MƏHƏBBƏT İKSİRİ



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix27.11.2019
ölçüsü2,25 Mb.
#29722
1   2   3   4   5   6   7   8   9   ...   12
Şeyx Rəcəbəli


ÜÇÜNCÜ FƏSİL 
MƏNƏVİ KAMALLAR 
Hədislər  məcmuəsində  «Qurbi-nəvafil»  adı  ilə  tanınan  bir 
məşhur  hədis  var.  Bu  hədisi  sünnü  və  şiə  hədisçiləri  azacıq 
fərqlə Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər.
1
  
Hədisin məzmunu belədir:  
Allah-taala  buyurur:  «Bəndələrimdən  heç  biri  Mənim 
dərgahıma,  vacib  əməlləri  yerinə  yetirməklə  yaxınlaşdıqları 
qədər  başqa  bir  yolla  yaxınlaşa  bilməz.  Amma  o,  müstəhəb 
əməlləri  yerinə  yetirərək  Mənim  dərgahıma  o  qədər 
yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim zaman onun 
eşidən  qulağı,  görən  gözü,  danışan  dili,  zərbə  vuran  əli 
olaram.  Məni  çağırsa  cavab  verərəm  və  bir  şey  istəsə  əta 
edərəm.»
2
  
«Qurbu-nəvafil»  hədisində  nafilə  deyildikdə,  vacib 
əməllərdən sonra yerinə yetirilən əmməllər nəzərdə tutulur ki, 
insanı  mütləq  kamala,  mənəviyyatın  yüksək  mərtəbələrinə 
doğru  sövq  etdirir.  Bu  da  bütün  yaxşı  və  bəyənilmiş  işlərdən 
ibarətdir. 
Bu  hədisə  əsasən,  insan  Allah  xatirinə  yaxşı  işləri  yerinə 
yetirməklə  mərhələ-mərhələ  mütləq  kamala  və  bəndəçiliyin 
son həddinə yaxınlaşa bilər , gözləri Allahdan başqası üçün bir 
şey  görməz,  qulaqları  Allahdan  başqası  üçün  bir  şey  eşitməz, 
dili  Allahdan  başqası  üçün  bir  şey  deməz  və  qəlbi  Allahdan 
başqası üçün bir şey istəməz. 
                                                      
1
 Bax. Mizanul-hikmət 10/4856/33-30. 
2
 Kafi-2/352/7, Mizanul-hikmət 10/4856/3330/16627 

 
63 
Başqa  sözlə  desək,  insan  öz  iradəsini  Allah-taalanın 
iradəsində  fani  və  təslim  etdikdə,  Qurbu-nəvafil  hədisində 
qeyd  olunan  təbirlərə  əsasən,  Allah-taala  bəndənin  görən 
gözü,  eşidən  qulağı,  danışan  dili  və  fikirləşən  qəlbi  olur. 
Beləliklə  də  insan  bir  növ  rübubiyyətdən  (rəbb  olmaq)  ibarət 
olan übudiyyətin (bəndəçiliyin) zatına nail olur. 
Şeyxin buyurduğu kimi: 
«Əgər göz, qulaq, əl və digər üzvlər Allah üçün işləsə ilahi 
mütləqiyyətə  əsaslanan  əzalara  çevrilər.  Nəhayətdə  növbə 
insanın  qəlbinə  çatır  ki,  bura  da  Allah  məkanıdır.  Hədisdə 
buyurulduğu kimi: 
«Möminin qəlbi rəhman Allahın ərşidir.»
1
  
İmam  Hüseyn  (ə)  belə  dua  edirdi:  «Pərvərdigara!  Sən  Öz 
dostlarının qəlbini Öz istək və iradənin məkanı qərar ver.»
2
  
Şeyxin başına gələn hadisələrin dəqiq şəkildə araşdırılması 
göstərir  ki,  Allahın  razılığı  xatirinə  cinsi  ehtiraslara  və 
şəhvətlərə  qarşı  çıxmağın  nəticəsində  onda  əzəmətli  ruhi 
dəyişiklik  və  mənəvi  irəliləyiş  baş  vermiş,  ilahi  tərbiyə,  qeybi 
imdad  və  ilhamlar  sayəsində  mənəviyyatın  yüksək  kamal 
nöqtəsinə  nail  olmuşdur.  Bəlkə  də  bu  məsələ  onun  həmişə 
zümzümə etdiyi bu şerlə əlaqədardır. 
 
Dər dəbestane əzəl hosne to irşadəm kərd 
Bəhre seydəm ze kərəm lotfe to imdadəm kərd 
Nəfse bədseyrəte mən mayele hər batel bud 
Feyzbəxşiye to əz dəste vey azadəm kərd. 
Məzmunu: 
Məktəbə  ayaq  qoyduğum  ilk  gündən  sənin  gözəlliyin 
məni  irşad  etdi.  Məni  özündə  qərq  etmək  istəyən  dərya 
sənin  kərəminlə  imdadıma  yetişdi.  Mənim  murdar  nəfsim 
                                                      
1
  Biharul-ənvar, 58/31 
2
  Biharul-ənvar 85/214. 

 
64 
hər bir çirkinliyə meyl edirdi. Sənin mərhəmətin məni onun 
əlindən xilas etdi. 
TÖVHİDDƏ QƏRQ OLMAQ 
Şeyxlə  otuz  ilə  yaxın  bir  müddətdə  ünsiyyətdə  olan 
şagirdlərindən  biri  deyir:  Şeyxin  tövsiyələrinə  əsasən 
Ayətullah  Kuhistaninin  görüşünə  getdim.  O,  müəyyən 
mətləbləri  qeyd  etdikdən  sonra  Şeyxin  barəsində  belə 
buyurdu: Mərhum Şeyx Rəcəbəlinin malik olduğu hər bir şey 
tövhid sayəsində idi, o, tövhiddə qərq olmuşdu
.
1
 
 
                                                      
1
  Böyük  alimlərdən,  eləcə  də  Şeyxin  ziyarət  etdiyi  görkəmli 
şəxsiyyətlərdən  biri  də  Ayətullah  Kuhistani  idi.  Cənab  Şeyx  onun 
barəsində  buyururdu:  «Ayətullah  Kuhistanidən  asimana  doğru 
yüksələn  bir  nur  çıxır».  Bu  görüşlərin  birində  mərhum  Ayətullah 
Kuhistani  piyada  gedib  Şeyxi  təqribən  bir  kilometrlik  məsafəyə 
qədər  yola  salır.  Sonralar  Ayətullah  Kuhistani  Şeyxin  barəsində 
danışarkən  çox  təvazökarlıqla  deyərdi:  O  zamanlar  bizim  bəzi 
söhbətlərimiz var idi. 
Burada  çox  yerinə  düşərdi  ki,  Ayətullah  Kuhistanidən  baş 
vermiş çox qəribə bir hadisəni danışaq. Məşhur xətib höccətül-islam 
ağa  seyid  Qasim  Şücai  mənim  üçün  belə  nəql  edir:  Rəştin 
vaizlərindən  olan  cənab  Sədrai  Eşkəvəri  ürək  xəstəliyinə 
tutulmuşdu.  Onu  Rəştdən  Tehrana  gətirdilər  və  Tehranın  «Aban» 
xəstəxanasında yatırtdılar. Bir gün mərhum Fəlsəfi mənə zəng vurub 
birlikdə  onun  görüşünə  getmək  istədiyini  bildirdi.  Cənab  Fəlsəfi 
Eşkəvəri  ilə  görüşündə  ondan  soruşdu:  Sizin  maddi  vəziyyətiniz 
necədir? 
Dedi: Həzrət Seyyidüş-şühəda (ə)-ın əta etdiyi bizi təmin edir. 
Dedilər:  Bizim  hamımız  Seyyidüş-şühədanın  süfrəsindən 
bəhrələnirik. 
O dedi: Xeyr, bizim hesabımız tamamilə başqadır. 
Cənab  Fəlsəfi  bir  az  da  maraqlanıb  bu  hadisənin  nədən  ibarət 
olmasını soruşdu. 

 
65 
                                                                                                                 
Cənab  Sədrai  dedi:  Həzrət  Seyyidüş-şühəda  İmam  Hüseyn  (ə) 
mənə  bir  bağ  əta  etmişdir  ki,  qocalıq  çağlarımda  oranın  gəliri  ilə 
dolanım. 
Ustad  Fəlsəfi  dedi:  Hardan  bilirsən  ki,  onu  İmam  Hüseyn 
əleyhissəlam əta edib? 
O  cavab  verdi:  Mən  o  bağı  satmaq  üçün  müqavilə  yazıb  sonra 
Ayətullah Kuhistanini görməyə getdim. Onun yanına daxil olan kimi 
buyurdu: Sədra! Nə üçün  səltənət  hədiyyəsini satırsan?  Ona dedim: 
Ağa, mənim şahlarla heç bir işim yoxdur. Buyurdu: Bunu demirəm, 
məqsədim 
İmam 
Hüseyn 
əleyhissəlamdır. 
Həqiqi 
səltənət 
məsumlarındır,  bunlar  bu  sözləri  oğurlayıblar.  Yadındadırmı, 
cavanlıq vaxtında İmam Hüseyn əleyhissəlamın hərəminə getmişdin, 
qəbrin  baş  tərəfində  dayanıb  başını  zərihə  dayadın  və  dedin:  Ağa 
mən  sizdən  elə  bir  lütf  istəyirəm  ki,  qocalanda  onunla  həyat  və 
məişətimi  təmin  edim.  Bu  bağ  həmin  duanın  nəticəsində  sənə 
verilmişdi. Nə üçün onu satdın?! 
Ağanın əlini öpdükdən sonra dərhal maşın tutub Rəştə qayıtdım 
və  yazdırdığım  müqaviləni  cırdım.  İndiyə  qədər  də  o  bağla 
məişətimi təmin edirəm. 
O vaxt mənim (Şücai) halım tamamilə dəyişildi. Qərara aldım ki, 
cənab  Ayətullah  Kuhistaninin  hüzuruna  gedim.  Həcc  mövsümündə 
bir  ruhani  kimi  karvanların  birində  Məkkəyə  getdim.  Karvanda 
Təhmasibi  adlı  bir  həkim  də  var  idi.  Ona  dedim:  Mən  əvvəllər 
Ayətullah Kuhistanini görmək istəyirdim, amma mümkün olmadı. O 
dedi:  Mən  onun  həkimiyəm.  Dedim:  Nə  yaxşı  oldu!  Burada  əhd 
bağlayaq ki, İrana çatan kimi məni onu hüzuruna aparasan. O dedi: 
Mən gələndə o çox xəstə idi, qan təzyiqi qalxmışdı. Bu sözdən sonra 
onun  barəsində  çox  nigaran  oldum.  Nəhayət  Ərəfata  gəldik.  Ərəfə 
duasının  zümzümə  edir  və  onun  məzmun  və  məfhumuna  diqqət 
yetirirdim.  Nəhayət  bu  cümləyə  çatdım.  «Səni  görməyən  gözlər  kor 
olsun!».  Bu  zaman  kövrəldim,  gözlərimdən  yaş  axmağa  başladı. 
Dedim:  Pərvədigara!  Mənim  heç  nəyim  yoxdur,  lakin  bilirəm  ki, 
seyyidəm  və  bu  seyyidliyimdən  burada  istifadə  edirəm.  Səni  and 
verirəm  cəddim  Peyğəmbərin  haqqına,  Ayətullah  Kuhistaniyə  şəfa 
ver! 

 
66 
 
FƏNA MƏQAMI 
Uzun  illər  Şeyxin  hüzurunda  olan,  onun  mənəvi 
xeyirlərindən faydalanan doktor Həmid Fərzam onu belə vəsf 
edir: 
Cənab  Şeyx  Rəcəbəli  kamil  arif  idi  və  ilahi  eşqdə  qərq 
olmuşdu. O, nəfsinin saflaşdırılması və batini səfa nəticəsində 
fəna-fillah  (Allahda  fani  olmaq)  və  bəqa-fillah  (Allahda  əbədi 
qalmaq) mərhələsinə nail olmuşdu. O, şəriət hökmlərinə, seyri-
süluk  və  təriqət  məqamlarına  əməl  etməklə  Pərvərdigarın 
inayət və mərhəmətinə nail olaraq həqiqət mənzilinə çatmışdı. 
ALLAH AŞİQİ 
Şeyxin  şagirdlərindən  digər  biri  onu  belə  vəsf  edir: 
Mərhum Şeyx, bütün varlığı Allahın əlində ram və müti olmuş 
                                                                                                                 
İrana gəldikdən sonra Ayətullah Kuhistaninin görüşünə getmək 
istədim,  
lakin  müyəssər  olmadı.  Məşhədə  getdim.  Gecə  saat  on  ikinin 
yarısında  Darüs-siyadətdə  gördüm  ki,  bir  qoca  kişinin  qoltuğuna 
girib  gətirirlər.  Soruşdum  ki,  o  kimdir?  Dedilər:  Ayətullah 
Kuhistanidir.  Mən  onu  əvvəllər  görməmişdim.  Salam  verdim  və 
əyilib  əlindən  öpdüm.  Mən  əyilən  kimi  o  əlini  sağ  çiynimə  qoyub 
dedi: Şücai, Allah sənin aqibətini xeyirlə qurtarsın. Ərəfatdakı duan 
bizə çatdı!! 
Heyrətdən  donub  qaldım,  bütün  bədənim  tərlədi.  Elə  həmin 
yerdəcə oturdum. Həyat yoldaşım dedi: Nə oldu? Dedim: Heç. Qoy 
bir  qədər  oturum.  Təqribən  yarım  saat  oturdum.  Əzizlərim,  Allahı 
şahid tuturam ki, Ərəfatda mənim yanımda heç kəs yox idi. Mən də 
ahəstə  səslə,  gözümdən  yaş  axan  halda  onu  dua  etmişdim.  O  isə 
həzrət Riza (ə)-ın hərəmində mənə deyirdi ki, Ərəfatdakı duan gəlib 
bizə çatdı. Bu mənim həyatımda çox qəribə və maraqlı bir xatirədir. 

 
67 
şəxslərdən  idi.  O,  Allahdan  başqa  heç  nə  görmürdü,  hər  nə 
deyirdisə,  Allahdan  deyirdi.  Kəlamının  əvvəli  də,  axırı  da 
Allah idi. Çünki o, Allah, Peyğəmbər və Əhli-beyt (ə) aşiqi idi. 
Dediklərinin hamısını onlardan deyirdi. Müqəddəsliklə aşiqlik 
bir-biri  ilə  tamamilə  fərqlənən  halətlərdir.  Şeyx  Rəcəbəli  aşiq 
idi,  onun  işi-peşəsi  Allaha  məhəbbət,  Allah  üçün  işləmək  idi. 
Mənəviyyatda  aşiq  olan  şəxslərin baxışları  göstərir  ki,  onların 
gözləri  adi  gözlərdən  tam  fərqlənir.  Sanki  onlar  Allahdan 
başqa heç bir şeyi görmürlər. 
Cənab  Şeyx  Allahdan  başqalarından  ləzzət  almağı  günah 
hesab edirdi. Qızmar yay günlərindən birində əlində tutduğu 
yelpiclə  bir  qədər  sərinləşmək  istəyirdi.  Birdən  nə  isə 
xatırlamış  kimi  dedi:  «Pərvərdigara!  Sənin  zikr  və  yadından 
başqa  olan  hər  bir  ləzzətə  görə,  Səninlə  ünsiyyətdən 
doğmayan hər bir rahatlığa, Sənin dərgahına yaxınlaşmaqdan 
başqa  olan  hər  bir  sevincə  və  Sənə  itaət etməkdən  başqa  olan 
hər bir məşğuliyyətə görə Səndən bağışlanmaq istəyirəm.
1
  
Şeyxin  şagirdlərindən  biri  onun  Allah  barəsində  olan 
məhəbbətini  belə  təsvir  edir:  Şeyx  Allaha  o  qədər  aşiq  idi  ki, 
zəruri danışıqlar istisna olmaqla, məhbubundan başqa bir söz 
danışmağa razı olmazdı. Bəzən Leyli və Məcnunun əhvalatını 
misal  gətirib  deyirdi  ki,  Məcnun  Leylidən  başqası  barəsində 
söhbət  olunmasına  razı  olmazdı.  O  deyirdi:  Məcnundan 
soruşdular  ki,  haqq  Əli  ilədir,  yoxsa  Ömərlə?  Cavab  verdi: 
Haqq Leyli ilədir. 
Şeyx  yenə  buyurur:  Əgər  bu  hadisə  baş  verməmiş  olsa 
belə, həqiqətin başa düşülməsi üçün çox münasibdir. 
                                                      
1
 Məfatihul-cinan, Münacati Zakirin. 

 
68 
ƏN BÖYÜK MƏQAM  
Allah  məhəbbətinin  şiddəti  və  ixlasın  kamal  həddi  cavan 
Xəyyatı yüksək məqama, ali məqsədlərə çatdırmışdı. Hədisdə 
də qeyd olunduğu kimi, bu yolla o, hal-hazırda ariflər arasında 
mövcud  olan  qayda-qanunlardan  tamam  başqa  yollarla 
kamala, mərifət əhlinin məqamına nail olmuşdu. 
İmam  Sadiq  (ə)-dan nəql  olunan hədisdə  buyurulur:  «Əql 
sahibi  o  şəxslərdir  ki,  təfəkkür  qüvvəsindən  istifadə  etmək 
nəticəsində  Allaha  məhəbbət  əldə  etmiş  olsunlar.  (Hədisin 
davamında  belə  buyurulur:)  Onlar  bu  məqama  çatdıqları 
zaman  öz  istək  və  məhəbbətlərini  Pərvərdigari-aləmə  məxsus 
edərlər. Belə etdikdə ən böyük və yüksək məqama çatmış olur, 
Pərvərdigarı  öz  qəlblərində  görür  və  hikməti  tapırlar.  (Onlar 
hikməti)  həkimlərin,  elmi  alimlərin  və  sidqi  (doğruçuluğu) 
siddiqlərin  tapdığı  yolla  deyil,  (başqa  yolla  tapırlar).  Hikmət 
sahibləri  hikməti  sükutla,  alimlər  elmi  təhqiqat  və  axtarışla, 
siddiqlər  isə  doğruçuluğu  uzun-uzadı  ibadət  və  Allah 
dərgahında öz acizliklərini izhar etməklə əldə edirlər.»
1
  
BÜTÜN ALƏMLƏRƏ YOL TAPMAQ 
Uzun illər boyu aşkarda və xəlvətdə Şeyx ilə birlikdə olan 
müridlərdən  biri  onun  mənəvi  kamalı  barəsində  belə  deyir: 
Allaha  və  Əhli-beyt  (ə)-a  məhəbbətin  şiddətindən  onunla 
Allah arasında heç bir pərdə yox idi və o, bütün aləmlərə yol 
tapmışdı.  Xilqətin  əvvəlindən  indiyə  qədər  Bərzəx  aləmində 
olan  bütün  ruhlarla  istədiyi  vaxt  söhbət  edirdi.  İradə  etdiyi 
zaman  hər  kəsin  ömür  boyu  gördüyü  əməlləri  görür,  onların 
                                                      
1
 Mizanul-hikmət, 2/960/671/3159. 

 
69 
əlamətlərini  deyir  və  (qeybdən)  icazə  verilən  şeyləri  aşkar 
edirdi.
1
  
 
MƏLƏKUT ALƏMİNƏ NƏZƏR 
Asimanların,  yerin  və  mələkut  aləminin  bəsirət  gözü  ilə 
görünməsi şühudun yəqin dərəcəsinə, yaxud eynül-yəqinin ən 
yüksək mərhələsinə çatmağın müqəddiməsidir: 
«Beləliklə  asimanların  və  yerin  mələkutunu  İbrahimə 
göstərdik ki, yəqin əhlindən olsun.» (Ənam surəsi-75). 
Rəsuli-əkrəmdən (s) nəql olunan hədisdə buyurulur: «Əgər 
şeytanlar  insanların  qəlblərini  bürüməsəydilər,  hökmən  insan 
mələkut aləmini müşahidə edərdi.»
2
  
Əmmarə nəfsin və şeytanın tələsindən xilas olan, qəlbində 
olan  hicab  və  zülmət  pərdələrini  kənara  qoyan  bir  şəxs 
asimanların  və  yerin  mələkut  aləmini  müşahidə  edə  bilər. 
Beləliklə  də  ülul-elm  (elm  sahibi)  olan  mələklərin  cərgəsində 
qərar taparaq Allah-taalanın zati-müqəddəsinin haqq olmasına 
şəhadət verə bilər: 
«Allah,  mələklər  və  elm  sahibləri  şəhadət  verirlər  ki, 
Allahdan başqa heç bir məbud yoxdur».
3
  
Şeyxin  şagirdlərindən  biri  belə  nəql  edir:  Mərhum  hacı 
Müqəddəsdən  soruşdular  ki,  Peyğəmbərdən  (s)  nəql  olunan 
bu hədis (yuxarıda qeyd etdiyimiz hədis) düzdürmü?
4
 
 
O cavab verdi: Bəli. 
                                                      
1
    Bunun  nümunəsi  mənim  Məkkəyə  etdiyim  ilk  səfərdə 
görünmüşdü.  «Məhəbbət  edilən  yeganə  yer»  adlı  başlığa  baxa 
bilərsiniz. 
2
 Mizanul-hikmət, 10/4988/3390/16965. 
3
 Ali İmran-1). 
4
    Tehranın  müqəddəslik  və  təqvası  ilə  tanınan  məşhur 
vaizlərindən biri idi. 

 
70 
Dedim:  Siz  asimanların  və  yerin  mələkutunu  müşahidə 
edirsinizmi? 
Cavab verdi: Xeyr, lakin Şeyx Rəcəbəli Xəyyat görür. 
ŞEYX ALTMIŞ YAŞINDA 
Mərhum  Əbdül-kərim  Hamiddən  belə  nəql  olunur:  Şeyx 
altmış  yaşında  olarkən elə  bir halətdə  idi  ki,  bir anlığa  diqqət 
yetirsəydi, istədiyi hər bir şeyi başa düşərdi.
1
  
BİZİM ELMİMİZ HARA, ONUN ELMİ 
HARA?! 
Doktor Həmid Fərzam deyir: Mən adətən, cümə axşamları 
günü  Şeyxin  hüzuruna  gedir  və  onun  namaz  və  dua 
mərasimində  iştirak  edirdim.  Axırda  gördüm  ki,  bəzi 
suallarımı  xüsusi  şəkildə  ondan  soruşmalıyam.  Buna  görə  də 
həftənin  ara  günlərində  də  onun  hüzuruna  getməyi  qərara 
aldım. 
Bazar  ertəsi  günü  günortadan  sonra  suallarımı  soruşmaq 
üçün  onun  hüzuruna  getdim.  Çox  gözəl  bir  gün  idi.  Çünki 
universitetin 
tanınmış 
müəllimlərindən 
olan 
doktor 
                                                      
1
 «İranın yeni sufilik tarixində iki il» adlı kitabın müəllifi  həmin 
kitabın  103-cü  səhifəsində  «Fayda»  adlı  başlıqda  belə  yazır:  Müəllif 
sözgəlişi belə bir hadisəni eşitdiyini deyir: Ağa doktor Müdərrisi belə 
deyib:  Mən  insitutda  oxuduğum  zamanlar  bəzən  müəllimlərin  bir 
neçəsi  ilə  birlikdə  mərhum  Şeyx  Rəcəbəli  Xəyyatın  həftəlik 
yığıncaqlarında  iştirak  edirdik.  Ondan  müəyyən  suallar  soruşur, 
fizikadakı  müxtəlif  çətin  və  mürəkkəb  məsələləri  həll  etməsini 
istəyirdik.  O  cümlədən  maqnit  sahəsi  barəsində  suallar  soruşurduq, 
Şeyx  bizə  buyururdu:  «Soruşub  cavabını  deyərəm».  O,  bir  neçə 
anlığa başını aşağı salır, sonra başını qaldıraraq həmin sualın düzgün 
elmi cavabını verirdi. 

 
71 
Məhəmməd 
Mühəqqiqi 
və 
Ayətullah 
Bürucerdinin 
nümayəndəsi də orada idi. O çox gözəl və nurani bir şəxsiyyət 
idi. Mən onu o vaxta qədər görməmişdim və tanımırdım. İcazə 
aldıqdan  sonra  onların  hüzurunda  oturdum  və  hər  iki  böyük 
şəxsiyyətin elmi söhbətlərindən faydalandım. Gün batmağa az 
qalanda  söhbət  qurtardı,  doktor  Mühəqqiqi  sağollaşıb  getdi. 
Mən  də  Şeyxlə  xudafizləşib  doktorun  ardınca  çıxdım.  Sürətlə 
irəliləyib  ona  çatdım  və  dedim:  Sizinlə  yaxından  tanış  olmaq 
istəyirəm. 
O, 
buyurdu: 
Familyam 
Mühəqqiqidir, 
özüm 
də 
müəlliməm. 
Dedim:  Mən  Şeyxin  hüzurundan  faydalanmaq  üçün 
buraya gəlirəm. Siz də Allaha şükür olsun ki, bu kimi işlərdən 
ehtiyacsızsınız.  (Məqsədim  onu  yoxlamaq  idi  və  bilmək 
istəyirdim ki, onun özü haqda təsəvvürü necədir.) 
Buyurdu: Xeyr, əzizim! Bizim məlumatımız kitab üzündən 
və əzbərləməli şeylərdir, Şeyxin yanına gəl gör nə xəbərlər var! 
Cənab  Şeyx  elə  bir  məqamlara  nail  olubdur  ki,  çox  şeyləri 
əyani olaraq görür. Bizim elmimiz hara, onun elmi hara?! 
Dedim: Necə ki? 
Dedi:  İlk  dəfə  onun  hüzuruna  getdiyim  vaxt  hal-əhval 
tutandan  sonra  məndən  ixtisasım  barədə  sual  etdi.  Dedim: 
Universitet müəllimiyəm, tədrislə məşğulam. 
Buyurdu:  Xeyr!  Mən  görürəm  ki,  siz  kürəyə  oxşar  şeylər 
düzəldirisiniz. 
Mən  təəccübdən  yerimdə  donub  qaldım  və  dedim:  Bəli. 
Mən  uzun  illərdir  ki,  öz  məişətimi  təmin  etmək  üçün  coğrafi 
kürələr  (qlobus)  düzəldirəm  və  bundan  heç  kəsin  xəbəri 
yoxdur. 
Doktor  Fərzam  doktor  Mühəqiqinin  nəzərini  təkid  etmək 
üçün  öz  xatirələrini  belə  davam  etdirirdi:  Bu  çox  böyük  bir 
mətləbdir. Amma əgər onların hamısını demək istəsəm, qalaq-
qalaq  kitab  yazmaq  lazım  gələr.  Ariflərin  və  sufilərin 

 
72 
istilahında  mövcud  olan  cümlə  ilə  desək,  Şeyx  nəfsin 
saflaşdırılması  və  batini  səfaya  nail  olmaq  nəticəsində 
«mükaşifə  dənizində»  qərq  olmuşdu.  Çox  sadə  tərzdə 
müəyyən  şeyləri  görüb  bəyan  edirdi.  Belə  ki,  dəfələrlə  öz 
müridlərinə  açıq  şəkildə  belə  demişdi:  «Dostlar!  Allah  mənə 
bir  inayət  etmişdir.  Mən  şəxslərin  bərzəx  aləmində  olan 
surətlərini müşahidə edirəm». 
Mən  də  onun  ardınca  bu  qəbildən  olan  bəzi  xatirələri 
təqdim edirəm: 
ZƏHMƏTKEŞ FƏHLƏYƏ KÖMƏK 
1. Əslən  azərbaycanlı  olan  Əli  Qüzati  adlı  çox  düzgün, 
əməli-saleh  və  zəhmətkeş  bir  şəxs  qonşumuzun  mənzilində 
işləyirdi.  O,  bəzi  vaxtlar  bizim  evimizə  də  gəlib  işləyir  və 
muzd alırdı. O, yay-qış əyninə uzun bir hərbi paltar geyinirdi. 
Şeyx  onu  ümumiyyətlə  görməmişdi.  Amma  bir  gün 
müqəddiməsiz  olaraq  gözləmədiyim  halda  buyurdu:  Hərbi 
paltar  geyinən  o  uzun  boylu  kişi  bəzi  vaxtlar  sizin 
mənzilinizdə də işləyir. O, kasıb adamdı, əhli-əyalı da çoxdur. 
Ona bacardığın qədər çox kömək etməlisən. 
MEYDANDAN NƏ TEZ ÇIXIRSAN? 
2. Günlərin bir günündə sübh çağı evdə dava-dalaş saldım, 
küsüb  evdən  çıxdım.  Axşam  namaz  qılmaq  üçün  Şeyxin 
hüzuruna  gəldim,  dostların  hamısı  orada  idi.  Hələ  gün 
batmamışdı.  Cənab  Şeyx  otağın  bir  küncündə  əyləşmişdi. 
Gözləri  mənə  sataşan  kimi,  dərhal  buyurdu:  «Meydandan  nə 
tez çıxırsan!» Bunu dedikdən sonra təəccüblə başını yellətdi və 
Hafizin bu şerini oxudu: 
Zire şəmşire qəməş rəqskonan bayəd rəft, 
Kan ke şod koşteye u neyk sərəncam oftad. 
Məzmunu: 

 
73 
Qəm şəmşirinin altında rəqs etdiyin halda getməlisən, 
Əgər nəticədə ölsən, aqibətin xeyir olar! 
Bu sözlərdən sonra mən dərhal öz səhvimi anladım. 
ONUN SAÇ-SAQQALININ AĞARDIĞINI 
GÖRÜRƏM 
3. Qırx  il  bundan  əvvəl ürək  ağrısına  düçar  olmuşdum  və 
müəyyən  qədər  təhlükə  hiss  edirdim.  Doktor  Quyaya  dedim: 
Vəziyyətim yaxşı deyil, mümkündür ki... 
O  da  bu  xəbəri  Şeyxə  çatdırmışdı  və  o  da  buyurmuşdu: 
Narahat  olmasın,  onun  saç-saqqalının  ağaran  gününü 
görürəm. 
Səhv  etməsəm,  mənim  yetmiş-həştad  il  yaşayacağımı 
demişdi. 
İndi Allahın köməyi ilə yaşım yetmişi keçmişdir. 
İxtisara  riayət  olunsun  deyə,  bu  kimi  mətləbləri  qeyd 
etmirik. Amma əşyaların və işlərin mahiyyət və həqiqətlərinin 
müşahidə olunması ilə əlaqədar olan bəzi şeyləri gətiririk. 
DOKTOR FƏRZAMIN ATA-ANASININ 
RUHU İLƏ RABİTƏ 
4. Təqribən  1337-ci  ildə  (1958),  yəni  Şeyxin  ömrünün 
axırlarında  mən  Pakistanın  Lahur  şəhərinin  universitetində 
fars  dilini  tədris  etmək  üçün  səfərə  hazırlaşırdım.  Bir  gün 
günortadan  sonra  məsləhət  və  xeyir-dua  alım  deyə,  onun 
yanına gəldim. Ədəb əhlinin istilahında desək, heç bir təfəkkür 
və  müqəddimə  olmadan  dedim:  Cənab  Şeyx,  mən  sizin 
hüzurunuza  Pakistana  getmək  üçün  məsləhətə  gəlmişəm. 
Mümkündür  ki,  bu  barədə  mənim  mərhum  atam-anamla 
məşvərət edəsiniz? 
Cənab Şeyx buyurdu: Üç salavat göndər. 

 
74 
Sonra  isə  onlarla  (ata-anamın  ruhi  ilə)  danışdı  və  axırda 
ağlamağa  başladı.  Mən  dedim:  Əgər  bilsəydim  narahat 
olacaqsınız, sizdən belə bir xahiş etməzdim. 
 Şeyx  buyurdu:  Xeyr,  əzizim!  Mən  həzrət  İmam  Zamanın 
(ə.f.)  zühuru  barəsində  onlardan  soruşdum,  ağlamağımın 
səbəbi də budur. 
Sonra  atamın  zahiri  əlamətlərini  deyib  buyurdu:  Ananın 
başında  bir  çadrası  var  idi,  üzünü  də  örtmüşdü.  Kermanın 
yerli  ləhcəsində  danışırdı.  Mən  onun  sözlərindən  bəzilərini 
başa düşmürdüm. 
Dedim:  Bəli,  Şeyx!  Əgər  Kerman  ləhcəsində  danışsalar, 
onların sözlərinin bəzilərini başa düşməyəcəksiniz. 
Şeyx  sonra  dedi:  Onların  sözlərinin  xülasəsi  bu  idi  ki,  sən 
Pakistana  səfər  edə  bilməyəcəksən  və  ümumiyyətə  bu  səfər 
sənin nəyinə lazımdır? 
Sonralar  bu  iş  baş  tutmadı.  Həm  Şeyxin,  həm  də  ata-
anamın dedikləri düz çıxdı. 
DOKTOR ŞEYXİN CƏNAB ŞEYX RƏCƏBƏLİ 
İLƏ ƏLAQƏSİNİN SƏBƏBİ 
Şeyx  Rəcəbəlinin  övladlarından  biri  belə  nəql  edir: 
Mərhum  doktor  Əbulhəsən  Şeyx
1
    ilk  dəfə  Şeyxlə  necə  tanış 
olması  barədə  deyir:  Mənim  mərhum  Şeyx  Rəcəbəli  Xəyyatla 
tanış olmağım həyat yoldaşımın bir neçə ay ərzində itməsi ilə 
əlaqədar  idi.  Mən  nə  qədər  axtardımsa,  onu  tapa  bilmədim. 
Mərifət əhlindən çoxuna müraciət etdim, amma heç bir faydası 
olmadı.  Vəziyyətimin  çox  gərgin  vaxtlarında  bir  nəfər  Şeyx 
Rəcəbəlinin  ünvanını  mənə  verdi  və  onunla  ilk dəfə  məhz bu 
münasibətlə  görüşdüm.  Məni  görən  kimi  diqqətlə  nəzər  salıb 
                                                      
1
 O, «İran iksirinin atası» ləqəbini almışdır. 

 
75 
buyurdu:  Sənin  həyat  yoldaşın  Amerikadadır  və  iki  həftəyə 
qayıdacaq, narahat olmayın. 
Şeyx  necə  buyurmuşdusa,  elə  də  oldu.  Həyat  yoldaşım 
Amerikadaydı və iki həftədən sonra qayıdıb gəldi. 
Bu  hadisədən  sonra  universitetdə  işim  tez  qurtaran 
günlərdə  əvvəlcə  cənab  Şeyxin  evinə  baş  vurur,  sonra  evə 
gedirdim. 
Mərhum  doktor  Şeyx  1996-cı  ildə  bu  kitabın  tərtib 
olunması  ilə  əlaqədar  verdiyi  müsahibəsində  belə  demişdir: 
Bir  dəfə  onunla  birlikdə  Pəsqələyə  getmişdik.  O,  kirayə 
etdiyimiz  ulağa  mindi  və  mən  də  onun  qarşısında  hərəkət 
edirdim. Öz-özümə dedim: Universitet müəllimi olmaqdan nə 
çıxar?!  Əgər  ustad  olmaq  istəyirəmsə,  gərək  bu  yolu  keçəm. 
Gərək addım-addım onun getdiyi yolları gedəm ki, axırda da 
onun kimi olam. Onunla birlikdə olmaq çox mənalı və ləzzətli 
idi! 
MAŞIN DÜZƏLMİŞDİR, YOLA DÜŞ! 
Doktor Səbati deyir: Bir gün Şeyx, ağa Mirza Seyid Əli və 
ağayi  Əkrəmi  ilə  birlikdə  Tehranın  ətraf  dağlarında  «Bibi 
Şəhrəbanu»  məzarına  getmək  istəyirdik.  Dayanacaqda  çoxlu 
adam  var  idi.  Birinci  avtobus  gələn  zaman  Şeyx  dedi:  Bu 
avtobusa minmək bizə nəsib olmayacaq. 
Avtobus  gələn  kimi  dərhal  doldu.  İkinci  avtobus  gəldi, 
Şeyx yenə də buyurdu: Bu avtobusa da minə bilməyəcəyik. 
Camaat  növbəyə  riayət  etmədən  avtobusa  mindi,  Şeyx  və 
onun dostları yerdə qaldı. Şeyx buyurdu: Biz üçüncü avtobusa 
minib gedəcəyik. 
Üçüncü avtobus da tez gəldi, hamı minməyə tələsdi. Şeyx 
və onun yoldaşları minə bilmədilər. Sürücü nə qədər çalışdısa, 
maşını işə sala bilmədi. Axırda sərnişinlərə dedi: Maşın xarab 

 
76 
olub. Hamı yerə endi. Cənab Şeyx öz yoldaşlarına dedi: Minin 
maşına. 
Hamımız mindikdən sonra sürücü dedi: Eşitmədiniz maşın 
xarabdır, hərəkət etmir. 
Şeyx dedi: Maşın xarab deyil, hərəkət et. 
Sürücü  sükan  arxasına  keçib  bir  daha  yoxladı,  maşın 
dərhal işə düşdü. Bu zaman sair sərnişinlər də gəlib mindi və 
maşın yola düşdü. Yol əsnasında yol pulunu yığan zaman biz 
üç nəfərdən pul almaq istəmədi, lakin qəbul etmədik. Nəhayət 
Şeyxə işarə edib dedi: Mən o şəxsdən yol pulu almayacağam. 
DUAN QƏBUL OLDU 
Cənab hacı seyid İbrahim Musəvi Zəncani
1
  deyir: 1333-cü 
ilin  Bəhmən  ayının  əvvəllərində  (1954)  Bağdadda  İran 
konsulunun  müavini  vəzifəsində  çalışırdım.  Ailəvi  şəkildə 
İraqa getmişdik. İraq inqilabından iki gün əvvəl mən və ailəm 
İrana qayıtdıq. Lakin anam və övladlarım Kazimeyn şəhərində 
qalmışdılar.  İki  gündən sonra  bütün informasiya  vasitələri  ilə 
İraq  inqilabının  baş  verməsindən  xəbər  verdilər.  Sərhədlər 
bağlandı,  anam  və  övladlarım  barəsində  (orada  qaldıqları 
üçün) məndə qəribə bir nigarançılıq yarandı. Yenidən viza alıb 
İraqa  qayıtmaq  üçün  səfirliyə  get-gəl  edirdim.  Bir  neçə  nəfər 
də  mənim  kimi  pis  vəziyyətdə  qalmışdı  və  müraciət  edib 
mənfi cavab alırdılar. 
Getdikcə  nigarançılığım  artmağa  başladı.  O  vaxt 
Məhərrəm  ayı  idi,  buna  görə  də  Quma  gedib  həzrət  Məsumə 
əleyhəssəlamın mütəhhər qəbrinin baş tərəfində çox yalvarışla 
həzrət  Musa  ibni  Cəfər  (ə)-a  məxsus  olan  salavatları  qiraət 
etdim və viza almaqda Allahdan yardım dilədim. 
                                                      
1
  Zəncanın  imam  cüməsi  mərhum  Ayətullah  seyid  Mahmudun 
kürəkənidir. 

 
77 
İki gündən sonra Tehrana qayıtdım. Mərhum Əhməd Feyz 
Məhdəvi  adlı  bir  iş  yoldaşım  var  idi.  O,  məndən  əmioğlusu  - 
mərhum höccətül-islam hacı ağa Ziyauddin Feyz Məhdəvinin 
Şeyxlə  görüşməsinə  şərait  yaratmağımı  xahiş  etdi.  Birlikdə 
(Hacı  ağa  Ziyauddinlə)  Şeyxin  evinə  getdik.  Evə  daxil 
olduqdan  sonra  bizi  təkcə  yarısı  döşənmiş  olan  çox  sadə  bir 
otağa apardılar. Şeyx bizə ilk növbədə «Tövhid» surəsini yeddi 
dəfə oxumamızı tövsiyə etdi (O, yeddi rəqəminə çox inanırdı.) 
və  sonra  söhbətə  başladı.  Bizə  çox  gözəl  nəsihətlər  edib  yol 
göstərdi,  söhbət  əsnasında  birdən  mənə  üzü  tutub  dedi:  Çox 
yaxşı  ziyarət  etdin.  Sənin  istəyin  qəbul  olundu  və  onun 
əlamətləri görünməkdədir, iltimasi dua! 
Mən Şeyxdən soruşdum: Məqsədiniz hansı ziyarətdir? 
Buyurdu: Qumdakı ziyarət. 
Bundan sonra öz nəsihətlərini davam etdirdi. 
QARĞIŞ QƏLBƏ QARANLIQ GƏTİRİR 
Bu  zaman  mərhum  hacı  ağa  Ziyauddin  Feyz  Məhdəviyə 
buyurdu:  Bu  qədər  qarğış  eləmə!  Qarğış  insanın  qəlbinə 
qaranlıq gətirir, sən dua et. 
O mərhum cavabında dedi: Baş üstə! 
Mətləbə  heç  bir  dəxli  olmayan  bu  sözün  deyilişi  məndə 
anlaşılmazlıq  yaratdı.  O  günün  sabahı,  öz  həmkarım  Əhməd 
Feyz  Məhdəvidən  dünənki  məsələnin  izahını  soruşdum  və 
Hacı ağa Ziyanın qarğış məsələsi ilə maraqlandım? 
Buyurdu:  Əmioğlum,  yəni  Hacı  ağa  Ziyauddinin  oğlu 
kommunistlərin təsiri altına düşüb və onların əqidəsinə inanır. 
O da hər namazdan sonra ona qarğış edir. 
Amma  Şeyxin  işarə  etdiyi  təvəssülün  qəbul  olunmasına 
gəldikdə isə, deməliyəm ki, iki gündən sonra İraqın səfirliyinə 
getdim, bu zaman əlaqədar işlər üzrə məmur məni görən kimi 
dedi: Pasportunu ver möhürləyim. 

 
78 
Elə  əvvəlki  səltənət  möhürü  ilə  möhürlədi  və  «məlik» 
sözünün  üstündən  xətt çəkib  «cümhuriyyət»  kəlməsini  yazdı. 
Səfirlik  işçisinin  bu  əməli  məndə  və  sair  müraciət  edənlərdə 
çox  təəccüb  yaratdı.  Nəhayət  razılıq  əldə  etdikdən  sonra 
Bağdada  hərəkət  etdim.  Aydın  oldu  ki,  məndən  əvvəl  yalnız 
Amerikalı bir müxbir Bağdada gedə bilmişdir. 
ALLAH XATİRİNƏ BƏNDƏLƏR 
QARŞISINDA TƏVAZÖKARLIQ ETMƏYİN 
NƏTİCƏLƏRİ 
Şeyxin  şagirdlərindən  biri  belə  nəql  edir:  Dostlarımızdan 
biri  deyirdi  ki,  Şeyx  Mürtəza  Zahid  dəfn  olunan  zaman  Şeyx 
Rəcəbəli  buyurdu:  Qəbrə  qoyulan  kimi  dərhal  mütəal  Allah 
tərəfindən  Nəkir  və  Münkərə  xitab  gəldi  ki,  siz  bu  bəndəni 
Mənə  həvalə  edin.  Onunla  heç  bir  işiniz  olmasın.  O,  ömrü 
boyu  Mənim  xatirimə  məxluqatla  təvazökarcasına  dolanmış, 
özündə zərrə qədər qürur hissi keçirməmişdir. 
BİTKİLƏRLƏ SÖHBƏT 
Şeyxin şagirdlərindən biri deyirdi: O buyururdu ki, bitkilər 
də  canlıdırlar  və  danışırlar.  Mən  onlarla  söhbət  edirəm  və 
onlar özlərində olan xüsusiyyətləri mənə deyirlər. 
VİNTİLYATOR İXTİRAÇISINA VERİLƏN 
MÜKAFAT 
Şeyxin  şagirdlərindən  biri  ondan  belə  nəql  edir:  Bir  gün 
kiçik  bir  vintilyatoru  mənə  hədiyyə  gətirdilər.  Gördüm  ki, 
bərzəx  cəhənnəmində  onu  ixtira  edən  şəxsin  qabağına  bir 
vintilayator qoyublar (yəni onu sərinlədir). 

 
79 
Bu  mükaşifə  islamda  mövcud  olan  bəzi  rəvayətlərin 
məfhumunu  bir  daha  təsdiq  edir.  Hədislərdə  buyurulur  ki, 
kafir  şəxsin  behiştə  getməməsinə  baxmayaraq,  onların  yaxşı 
əməlləri heç vaxt əvəzsiz qalmaz. 
Rəsuli-əkrəmdən  (s)  nəql  olunan  bir  hədisdə  buyurulur: 
«Müsəlman  və  ya  kafir  olmasından  asılı  olmayaraq,  hər  kəs 
yaxşı bir iş görsə, Allah-taala onun əvəzini verir. 
Soruşdular: Kafirə əvəz verilməsi necədir? 
Buyurdu:  Əgər  qohumluq  əlaqələrini  bərqərar  etmiş, 
yaxud  kiməsə  sədəqə  vermiş,  yaxud  başqa  bir  yaxşı  əməl 
görmüş  olsa,  Allah-taala  bu  işlərin  əvəzi  olaraq  ona  mal-
dövlət, övlad, sağlamlıq və s. şeylər əta edir. 
Soruşdular: Axirətdə ona necə əvəz verilir? 
Buyurdu:  Ona  əzabı  az  dadızdırarlar.  (Sonra  isə  bu  ayəni 
tilavət etdi:) 
Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin