək istəyəndə əsla yerindən tərpənmədi və 
mənimlə oturduğu yerdəcə xudafizləşdi. 
SƏFƏR ƏXLAQI 
Şeyx  öz  uzun,  bərəkətli  və  nurani  ömründə  Məşhədə, 
Kaşana, İsfahana, Mazandarana, Kermanşaha səfərlər etmişdi. 
Xaricə  isə  yalnız  İraqa,  İmamların  qəbirlərini  ziyarət  etmək 
məqsədilə  getmişdi.  Adətən  öz  dostları  ilə  birlikdə  etdiyi  bu 
səfərlərdə çox ibrətli xatirələr yadigar qalmışdır ki, bu kitabda 
onlardan yalnız səfər əxlaqına aid olanlarını qeyd edəcəyik. 
Şeyxin dostlarının dediyinə görə, o, çox gözəl səfər yoldaşı 
idi, öz səfər yoldaşları ilə gözəl davranardı. Özü ilə şagirdləri 
və  müridləri  arasında  heç  bir  fərq  qoymazdı.  Əgər  səfər 
vəsaitini daşımaq lazım olsaydı, o da daşıyar, öz payına düşən 
səfər xərclərini də özü verərdi. 

 
35 
ALTINCI FƏSİL 
İMAM ZAMAN (Ə)-IN ZÜHURUNUN 
İNTİZARI 
Cənab  Şeyxin  bariz  xüsusiyyətlərindən  biri  də  həzrət 
Vəliyyi-əsr İmam Zaman (ə)-a qarşı dərin məhəbbət bəsləməsi 
və o Həzrətin (ə) zühurunun gerçəkləşməsini gözləməsi idi. O, 
buyurur: 
Camaatın  əksəriyyəti  deyirlər  ki,  biz  imam  Zamanı  (ə.c) 
özümüzdən  artıq  sevirik.  Halbuki,  belə  deyildir.  Çünki,  əgər 
onu  özlərindən  artıq  sevsəydilər,  özləri  xatirinə  deyil,  onun 
xatirinə  iş  görərdilər.  Hamınız  dua  edin  ki,  Allah-taala  o 
Həzrətin zühuru qarşısında olan maneələri aradan qaldırsın və 
bizim qəlbimizi o həzrətin mübarək qəlbi ilə bir etsin! 
ŞEYXİN MÜHÜM İSTƏKLƏRİ 
Şeyxin  dostlarından  biri  belə  nəql  edir:  Onun  hüzurunda 
olduğum  illərdə  hiss  etmişdim  ki,  onun  həzrət  İmam  Zaman 
əleyhissəlamın  zühurunun  gerçəkləşməsindən  mühüm  bir 
istəyi  yoxdur.  O,  həmişə  dostlarına  xatırladardı  ki,  mümkün 
olsa  həzrət  İmamın  zühurunun  tezləşməsindən  başqa 
Allahdan heç bir şey istəməsinlər. Şeyxdə intizar haləti o qədər 
güclü  idi  ki,  əgər  bir  kəs  həzrət  imam  Zaman  əleyhissəlamın 
zühurundan  söhbət  etsəydi,  halı  dəyişilər  və  ağlamağa 
başlayardı. 

 
36 
QARIŞQANIN ÖZ MƏŞUQUNA ÇATMAQ 
YOLUNDA GÖSTƏRDİYİ SƏYLƏR 
Cənab  Şeyxin  təkid  etdiyi  mühüm  məsələlərdən  biri  də 
həzrət  imam  Zaman  əleyhissəlamın  zühurunun  intizarını 
çəkən  şəxslərin  bu  işə  ruhən  hazır  olmaları  idi.  O,  deyirdi  ki, 
hətta  insanın  ömrü  o  Həzrətin  (ə)  zühurunu  görməyə  kifayət 
etməsə  belə,  bu  fəaliyyətləri  dayandırmamalıdır.  Burada 
həzrət  Davud  əleyhissəlamdan  nəql  olunmuş  bir  hekayəni 
xatırladıb buyurdu: 
O  həzrət  (ə)  səhradan  keçərkən  görür  ki,  bir  qarışqa 
dayanmadan təpədəki torpaqları götürüb başqa bir yerə tökür. 
Davud  peyğəmbər  Allahdan  onun  üçün  bu  işin  sirrini 
açmasını  istəyir.  Qarışqa  dilə  gəlib  deyir  ki,  mənim  bir 
məşuqum  vardır.  Mənim  ona  qovuşmağımın  yeganə  şərti  o 
təpənin torpaqlarının hamısını buraya daşımağımdır! 
Həzrət  Davud  (ə)  buyurur:  Sən  bu  kiçik  cüssənlə  bu 
təpənin  torpağını  necə  daşıyıb  qurtaracaqsan?  Sənin  ömrün 
buna kifayət edəcəkmi?! 
Qarışqa  deyir:  Bunların  hamısını  bilirəm,  amma  əgər  bu 
yolda  ölsəm,  məhbubumun  yolunda  canımı  qurban  etdiyim 
üçün özümü xoşbəxt sanaram! 
Burada  həzrət  Davud  (ə)  başa  düşür  ki,  bu  məsələ  onun 
üçün bir ibrət dərsdir. 
Cənab Şeyx həmişə israr edib buyururdu: Bütün varlığınla 
həzrət İmam Zaman əleyhissəlamın zühurunun intizarında ol 
və intizar halətini Allahın istəyi ilə əlaqələndir. 
MƏNİM SALAMIMI O HƏZRƏTƏ 
ÇATDIRIN 
Şeyxin  şagirdlərindən  biri  deyir:  O  həmişə  həzrət  İmam 
Zaman  əleyhissəlamı  yad  edər  və  salavat  göndərərkən  «və 

 
37 
əccil  fərəcəhum»  kəlməsini  heç  vaxt  tərk  etməzdi.  Onun 
hüzurunda  olan  yığıncaqlarda  həmişə  imamın  haqqında 
söhbətlər  olar  və  o  həzrətin  zühuru  üçün  çoxlu  dua  edilərdi. 
Ömrünün  axırlarında  imamın  zühur  edəcəyindən  əvvəl  bu 
dünyadan gedəcəyini hiss edib dostlarına dedi: Əgər həzrətin 
zühurunu görə bilsəniz, mənim salamımı ona yetirin. 
İNTİZAR ÇƏKƏN CAVANIN BƏRZƏX 
ALƏMİNDƏKİ HALƏTİ 
Bir  cavan  dəfn  edilərkən  Şeyx  ona  baxıb  deyib:  «Gördüm 
ki, həzrət  Musa ibni  Cəfər  (ə)  bu  cavanı  ağuşuna  almaq  üçün 
öz qollarını açmışdı. Soruşdum ki, bu cavanın axırıncı sözü nə 
olmuşdur? Dedilər: O, bu şeri oxuyurdu: 
 
Müntəziranra be ləb aməd nəfəs 
Ey şəhi xuban to be fəryad rəs. 
Məzmunu: 
İntizar çəkənlərin ölüm anı yetişdi, 
Ey yaxşıların şahı, özün fəryada yetiş! 
İMAM ZAMAN (Ə)-IN ZÜHURUNUN 
İNTİZARINI ÇƏKƏNLƏRDƏN BİR QİSMİNİN 
BU DÜNYAYA RƏCƏTİ 
Cənab  Şeyx  inanırdı  ki,  İmam  Zaman  əleyhissəlamın 
zühurunu  həqiqi  mənada  gözləyənlər,  öldükdən  sonra  o 
həzrətin  zühuru  zamanı  bu  dünyaya  qayıdacaq  və  o  həzrətlə 
birlikdə  olacaqlar.  İmam  Sadiq  (ə)-dan  nəql  olunmuş 
rəvayətdə  deyilir:  «Hər  kəs  qırx  sübh  bu  əhdi  oxusa,  bizim 
Qaimimizin  köməkçilərindən  olacaqdır.  Əgər  o  həzrətin 
zühurundan  qabaq  dünyadan  getsə,  Allah  onu  yenidən 

 
38 
dirildəcək 
ki, 
onun 
hüzurunda 
olsun». 
(«Məfatihul-
cinana»,Əhd duasının müqəddiməsi). 
Sonra qeyd edirdi ki, Əliyyibni Cəfər (ə) (Qumun «behişt» 
qəbristanlığında dəfn olunmuşdur) və Mirzayi Qumi (Qumun 
«Şeyxan»  qəbiristanlığında  dəfn  olunmuşdur)  adları  imam 
Zaman  (ə)-ın  zühuru  dövründə  rəcət  edənlərin  siyahısında 
olanlardandır. 
REY ŞƏHƏRİNDƏ PİNƏÇİ 
Şeyxin  şagirdlərindən  biri  deyir:  Bir  gün  Şeyxdən  imam 
Zaman  (ə)-ın  intizarının  xüsusiyyətləri  barəsində  soruşduq. 
Buyurdu:  Rey  şəhərində  İmaməli adlı  bir  pinəçi var  idi.  Əhli-
əyalı  da  yox  idi  və  işlədiyi  dükanda  qalırdı.  Onun  barəsində 
qəribə  halətlər  nəql  etmişlər.  Onun  imam  Zaman  (ə)-ın 
zühurundan  başqa  bir  istəyi  olmamışdır.  Vəsiyyət  etmişdi  ki, 
öldükdən  sonra  onu  Rey  şəhərinin  ətrafında  yerləşən  «Bibi-
Şəhrəbanı»  dağının  ətəyində  dəfn  etsinlər.  Hər  vaxt  onun 
qəbrinə  diqqət  yetirdimsə,  gördüm  ki,  imam  Zaman  (ə) 
oradadır. 

 
39 
YEDDİNCİ FƏSİL 
ŞER 
Cənab  Şeyx  irfani  və  əxlaqi  şerlərə  çox  maraq  göstərirdi. 
Əksər  vaxtlarda  öz  moizələrində  şer  də  oxuyardı.  O,  Hafizin 
şerlərinə və Taqdisin «Məsnəvi»sinə çox əhəmiyyət verirdi. Bu 
şerlər oxunan zaman ağlayırdı. 
Şeyxin  Taqdisin  «Məsnəvi»də  yazdığı  şerlərə  çox 
məhəbbəti var idi və buyururdu: Əgər bütün bu şəhərdə təkcə 
Molla Əhməd Nəraqinin «Taqdis» kitabı olsaydı, var-yoxumu 
verib həmin kitabı alardım. 
Doktor  Əbul  Həsən,  Şeyxi  yaxından  tanıyanlardan,  uzun 
illər  onunla  oturub-duranlardan  biri  idi.  O  deyir:  Cənab  Şeyx 
gözəl  hafizşünas  idi.  Hafizin  şerlərini  çox  şəkildə  açıqlayıb 
izah edirdi. 
Doktor Həmid Fərzam cənab Şeyxin şer və şairlər, xüsusilə 
Hafiz  Şirazi  barədə  söylədiklərini  belə  deyirdi:  Mən  1333-cü 
ildə  doktor  Quyanın  vasitəçiliyi  ilə  cənab  Şeyxin  hüzuruna 
gedən  zaman  çox  az  yığıncaqlar  olardı  ki,  onda  münasib  və 
yaxşı şerləri eşitməmiş olum. O, doğrudan da Hafizin vurğunu 
idi.  Hətta  bir  dəfə  ondan  soruşdum  ki,  siz  nə  üçün  Hafizi  bu 
qədər sevirsiniz? 
Buyurdu:  Hafiz  mənəvi  baxımdan  doğrudan  da  heç  nəyi 
əsirgəməmişdir.  Mənəvi  həqiqətləri  bəyan  etmək,  irfani 
incəlikləri duymaq üçün lazım olan hər bir şey onun şerlərində 
mövcuddur. 
Şeyx,  Hafizə  sair  şairlərdən  daha  artıq  diqqət  yetirir  və 
onun  şerlərini  zikr  edirdi.  Hətta  əgər  bir  şəxsi  tənbih  etmək, 
yaxud  ona  xəbərdarlıq  etmək  istədikdə  Hafizin  şerlərini 
oxuyardı. 

 
40 
Şeyx dünyanı həmişə «qoca qarı» deyə adlandırardı. Bəzən 
məclisdə  öz  müridlərinə  üz  tutub  deyərdi:  Yenə  də  görürəm 
ki, başın «qoca qarıya» qarışıb! 
Sonra Hafizin bu şerlərini oxuyardı: 
 
Kəs nist ke oftadeye an zülfi duta nist 
Dər rəhqozəri kist in dame bəla nist. 
 
Əksər hallarda əsir olurlar, çox az adam tapmaq olar ki, bu 
«qoca qarı»nın əlindən xilas olsun. 
Bu sözləri zarafatyana deyərdi. 
Xudbinliyin  qarşısını  almaq  üçün  aşağıdakı  lətif  şeri 
oxuyardı: 
 
Xudrəyi küfr əst be dərvişi 
Hökm an çe tu fərmayi rəy an çe tu əndişe. 
 
GÖZƏL AVAZLA ŞER OXUMAQ 
Doktor Fərzam bu barədə belə deyir: Mərhum Şeyx şerləri 
gözəl  səslə  və  avazla  oxuyardı.  Məsələn,  bəzi  hallarda 
mərhum Feyz Kaşaninin bu şerlərini oxuyardı: 
 
Ze hər çe ğeyri yar əstəğfirullah 
Ze bude müstəar əstəğfirullah 
Dəmi kan be qozərəd bi yad ruyəş 
Əz an dəm bi şumar əstəğfirullah 
 
Bu  şerləri  oxuyanda  dostlarımızın  hamısı  təsirlənirdi.  Bir 
gün  Şeyx  müridlərinin  birinin  evində  idi.  Günortadan  sonra 
onun  hüzuruna  getdik.  Mənzilin  böyük  dəhlizi  var  idi.  Şeyx 
qapının ağzında əyləşərək Hafizin bu məşhur şerini oxuyurdu: 

 
41 
 
An kist kəz rui kərəm ba ma vəfadari konəd 
Bər caye bədkari çu mən dəm neykukari konəd 
 
Bu  qəzəlin  bir  neçə  beytini  çox  gözəl  səslə  oxuyar  və 
ağlayardı. Bu zaman məclis əhlinin hamısı dərindən təsirlənər, 
göz  yaşı  axıdardılar.  Çox  qəribədir!  Bir  dəfə  mən  doktor 
Quyaya dedim: Cənab Şeyxin necə də gözəl səsi və isti nəfəsi 
vardır! 
O  mərhum  dedi:  Heyf  ki,  siz  çox  gec  onun  hüzuruna 
çatmısınız.  Bir  zamanlar  onun  elə  gözəl  səsi  var  idi  ki,  Allah 
şahiddir,  irfani  halətlə  bu  cür  şerləri  oxuyanda  qapılar, 
divarlar lərzəyə gəlirdi!! 
ŞEYXİN MÖVLƏVİ BARƏSİNDƏKİ 
NƏZƏRİ 
Şeyx,  Hafizi  ilahi  övliyalardan  hesab  edir  və  onun 
bərzəxdəki  yüksək  məqamından  xəbər  verirdi.  Lakin 
Mövləvinin  barəsində  tam  qətiyyətlə  danışmırdı.  O, 
buyururdu: Mövləvinin bərzəx aləmində çətinliyi vardır. 
Şeyxin şagirdlərindən biri onun belə buyurduğunu deyir: 
«Məsnəvi»  kitabını  almaq  istədikdə  məna  aləmində  bir 
şəxsi  qarşımda,  digərini  isə  arxamda  gördüm.  Onlardan  biri 
digərinə  deyirdi:  «Qoymayın  yatsın».  Bu  səsi  eşitdikdə 
fikirləşdim  ki,  görəsən  nə  üçün  Quran  oxuyanda  heç  vaxt 
«qoymayın  yatsın»  demirlər.  Buna  görə  də  həmin  kitabı 
oxumayıb bir tərəfə qoydum. 
AYƏTULLAH BÜRUCERDİ VƏ MÖVLƏVİ 
Buna  oxşar  bir  mükaşifə  böyük  alim,  fəqih  və  mərcəyi-
təqlid  həzrət  Ayətullah  Bürucerdi  üçün  də  baş  vermişdi. 

 
42 
Mərcəyi  təqlidlərdən  biri  olan  Həzrət  Ayətullah  Safi 
Qulpayiqani  1377-ci  ilin  Bəhmən  ayında(1998)  Qumdakı 
«Darul-hədis»  elmi  mədəni  və  təhqiqat  mərkəzində  keçirilən 
görüşdə müəllifin bu barədə verdiyi suala belə cavab vermişdi. 
Mən  Ayətullah  Bürucerdinin  belə  buyurduğunu  eşitdim: 
Bürucerddə  olan  zaman  bəzi  vaxtlarda  qeybi  ilhamlardan 
bəhrələnirdim.  Bir  dəfə  Mövləvinin  «Məsnəvi»  kitabını 
oxumağa məşğul idim ki, birdən belə bir səs eşitdim: «Bu şəxs 
yolunu  itirmişdir.»  Bu  sözü  eşidən  kimi  kitabı  bağlayıb  bir 
tərəfə  qoydum.  O  zamandan  etibarən  bir  daha  onu  mütaliə 
etmədim. Həmin vaxt «Üddətud-dai» kitabı yanımda idi. Onu 
götürüb mütaliə etməyə başladım. 
Mən  (yəni  müəllif)  Ayətullah  Safiyə  dedim:  Bəziləri 
deyirlər ki, o belə buyurmuşdur: O səsi eşitdikdən sonra onun 
ilahi  və  qeybi  ilham  olmasına  daha  artıq  əmin  olmaq  üçün 
evdən çıxdım. Küçəyə baxdıqda heç kəsi görmədim. 
Ayətullah  Safi  buyurdu:  Bu  sözün  qeybi-ilham  olmasında 
onun şəkki yox idi. 
ŞEYXDƏN BİR ŞER VƏ BİR XATİRƏ 
Şeyxin özü də bəzi hallarda şer yazırdı. Mərhum Ayətullah 
Əllamə  Təbatəbainin  ustadı  mərhum  Ayətullah  Qazi  kimi 
böyük arif və fəqihin şagirdlərindən biri və eyni zamanda hal-
hazırda  mərcəyi  təqlidlərdən  sayılan  bir  nəfərdən  cənab  Şeyx 
Rəcəbəli  Xəyyat  barəsində  soruşduqda  buyurdu:  «Onu  Nəcəf 
şəhərində  mərhum  Qazinin  hüzurunda  gördüm.  O,  məclisdə 
Əli  (ə)-ın  mədhində  əvvəl  misraları  «əbcəd»  hərfləri  ilə 
başlanan  bir  şer  oxuyurdu.  Söhbət  əsnasında  dedi:  Mən  belə 
bir şer yazmışam: 
 
Hər çe nemət dadeyi bər kainat 
Cümlə bər mən dadi əz hər cəhat 

 
43 
 
Mən  fikirləşirdim  ki,  bu  söz  Allah  nemətlərini  yad  edib 
əvəzində  şükr  etmək  üçün  yüksək  təbirdir.  Lakin  «Səhifeyi-
Səccadiyyə»də  bu  cümləni  gördükdə  bir  qədər  aram  oldum: 
«Şükri iyyakə min inamatikə.» 
(Sənə 
şükr 
etməyim 
də 
Sənin 
mənə 
verdiyin 
nemətlərdəndir.)
 (Çoxlu tədqiqatlar aparılmasına baxmayaraq, bu cümlə 
«Səhifeyi-Səccadiyə»də 
tapılmadı. 
Buna 
baxmayaraq 
«Səhifeyi-
Səccadiyə»nin  37-ci  bəndi,  eləcə  də  imam  Səccad  (ə)-ın  15  münacatından 
olan «Munacati-şakirin» bu mətləbi təsdiq edir.) 
 

 
44 
SƏKKİZİNCİ FƏSİL 
SİYASƏT 
Şeyx  siyasətə  qarışmırdı,  lakin  mənfur  Pəhləvi  rejimi  və 
hakim  rejimin  siyasət  adamları ilə  kəskin  müxalifət edirdi.  O, 
təkcə  şah  və  onun  ətrafındakıları  deyil,  Müsəddiqi  də  qəbul 
etmirdi.  Lakin  mərhum  Ayətullah  Kaşanini  tərifləyərək 
deyirdi:  Onun  batini  saqqaxanaya  (sərin  su  saxlayan  yer) 
bənzəyir. 
ÖNCƏDƏN İKİ SİYASİ HADİSƏDƏN 
XƏBƏR VERMƏSİ 
Şeyxin övladlarından biri deyir: 
1333-cü  Hicri-şəmsi  ilinin  Tir  ayının  30-da  (1954)  Şeyx 
mənzilə daxil olub ağlar halda dedi: «Həzrət Seyyidüş-şühəda 
bu atəşi əbası ilə söndürdü və bu bəlanın qarşısını aldı. Onlar 
bu  gün  də  çoxlarını  öldürmək  istəyirlər.  Ayətullah  Kaşani 
müvəffəq  olmayacaq,  lakin  sonradan  gələn  bir  seyyid 
müvəffəq olacaqdır.» 
Bir  müddətdən  sonra  məlum  oldu  ki,  Şeyx,  ikinci  seyyid 
dedikdə həzrət imam Xomeynini (r.ə.) nəzərdə tuturmuş. 
İSLAM İNQİLABININ GƏLƏCƏYİ 
Mərhum  İmam  Xomeynidən  söhbət  düşdüyü  üçün  yaxşı 
olardı  ki,  onun  İslam  İnqilabının  gələcəyi  ilə  əlaqədar  bir 
xatirəsini də qeyd edək. 
Şeyx  dünyanı  «qoca  arvad»  Sabiq  daxili  işlər  naziri 
Məhəmməd  Əli  Bəşarəti  belə  nəql  edir:  1358-ci  ilin  yayında 
(1980)  İslam  İnqilabı  Keşikçilər  Korpusunun  kəşfiyyat 

 
45 
şöbəsinin  məsulu  idim.  Mənə  xəbər  çatdı  ki,  Məşhəddə 
məşhur  ruhani  liderlərdən  biri  imam  Xomeyninin  əleyhinə 
qiyam edəcəyi və inqilabı devirəcəyi barədə bəyanat verib. 
Sabiq  daxili  işlər  naziri  Məhəmməd  Əli  Bəşarəti  belə  nəql 
edir:  1358-ci  ilin  yayında  (1980)  İslam  İnqilabı  Keşikçilər 
Korpusunun  kəşfiyyat  şöbəsinin  məsulu  idim.  Mənə  xəbər 
çatdı  ki,  Məşhəddə  məşhur  ruhani  liderlərdən  biri  imam 
Xomeyninin  əleyhinə  qiyam  edəcəyi  və  inqilabı  devirəcəyi 
barədə bəyanat verib. 
Bu barədə hökm almaq üçün imam Xomeyninin qəbuluna 
getdim  və  işlərim  barədə  raport  verdikdən  sonra  həmin  sözü 
dedim.  İmam  əvvəlcə  başını  aşağı  salıb  qulaq  asırdı,  lakin  bu 
cümləni  eşitdikdə  başını  qaldırıb  təəccüblə  dedi:  Bunlar  nə 
deyirlər?!  Bizim  qələbəmizə  Allah  zəmanət  vermişdir.  Biz 
müvəffəq  olacağıq.  Burada  islam  hökuməti  təşkil  edəcəyik, 
bayrağı da onun əsil sahibinə təhvil verəcəyik. 
Mən soruşdum: Sizin özünüz təhvil verəcəksinizmi? 
İmam sükut etdi və sualımı cavabsız qoydu. 
NASİRƏDDİN ŞAH BƏRZƏX ALƏMİNDƏ 
Şeyxin  şagirdlərindən  biri  Nasirəddin  şahın  bərzəx 
aləmindəki  vəziyyəti  ilə  əlaqədar  olaraq  onun  belə  dediyini 
nəql edir: 
Onun ruhunu cümə günü azad etmişdilər. Şənbə gecəsi isə 
zəncirləyib  öz  yerinə  aparırdılar.  O  ağlar  halda  məmurlara 
yalvarıb  deyirdi:  «Məni  aparmayın!»  Məni  gördükdə  dedi: 
«Əgər  bilsəydim  ki,  yerim  bura  olacaqdır,  dünyada  özümə 
asayişi rəva görməzdim». 
ZALIM PADŞAHI TƏRİFLƏMƏK 
Şeyx  öz  dostlarını  və  şagirdlərini  zalım  Pəhləvi  rejiminin 
məmurları 
ilə 
həmkarlıq 
etməkdən, 
xüsusilə 
onları 

 
46 
tərifləməkdən  çəkindirərdi.  Şeyxin  şagirdlərindən  biri  onun 
belə dediyini nəql edir: 
Müqəddəs  şəxsiyyətlərdən  birinin  ruhunun  bərzəxdə 
mühakiməyə  çəkildiyini  gördüm.  Zalım  və  nalayiq  padşahın 
bütün  çirkin  əməllərini  onun  əməl  dəftərində  yazmışdılar. 
Həmin şəxs deyirdi: «Axı mən bu qədər cinayət etməmişəm!». 
Ona  dedilər:  «Məgər  sən  onu  tərifləyərək  demirdinmi  ki,  o, 
ölkədə necə də əmin-amanlıq bərqərar etmişdir?!». 
Dedi: Bəli. 
Ona  dedilər:  Sən  onun  gördüyü  işlərə  razı  olmusan,  o  da 
öz  səltənətini  qoruyub  saxlamaq  üçün  bu  cinayətlərə  əl 
atmışdır. 
«Nəhcül-bəlağə»də  imam  Əli  (ə)  buyurur:  «Hər  kəs  bir 
tayfanın  gördüyü  işlərə  razı  olsa,  onlarla  bu  işi  görmüş 
kimidir.  Hər  kəs  batil  bir  işə  əl  atsa,  onun  üçün  iki  günah 
yazılar:  O  işin  görülməsinin  günahı  və  ona  razı  olmağın 
günahı.» 
AMERİKA MÜSTƏMLƏKƏÇİLƏRİ İLƏ 
HƏMKARLIQ 
Şeyxin  dostlarından  birinin  oğlu  Amerika  mütəxəssisləri 
ilə  həmkarlıq  edirdi.  O  belə  deyir:  Məşhədə  səfər  edərkən 
Şeyxin  hüzuruna  getdim.  Onunla  birlikdə  hərəmə  ziyarətə 
getdik.  O,  bir  tərəfdə  dayanıb  ziyarətnaməni  oxudu.  Mən 
sizinlə  söhbət  etdiyim  kimi,  o  da  imamla  danışırdı.  Ziyarət 
qurtardıqdan sonra səcdəyə getdi. Səcdədən qalxdıqdan sonra 
məni çağırıb dedi: Həzrət (ə) buyurdu: «Oğlunun qabağını al, 
bu  işlərin  ardınca  getməsin,  əks  halda  o  sizə  ağır  bir  əngəl 
törədəcəkdir». 
Biz  onun  qərb  mütəxəssisləri  ilə  əməkdaşlıq  edib 
Amerikaya  getməsindən  xəbərdar  deyildik.  Təqribən  25  il 
bundan  qabaq  bir  gün  oğlum  yanıma  gəlib  dedi:  Xarici 

 
47 
ölkələrə  getmək  istəyirəm,  işlərimin  hamısını  qaydasına 
salmışam,  xarici  pasport  da  almışam.  Biz  nə  qədər  çalışdıqsa, 
onu bu işdən çəkindirə bilmədik. Amerikaya getdikdən sonra 
bizə  yazdı  ki,  arvadımı  boşayın,  uşağı  olmadığı  üçün  onu 
saxlamayacağam.  O  vaxtdan  indiyə  qədər  əzab-əziyyət 
içindəyik. 

 
48 
Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin