MƏHƏBBƏT İKSİRİ



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix27.11.2019
ölçüsü2,25 Mb.
#29722
1   2   3   4   5   6   7   8   9   ...   12
Şeyx Rəcəbəli


İKİNCİ BÖLMƏ 
RUHİ YÜKSƏLİŞ VƏ MƏNƏVİ TƏRƏQQİ 
BİRİNCİ FƏSİL 
İLAHİ TƏLİM-TƏRBİYƏ 
Şeyxin  mənəvi  kamalları  və  yüksək  məqamları  onu 
yaxından  tanıyan,  onunla  tanış  olan  hər  bir  şəxs  üçün 
məlumdur. 
Bu  böyük  mənəviyyatlı  şəxsiyyətin  həyatı  ilə  əlaqədar 
yaranan  əsas  sual  bundan  ibarətdir  ki,  necə  oldu  ki,  o 
insaniyyətin  yüksək  məqamlarına  nail  oldu?  Necə  oldu  ki, 
elmiyyə hövzəsi və ali məktəblərin rəsmi dərslərindən heç bir 
bəhrəsi  olmayan  bir  şəxs  elə  bir  məqama  çatdı  ki,  təkcə  adi 
camaat deyil, hövzədə və universitetlərdə təhsil alan şəxslər də 
onun  hidayətinin  bərəkətlərindən  istifadə  edib  bəhrələndilər? 
Bir  sözlə,  cənab  Şeyxin  birdən-birə  ruhi  yüksəlişinin  və 
müvəffəqiyyət  qazanmasının  sirri  nədir?  Hansı  ustadın 
məktəbində  tərbiyə  görmüş  və  onun  mənəvi  tərbiyəçisi  kim 
olmuşdur? 
ŞEYXİN MÜRŞİDLƏRİ 
Cənab  Şeyx  hövzə  və  universitetlərdə  rəsmi  şəkildə 
oxunan  dərslərdən  bəhrəsiz  olduğuna  baxmayaraq,  böyük 
elm-mərifət və mənəviyyat sahiblərinin hüzurunda olmuşdur. 
İmam 
Xomeyninin 
müəllimi 
mərhum 
Ayətullah 
Məhəmmədəli  Şahabadi,  Ayətullah  Mirza  Məhəmmədtəqi 
Bafiqi  və  onun  ustadı  olmuşdur.  Şeyx  iki  böyük  alimin  – 

 
49 
Seyyid  Əli  Müfəssir  və  Seyyid  Əli  Qərəvinin  dərslərindən  də 
bəhrələnmişdir.
1
  
                                                      
1
  Nəql olunduğuna görə, ağa Nəcəfi İsfahani adı ilə məşhur olan 
Ayətullah  Mirza  Camal  İsfahani  hacı  ağa  Nurullah  İsfahaninin 
qardaşıdır.  O,  Rza  xanın  hakimyyətinin  əvvəllərində  Tehran 
bazarında olan «Seyyid Əzizullah» məscidində imamlıq edirdi. Onun 
məclisləri  haqda  mərhum  Şeyx  Rəcəbəlidən  nəql  olunur  ki,  o  belə 
deyirmiş:  «Ağa  Camalın  minbərdəki  moizələri  Allah  aşiqi 
yetişdirirdi».  O,  Rza  xan  hökuməti  ilə  müxalifət  etdiyinə  görə 
İsfahana  sürgün  edildi  və  orada  da  şəhadətə  çatdırıldı.  Onun  qəbri 
«Təxtfulad»  qəbristanlığında  yerləşir.  Doktor  Əbul  Həsən  deyir: 
Cənab  Şeyx  ilə  İsfahandakı  həmin  qəbristanlıqda  idik.  Bir  qəbrin 
yanında  oturduq.  Buyurdu:  Bu  qəbrin  sahibi  mənim  ustadım 
olmuşdur. 
Höccətül-islam  Kərimi  Ayətullah  seyyid  Kazim  Əssaddan 
Əmirəl-möminin  Əli  (ə)-ın  Ayətullah  Mirza  Camal  İsfahani 
barəsində  olan  kəramətlərindən  maraqlı  bir  əhvalat  danışmışdır.  O 
hadisə belədir: 
Həzrət Ayətullah Əssar Tehranın «şəhid Mütəhhəri» ali səviyyəli 
mədrəsəsində  (keçmiş  Sepəhsalar)  Əsfar  dərsini  tədris  edirdi.  Mən, 
Kərəməli  Kərimi  Qərtəmani  mədrəsənin  altı  illik  kursunu  onun  və 
sair  müdərrislərin  hüzurunda  keçirmişdik.  Onun  barəsində  baş 
verən  birinci  möcüzəli  hadisəni  gözlərindən  yaş  axan  halda  Əsfar 
dərsində bizə belə nəql etdi: Həzrət Ayətullah hacı ağa Camal Nəcəfi 
İsfahani  (o  zaman  Pəhləvi  hökuməti  tərəfindən  Tehrana  sürgün 
olunmuşdu  və  bazarın  «hacı  seyyid  Əzizullah»  məscidində  camaat 
namazını qılırdı). O sübhlər Mərvi mədrəsəsində tədris edirdi. Onun 
dərsləri  çox  yüksək  səviyyəli  və  dolğun  olduğundan  Mərvi 
mədrəsəsinin elm əhlindən olan alim və tələbələrin yığıldığı məkana 
çevrildi.  Hamı  onun  dərslərindən  faydalanmaq  istəyirdi.  Hətta, 
imam camaatlardan bəziləri ona qarşı həsəd aparırdılar. 
Buna görə də bir yığıncaq təşkil edərək onun savadsız olduğunu 
isbat  etmək  istəyirdilər.  Onlar  ruhaniləri  öz  ətrafına  yığaraq  qərara 
almışdılar ki, hacı ağa Camal İsfahanini üç dərs barəsində imtahana 
çəksinlər: 

 
50 
                                                                                                                 
1. Fəlsəfə; 
2. Fiqh; 
3. Üsul. 
Cənab  Əssar  buyururdu:  Ondan  fəlsəfədən,  yəni  Əsfar 
kitabından  imtahan  götürməyi  mənə  həvalə  etdilər.  Adlarını 
unutduğum  iki  nəfər  də  ondan  fəlsəfə  və  fiqh  barədə  imtahan 
tutmağa məmur oldular. Qərara alındı ki, biz üç nəfər onun dərsinə 
gedib,  hər  birimiz  sinfin  bir  tərəfində  oturub,  dərs  əsnasında  ondan 
sual edək. 
Mən Əsfar kitabını özümlə götürdüm. Dərsin ortasında hacı ağa 
Camal  fəlsəfi  bir  mətləbi  izah  edərkən  ona  bir  sual  verdim.  O 
minbərin  üstündən  mənə  diqqətlə  baxıb  buyurdu:  Mən  sizin 
cavabınızı belə sadəliklə vermərəm. Siz Əsfarı istədiyiniz yerdən açın 
və səhifənin əvvəlini mənim üçün oxuyun. 
Mən onun dediyi kimi edib,  açdığım səhifənin  birinci cümləsini 
oxuduqda  «kifayətdir»  dedi.  Həmin  səhifəni  heç  bir  səhv  və  xəta 
olmadan  əvvəldən  axıradək  əzbərdən  dedi,  tərcümə  də  etdi  və 
buyurdu:  Siz  məni  imtahan  etməyə  gəlmisiniz?  Mənim  özümə  aid 
etməyə heç nəyim yoxdur, hər nəyim vardırsa Mövlayi müttəqiyyan 
Əli (ə) tərəfindəndir. 
Sonra  hacı  ağa  Camal  Əmirəl-möminin  Əli  (ə)-ın  kəramət  və 
möcüzəli  işləri  barəsində  belə  nəql  edir:  Mən  qırx  il  Nəcəfdə  elmlə 
məşğul  oldum,  ictihad  dərəcəsinə  nail  olub  yüksək  elmi  səviyyəyə 
çatdım.  Atam  bir  dəstə  alimi  mənim  ardımca  göndərdi  ki,  İsfahana 
qayıdam  və  İsfahanın  elmiyyə  hövzəsinin  başçılığını  öhdəmə  alam. 
İrana  yola  düşmək  istədiyim  gecə  gözlənilmədən  qorxunc  bir 
xəstəliyə  tutuldum  və  qırx  gün  huşsuz  halda  qaldım.  Qırx  gündən 
sonra  Allah  mənə  mərhəmət  etdi,  tərləyib  huşa  gəldim.  Ayıldıqda 
gördüm  ki,  ömrümün  əvvəlindən  öyrəndiklərimin  hamısını 
unutmuşam,. 
Çarəsizlikdən  Əmirəl-möminin  Əli  (ə)-ın  müqəddəs  hərəminə 
gedib yalvarmağa başladım və bərkdən ağladım. Həzrətə ərz etdim: 
«Ağa!  Qırx  il  müddətində  sizin  süfrənizin  başında  əyləşib  sizin 
elminizi  əxz  etmişdim.  İndi  vətənə  qayıtmaq  istəyirəm,  amma  əlim 
boşdur. Siz kərəm dəryasısınız». Bu zaman mərhum Əssar ağlamağa 

 
51 
Şeyx  rəsmi  olmayan  bu  təhsillərinin  nəticəsində  Qurani-
kərim və islam rəvayətləri ilə dərindən tanış olmuşdu. O, təşkil 
olunan  məclislərdə  Quranı,  hədisləri  və  duaları  tərcümə  və 
təfsir edir, ondan elə incə mənalar çıxarırdı ki, digərləri çox az 
ona diqqət yetirirdilər. 
Buna əsasən cənab Şeyxin islam maarifi ilə olan tanışlığı bu 
kimi  böyük  şəxsiyyətlərdən  istifadə  etməsi  nəticəsində  əldə 
olunmuşdur.  Lakin  onun  mənəviyyatında  böyük  dəyişikliyə 
və  ruhi  sıçrayışa  səbəbi  başqa  yerdə  axtarmaq  lazımdır  ki,  o, 
Şeyxin  həyatında  dönüş  nöqtəsi  olmuşdur.  Şeyxin  «Mənim 
ustadım  olmamışdır»  deməsi  də  məhz  bu  dönüş  nöqtəsinə 
işarə edir. 
Cənab  Şeyxin  müridlərindən  biri  belə  deyir:  Şeyx 
buyururdu:  Mənim  ustadım  yox  idi.  Lakin  mərhum  Şeyx 
Məhəmməd  Təqi  Bafiqinin  həzrət  Əbdül-əzim  (ə)-ın  pak 
hərəmində bərqərar olunan dərslərində iştirak edirdim. 
O, məna əhli idi. Gecələrin birində məclisə baxıb mənə xitabən 
buyurdu: «Sən müəyyən məqamlara çatacaqsan».
1
 
                                                                                                                 
başladı.  Mərhum  hacı  ağa  Camal  buyurdu:  O  qədər  ağladım  ki, 
huşdan  getdim,  yarı  yuxulu  və  yarı  oyaq  halda  Mövlamı  gördüm. 
Ağa  şəhadət  barmağını  ağzıma  qoydu  və  mənə  nəvaziş  göstərdi. 
Huşa  gəldim  və  evə  qayıdanda  gördüm  ki,  ömrümün  əvvəlindən 
oxuduqlarımın hamısını əzbərdən bilirəm. 
Sonra  ağa  Camal  ağlayıb  buyurdu:  Cənablar,  mənim  özümdən 
heç nəyim yoxdur. Hər nəyim varsa Əmirəl-möminin Əli (ə)-dandır. 
Gəlin  məni  imtahan  edin.  Mən  Allahın  köməyi  və  Əli  (ə)-ın  inayəti 
ilə oxuduğum dərslərin hamısını əzbərdən bilirəm. 
Cənab  Əssar  burada  ağlayaraq  deyirdi:  Bu  hadisəni  hacı  ağa 
Camal  bəyan  edərkən  orada  mənəvi  bir  dəyişiklik  yarandı.  Mən 
qalxaraq o böyük şəxsiyyətin ayaqqabılarını gözümə sürtüb təbərrük 
etdim. 
1
    Böyük  alim,  kamil  arif  və  yorulmaz  mücahid  Şeyx 
Məhəmmədtəqi  Bafiqi  Yəzdi  «çadra  və  hicabla  mübarizə» 

 
52 
                                                                                                                 
hərəkatında Rza xanla həzrət Məsumə (ə.s.)-ın hərəmində qarşılaşdı. 
Məsələ  belə  olmuşdu:  Rza  xan  açıq-saçıqlığı  yaymaq  və  çadranı 
qadağan  etmək  məqsədi  ilə  öz  xanımını  qadına  yaraşmayan  bir 
geyim  formasında  Qum  şəhərinə  göndərmiş  və  o  da  müqəddəs 
məkana  hörmətsizlik  edərək  Həzrət  Məsumə  əleyhəssəlamın 
hərəminin  eyvanına  çıxaraq  özünü  xalqa  nümayiş  etdirmişdi.  Bu 
xəbəri  eşidən  mərhum  Ayətullah  Bafiqi  tələsik  oraya  gəlmiş, 
kimsənin bu ehtiramsızlığa etiraz etməyə cürət etmədiyini görüb özü 
şəxsən şahın arvadını təhqir edərək eyvandan qovmuşdu. Buna görə 
də  Rza  xan  onu  döyüb  hörmətsizlik  etdikdən  sonra  Rey  şəhərinə 
sürgün  etmiş  və  o  da  ömrünün  axırına  qədər  həmin  şəhərdə 
yaşamışdır.  Bu  böyük  alimlə  yaxından  tanış  olanlar  ondan  çoxlu 
qəribə hadisələr və kəramətlər nəql etmişlər. Misal olaraq bunu qeyd 
edirik:  Onun  xidmətçisi  mərhum  Şeyx  İsmayıl  mənim  (yəni  kitabın 
müəllifi)  üçün  belə  nəql  edir:  Ayətullah  Bafiqi  ömrünün  axırlarında 
xəstəlik  nəticəsində  evdən  çıxa  bilmirdi.  Bir  gün  məndən  soruşdu: 
«Sən  həzrət  Əbdüləzim  (ə)-ın  ziyarətinə  gedərkən  hər  üç  imam 
övladını hərəmin daxilindən ziyarət edirsən, yoxsa imamzadə Tahirə 
çöldən salam verirsən?» 
O  zaman  hərəmin  həyətyanı  sahəsi  genişləndirilməmişdi. 
İmamzadə Tahirin hərəmi o birilərindən ayrı idi. Cavabında dedim: 
«İmamzadə  Tahiri  ziyarət  etmək  üçün  onun  hərəminə  daxil 
olmuram. Sadəcə həyətdən ziyarət edib salam verirəm». 
Şeyx buyurdu: «Bu iş düzgün deyildir. Siz üç böyük şəxsiyyətin 
hərəminə  gedirsiniz,  ikisini  yaxından,  birini  isə  uzaqdan  ziyarət 
edirsiniz.  Bu  əməl  bir  növ  ehtiramsızlıq  sayılır.  Bu  dəfə  ziyarətə 
gedəndə həzrət Tahir (ə)-ın hərəminə daxil olub onu ziyarət et və de 
ki, axund da salam göndərir. 
Şeyx İsmayıl deyir: «Şeyxin tövsiyələrinə əsasən həzrət Tahir (ə)-
ın  hərəminə  daxil  oldum.  Orada  heç  kəs  yox  idi.  Şeyxin  sözlərini 
yadıma  salıb  onun  tərəfindən  salam  çatdırmaq  istədikdə, 
məqbərənin daxilindən üç dəfə «ləbbeyk, ləbbeyk, ləbbeyk».sözlərini 
eşitdim. 

 
53 
 
DÖNÜŞ NÖQTƏSİ 
Mənim  (yəni  müəllifin)  nəzərimə  görə,  Şeyxin  həyatında 
dönüş  nöqtəsi  və  mənəvi  dəyişikliyin,  ruhi  sıçrayışın  sirri 
insani  heyrətə  gətirən  ibrətli  bir  hadisə  olmuşdur.  Şeyxin 
cavanlığının ilk çağlarında, həzrət Yusif əleyhissəlamın başına 
gələn  bir  hadisənin  oxşarı  onun  üçün  də  baş  vermişdi.  Bu  və 
bundan  sonra  baş  verəcək  hadisələr  təcrübi  tövhidin 
nümunələrindəndir.  Bu  hadisə  göstərir  ki,  Qurani-kərimin 
həzrət Yusif əleyhissəlamla əlaqədar olan hadisələrin axırında 
buyurduğu  «İnnəhu  mən  yəttəqi  və  yəsbir  fə  innəllahə  la 
yuziu  əcrəl  muhsinin»  (Yusif-90)  ayəsi  ümumi  bir  qanundur 
və  təkcə  həzrət  Yusifə  aid  deyildir.  Bu  ayənin  davamında 
buyurulur:  «Hər  kəs  təqvalı  olsa  və  (nəfsani  istəklərin 
müqabilində)  səbr  edib  dözümlülük  göstərsə,  Allah-taala 
yaxşı əməl sahiblərinin əməllərini zay etməz». 
Bu  hadisə  göstərir  ki,  Qurani-kərimin  həzrət  Musa  (ə)-ın 
başına  gələn  əhvalatların  axırında  buyurduğu  «və  ləmma 
bələğə  əşuddəhu  atəynahu  hukmən  və  ilmən  və  kəzalikə 
nəczil-muhsinin»  yəni  («O  kamal  həddinə  çatdıqda  ona 
hikmət  və  elm  əta  etdik  və  Biz  yaxşı  əməl  sahiblərini  belə 
mükafatlandırırıq».) (Yusif surəsi 22 ayə) Hökmlər də ümumi 
bir qanundur.  Qurani-Kərimin nəzərində  bütün ehsan  əhli  və 
                                                                                                                 
Həzrət  imam  Xomeyni  (r.ə)  mərhum  Bafiqinin  sürgün 
olunduğunu  eşitdiyi  zaman  camaatı  onunla  sıx  rabitə  saxlamağa 
təşviq etmək üçün öz xüsusi yığıncaqlarında bu beyti buyurmuşdu: 
Çe xoş bud ki bərayəd be yek kereşmə do kar 
Ziyarəti şəh əbdüləzim və didəne yar 
Məzmunu: 
Bir səfərlə iki mühüm iş görmək çox xoş olar, 
Şah Əbdüləzimi ziyarət etmək və dostu görmək. 

 
54 
bütün  yaxşı  əməl  sahibləri  hikmət  nurundan,  xüsusi  ilahi 
elmdən bəhrələnəcəklər. 
HƏZRƏT YUSİFİN ƏHVALATINA OXŞAR 
BİR HADİSƏ 
Şeyx  bu  hadisəni  təfsilatı  ilə  çox  az  adamlar  üçün  bəyan 
edərdi.  Bəzən  müəyyən  münasibətlərlə  əlaqədar  olaraq  ona 
işarə edərək deyirdi: «Mənim ustadım yox idi, lakin dedim ki, 
Pərvərdigara,  bu  işi  sənin  razılığın  xatirinə  tərk  edir  və  buna 
göz yumuram. Sən də məni Özün üçün tərbiyələndir.» 
Böyük  fəqih  mərhum  Ayətullah  Seyyid  Məhəmməd  Hadi 
Milani  bu  hadisəyə  işarə  edərək  buyururdu:  Şeyxə  Allah 
tərəfindən  xüsusi  inayət  olunmuşdu.  Bu  da  cavanlıq 
dövrlərində  onun  öz  nəfsani  istəklərinin  qarşısını  ala  bilməsi 
ilə bağlı idi.  
Şeyxin  özü  bu  hadisəni  onunla  görüşdə  bəyan  etmişdi. 
Höccətül-islam  Seyyid  Məhəmməd  Əli  Milani  (Ayətullah 
Milaninin  oğlu)  onun  hüzurunda  iştirak  etdiyi  zaman  Şeyxin 
dilindən belə bəyan edir:
1
 
 
Cavanlıq  dövrlərində  yaxın  qohumlarımızdan  olan  gözəl 
bir  qız  mənə  aşiq  olmuşdu.  Nəhayət  bir  gün  xəlvət  bir  evdə 
məni  tələyə  saldı  və  mən  öz-özümə  dedim:  «Rəcəbəli!  Allah 
səni çox imtahan edə bilər. Gəl bir dəfə də sən Allahı imtahan 
et! Bu ləzzətli və hazır olan haram işdən Allahın xatirinə keç». 
Sonra  Allaha  belə  ərz  etdim:  «Pərvərdigara!  Mən  bu 
günahı  Sənin  xatirinə  tərk  edirəm.  Sən  də  məni  Özün  üçün 
tərbiyə et». 
                                                      
1
    Görüşdə  Şeyx  daha  incə  nöqtələri  bəyan  etmişdir  ki,  onlar 
üçüncü bölmənin birinci fəslində qeyd olunacaqdır. 

 
55 
Bu  zaman  Şeyx  həzrət  Yusif  (ə)  kimi  çox  şücaətlə  günah 
qarşısında  müqavimət  göstərərək  özünü  saxlayır  və  sürətlə 
həmin tələdən çıxıb qaçır. 
Şeyxin nəfsani istəklərin qarşısında müqavimət göstərməsi 
və  günahdan  uzaqlaşması  onun  bəsirət  gözlərinin  açılmasına 
səbəb olur. Onun bərzəx gözləri açılır, başqalarının görmədiyi 
şeyləri  görür,  başqalarının  eşitmədiklərini  eşidir.  Belə  ki,  öz 
evindən  çıxanda  camaatın  bəzilərini  onların  həqiqi  simasında 
görür, bəzi qeyb sirləri onun üçün aşkar olur.
1
  
Şeyxin  özündən  belə  nəql  olunur:  «Bir  gün  Mövləvi 
xiyabanı  ilə  Sirus  xiyabanının  kəsişdiyi  yerdən  Gəlubəndək 
meydanına  qədər  gedib-qayıtdım,  bu  qədər  məsafədə  yalnız 
bir nəfəri adam sifətində gördüm!» 
İLAHİ TƏRBİYƏ NECƏ BAŞ VERİR? 
Şeytanın  tələsinə  düşən  bir  cavanın  «Pərvərdigara,  məni 
Özün  üçün  tərbiyə  et»—deyə  etdiyi  dua  çox  həyəcanlı  və 
iztirablı  bir  fəzada  qəbul  olundu  və  bu  səadətli  cavanın 
mənəvi həyatında əsaslı bir dönüş yaratdı ki, onu zahiri şeyləri 
müşahidə edən adi insanlar dərk etməkdə acizdirlər. Rəcəbəli 
bu təkamülü ilə yüz illik yolu bir gecədə keçmiş və bununla da 
Şeyx Rəcəbəli Xəyyat kimi məşhurlaşmışdır. 
Neqare mən ke be məktəb nərəfto xət nəneveşt 
Beğəmze məsəle amuze səd mudərres şod 
Məzmunu: 
Mənim yarım  məktəbə getmədən və yazı yazmadan, 
Bir işarə ilə yüzlərlə müəllimin ustadı oldu. 
İlahi tərbiyənin ilk mərhələlərində bu cavanın bəsirət gözü 
açılır,  artıq  varlığın  batinində,  mələkut  aləmində  başqalarının 
görmədiyi şeyləri görür, başqalarının eşitmədiyi səsləri eşidir. 
                                                      
1
  Şeyx 23 yaşında olarkən bu hadisə baş vermişdi. 

 
56 
Bu  batini  təcrübə  nəticəsində  Şeyxdə  belə  bir  etiqad 
yaranmışdı ki, ixlaslı olmaq bəsirət gözünün açılmasına səbəb 
olur. 
BƏSİRƏT GÖZÜ  
Burada  belə  bir  sual  yaranır  ki,  məgər  qəlbin  gözü  və 
qulağı vardırmı? Məgər insan zahiri qulaq və gözündən başqa 
bir şeylərlə də görüb eşidə bilərmi? 
Cavab  məlumdur.  Həm  şiə,  həm  də  sünnülər  tərəfindən 
nəql  olunan  islam  hədislərində  bu  suala  müsbət  cavab 
verilmişdir. Burada nümunə olaraq onlardan bir neçəsini qeyd 
edirik:
1
  
Peyğəmbəri-əkrəm (s) buyurur: «Hər bir bəndənin üzündə 
iki  gözü  vardır  ki,  onun  vasitəsilə  dünya  işlərini  görür. 
(Onların) qəlbində də iki gözü vardır ki, onunla axirət işlərini 
müşahidə  edir.  Hər  vaxt  Allah-taala  bir  bəndənin  yaxşılığını 
istəsə, onun qəlbindəki gözlərini açır ki, onun vasitəsilə qeybi 
vədələri  görsün  və  qeybi  görmək  vasitəsilə  də  ona  iman 
gətirsin».
2
 
Başqa  bir  hədisdə  o  həzrətdən  belə  nəql  olunur:  «Əgər 
yalan  danışmaqlarınız  və  qəlbinizdəki  pərakəndəliklər 
olmasaydı, şübhəsiz mənim eşitdiklərimi siz də eşidərdiniz.»
3
  
İmam Sadiq (ə) belə buyurub: «Həqiqətən qəlbin iki qulağı 
vardır: İman ruhu ona xeyir şeyləri, Şeytan isə şər işləri təlqin 
edir. Bunlardan hər biri qələbə çalsa, digərini məğlub edər.»
4
  
                                                      
1
    Bu  barədə  daha  artıq  hədislərlə  tanış  olmaq  istəyənlər 
«Mizunul-hikmət» kitabının 10/4988/3390 və 3391-ci hədislərinə baxa 
bilərlər. 
2
 «Mizanul-hikmət», 10/4988/3390/16942 
3
  Mizanul-hikmət 10/4990/3391/16956 
4
 Mizanul-hikmət 10/4990/3391/16956 

 
57 
İKİNCİ FƏSİL 
QEYBİ YARDIMLAR 
«Nəhcül-bəlağə»də  qeyd  olunduğu  kimi,  imam  Əli  (ə) 
buyurur:  Tarixdə  elə  layiqli  bəndələr  olub  ki,  Allah-taala 
onlarla  əql  və  əndişə  qüvvəsi  ilə  danışıb.  İmam  Əli  (ə)-ın  bu 
barədəki  kəlamı  belədir:  «Allah-taalanın  hər  bir  əsr  və 
zamanda, 
xüsusilə 
peyğəmbərlərin 
mövcud 
olmadığı 
dövrlərdə  elə  bəndələri  vardır  ki,  onlarla  (ilham  yolu  ilə) 
əndişə  və  əql  qüvvəsilə  danışır,  onların  gözlərini,  qulaqlarını 
və qəlblərini ayıqlıq nuru ilə işıqlandırır.»
1
  
Layiqli 
bəndələrin 
xüsusiyyətləri 
«Şəbaniyyə» 
münacatında belə qeyd olunur: 
«Pərvərdigara, məni o kəslərin cərgəsində qərar ver ki, Sən 
onları  çağıranda  Sənə  cavab  verərlər,  onlara  diqqət  yetirəndə 
Sənin  cəlalının  nurunun  təcəllisi  onları  bihuş  edər.  Sən 
gizlində  onlarla  sirlərdən  danışarsan,  onlar  da  aşkarda  Sənin 
üçün əməl edərlər».
2
 
Cavan  oğlan  olan  Rəcəbəli  əmmarə  nəfsinin  əlindən  və 
şeytanın  tələsindən  xilas  olduqdan,  bəsirət  gözləri  açıldıqdan 
sonra  Allahın  layiqli  bəndələrinin  sırasına  keçir  və  bundan 
sonra  bəzən  yuxuda,  bəzən  də  ayıqlıqda  Allah-taalanın 
hidayətedici imkanlarından, Allah yolunun ixlaslı bəndələrinə 
və həqiqi mücahidlərinə məxsus olan hidayətdən bəhrələnir.
3
  
Bu  hidayət  növü  Peyğəmbərdən  (s)  nəql  olunan  bir 
hədisdə  belə  bəyan  edilir:  «Allah-taala  bir  bəndəsinin 
                                                      
1
 Nəhcül-bəlağə, 222-ci xütbə 
2
 «Məfatihul-cinan», «Şəbaniyyə» münacatı 
3
  «O  kəslər  ki,  Bizim  yolumuzda  çalışarlar,  hökmən  onları  öz 
yolumuza hidayət edərik. (Ənkəbut-69). 

 
58 
yaxşılığını istəsə, onu dində fəqih və agah qərar verər, bu yolu 
ona ilham edər. 
1
 
MƏKRUH FİKRİN YÜKSƏK HƏDDİ 
Allah-taalanın  xüsusi  tərbiyəsi  altında  qərar  tutan  şəxslər 
üçün  ilahi  hidayətin  bərəkətlərindən  biri  də,  onların  Öz 
eyblərindən agah olmasıdır. 
Peyğəmbərdən  (s)  nəql  olunan  hədisdə  buyurulur:  «Hər 
vaxt Allah-taala bir bəndəsinə yaxşılıq etmək istəsə, onu dində 
fəqih və agah, dünyaya etinasız və öz eyblərinə bəsirətli edər.
2
  
Şeyx  də  xüsusi  ilahi  tərbiyə  mehvərində  qərar  tutduqdan 
sonra bu ilhamdan bəhrələnmişdir. 
Ayətullah  Fehri  nəql  edir  ki,  cənab  Şeyx  belə  buyururdu: 
Bir gün bir iş görmək üçün bazara getdim. Beynimdən məkruh 
bir fikir keçdi. Lakin dərhal tövbə etdim. Yol əsnasında şəhərin 
kənarından  odun  daşıyan  dəvə  karvanı  mənim  yanımdan 
keçəndə  gözlənilmədən  onların  biri  mənə  təpik  atdı.  Özümü 
kənara  çəkməsəydim,  mənə  xəsarət  dəyəcəkdi.  Məscidə 
getdim. Beynimdə bu sual dolaşırdı ki, bu hadisənin mənşəyi 
nə  ola  bilər.  İztirab  və  yalvarışla  ərz  etdim.  Pərvərdigara!  Bu 
nə idi? Məna aləmində mənə deyildi: Bu, beynindən keçirdiyin 
o pis fikirlərin nəticəsi idi. 
Dedim: Axı mən günah iş görmədim?! 
Deyildi: O dəvə də səni vurmadı!
3
  
 
                                                      
1
 Mizanul-hikmət, 4/1602/1160/5359 
2
 Mizanul-hikmət, 4/1602/1160/5360. 
3
  Bu hekayəni Şeyxin müridlərindən iki nəfəri azacıq fərqlə nəql 
etmişlər.  Bizim  qeyd  etdiyimiz  də  Ayətullah  Fehrinin  nəql  etdiyinə 
uyğun  idi.  Fərq  yalnız  bundadır  ki,  məkruh  sözü  sair  mətnlərdə 
qeyd olunub. 

 
59 
BƏLƏM BAURANIN TALEHİNƏ DÜÇAR 
OLMAQLA TƏHDİD 
Şeyxin  müridlərindən  biri  də  Zəncanın  imam  cüməsi 
Ayətullah ağa Mirza Mahmud idi. Çox fəzilətli şəxs olan Mirza 
Mahmud mərhum Mirza Naininin tələbələrindən biri idi. Belə 
fəzilətli  bir  şəxs  də  rəsmi  təhsildən  bəhrəsi  olmayan,  lakin  öz 
növbəsində  ləyaqətli  və  insani  nuraniyyətə,  qəlb  səfasına 
malik  olan  bir  şəxsə  mürid  olmuşdu.  Şeyx  bir  gün  buyurdu: 
Zəncanın imam cüməsi və zahirdə Tehranın möhtərəm sayılan 
şəxsiyyətlərindən  bir  qrupu  bura  gəlmişdilər.  O  öz 
yoldaşlarını təqdim etdi və... 
Bu  gediş-gəliş  nəticəsində  məndə  bir  halət  (özündən 
razılıq) baş verdi.  Fikirləşdim  ki, elə  yerə  çatmışam  ki, böyük 
şəxsiyyətlər mənim görüşümə gəlirlər və... 
Gecə qəribə bir hala düşdüm, vəziyyətim pisləşdi. Ağlayıb-
yalvarmaqla  Allah-taalanın  dərgahına  üz  tutdum,  ilahi 
mərhəmətlə bu batini səfa yenidən bərpa olundu. 
Mən  fikrə  daldım  ki,  əgər  bu  halət  davam  etsəydi,  onda 
mənim vəziyyətim necə olardı? Mən nə üçün belə olmuşam? 
Bu  fikirdə  idim  ki,  Bələm  Bauranı  mənə  göstərdilər  və 
dedilər: 
Əgər bu halət davam etsəydi, sən də onun kimi olacaqdın. 
Çəkdiyin zəhmətlərin hamısının nəticəsi bu olacaqdı ki, həmin 
şəxsiyyətlərlə  məşhur  olardın,  bu  halda  sənin  dünyan 
olacaqdı, lakin axirətdə heç bir şey sənə nəsib olmayacaqdı.
1
 
 
                                                      
1
  Bələm  Baura  böyük  bir  alim  idi,  onun  duası  dərhal  qəbul 
olunurdu. Onun on iki min nəfər tələbəsi vardı. Lakin həvayi-nəfsinə 
itaət  edib  dünyapərəstlik  meyllərinə  malik  olduğundan  öz  əsrinin 
zalım padşahına kömək etdi. İş o yerə çatdı ki, o həzrət Musa (ə)-ın 
qoşununa  qarğış  etdi.  Qurani-kərim  bu  ibrətamiz  əhvalata  işarə 
edərək  onu  itə  oxşadır.  Əraf  surəsi,  176-cı  ayə.  Bax:  «Əl-mizan» 

 
60 
Bu  hadisə  keçib  getdi.  Cümə  günləri  bizim  yığıncağımız 
olurdu. Bir gün yığıncaq günortaya qədər uzandı. Ev sahibi və 
dostlar dedilər: «Elə burada günorta yeməyini yeyərik». Biz də 
qəbul  etdik.  Sonrakı  həftə  yenidən  yığıncağımız  günortaya 
qədər  davam  etdi  və  yenidən  süfrə  salındı.  Təbiidir  ki,  bu 
dəfəki  süfrə  keçən  həftəyə  nisbətən  daha  rəngarəng  idi.  Bu 
hadisə  bir  neçə  həftə  təkrar  olundu  və  hər  dəfə  süfrə 
əvvəlkilərə  nisbətən  daha  çeşidli  və  rəngarəng  idi.  Süfrənin 
ortasında bir ədəd kərə var idi və hamının diqqətini özünə cəlb 
etmişdi.  Mən  öz-özümə  fikirləşdim  ki,  bu  süfrə  mənə  görə 
salınıb,  məclis  özü  mənə  görə  təşkil  olunub  və  dostlar  da 
buraya  mənə  görə  yığılıblar.  Buna  görə  də  mən  onu  yeməyə 
hamıdan  artıq  haqlıyam.  Bu  fikirlə  bir  qədər  çörək  parçası 
götürüb əlimi uzatdım ki, o kərəni götürəm. Gördüm ki, Bələm 
Baura otağın guşəsindən mənə gülür. Dərhal əlimi çəkdim. 
SƏN TOX, QONŞUN İSƏ AC?! 
Şeyxin  şagirdlərindən  biri  deyir  ki,  Şeyxin  belə 
buyurduğunu eşitdim: 
Bir  gecə  röya  aləmində  gördüm  ki,  mən  müqəssir  kimi 
tanınmışam. Məmurlar gəldilər ki, məni zindana aparsınlar. O 
gün  çox  narahat  oldum  və  bu  yuxunun  səbəbini  bilmək 
istədim.  Allah-taalanın  inayəti  sayəsində  başa  düşdüm  ki,  bu 
yuxu mənim qonşumla əlaqədar baş vermişdir. Öz əyalımdan 
istədim ki, bu barədə axtarış aparıb bir xəbər gətirsin. Qonşum 
bənnalıqla  məşğul  olurdu.  Məlum  oldu  ki,  bir  neçə  gün  işsiz 
qalıb,  keçən  gecəni  özü  və  əhli-əyalı  ac  yatmışlar.  Mənə 
deyildi: Vay olsun sənə! Sən gecəni tox yatasan, qonşuların isə 
ac?! 
                                                                                                                 
təfsiri,  8-ci  cild,  səh  339,  «Təfsiri  Qumi»  1-ci  cild,  səh.248  və 
«Munyətil Murid» səh.151. 

 
61 
O  zaman  mənim  üç  abbası  ehtiyat  pulum  var  idi.  Dərhal 
məhəllədəki dükançıdan bir abbası da borc edib verdim, sonra 
üzürxahlıq edərək xahiş etdim ki, hər vaxt işsiz qalsa və pulu 
olmasa məni xəbərdar etsin. 
ÖVLADINI ALLAHA GÖRƏ İSTƏ! 
Cənab  Şeyx  bir  dəfə  buyururdu:  Bir  gecə  gördüm  ki, 
zülmət pərdələri vücudumu bürüyüb.
1
  
Öz  məhbubuma  (Allaha)  yol  tapa  bilmirəm.  Araşdırma 
apardım  ki,  görəsən  bu  hicablar  haradan  yaranıb.  Təvəssül 
edib çoxlu axtarış apardıqdan sonra məlum oldu ki, bu, keçən 
gecə  övladımın  gözəl  və  rəna  qiyafəsini  görməklə  atalıq 
məhəbbətinin  coşmasının  nəticəsidir.  Mənə  deyildi:  Onu 
Allaha görə istəməlisən. Mən də bu işdən peşman olub istiğfar 
etdim. 
QİDANIN ZÜLMƏTİ 
Şeyxin müridlərindən biri belə nəql edir: Şeyx dostlarından 
birinin evində təşkil olunmuş yığıncaqda söhbətə başlamazdan 
əvvəl  özündə  zəiflik  hiss  edib  bir  qədər  çörək  istəyir.  Evin 
sahibi bir lavaşın yarısını gətirir və o da yeyib söhbətə başlayır. 
Sonrakı  gecə  Şeyx  buyurur:  Keçən  gecə  imamlarımıza  (ə) 
salam  verdim,  lakin  onları  görmədim.  Təvəssül  etdim  ki, 
görəsən  bunun  səbəbi  nədir?!  Məna  aləmində  deyildi:  O 
çörəyin  yarısını  yediyin  zaman  bədənindəki  zəiflik  aradan 
qalxdı. Bəs nə üçün ikinci hissəsini də yedin?! 
Bədənin  təbii ehtiyaclarını  təmin  olunması qədər  yeməyin 
eybi  yoxdur.  Lakin  ondan  artıq  yeyilməsi  ruhun  zülmətə 
düşməsinə səbəb olur. 
                                                      
1
  Məqsəd batini zülmət və ruhun qaranlığıdır 

 
62 
Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin