MƏHƏBBƏT İKSİRİ



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix27.11.2019
ölçüsü2,25 Mb.
#29722
1   ...   4   5   6   7   8   9   10   11   12
Şeyx Rəcəbəli


kanəllahu  ləhu»  Hər  kəs  özünü  Allaha  sərf  etsə,  Allah  da  onun 
üçün  olar.  Əgər  bütün  anlarda  ilahi  məhəbbətə  qərq  olsan, 
Allah  nuru  sənin  qəlbinə  saçar  və  istədiyin  şeyləri  ilahi  nurla 
görərsən. 
HƏR BİR ŞEYİN HAZIR OLDUĞU QƏLB 
Şeyx buyurur: Çalış, qəlbin Allah üçün olsun. Qəlbin Allah 
üçün  olsa,  Allah  oradadır.  Allah  orada  olduqda  Onunla 
əlaqədar olan bütün şeylər orada hazır və zahir olur. Hər vaxt 
iradə etsən hamı sənin qəlbində hazır olacaqdır. Çünki, Allah 
                                                      
1
 Şüəra surəsi, 89-cu ayə) («Mizanül-hikmət», 10/4984/3388/16931. 
2
  «Mizanül-hikmət» 10/4984/3388/16930. 

 
137 
orada olduğu üçün bütün peyğəmbərlərin və övliyaların ruhu 
da  oradadır.  Məkkə-Mədinəni  iradə  etsən,  hamısı  sənin 
yanındadır.  Belə  isə  çalış  qəlbin  yalnız  Allah  üçün  olsun  ki, 
Allahın məxluqları sənin yanında hazır olsun. 
İLAHİ İŞLƏR GÖRƏN İNSAN 
Cənab Şeyxin nəzəri bu idi ki, əgər Allah məhəbbəti qəlbə 
qələbə çalsa və doğrudan da qəlb Allahdan başqa heç bir şeyi 
istəməsə insan ilahi xilafət məqamına çatar və ondan ilahi işlər 
baş  verər.  O,  bu  barədə  belə  buyururdu:  Əgər  bir  şey 
başqasına  qələbə  çalsa,  məğlub  olan  şey  qalib  olan  şeyin 
növünə  çevrilir.  Məsələn  dəmiri  odda  qızdırdıqda  bir 
müddətdən  sonra  od  qələbə  çaldığından  odun  yandırmaq 
xüsusiyyəti  dəmirə  sirayət  edir.  Həmçinin,  insanın  işləri  öz 
xaliqi ilə əlaqədar olan işləri ilə də belədir. 
Həmçinin  buyururdu:  Biz  heç  də  fövqəladə  bir  iş 
görmürük,  əksinə  biz  ilahi  insan  sayılan  fitrəti  tapmışıq.  Hər 
şeyi  ruh  insana  bağışlayır.  Öküz  ruhu  öküzün  işini  görür, 
xoruz  ruhu  xoruzun  işini  görür.  İndi  deyin  görüm,  insanın 
ilahi ruhu nə işlər görə bilər? Gərək ilahi işlər görsün! 
«Və nəfəxtu fihi min ruhi»
1
 
Bu ayələr də bu mətləbə işarə edir. 
QƏLBİN TƏMİZLƏNMƏSİ 
Buna  əsasən  qəlb  Allahdan  başqalarının  məhəbbətindən 
təmizlənməsə  şühudi  mərifət  kəsb  oluna  bilməz.  Mərifət  də 
hasil  olmayınca  insan  mütləq  kamala  aşiq  ola  bilməz.  Buna 
görə  də  əsas  məsələ  bundan  ibarətdir  ki,  qəlbi  dünya 
məhəbbətindən  paklamağın  çox  da  sadə  bir  iş  olmadığını 
                                                      
1
  Hicr surəsi-29, Sad surəsi-72 

 
138 
bilək.  Biz  öz  qəlbimizi  «qoca  qarının»  şərindən  necə  paklaya 
bilərik? 
Cənab  Şeyxin  nəzərinə  görə  qəlbi  bəlalardan  təmizləyən 
şey  onu  həqiqi  tövhidə  yaxınlaşdıran  şeylə  eynidir:  Bunlara 
əvvəlki  fəsildə  işarə  olundu,  yəni,  daim  özünü  Allahın 
hüzurunda  hiss etmək,  Əhli-beytə  (ə)  təvəssül  və  gecələr  raz-
niyaz etmək, eləcə də Allahın bəndələrinə xeyir vermək. 
ALLAHLA AŞİQLİK ÜSLUBU 
Cənab  Şeyx  qeyd  olunan  amillər  içərisində  Allahla  xüsusi 
ünsiyyət  yaradıb  məhəbbət  bərqərar  etmək  üçün,  Allah 
bəndələrinə  ehsanın  rolunu  xüsusilə  qeyd  edirdi.  Onun 
nəzərinə  görə  ilahi  eşqin  yolu  məhz  Allahın  məxluqatına 
məhəbbət  bəsləyib  onlara  hörmət  etməkdir.  Xüsusilə  zəif  və 
ehtiyacı olan insanlara. 
Rəsuli Əkrəmdən (s) nəql olunan hədisdə buyurulur: 
«İnsanlar  Allahın  ailəsidir,  Allah  yanında  insanların  ən 
sevimlisi o kəsdir ki, Allahın ailəsi üçün fayda yetirsin və bir 
ailəni şad etsin».
1
 
Başqa  bir  hədisdə  qeyd  olunur  ki,  Peyğəmbərdən  (s) 
soruşdular: Allah dərgahında ən sevimli şəxs kimdir? 
Həzrət (s) buyurdu: 
«Camaata ən çox fayda verən».
2
 
Başqa  bir  hədisə  əsasən  merac  gecəsi  Allah-taala 
Peyğəmbərə (s) belə buyurdu: 
«Ey Əhməd! Mənim dostluğum fəqirlərə məhəbbətdir. Belə 
isə  fəqirləri  özünə  yaxınlaşdır,  onların  məclislərinə  get,  çünki 
fəqirlər Mənim dostlarımdır».
3
 
                                                      
1
  Kafi, 2/164/6 
2
  Kafi, 2/164/7 
3
 «İrşadül-qülub» səh.199 

 
139 
Şeyxin  şagirdlərindən biri  deyir:  Şeyxin  yol  göstərməsi  ilə 
bir  müddət  Ayətullah  Kuhistaninin  yanına  —  Nikaya 
gedirdim.  Bir  gün  sübh  Nikaya  getmək  üçün  «İranpeyma» 
qarajına  gəldim  «Nasir  Xosrov»  küçəsində  ikən  cənab  Şeyxi 
gördüm. O, buyurdu: Hara gedirsən? 
Dedim ki, Nikaya, Ayətullah Kuhistaninin yanına gedirəm. 
Buyurdu:  Onun  tutduğu  yol  zahidlikdir.  Gəl  gedək  mən 
sənə Allaha aşiqlik dərsi öyrədim! 
Sonra  mənim  əlimdən  tutub,  hazırkı  «İmam  Xomeyni» 
xiyabanı ilə apardı. Kiçik bir küçədə yerləşən bir evin qapısını 
döydü.  Həyətdə  bir  daxma  göründü  ki,  kiçikli-böyüklü  bir 
neçə fəqir və biçarə uşaq orada yerləşmişdi. Cənab Şeyx onlara 
işarə  edib  buyurdu:  Bu  biçarə  insanların  müşküllərini  həll 
etmək  insanı  Allah  aşiqi  edər!  Sənin  dərsin  budur,  Ayətullah 
Kuhistaninin  yanındakı  dərs  isə  zahidlik  idi.  İndi  aşiqlik 
dərsindəsən. 
Bundan  sonra  on  il  müddətində  Şeyxlə  birlikdə  şəhərdən 
kənarda  yerləşən  biçarələrin  yanına  gedirdik.  Şeyx  onları 
mənə göstərir və yemək hazırlayıb onlara çatdırırdıq. 
DÖRDÜNCÜ FƏSİL 
ALLAH ÖVLİYALARININ İXLASI 
Şeyxin  təlim-tərbiyə  məqamında  şagirdlərinə  təkid  etdiyi 
əsas  məsələlərdən  biri  ixlas  idi.  İxlas  dedikdə  təkcə  əqidə  və 
ibadətdə deyil, həm də bütün işlərdə ixlas nəzərdə tutulur. O, 
dəfələrlə  təkidlə  deyərdi:  Din  elə  mənbərlərin  üstündə 
deyilənlərdir,  lakin  iki  şeyi  çatmır:  Biri  ixlas,  digəri  isə  Allah-
taala  ilə  dostluq;  Bu  iki  şey  mənbərdəki  çıxışlara  əlavə 
edilməlidir. 

 
140 
BÜTÜN İŞLƏR ALLAH ÜÇÜN 
Cənab  Şeyxin  ən  dəyərli  və  ibrətamiz  sözlərindən  biri  də 
budur: «Hər şey yaxşıdır, amma gərək Allah üçün olsun!» 
Bəzən  özünün  tikiş  maşınına  işarə  edib  buyurardı:  Bu 
dərzilik çarxını görün; onun kiçikli-böyüklü bütün hissələrinin 
xüsusi markaları vardır... Bunu demək istəyirlər ki, bu maşının 
ən kiçik hissəsi belə bizim zavodun markasına malik olmalıdır. 
Mömin  insanın  da  bütün  işləri  Allah  nişanəsinə  malik 
olmalıdır. 
Şeyxin  tərbiyəvi  məktəbində  dərs  alan  bir  şəxs  hər  hansı 
bir  işi  yerinə  yetirməmişdən  əvvəl  düşünməlidir:  Əgər  o  iş 
qanunsuz bir işdirsə, Allaha görə tərk edilməli, qanuna uyğun 
və  nəfsani  meyllərə  müxalifdirsə,  Allah  üçün  yerinə 
yetirilməlidir.  Əgər  qanuni  iş  olub  nəfsin  xoşuna  gəlirsə, 
əvvəldə öz nəfsani meyllərindən istiğfar etməli, sonra isə Allah 
yolunda bu işi görməlidir. 
ALLAH ÜÇÜN YE VƏ ALLAH ÜÇÜN YAT 
Peyğəmbəri Əkrəm (s) Əbuzərə buyurdu: 
«Ey  Əbuzər!  Gərək  hər  bir  işdə  pak  niyyətin  olsun.  Hətta 
yemək və yatmaqda da belə«».
1
 
Cənab  Şeyx  öz  şagirdlərinə  təkrar  təkidlərlə  buyurardı: 
Bütün işlər Allah üçün olmalıdır, hətta yemək və yatmaq da. 
Sonra buyururdu: 
«Əgər bu stəkandakı çayı Allahın razılığı üçün içsən, sənin 
qəlbin ilahi nurla nuraniləşər. Amma əgər nəfsin ləzzəti üçün 
içsən, elə istədiyin şey olacaqdır». 
Ayətullah Məhdəvi Kəni buyurur: Təhsilin və tələbəçiliyin 
əvvəllərində  özüm  üçün  bir  paltar  almaq istədikdə—mərhum 
                                                      
1
  «Mizanül-hikmət», 13/6578/3984/20999. 

 
141 
Burhandan  kirayəyə  götürdüyüm  paltarları  təhvil  vermək 
istədikdən sonra—Şeyx Rəcəbəli adlı bir şəxsin yanına getdim. 
O  vaxt  14-15  yaşım  var  idi.  Parçanı  gətirdim,  onun  iş  yeri  də 
yaxınlıqdakı  otaqda  idi.  Bir  qədər  oturduq,  gəldi  və  dedi: 
Yaxşı, indi nə olmaq istəyirsən? 
Mən dedim: Tələbə olmaq istəyirəm. 
Dedi: Tələbə olmaq istəyirsən, yoxsa adam? 
Mən  bir  qədər  təəccübləndim  və  fikirləşdim  ki,  nə  üçün 
ruhani libasında olan bir şəxs bu sözləri demir? Sonra dedi: 
«Narahat  olma!  Tələbəlik  yaxşıdır.  Gərək  sənin  məqsədin 
insan  olmaq  olsun.  Sizə  bir  nəsihət  edirəm,  onu  unutmayın.. 
Elə  cavan  olduğun  və  günaha  batmadığın  indiki  vaxtda  belə 
ilahi hədəfləri unutma, hər nə iş görürsənsə Allah xatirinə gör. 
Hətta  əgər  kabab  yeyirsənsə  bu  məqsədlə  ye  ki,  qüvvətlənib 
Allaha ibadət edəsən. Bu nəsihəti ömrün boyu unutma». 
ALLAH ÜÇÜN TİK 
Şeyx  ayaqqabı  tikənə  buyurardı:  Ayaqqabını  tikəndə 
əvvəlcə Allah xatirinə iynəni sanc, daha sonra möhkəm tik ki, 
tez  dağılmasın.  Dərziyə  deyərdi:  Tikdiyin  hər  paltarı  Allah 
xatirinə, Allah yad etməklə möhkəm tik. 
ALLAH XATİRİNƏ GƏL 
Şeyxin  şagirdlərindən  biri  onun  ixlas  barəsindəki 
tövsiyələrini belə nəql edir. Şeyx buyurur: Buraya (yəni Şeyxin 
evinə)  gələndə  Allah  xatirinə  gəlin.  Əgər  mənə  xatir 
gəlirsinizsə uduzmusunuz. 
Onun  çox  qəribə  halı  vardı:  Camaatı  özünə  yox,  Allaha 
doğru dəvət edirdi. 

 
142 
ALLAHA GÖRƏ ÜFÜR 
Şeyxin oğlu deyir: Şeyx Əbdül Kərim Hamid atamın yaxşı 
şagirdlərindən  biri  idi.  Bir  gün  daş  kömürlə  işləyən  ütünü 
üfürürdü.  Atam  dedi:  Əbdül  Kərim!  Ütünü  necə  üfürməyi 
bilirsənmi? 
Cavab verdi: Xeyr, ağa! Necə üfürüm? 
Atam dedi: Dodaqlarını qönçə şəklinə sal və Allah xatirinə 
üfür! 
ALLAH XATİRİNƏ SEV! 
Şeyxin  şagirdlərindən  biri  deyir:  Şeyx  xüsusi  məclislərdə 
mənə  buyurdu:  Fikrin  filan  yerdədir.  Lakin,  bu  Allaha  görə 
olmalıdır. 
Bir  gün  dostlarımdan  biri  ilə  onun  hüzurunda  idik. 
Dostumun  qəlbinə  işarə  edib  dedi:  Burada  iki  qız,  ya  oğlan 
görürəm.
1
  Bu  yaxşıdır,  lakin  qəlb  Allahın  yeridir,  övlada 
məhəbbət də Allah xatirinə olmalıdır. 
Yenə  buyururdu:  Müqəddəslərin  bütün  işləri  yaxşıdır, 
yalnız «mənəm»liyi Allahla əvəz etmək lazımdır. 
ALLAHA GÖRƏ ÖP 
Ayətulllah Fehri Şeyxin ixlas barəsindəki tövsiyələrini belə 
vəsf  edirdi:  Onun  kəlamının  əsas  mehvəri  «Allaha  görə 
işləmək»  idi.  Öz  kəlamlarında  bunu  «Allaha  görə  işləyin» 
sözünü  o  qədər  təkrar edirdi  ki,  şagirdləri  üçün  «Allaha  görə 
işləmək» bir səciyyəyə (mələkə) çevrilmişdi. Sanki fil sürən bir 
adam  kimi  idilər.  Belə  ki,  filin  üzərində  oturan  şəxs  çəkiclə 
onun başına vurur. O da öz şagirdlərinin beyninə «Allah üçün 
iş görmək» məsələsini yeridirdi. 
                                                      
1
 Şəkk nəql edən tərəfindəndir. 

 
143 
Özündən  və  başqalarından  çoxlu  misallar  gətirirdi  ki,  bu 
xüsusiyyət  dinləyicilərdə  mələkə  səciyyəsi  halətinə  düşsün. 
Hər yerdə və hamıya təkid edirdi ki, işi Allah üçün görün. 
Sonra buyururdu: Axşam evə gedəndə və arvadını öpəndə 
də Allah xatirinə öp. 
Şeyxin  məktəbində  təlim  görən  şəxslərin  mükaşifə  və 
mənəvi  məqamları  bu  göstərişə  əməl  etmək  sayəsində 
olmuşdur. 
ALLAH ÜÇÜN NƏ ETMİSƏN?! 
Şeyxin  oğlanlarından  biri  belə  deyir:  Bir  gün  atamla  bibi 
Şəhrəbanu  ziyarətgahına  getmişdik.  Yolda  bir  murtazla 
rastlaşdıq. Atam ona dedi: Sənin riyazətlərinin nəticəsi nədir? 
Murtaz  əyilib  yerdən  bir  daş  götürüb  əlində  armuda 
çevirdi və atama təklif edib dedi: Buyurun, yeyin! 
Şeyx ona bir nəzər salıb dedi: Bu işi mənim üçün gördün. 
De görüm Allah üçün nə etmisən?! 
Murtaz bu sözü eşitdikdə ağlamağa başladı. 
VAY OLSUN MƏNƏ, VAY OLSUN MƏNƏ! 
Şeyxin  hüzurundan  30  il  müddətində  bəhrələnən 
şagirdlərindən biri deyir ki, Şeyx mənə buyurdu: İranın böyük 
şəhərlərindən birində yaşamış məna əhlindən olan alimlərdən 
birini  bərzəx  aləmində  gördüm.  O,  daim  təəssüflənir  və 
dizlərinə  vuraraq  deyirdi:  Vay  olsun  mənə,  gəldim  amma 
özümlə heç bir xalis əməl gətirmədim! 
Ondan  soruşdum  ki,  nə  üçün  belə  edirsən?  Cavab  verdi: 
Sağlığımda  bir  gün  kəsb-ticarətlə  məşğul  olan  məna  əhlindən 
biri  ilə  rastlaşdım.  O,  mənim  batini  xüsusiyyətlərimdən 
bəzilərini  özümə  xatırlatdı.  Ondan  ayrıldıqdan  sonra  qərara 
aldım  ki,  riyazətlə  məşğul  olub,  o  şəxs  kimi  bərzəx  gözümü 
açım və qeybi mükaşifələrə və müşahidələrə əl tapım. Otuz il 

 
144 
müddətində  riyazət  çəkdim  və  bu  işə  nail  oldum.  Bu  zaman 
əcəlim  gəlib  çatdı.  İndi  mənə  deyirlər:  Məna  əhlindən  olan  o 
şəxsi  gördüyün  vaxta qədər həvayi-nəfsin  əlində  giriftar  idin. 
Ondan  sonra  da  təqribən  ömrünün  otuz  ilini  mükaşifə  və 
bərzəx  halətlərini  görməyə  sərf  etmisən.  İndi  de  görək,  bizim 
üçün gətirdiyin xalis əməl hansıdır?! 
ALLAH XATİRİNƏ YAXŞI OLMAQ 
Böyük  irfan  və  əxlaq  ustadlarından  və  müasir  alimlərdən 
biri  buyururdu  ki,  cənab  Şeyx  Rəcəbəlidən  özüm  barəsində 
(necə  olduğumu)  soruşdum  O,  cavab  verdi:  Cənab  Şeyx! 
Ürəyin  yaxşı  olmağı  istəyir  amma,  özün  üçün!  Çalış  yaxşı 
olmağı Allaha görə istə! 
Əziz oxucular! Gördüyünüz kimi cənab Şeyx ilahi bəsirətlə 
tövhidlə  şirkin  çox  incə  sərhədlərini  ayırd  edir  və  camaata 
xəbərdarlıq  verir!  Bəli,  bu  çox  incə  sərhədlər  olub,  tükdən  də 
nazikdir.  Bundan  başqa  yolla  tövhidin  həqiqətinə,  cənnəti-
liqaya nail olmaq qeyri mümkündür. 
ALLAHA GÖRƏ ZİYARƏTƏ GET! 
Şeyxin  şagirdlərindən  biri  deyir:  Bir  gün  Şeyxə  ərz  etdim 
ki, icazə versəniz birlikdə imam Riza (ə)-ın ziyarətinə gedək. 
Buyurdu: İcazəm öz əlimdə deyil. 
Əvvəlcə  bu  mətləb  mənim  üçün  bir  qədər  ağır  gəldi  və 
fikirləşdim  ki,  necə  yəni  «icazəm  öz  əlimdə  deyil»  deyə 
cavabını  versin.  Nəhayət  bir  müddət  keçdikdən  sonra  başa 
düşdüm  ki,  bu  Allah  bəndəsinin  Haqqın  iradəsindən  başqa 
özünün heç bir rəyi yoxdur, işlərinin hamısı Allahın razılığına 
və  icazəsinə  bağlıdır.  Bir  müddətdən  sonra  ixlas  və  mübarək 
vücudun imamlıq ziyarəti haqda söz düşdükdə buyurdu: Əgər 
biz  Allaha  görə  ziyarətə  getsək  və  Allahın  razılığından  başqa 

 
145 
heç  bir  şeyi  nəzərə  almasaq,  Həzrət  bizi  tam  başqa  cür  qəbul 
edəcəkdir. 
Səfərlərimin birində Allahın razılığından başqa heç bir şeyi 
nəzərdə  tutmamışdım.  İmam  Riza  (ə)  mənə  elə  mərhəmət 
göstərdi ki, məhəbbətinin çoxluğundan valeh oldum. Əgər bu 
məhəbbətin  zahiri  görünüşü  də  olsaydı  sizin  üçün  deyərdim, 
lakin  bu  məhəbbəti  eynilə,  olduğu  kimi  dərk  etmək  istəsən, 
gərək  özün  nəfsini  saflaşdırıb,  əməllərini  xalis  edəsən  ki, 
mənim nə gördüklərimi biləsən! 
İXLASIN TƏSİRLƏRİ 
Şeyxin kəlamının məğzi bundan ibarət idi: Mən kanə lillah 
kanəllahu  ləh—(Hər  kəs  Allah  üçün  olarsa,  Allah  da  onun  üçün 
olar.)
1
  
Hər  kəs  tam  mənada  Allah  üçün  işləsə,  Allah  da  onun 
üçün olacaqdır. 
Yenə  buyurur:  Sən  Allah  üçün  ol,  Allah  və  mələklər  də 
sənin üçün olar. 
Bəzən  belə  deyərdi:  Əgər  insan  ona  (ixlasa)  əməl  etməyə 
müvəffəq  olmasa  da,  onun  barəsində  söhbət  etmək  şəxsin 
ruhiyyəsində gözəl təsirlər buraxır. 
                                                      
1
    Bu  cümlə  hədis  mənbələrində,  o  cümlədən,  «Biharul-ənvar», 
82/197,  «Vafi»,  5/784,  «Rovzətul-müttəqin»,  3/195  kimi  kitablarda 
hansı  məsumdan  nəql  olunması  qeyd  edilmədən  «kəma»  vərədə» 
yaxud  «qəd  vərədə  kimi  qeyd  olunmuşdur  ki,  bu  da  onun  hədis 
olmasına  dəlalət  edir.  Sədrul-Mütəəllihin  Şirazi  öz  təfsirinin  birinci 
cildinin 76-cı səhifəsində onu Peyğəmbərə (s) aid etmişdir. Aparılmış 
tədqiqatlara  əsasən  bu  hədisin  ən  qədim  mənbəsi  Xacə  Nəsrəddin 
Tusinin  yazdığı  «Əxlaqi  möhtəşəmi»  kitabıdır.  Bu  hədis  həmin 
kitabın  12-ci  bölməsinin  122-ci  səhifəsində  qeyd  olunmuş,  lakin, 
dəqiq şəkildə hansı məsumdan nəql olunduğu bəyan edilməmişdir.0 

 
146 
İLAHİ HİDAYƏT 
Şeyx xüsusi ilahi hidayətdən bəhrələnməyi ixlasın mühüm 
bərəkətlərindən  biri  kimi  hesab  edirdi.  Və  bu  etiqad  da 
aşağıdakı ayəyə istinad edirdi: 
«Vəlləzinə cahədu fina lənəhdiyənnəhu subuləna».
1
 
Mətləbin  bəyanında  belə  buyurulur:  Əgər  sən  Allah  üçün 
qiyam etsən bütün xilqət aləmi sənə yol göstərəcəkdir. Çünki, 
onların  kamala  yetməsi  səndə  fani  olmalarındadır.  Onlar  da 
fitrətlərində olanları təhvil vermək istəyirlər ki, həqiqi kamala 
nail  olsunlar.  Əgər  insan  Allah  üçün  iş  görsə,  bütün  vücud 
aləmi  onun  yolu  üzərində  səfə  düzülər  ki,  özlərində  olanı 
həmin şəxsə təqdim edib ona yol göstərsinlər. 
Şeyx  həqiqətdə  xüsusi  tərbiyədən  başqa  sözlə  xüsusi  ilahi 
hidayətdən  bəhrələnmək  üçün  ixlasın  ən  yüksək  mərhələsinə 
çatmağı  zəruri  bilir  və  buyururdu  ki,  insanın  öz  səy  və 
fəaliyyətlərində  Allahın  razılığından  başqa  heç  bir  hədəfi 
olmamalı,  hətta  öz  kamalını  da  nəzərdə  tutmamalıdır.  Bu 
barədə  buyururdu:  Nə  qədər  ki,  insan  öz  kamalını  nəzərdə 
tutur,  həqiqətə  nail  ola  bilməz.  İnsanın  qabiliyyət  və 
istedadları Allaha çatmaq yolunda istifadə olunmalıdır. Məhz 
bu halda mütəal Allah insanı özü üçün tərbiyə edər. 
ƏMƏLDƏ İLAHİ RƏNG 
Cənab Şeyx təkid edib buyururdu: Allahı tanıdığın zaman 
görəcəyin  hər  iş  xaliscəsinə  və  aşiqcəsinə  olmalıdır.  Hətta  öz 
kamalını  da  belə  nəzərə  alma.  Nəfs  çox  hiyləgər  və 
mürəkkəbdir.  İnsandan  heç  vaxt  əl  çəkməz.  O,  hər  vasitə  ilə 
olursa  olsun  insanın niyyətinə  dəxalət etmək istəyir.  İnsan nə 
qədər  ki,  özünü  istəyir  və  özünə  diqqət  yetirir,  onun  işləri 
                                                      
1
    Bizim  yolumuzda  çalışanları  hökmən  Öz  yolumuz  hidayət 
edərik. «Ənkəbut» surəsi, ayə 69 

 
147 
həvayi-nəfs  üzündəndir  və  əməllərində  ilahi  rəng  yoxdur. 
Lakin  əgər  xudbinliyi  və  özünü  istəməyi  bir  tərəfə  qoyub 
Allahı istəsə, onun işləri ilahi rəngdə olur, əməlləri ilahi rəngə 
boyanır. Onun da bir nişanəsi vardır ki, imam Səccad (ə) belə 
buyurur: 
«Vəma ətyəbə təmə hubbikə»
1

ŞEYTANA QƏLƏBƏ ÇALMAQ 
Allah üçün görülən işlərin bərəkətlərindən biri də şeytana 
qələbə  çalmaqdır.  Şeyx  bu  barədə  belə  buyururdu:  Hər  kəs 
Allah üçün bir iş görmək istəsə, onun nəfsi yetmiş beş leşkərlə, 
şeytan isə öz qoşunları ilə onu aradan aparmaq üçün hərəkətə 
gəlirlər.  Əqlin  də  yetmiş  beş  ləşkəri  vardır  o,  Allahın  müxlis 
bəndəsinin məğlub olmasına yol verməz.
2
  
Əgər Allahdan başqasına meylin olmazsa, nəfs və şeytanın 
sənə gücü çatmaz və hər ikisi sənin qarşında məğlub olar. 
Hər  nəfəs  çəkməkdə  bir  imtahan  vardır,  bax  gör  bu,  ilahi 
məqsədlə başlanır, yoxsa şeytani məqsədlərlə də qarışıqdır! 
QƏLB GÖZÜNÜN AÇILMASI 
Cənab  Şeyx  inanırdı  ki,  insan  nə  qədər  ki,  Allahdan 
başqasına diqqət yetirib və Ondan başqasını istəyir, həqiqətdə 
müşrikdir və onun qəlbi şirk çirkabına bulaşmışdır. Bu barədə 
aşağıdakı ayəyə istinad edirdi: 
(İnnəməl-müşrikunə nəcəsun) 
«Həqiqətən müşriklər nəcisidir».
3
 
                                                      
1
    Pərvərdigara,  Sənin  məhəbbətinin  dadı  necə  də  gözəldir!» 
«Məfatihül-cinan», Xəmsətə əşərə, münacatul-arifin. 
2
 (Ey İblis), «Bil ki, Mənim xalis bəndələrimə yol tapa bilməzsən» 
Hicr surəsi, 42-ci ayə. 
3
  Tövbə surəsi, ayə 28. 

 
148 
Şirkin  toz-torpağı  qəlbin  güzgüsündən  təmizlənməyincə, 
insan  varlığın  həqiqətləri  ilə  tanış  ola bilməz.  Bu  barədə  Şeyx 
buyururdu:  Nə  qədər  ki,  insanın  diqqəti  Allahdan 
başqasındadır,  varlığın  həqiqətlərindən  məhrumdur  və 
xilqətin batinindən agah deyildir. 
Amma  əgər  insan  xalis  olsa,  şirk  toz-torpağı  onun 
qəlbindən  silinəcək  və  yaradılışın  sirləri  ilə  tanış  olacaqdır. 
Şeyx bu barədə buyururdu: Əgər bir kəs Allah üçün iş görərsə, 
onun  qəlbinin  gözü  açılar.  Əgər  qəlbinizi  başqa  şeylərdən 
qorusanız,  onda  başqa  bir  şeyə  yer  verməsəniz,  başqalarının 
görmədiyini görəcək, başqalarının eşitmədiyini eşidəcəksiniz. 
MADDİ VƏ MƏNƏVİ BƏRƏKƏTLƏR 
Qurani-Kərim  aşkar  şəkildə  buyurur  ki,  əgər  bir  şəxs 
dünya  əhli  olsa  belə,  bilməlidir  ki,  Allaha  itaət  etmək  onun 
dünyasını  azaltmayacaqdır,  əksinə  Allaha  itaət  etmək  dünya 
həyatından  başqa  pak-pakizə  axirət  həyatına  da  səbəb 
olacaqdır.
1
  
«Hər kəs dünyəvi savabı istəsə (bilməlidir ki,) həm dünya, 
həm də axirət savabı Allah yanındadır». 
Başqa  sözlə  desək,  mütəal  Allah  hər  şeydir.  Hər  kəsin 
Allahı varsa, deməli hər şeyi vardır.
2
  
Şeyxin  müridlərindən  biri  belə  deyir:  Şeyx  məndən 
soruşdu: Nə işlə məşğulsunuz? 
Dedim: Dülgərəm. 
Buyurdu:  Bu  çəkici  ki, mıxa  vurursan, Allahı  yad etməklə 
vurursan, yoxsa pul xatirinə?! Əgər pulun xatirinə vurursansa, 
                                                      
1
  Nisa surəsi, 134-cü ayə. 
2
  Ərəfə duasında da buyurulur: “Məlləzi fəqədə mən vəcədək” (Səni 
tapan nəyi itirmişdir?!) 

 
149 
sənə  təkcə  o  pulu  verəcəklər.  Amma,  əgər  Allah  xatirinə 
vursan həm pul verəcəklər, həm də Allaha qovuşacaqsan. 
ALLAH XATİRİNƏ DƏRS VERİRDİM 
Şeyxin  şagirdlərindən  biri  onun  dilindən  belə  nəql  edir: 
Mərhum 
Ayətullah 
Bürucerdinin 
cənazəsinin 
dəfn 
mərasimində çoxlu adam iştirak etdi və onu çox əzəmətlə dəfn 
etdilər. Bərzəx aləmində ondan soruşdum ki, necə oldu ki, bu 
qədər  əzəmətlə  yad  edildiniz?  Buyurdu:  Bütün  tələbələrə 
Allah xatirinə dərs verirdim. 

Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin