MƏHƏBBƏT İKSİRİ



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix27.11.2019
ölçüsü2,25 Mb.
#29722
1   2   3   4   5   6   7   8   9   ...   12
Şeyx Rəcəbəli


İKİNCİ FƏSİL 
İŞ VƏ FƏALİYYƏTİ 
Dərzilik  islamda  bəyənilən  məşğuliyyət  növlərindən 
biridir.  Həkim  Loğman  də  bu  məşğuliyyəti  özü  üçün  peşə 
seçmişdi. Bir hədisdə Peyğəmbər (s) buyurur: 
«Yaxşı  kişilərin  işi  dərzilik,  yaxşı  qadınların  işi  isə  yun 
əyirməkdir.»
 
Cənab  Şeyx  öz  məişətini  təmin  etmək  üçün  bu  peşəni 
seçmiş  və  buna  görə  də  Şeyx  Rəcəbəli  Xəyyat  adı  ilə 
məşhurlaşmışdı.  (Xəyyat  ərəbcə  dərzi  deməkdir.)  Maraqlısı 
budur  ki,  Şeyxin  kiçik  və  sadə  evi  əvvəldə  qeyd  olunan 
xüsusiyyətlərlə yanaşı, həm də onun iş otağı olmuşdur. 
Şeyxin övladlarından biri bu barədə deyir: Əvvəllər atamın 
karvansarada  bir  hücrəsi  var  idi  və  orada  dərziliklə  məşğul 
olurdu. Bir gün hücrənin sahibi gəlib dedi: «Mən razı deyiləm 
ki,  sən  burada  qalasan!»  Sabahısı  gün  atam  heç  bir  söz 
demədən  və  ondan  heç  bir  əmək  haqqı  tələb  etmədən  tikiş 
maşını  və  dərzi  mizini  evə  gətirdi,  o  hücrəni  də  boşaldıb 
sahibinə  təhvil  verdi.  Həmin  vaxtdan  etibarən  evin  həyət 
qapısına yaxın olan otaqdan dərzi dükanı kimi istifadə edirdi. 
İŞİNDƏ CİDDİLİK VƏ MƏSULİYYƏT 
Cənab  Şeyx  öz  işində  çox  ciddi  olmuş,  həyatının  son 
anlarınadək  tam  çalışqanlıqla  fəaliyyət  göstərmiş  və  öz  halal 
əməyi ilə məişətini, güzəranını təmin etmişdir. Müridlərindən 
çoxu  cani-dildən  onun  məişət  xərclərini  təmin  etməyə  razı 
olmuşlar, lakin Şeyxin özü heç vaxt bu işə razı olmamışdır. 
Həzrət Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir: 

 
16 
«Hər  kəs  öz  zəhməti  və  alın  təri  ilə  həyat  sürsə,  qiyamət 
günündə  peyğəmbərlərin  cərgəsində  olar  və  onların  savabını 
alar.» 
Başqa bir hədisdə buyurulur: 
«İbadət  on  qismdir,  onun  doqquz  qismi  halal  ruzi 
qazanmaqdır». 
Şeyxin dostlarından biri deyir: Bunu heç vaxt unutmaram: 
Yay günlərindən birində bazarda Şeyxlə rastlaşdım. Zəiflikdən 
sanki çöhrəsi solmuş və rəngi saralmışdı. Dərziliyə lazım olan 
bəzi  şeyləri  alıb  evinə  tərəf  gedirdi.  Ona  dedim:  Ağa,  siz  bir 
qədər istirahət etməlisiniz, vəziyyətiniz yaxşı deyil. 
Buyurdu: Əhli-əyalı nə edim?! 
Başqa bir hədisdə Peyğəmbəri-əkrəm (s) buyurur: 
«Allah-taala  Öz  bəndəsini  halal  ruzi  kəsb  etmək  yolunda 
yorğun görmək istəyər.»
1
  
«Öz  əhli-əyalının  və  ailəsinin  (dolanışıq)  xərcini  təmin 
etməyən kəs məlundur, məlun!»
2
.
 
 
ZƏHMƏT HAQQI ALMAQDA İNSAF 
Şeyx  dərzilik  sənətində  və  müştərilərlə  davranışda 
həddindən  artıq  mülayim  və  insaflı  idi.  O,  gördüyü  işlərdə 
yalnız öz zəhməti miqdarında muzd alırdı. Bundan əlavə, heç 
vaxt müştəridən artıq bir şey almağa razı olmazdı. Buna görə 
də əgər bir şəxs ona—«Cənab Şeyx, icazə verin bir qədər artıq 
pul verim»—desəydi, heç vaxt razı olmazdı. 
Şeyx  öz  işlərini  islamda  mövcud  olan  icarə  qanunlarına 
əsasən tənzim edər və əmək haqqını bu əsasda alardı. Amma, 
müştəridən 
işlədiyindən 
artıq 
bir 
şey  almağa 
razı 
olmadığından,  işi  görüb  qurtardıqdan  sonra  həmin  işə  sərf 
                                                      
1
 Mizanul-hikmət, 5/2058/1496/7209. 
2
 Mizanul-hikmət 5/20 

 
17 
olunacaq  miqdardan  artıq  nəzərdə  tutduğu  məbləği 
müştərinin özünə qaytarırdı! 
Ruhanilərdən biri belə nəql edir: Şeyxə bir əba, bir qəba və 
bir  də  ləbbadə  sifariş  verdim  və  zəhmət  haqqının  məbləğini 
soruşdum.  Dedi:  İki  gün  vaxt  aparacaq,  qırx  tümən 
verməlisən. 
Libaslarımı  almağa  gedəndə  dedi:  Əmək  haqqı  iyirmi 
tümən  oldu.  Dedim:  Axı  siz  buyurmuşdunuz  ki,  qırx 
tüməndir? Dedi: Mən fikirləşirdim ki, iki günlük işi var, amma 
bir günə tamam oldu. 
Başqa  bir  şəxs  deyir:  Şeyxə  bir  şalvar  sifariş  verib 
məbləğini  soruşdum.  Dedi:  On  tümən.  Dərhal  çıxarıb  pulunu 
verdim.  Şalvarı  təhvil  almağa  getdikdə  gördüm  ki,  şalvarın 
üstünə  iki  tümən  qoyub  qaytarır.  Səbəbini  soruşduqda  dedi: 
Bunun zəhmət haqqı səkkiz tümən oldu. 
Şeyxin  övladlarından  biri  deyir:  Bir  gün  atam  müştəri  ilə 
razılaşmışdı  ki,  onun  əbasını  otuz  beş  tümənə  tiksin.  Müştəri 
əbasını aparanda atam onun dalınca qaçıb pulunun beş riyalını 
geri  qaytarıb  dedi:  Mən  fikirləşirdim  ki,  bu  əba  çox  vaxt 
aparacaq, amma belə olmadı. 
(Əziz  oxucular,  yuxarıda  qeyd  olunan  hadisələr  müxtəlif 
zamanlarda  baş  verdiyi  üçün  pulun  dəyəri  və  alıcılıq 
qabiliyyəti  eyni  qaydada  olmadığından  göstərilən  rəqəmlər 
sizi təəccübləndirməsin. Red.) 
İNSAFIN BƏHRƏSİ 
Bütün  işlərdə,  xüsusilə  müştəri  ilə  alverdə  insaflı  olmaq 
islamın  təkid  etdiyi  mühüm  məsələlərdəndir.  İmam  Əli  (ə)-
dan nəql olunan hədisdə deyilir: 
«İnsaf fəzilətlərin ən fəzilətlisidir.» 
«Savabların ən böyüyü insafa verilən savabdır.» 

 
18 
Alış-verişdə,  eləcə  də  müştərilərlə  davranışda  insaflı 
olmağın  insan  ruhunun  mənəviyyata  doğru  yüksəlişində  nə 
qədər  təsirli  olduğunu  bilmək  istəyirsinizsə,  aşağıdakı 
əhvalata diqqət yetirin: 
İNSAFLA RƏFTAR VƏ HƏZRƏT İMAM 
ZAMANLA (Ə) GÖRÜŞ 
Alimlərdən  biri  imam  Zaman  əleyhissəlamla  görüşmək 
arzusunda idi. Amma bu işə nail olmadığından daim ruhi əzab 
çəkirdi. Nəcəfi-əşrəfin elmiyyə hövzələrinin tələbələri, eləcə də 
ələviyyə (Əli (ə)-ın məqbərəsinin yanında təhsil alan) tələbələr 
arasında  belə  bir  məşhur  qayda  var  ki,  hər  kəs  ardıcıl  olaraq 
qırx  çərşənbə  gecəsi  «Səhlə»  məscidinə  gedib  məğrib  və  işa 
namazlarını orada qılmağa müvəffəq olsa, imam Zaman (ə)-ın 
hüzuruna  müşərrəf  ola  bilər.  Həmin  şəxs  uzun  müddət  bu 
məqsədlə çalışdı, lakin öz arzusuna çata bilmədi. İstəyinə nail 
olmaq  üçün  qəribə  elmləri,  hərf  və  ədədlərin  sirlərini 
öyrənməyə  başladı,  tələb  məqamında  ruhi  riyazətlə  məşğul 
oldu.  Çillələr  saxladı,  uzun-uzadı  ruhi  məşğələlərə  dözdü, 
lakin  yenə  də  heç  bir  nəticə  almadı.  Bu  şəxs  İmam 
əleyhissəlamın  ziyarətinə  nail  ola  bilməsə  də,  gecələr  oyaq 
qalmaq,  səhərlər  Allah  dərgahında  ah-nalə  etmək  nəticəsində 
batini  nuranilik  və  səfa  əldə  edə  bilmişdi.  Belə  ki,  bəzi 
vaxtlarda  onun  üçün  xüsusi  nuranilik  gəlir,  ona  bu  məsələdə 
yol  göstərilir,  ruhunda  xalislik  və  cəzb  halətləri  tapılır, 
həqiqətləri görür və incəlikləri eşidirdi. 
Bu  halətlərin  birində  ona  deyildi:  «Sənin  imam  Zaman 
əleyhissəlamı  görüb  ziyarət  etməyin  yalnız  filan  şəhərə  səfər 
etməklə  mümkün  ola  bilər.»  Bu  səfərin  çox  çətin  olmasına 
baxmayaraq,  öz  məqsədinə  çatmaq  üçün  həmin  şəxs  dərhal 
onu yerinə yetirməyə hazırlaşdı. 

 
19 
İMAM ZAMAN (Ə) DƏMİRÇİLƏR 
BAZARINDA 
Bir neçə günlük səfərdən sonra həmin şəxs deyilən şəhərə 
çatdı. Orada da həmin riyazətləri davam etdirdi, çillə saxladı, 
otuz yeddi, yaxud otuz səkkizinci gündə ona dedilər: «Həzrət 
imam Zaman (ə) indi dəmirçilər bazarında qıfıl düzəldən qoca 
bir  kişinin  dükanının  qapısında  oturub.  Yubanmadan  onun 
hüzuruna tələs!» 
Həmin  şəxs  ayağa  qalxıb  mənəvi  aləmdə  gördüyü  yolları 
keçdi  və  qoca  kişinin  dükanının  qabağına  gəlib  imam  Zaman 
əleyhissəlamın  orada  oturduğunu  və  həmin  kişi  ilə  şirin-şirin 
söhbət  etdiyini  gördü.  Salam  verdi,  imam  onun  salamını  alıb 
işarə ilə sükut etməsini əmr etdi. Burada maraqlı bir mənzərə 
var, ona diqqət yetirin. 
QIFIL DÜZƏLDƏN QOCA KİŞİNİN İNSAFI 
Həmin  şəxs  deyir:  Bir  qədər  kənarda  dayanıb  heyrətlə 
onlara  tamaşa  edirdim.  Bu  zaman  gördüm  ki,  qocalıb  əldən 
düşmüş,  beli  bükülmüş,  əlləri  əsən  və  əlində  əsa  tutmuş  bir 
qoca qarı əlindəki qıfılı dükançıya göstərib dedi: Allah rizasına 
bu qıfılı məndən üç şahıya alın, mənim üç şahı pula ehtiyacım 
vardır. 
Qoca kişi qıfıla diqqətlə baxdıqdan sonra dedi: Qıfılın heç 
bir  nöqsanı  yoxdur,  bunun  iki  abbası  dəyəri  vardır.  Çünki, 
onun  açarının  qiyməti  on  dinardan  çox  deyildir.  Əgər  sən 
mənə  on  dinar  pul versən,  mən bu  qıfılın  açarını  düzəldərəm 
və onda onun qiyməti üç şahı deyil, on şahı olar. 
Qarı dedi: Mənə qıfıl lazım deyildir, mənim pula ehtiyacım 
vardır.  Siz  bu  qıfılı  üç  şahıya  məndən  alın,  mən  sizə  dua 
edərəm. 

 
20 
Qoca  kişi  tam  sadəliklə  cavab  verdi:  Bacım!  Sən 
müsəlmansan,  mən  də  özümü  müsəlman  hesab  edirəm.  Nə 
üçün  müsəlmanının  malını  ucuz  qiymətə  almalı  və  kiminsə 
haqqını tapdalamalıyam?! Bu qıfılın hal-hazırda da səkkiz şahı 
qiyməti  vardır.  Qazanc  götürmək  istəsəm  də,  mən  onu  yeddi 
şahıdan  ucuz  ala  bilmərəm.  Çünki,  iki  abbasılıq  alverdə  bir 
şahıdan  artıq  qazanc  almaq  insafsızlıqdır.  İndi  əgər  satmaq 
istəsən, mən onu yeddi şahıya alaram. Yenə də təkrar edirəm 
ki,  onun  həqiqi  qiyməti  iki  abbasıdır.  Mən  də  ticarətçi 
olduğuma  görə  haqq-hesabı  belə  aparmalıyam.  Ona  görə  də 
bir şahı ucuzuna alıram. 
Bəlkə də qarı inana bilməzdi ki, bu kişi doğru danışır. Ona 
görə də narahat olub dedi: Mən özüm deyirəm ki, heç kəs bu 
məbləğə  razı  deyil.  Mən  yalvarırdım  ki,  üç  şahıya  alsınlar. 
Çünki mənim ehtiyacım on dinarla başa gəlmir. Mənə üç şahı 
pul lazımdır. 
Qoca kişi yeddi şahı verib qıfılı aldı. 
MƏN ONUN ARDINCA GƏLƏRƏM! 
Qarı  qayıtdıqdan  sonra  İmam  (ə)  mənə  buyurdu:  Əzizim, 
bu  mənzərəni  müşahidə  etdinmi?!  Belə  olun  ki,  biz  də  sizin 
ardınızca  gələk.  Çillə  saxlamaq  lazım  deyil,  qəribə  elmlərə  əl 
atmaq  faydasızdır,  riyazət  və  səfərlərə  getməyə  də  ehtiyac 
yoxdur.  Özünüzdən  xalis  əməl  göstərin  və  həqiqi  müsəlman 
olun  ki, biz  də  sizlərlə  ünsiyyətdə  olaq.  Bu  şəhərdə  yalnız  bu 
qoca  kişini  seçmişəm.  Çünki  onun  dini  var  və  Allahı  tanıyır. 
Bu  da  bir  imtahan  idi  ki,  ondan  başıuca  çıxdı.  Bu  qoca  qarı 
bazarın  əvvəlindən  başlayıb  bura  qədər  hamıya  öz  ehtiyacını 
izhar  edir  və  onlardan,  qıfılı  üç  şahıya  almalarını  istəyirdi. 
Onlar da qocanı çarəsiz və ehtiyaclı görüb daha ucuz qiymətə 
almaq istəyirdilər. Amma bu kişi onu yeddi şahıya aldı. Elə bir 

 
21 
həftə  olmur  ki,  mən  onun  görüşünə  gəlməyim  və  ona 
məhəbbət göstərməyim.
1
  
                                                      
1
 Sərmayeyi-suxən, 1-ci cild, səh. 610--613, ixtisarla 

 
22 
ÜÇÜNCÜ FƏSİL 
FƏDAKARLIQ VƏ İSAR 
Şeyxin  həyat  və  davranışlarında  olan  ən  parlaq 
xüsusiyyətlərdən biri də onun möhtac və kasıb şəxslərə xidmət 
etməsi,  özü  yoxsul  olduğu  halda  başqalarına  əl  tutması 
olmuşdur.  İslam  hədisləri  baxımından  isar,  fədakarlıq  və 
insanın  öz  haqqından  keçməsi  yaxşılıqların  ən  gözəli,  imanın 
ən yüksək mərtəbəsi və gözəl əxlaqların ən yaxşısıdır. 
Şeyx  öz  ailəsini  dərziliklə  çox  çətin  dolandırmasına 
baxmayaraq,  isar  və  fədakarlıq  fəzilətlərindən  də  bəhrəsiz 
qalmamışdır.  Bu  ilahi  şəxsiyyətdən  bu  barədə  nəql  olunan 
əhvalatlar doğrudan da insanı heyrətə gətirir və ona ibrət dərsi 
öyrədir. 
BAŞQALARININ ÖVLADLARINA QARŞI 
İSAR 
Şeyxin övladlarından biri deyir: Anam deyirdi ki, qəhətlik 
və  aclıq  illərində  Həsən  və  Əli  (mərhum  Şeyxin  böyük 
övladları  idi  ki,  sonradan  vəfat  etmişdilər)  evin  damında  od 
qalamışdılar.  Onlardan  nigaran  qalıb  oraya  getdikdə  gördüm 
ki,  o  iki  uşaq  tuluğun  dərisini  odda  qızardıb  yeyirlər.  Bu 
səhnəni  gördükdə  çox  kövrəldim,  qəhərlənib  ağlamağa 
başladım.  Aşağı  enib  evdən  bir  qədər  mis  qab  götürüb  kiçik 
bazarda  satdım  və  uşaqlar  üçün  bir  qədər  xörək  hazırladım. 
Həmin  gün  qardaşım  Qasımxan  bizə  gəlmişdi.  O,  mənim 
həddindən artıq narahat olduğumu görüb səbəbini soruşdu və 
mən də hadisəni olduğu kimi danışdım. Qasımxan bu hadisəni 
eşidib  çox  təəccüblə  dedi:  Nə  danışırsan?!  Şeyx  Rəcəbəlini 

 
23 
bazarda 
gördüm, 
camaata 
kabab 
qəbzi 
paylayırdı. 
(Yeməkxanalardan  biri  ilə  əvvəlcədən  razılığa  gəlinir, 
müəyyən  miqdarda  xörək  pulu  ödəndikdən  sonra  həmin 
məbləğ  dəyərində  qəbz  alınır,  o  qəbzlər  adətən  kasıbların 
arasında  paylanır  və  onlar  da  gedib  qəbzi  göstərməklə  ya 
oradca  xörək  yeyir  və  ya  alıb evə  aparırlar.)  Bu  nə  deməkdir, 
misal  var  deyiblər,  evə  lazım  olan  çırağı  məscidə  aparmaq 
haramdır.  Bu  kişi  nə  etmək  istəyir?  Düzdür  ki,  abid  və  zahid 
adamdır, lakin onun bu işləri düzgün deyil. 
Bu  sözləri  eşitdikdə  narahatçılığım  daha  da  artdı.  Gecə 
Şeyx evə gəldikdə onunla ciddi danışıb etirazımı bildirdim və 
narahat  halda  yatdım.  Gecə  yarısı  birdən  əyan  oldu  ki,  məni 
çağırırlar.  Diqqətlə  qulaq  asdım,  bir  daha  səs  gəldi:  «Qalx 
ayağa!»  Ayağa  qalxdım.  Gördüm  ki,  Əli  əleyhissəlamdır. 
Özünü tanıtdırıb dedi: «O, camaatın uşaqlarını saxlayır, biz də 
sizin  uşaqlarınızı!  Hər  vaxt  uşaqların  acından  ölsə,  onda 
danışarsan!» 
MÜFLİSLƏŞMİŞ QONŞUYA QARŞI İSAR 
Şeyxin  övladlarından  biri  belə  nəql  edir:  Bir  gecə  atam 
məni  yuxudan  oyatdı.  Evdən  iki  kisə  düyü  götürdük.  Birini 
mən, digərini isə atam çiyninə aldı. Onu aparıb məhəlləmizin 
ən varlı şəxsinin qapısına qoyduq. Atam onları təhvil verərkən 
ev  sahibinə  dedi:  Qardaş!  Yadındadırmı,  ingilislər  camaatı  öz 
səfirliklərinə  apardılar  və  onlara  düyü  verdilər.  Sonradan  hər 
dənə  düyünün  əvəzində  bir  xaral  düyü  alıblar,  yenə  də 
onlardan əl çəkmirlər. 
Bu  zarafatlarla  düyüləri  təhvil  verib  qayıtdıq.  Həmin 
günün  sabahı  atam  məni  çağırıb  dedi:  Mahmud!  Bir  çərək 
(təqribən  250  q.)  düyü  yarması  və  iki  riyallıq  da  quyruq  piyi 
alıb anana ver, günortaya xörək hazırlasın. 

 
24 
O  zaman  atamın  bu  cür  hərəkətləri  mənim  üçün  çox  ağır 
və anlaşılmaz görünürdü. Fikirləşirdim ki, nə üçün evdə olan 
düyüləri  məhəllənin  ən  varlı  şəxsinə  verir,  özümüz  isə 
günortaya düyü yarması alırıq? 
Sonradan başa düşdüm ki, zahirdə varlı hesab etdiyim bu 
Allah bəndəsi son günlərdə müflisləşibmiş. Cümə günü həmin 
şəxsin  bir  dəstə  qonağı  olacaqmış  və  evində  də  tədarük 
görmək üçün heç bir şey yoxmuş. 
BAYRAM AXŞAMI İSAR 
Mərhum Əbdül-kərim Hamid nəql edir ki, mən dərzilikdə 
Şeyxə  şagirdlik  edirdim  və  hər  gün  bir  tümən  zəhmət  haqqı 
alırdım. Novruz bayramı gecəsində Şeyxin on beş tümən pulu 
vardı.  Onun  bir  qədərini  mənə  verdi  ki,  düyü  alıb  bir  neçə 
ünvana  aparım.  Axırda  o  puldan  beş  tümən  qaldı,  onu  da 
mənə verdi. 
Öz-özümə  fikrləşdim  ki,  ustam  bayram  axşamı  evə  əliboş 
gedəcək. Həmin  vaxtlar şeyxin  ailə  vəziyyəti  həddindən  artıq 
ağır  idi.  Buna  görə  də  pulu  siyirtməyə  qoyub  qaçdım.  Cənab 
Şeyx  nə  qədər  çağırdısa  qayıtmadım.  Evə  çatanda  başa 
düşdüm  ki,  Şeyx  hələ  də  məni  arxadan  səsləyir.  Acıqla  dedi: 
Nə üçün pulları götürmədin? Sonra təkidlə pulları mənə verdi. 

 
25 
DÖRDÜNCÜ FƏSİL 
DİNİ QAYDA-QANUN VƏ GÖSTƏRİŞLƏRƏ 
SÖZSÜZ ƏMƏL ETMƏK 
Cənab  Şeyxin  dini  göstəriş  və  qayda-qanunlara  əməl 
etməsi  təriqət  iddiaçılarının  məsləki  ilə  kökündən  fərqlənirdi. 
O,  sufilik  firqələrinin  heç  birini  qəbul  etmirdi.  Onun  seçdiyi 
yol Əhli-beyt (ə)-ın göstərişlərinə sözsüz əməl etmək idi. Buna 
görə də təkcə vacib əmrlərə deyil, müstəhəb əməllərə də ciddi 
əhəmiyyət verirdi. 
Adətən  sübhlər  oyaq  olur,  gün  çıxandan  sonra  yarım 
saatdan  bir  saata  qədər  istirahət  edirdi.  Bəzən  günortadan 
sonra da bir qədər istirahətlə məşğul olurdu. 
Şeyxin  özü  kəşf  və  şühud  əhli  olmasına  baxmayaraq, 
təkrar-təkrar  buyurardı:  «Mükaşifatda  (bəsirət  gözünün 
açılması və hər  bir  şeyi həqiqi simasında  görmək)  deyilənlərə 
yəqininiz  olmasın,  heç  vaxt  mükaşifədə  gördüklərinizə 
arxalanmayın.  Biz  imamların  rəftar  və  əməllərini,  sözlərini 
özümüzə nümunə götürməliyik.» 
Cənab  Şeyx  ilahi  hökmlərə  əməl  etməklə  Allahın 
göstərişlərinə  və  Əhli-beyt  (ə)-ın  buyurduqlarına  qeydsiz-
şərtsiz  itaət  etməyə  təkid  edir,  bununla  yanaşı  ümumi 
yığıncaqlarda aşağıdakı ayəyə istinad edirdi: 
«Əgər  siz  Allaha  kömək  etsəniz,  Allah  da  sizə  kömək 
edər və qədəmlərinizi möhkəmlədər.» (Məhəmməd-7). 
Sonra  deyirdi:  «Allah  hər  şeydən  ehtiyacsızdır.  Allaha 
kömək  etmək  dedikdə,  Onun  hökmlərinə  əməl  etmək, 
Peyğəmbərinin sünnəsinə əsaslanmaq nəzərdə tutulur.» 
Başqa  bir  yerdə  buyururdu:  «  Heç  bir  şey  ilahi  hökmlərə 
əməl etmək qədər bəşərin ruhi yüksəlişində təsirli ola bilməz». 

 
26 
Şeyx  dəfələrlə  bunu  təkrar  edərdi:  «Haqq  din  elə 
minbərlərdə  deyilən  sözlərdir.  Lakin  onda  iki  şey  çatışmır: 
Birincisi  ixlas,  digəri  isə  mütəal  Allah  ilə  dostluq.  Bu  iki  şey 
minbərdəki çıxışlara artırılmalıdır. 
Yenə  deyirdi:  «Müqəddəslərin  işlərinin  hamısı  yaxşıdır, 
lakin  insan  vücudunda  olan  «mən»ləri  «Allah»  ilə  dəyişmək 
onların ən önəmlisidir». 
Yenə  buyururdu:  «Əgər  möminlər  öz  «inniyyət»lərini 
kənara qoysalar, yüksək mənəvi məqamlara çatarlar.» 
«Əgər  insan  Allaha  təslim  olsa,  öz  rəy  və  şəxsi  nəzərini 
kənara  qoyar,  özünü  tam  mənada  Allaha  tapşırar,  Allah  da 
onu Özü üçün tərbiyələndirər». 
TƏQLİD 
Şəriət  qanunlarına  qeydsiz-şərtsiz  tabe  olmaq  məsləkinə 
əsasən,  Şeyx  ilahi  hökmlərdə  müctehidə  təqlid  edirdi.  Onun 
mərcəyi  təqlidi  dövrünün  böyük  alimlərindən  olan  Ayətullah 
Höccət  idi.  Şeyx  özü  belə  bir  şəxsiyyətə  təqlid  etməsi  barədə 
buyurur:  «Quma  getdim,  mərcəyi-təqlidləri  gördüm,  onların 
içərisində həvayi-nəfsinə ən az tabe olan ağayi Höccət idi». 
Başqa bir nəqlə görə buyurur: «Gördüm ki, onun qəlbində 
cah-cəlal, şan-şöhrət və rəyasət məhəbbəti yoxdur. 
Şeyx öz dostlarını bu yoldan azan firqələrdən çəkindirirdi. 
Şeyxin  dostlarından  biri  deyir:  Bu  tayfalar  barəsində  ondan 
soruşdum.  (Bunu  nəql  edən  şəxs  tövsiyə  etmişdi  ki,  bu 
tayfanın  adlarını  kitablara  salmasınlar.)  Şeyx  buyurdu: 
Kərbəlada  idim.  Gördüm  ki,  bir  tayfa  gəlir.  Şeytan  onların 
qarşısında  hərəkət  edən  bir  şəxsin  cilovunu  əlinə  almışdı. 
Dedim: Bunlar kimdir? Dedilər:... 
Cənab  Şeyx  inanırdı  ki,  seyri-sülukda  Əhli-beyt  (ə)-ın 
tutduğu  yoldan  uzaq  düşənlər  riyazət  nəticəsində  müəyyən 

 
27 
ruhi  qüdrət  və  məqamlara  çatmalarına  baxmayaraq,  həqiqi 
mərifətdən tamamilə məhrumdurlar. 
Şeyxin  övladlarından  biri  belə  nəql  edir:  Atamla  birlikdə 
Bibi-Şəhrabanı  dağına  getmişdik.  (Bu  Tehran  ətrafında  olan 
dağların  birinin  adıdır  ki,  imam  Hüseyn  (ə)-ın  həyat  yoldaşı 
Şəhrəbanının  məzarı  orada  yerləşir.)  Yol  əsnasında  riyazət 
əhlindən  biri  ilə  rastlaşdıq.  Onun  çox  böyük  iddiaları  var  idi. 
Atam  ona  dedi:  Axı  de  görək,  sənin  riyazətlərinin  hasili  nə 
olub? 
O şəxs bu sözləri eşidən kimi əyilib yerdən bir daş parçası 
götürdü  və  onu  əlində  armuda  döndərdi.  Sonra  atama  təklif 
edib dedi: Buyurun, meyl edin. 
Atam buyurdu: Çox yaxşı! Bu işi mənim üçün gördün. De 
görüm Allah üçün nə nəyin vardır və nə etmisən? 
Həmin şəxs bu sözü eşidən kimi ağlamağa başladı. 
ALLAH ÜÇÜN OLAN İŞİN DƏYƏRİ 
Şeyxin dostlarından biri onun belə buyurduğunu nəql edir: 
Gecələr  Tehranın  cümə  məscidində  oturub  camaatın 
«Həmd»  surəsinin  oxunuş  və  tələffüzünün  düzəlişinə  fikir 
verirdik.  Bir  gecə  iki  uşaq  bir-biri  ilə  savaşdı,  onlardan  biri 
döyülməmək üçün mənim yanımda oturdu. Mən də fürsətdən 
istifadə edərək ondan «Həmd» surəsini soruşdum. Həmin gecə 
yalnız  o  uşağın  qiraəti  ilə  məşğul  oldum.  Sonrakı  gecə  bir 
dərviş  mənim  yanıma  gəlib  dedi:  Mən  iksir,  simya,  himya, 
limya  elmlərini  bilirəm  və  onların  hamısını  sənə  verməyə 
razıyam, bu şərtlə ki, dünənki işinin savabını mənə verəsən. 
Ona belə cavab verdim: Xeyr! Əgər bu elmlər sənə faydalı 
olsaydı, heç vaxt mənə verməzdin. 

 
28 
ŞƏRİƏTLƏ UYĞUN OLMAYAN 
RİYAZƏTLƏ MÜXALİFƏT 
Cənab Şeyx inanırdı ki, əgər bir şəxs doğrudan da islamın 
nurani  hökmlərinə  əməl  etsə,  bütün  mənəvi  məqamlara  və 
kamallara  nail  olacaqdır.  O,  Peyğəmbər  (s)  sünnəsi  və  Əhli-
beyt  (ə)  məktəbiinin  əksinə  olan  riyazətlərlə  kəskin  müxalifət 
edirdi.  Onun  müridlərindən  biri  belə  nəql  edir:  Bir  müddət 
riyazətlə məşğul oldum, seyyid övladı olan həyat yoldaşımdan 
ayrılıb  bir  otaqda  zikr  deməyə  başladım.  Gecələr  də  həmişə 
ayrı  yatırdım.  Dörd-beş  aydan  sonra  dostlarımdan  biri  məni 
Şeyxin görüşünə apardı. Qapını döyüb içəri girdim, Şeyx məni 
görən kimi buyurdu: İstəyirsənmi deyim...?! 
Başımı aşağı saldım, Şeyx sanki bir anda bütün səhvlərimi 
mənə  xatırlatdı.  Bu  nə  rəftardır  ki,  həyat  yoldaşınla  edirsən? 
Nə üçün onu tərk etmisən?... 
Bu  riyazət  və  zikrləri  kənara  qoy!  Bir  qutu  şirni  alıb  əhli-
əyalının  yanına  get.  Namazı  vaxtında  və  adi  qaydada  olan 
təqibatlarla yerinə yetir. 
Daha sonra Şeyx bu hədisi təkid etdi ki, «əgər bir şəxs qırx 
gün  əməllərini  Allaha  görə  xalis  etsə,  hikmət  çeşmələri 
qəlbində cuşə gələr.» 
Şeyx  bu  hədisə  işarə  edərək  buyurdu:  Bu  hədisə  əsasən, 
əgər  bir  şəxs  qırx  gün  müddətində  öz  dini  vəzifələrinə  əməl 
etsə, şübhəsiz, xüsusi nuranilik tapacaqdır. 
O şəxs Şeyxin tövsiyələrinə əsasən, riyazəti tərk etdi və adi 
həyatına qayıtdı. 
XUMSUNUN HESABINI ET! 
Doktor  Həmid  Fərzarəm  özünün  Şeyxlə  necə  tanış 
olmasını  belə  xatırlayır:  1333-cü  Şəmsi  ilin  ortalarında  (1968) 
mənim  əziz  dostum  və  həmkarım  mərhum  doktor  Əbdül  Əli 

 
29 
məni  Cənab  Şeyxin  yanına  apardı.  Bir-iki  saat  onun 
hüzurunda  oturduq.  Mənə  yol  göstərmək  və  həqiqətləri  başa 
salmaq  üçün  mərhəmətli  nəzərlərlə  hər  sahədən  bir  şey 
danışırdı.  Qəlbimdə  ona  qarşı  son  dərəcə  məhəbbət  hissi 
yaranmışdı. Zahirən həmin gün «Ya Əlimu, ya Rəşid, səlli əla 
Muhəmmədin  və  alihi  əcməin»  zikrini  birlikdə  mənə  təlqin 
etdilər.  Onun  hüzurundan  getdikdən  sonra  doktor  Əbdül  Əli 
mənə  təbrik  dedi  və  bildirdi  ki,  cənab  Şeyx  sizi  öz  hüzuruna 
qəbul  etdi.  Allaha  şükr  olsun,  mən  çoxlarını  onun  hüzuruna 
aparmışam,  o  hətta  onlarla  bir  kəlmə  olsun  danışmayıb. 
Soruşdum. Bunun mənası nədir? 
Doktor  dedi:  «Allaha  şükr  olsun  ki,  o  səni  qabiliyyətli  və 
istedadlı gördü. Mən də buna görə Allaha şükr etdim». 
Şeyxin  şagirdlərindən  biri  onun  ibadətdə  necə  ciddi 
olduğunu  belə bəyan edir:  Şeyx  şəriət, təriqət  və  həqiqəti  bir-
biri ilə eyni bilirdi. Dərvişlər kimi deyildi və şəriəti boşlamırdı. 
Onun mənə dediyi ilk söz bu idi: Get xumsunun hesabını et. 
Sonra məni mərhum Ayətullah Əhməd Aştiyaninin yanına 
göndərib dedi: Sən onun hüzuruna getməlisən. 
O necə də böyük şəxsiyyət idi! Doğrudan da Allahın ayəti 
və  nişanəsi  idi.  Mən  ondan  nə  qədər  mənəvi  qida  aldım! 
Ondan  necə  böyük  işlər  gördüm!  Onun  hüzuruna  gedib  öz 
kiçik evimin xumsunu hesablayıb ödədim. 

 
30 
Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin