MƏHƏBBƏT İKSİRİ



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix27.11.2019
ölçüsü2,25 Mb.
#29722
1   ...   4   5   6   7   8   9   10   11   12
Şeyx Rəcəbəli


ONUNCU FƏSİL 
ALLAH ÖVLİYALARININ QORXUSU 
Allaha  məhəbbət  məsələsini  araşdırdıqdan  sonra  insanın 
mənəvi  tərəqqisində  əsas  rol  oynayan  şey  barəsində  yaranan 
sual bundan ibarətdir ki, əgər Allah mehriban və sevilməli və 
Ona  eşq  bəsləmək  insan  təkamülündə  ən  təsirli  vasitədirsə, 
onda  nə  üçün  islami  rəvayətlərdə  Allah  qarşısında  xovf  və 
xəşyətə  təkid  olunmuşdur?  Nə  üçün  Qurani-kərim  alimlərin 
ən  gözəl  xüsusiyyətlərindən  biri  kimi  onların  Allahdan 
qorxmalarını  (xəşyət)  bəyan  edir?  Nə  üçün  Allaha  məhəbbət 
Onun qarşısında xovf və xəşyətlə bir yerdə cəm bilir? 
Cənab  Şeyx  eşq  ilə  qorxunun  bir  yerə  yığışa  bilməsi 
barəsində  çox  qəribə  və  maraqlı  misal  vurmuşdur  ki,  gələn 
fəsillərdə bəyan olunacaqdır. Lakin burda da «Allah qarşısında 
xovf 
və 
xəşyət» 
dedikdə 
məqsədin 
nə 
olduğunu 
araşdırmalıyıq. 
ALLAHDAN QORXMAĞIN MƏNASI 
İlahi  xəşyət  və  xovfun  təfsir  olunmasında  ilkin  mühüm 
məsələ bundan ibarətdir ki, Allahdan qorxmaq dedikdə onun 
mənası  insanın  öz  günahlarından  və  yaramaz  əməllərindən 
qorxmasıdır. İmam Əli (ə) buyurur: 
«Öz  günahlarından  başqa  bir  şeydən  qorxma,  Allahdan 
başqa heç nəyə ümid bağlama».
1
 
                                                      
1
    «Mizanül-hikmət»,  4/1572/1139/5225;  «Qürərül-hikəm»,  10162, 
«Nəhcül-bəlağə»,82-ci hikmət. 

 
192 
ALLAHDAN QORXMA! 
İmam  Əli  (ə)  bir  şəxslə  qarşılaşdı.  Üzündəki  qorxudan 
onun tam dəyişilməsi hiss olunurdu. İmam (ə) ondan soruşdu: 
«Sənə nə olmuşdur?» 
O, cavab verdi: Allahdan qorxuram. 
İmam (ə) buyurdu: «Ey Allahın bəndəsi! Öz günahlarından 
qorx!  Allahın  bəndələrinə  etdiyin  zülmlərin  müqabilində  səni 
cəzalandırarkən  Onun  ədalətindən  qorx!  Allahın  sənə  vacib 
etdiklərinə itaət et, sənin məsləhətinə olan şeylərdə itaətsizlik 
göstərmə,  daha  sonra  Allahdan  qorxma!  O,  heç  kəsə  zülm 
etməz və hər bir kəsi layiq olduğundan artıq cəzalandırmaz».
1
 
 
İLAHİ QORXU 
Buna  əsasən  biz  Allahdan  deyil,  əksinə  öz  yaramaz 
əməllərimizin  aqibətinə  düçar  olmaqdan  qorxmalıyıq.  Lakin 
Allah 
övliyalarının 
öz 
yaramaz 
işlərinə 
görə 
cəzalandırılmaqda  qorxuları  başqalarının  qorxuları  ilə  tam 
fərqlidir.  Allahdan  qeyrisinin  məhəbbətini  öz  qəlblərindən 
çıxaran,  Allaha  cəhənnəm  əzabından  qorxmaq,  yaxud  behiştə 
nail olmaq üçün deyil, yalnız layiq olduğu üçün ibadət edənlər 
ilahi  hicranın  odundan  qorxurlar.  Onlar  üçün  Allahdan 
ayrılmağın əzabı cəhənnəmin əzabından qat-qat artıqdır. Buna 
görə  də  ilahi  övliyaların  imamı  Əmirəl-möminin  Əli  (ə)  öz 
münacatlarında deyir: 
«Pərvərdigara! Əgər məni günahalarıma görə cəzalandırıb 
Öz  düşmənlərinin  cərgəsində  qoysan,  bəla  əhli  ilə  bir  yerə 
yığsan  və  mənimlə  Öz  dostların  arasında  ayrılıq  salsan  bu 
halda,  ey  mənim  Pərvərdigarım,  ey  mənim  Mövlam  və 
                                                      
1
 
 
«Mizanül-hikmət», 
4/1572/1139/5223; 
«Biharul-ənvar», 
70/392/60. 

 
193 
Seyyidim!  Tutaq  ki,  Sənin  əzabına  səbr  etdim,  amma  Səndən 
ayrılığa necə dözə bilərəm?!»
1
  
Cənab  Şeyx  «Öz  Rəbblərini  həm  qorxu  və  həm  də  tamah 
üzündən çağırarlar.»
2
 
 
ayəsinin izahında buyururdu: Bu qorxu 
və tamah nədir? Xovf və qorxu Allahdan ayrılmağın, tamah isə 
Onun  vüsalına  çatmaqdan  irəli  gəlir.  Bu  müddəanın  isbatı 
Əmirəl-möminin 
Əli 
(ə)-ın 
«Kumeyl» 
duasında 
buyurduğudur: 
«Tutaq ki, Sənin əzabına dözdüm, bəs Səndən ayrılığa necə 
dözə bilərəm?!» 
MƏHBUB TƏRƏFİNDƏN QƏBUL 
EDİLMƏMƏK QORXUSU 
Allah 
övliyaları 
öz 
əməllərini 
layiqincə 
yerinə 
yetirmələrinə  baxmayaraq  Allahdan  qorxurlar.  Onların 
qorxusu  bundan  ibarətdir  ki,  olmaya  məhbubları  onların 
əməllərini bəyənib qəbul etməsin: 
«Əmələ  gətirməli  olduqları  əməlləri  yerinə  yetirənlərin 
qəlblərində  ona  görə  qorxu  vardır  ki,  onlar  Pərvərdigarına 
doğru qayıdacaqlar».
3
 
İlahi  övliyalar  üçün  Allah  dərgahından  və  Allaha 
qovuşmaqdan  ağır  və  dözülməz  bir  əməl  olmadığı  qədər, 
məhbubları  tərəfindən,  yəni  Mütləq  Kamal  tərəfindən  qəbul 
olunmaları  da  onlar  üçün  əhəmiyyət  daşıyır.  Bu  məsələ  o 
qədər  mühümdür  ki,  hətta  imam  Xomeyni  (r.ə.)  bərəkətli 
ömrünün  son  anlarında  Tehranın  İmam  cüməsinin  dediyi 
kimi,  camaatdan  istəyir  ki,  Allah-taalanın  onu  qəbul  etməsi 
üçün dua etsinlər! 
                                                      
1
  Duayi Kumeyl 
2
  Səcdə surəsi-16 
3
 Möminun surəsi-60 

 
194 
İndi diqqət yetirin ki, bu dəqiq və irfani məsələni Şeyx necə 
də sadə misalla izah edir. Şeyxin şagirdlərindən biri deyir: Bir 
gün  cənab  Şeyx  mənə  dedi:  Filankəs,  gəlini  kimin  üçün 
bəzəyirlər? Dedim ki, kürəkən üçün. 
Buyurdu: Başa düşdünmü? 
Sükut etdim, buyurdu: 
«Toy gecəsi gəlinin qohum-əqrəbaları çalışırlar ki, onu çox 
gözəl  bəzəsinlər  ki,  bəyin  xoşuna  gəlsin.  Lakin  gəlinin 
batinində  bir  nigarançılığı  vardır  ki,  başqaları  onu  hiss  etmir. 
Onun  nigarançılığı  buna  görədir  ki,  əgər  vüsal  gecəsi  bəyin 
diqqətini  cəlb  edə  bilməsə,  yaxud  kürəkən  ondan  ruhi  əzab 
çəksə nə edəcəkdir. 
Əməllərinin Allah dərgahında qəbul olunub-olunmamasını 
bilməyən  bir  bəndə  nigarançılıqda  olmaya  bilərmi?!  Məgər  o, 
özünü  Allah  üçün  bəzəməyibmi?!  Yoxsa  özünü  camaat 
içərisində  göstərmək  üçün  bu  işləri  görür?!  İnsanlar  ölən 
zaman deyərlər: 
«Pərvərdigara, məni qaytar, bəlkə yaxşı əməllər görəm».
1
 
Saleh  əməl  ondan  ibarətdir  ki,  Allah  onları  bəyənsin, 
nəinki,  öz  nəfsi  onu  bəyənib  imza  etsin.  Buna  görə  də  Şeyx 
Allahla görüşdə həmişə qorxu və vahiməli idi. O, buyururdu: 
Allahın  Özü  qorxulu  deyil!  Yəni,  «Hər  kəs  Rəbbinin 
məqamından  qorxsa».
2
  Əgər  O,  bizi  bəyənməsə,  əməllərimizi 
qəbul etməsə başımıza nə kül tökək?! 
Şeyxin  övladı  deyir  ki,  atam  belə  deyirdi:  Pərvəridigara! 
Bizi də köhnə və lazımsız əşya hesab et! Belə ki, bəzən kimsə 
gəlib metallom və lazımsız əşyalar yığdığını deyir: Sən də bizi 
heç olmasa o səviyyədə al və qəbul et! 
                                                      
1
  Muminin surəsi-99-100. 
2
 Naziat surəsi 40. 

 
195 
 DÖRDÜNCÜ BÖLMƏ 
ŞEYXİN VƏFATI 
BİRİNCİ FƏSİL 
ŞEYX RƏCƏBƏLİ XƏYYATIN VƏFATI 
Nəhayət  1340-cı  hicri-şəmsi  ilinin  şəhrivər  ayının  22-də 
Şeyxin  bərəkətli  ömür  quşu  bir  ömür  mənəvi  tərəqqidən  və 
ruhi saflaşdırmadan sonra Allah dərgahına pərvaz etdi. Onun 
ilahi  ruhunun  ərşə  pərvazının  baş  vermə  əhvalatı  çox 
ibrətamiz  və  eşitməlidir.  Burada  mərhum  Şeyx  Rəcəbəli 
Xəyyatın  vəfatının  bəyan  olunması  ilə  eyni  zamanda  böyük 
ilahi şəxsiyyətlərdən iki nəfərinin də vəfatını—Şeyxin vəfatına 
çox oxşar olduğuna görə—qeyd edəcəyik. 
VƏFATDAN ƏVVƏLKİ GÜN 
Şeyxin övladı onun vəfatından əvvəlki günü belə vəsf edir: 
Vəfatından  əvvəl  atam  tamamilə  sağlam  idi.  Anam  evdə  yox 
idi, təkcə mən evdə idim. Axşamçağı atam gəldi, dəstəmaz alıb 
mənə  dedi:  Bir  azca  yorğunam,  əgər  o  şəxs  gəlib  paltarlarını 
aparmaq  istəsə  qayçıların  yanındadır,  otuz  tümən  də  zəhmət 
haqqısıdı. 
Atam  o  vaxta  qədər  deməmişdi  ki,  bir  kəs  gəlsə  ondan 
zəhmət  haqqı  al  və  ya  kimsə  nə  qədər  verməlidir.  Mən  bu 
hadisədən heç nə başa düşmədim. 

 
196 
ŞEYXİN ŞAGİRDLƏRİNDƏN BİRİNİN 
YUXUSU 
Şeyxin  müridlərindən  biri  sadiq  yuxu  vasitəsi  ilə 
vəfatından  əvvəlki  gecə  onun  ilahi  dərgaha  pərvaz  edəcəyini 
bilmişdi.  O,  bu  yuxunu  belə  bəyan  edirdi:  Şeyx  vəfat  etdiyi 
günün  qabaqkı  gecəsində  yuxuda  gördüm  ki,  «Qəzvin» 
məscidinin  qərb  tərəfindəki  dükanların  qapısını  bağlayırlar. 
Soruşdum:  Nə  olubdur?  Dedilər  ki,  cənab  Şeyx  Rəcəbəli 
dünyadan getmişdir. Nigaran halda yuxudan ayıldım, gördüm 
ki,  gecə  saat  üçdür.  Öz  yuxumu  doğru  yuxulardan  hesab 
etdim. Sübh azanından sonra namazı qılıb, dayanmadan cənab 
Radimənişin  yanına  getdim.  Belə  sübh  tezdən  gəlməyimi 
görüb təəccübləndi. Mən də yuxumu ona danışdım. 
Sübh saat beşdə hava işıqlanmamış Şeyxin mənzilinə yola 
düşdük.  Şeyx  qapını  açdı,  içəri  daxil  olub  oturduq.  Şeyx  də 
oturub buyurdu: Belə sübh tezdən harada idiniz? 
Mən  yuxumu  demədim,  bir  qədər  söhbət  etdikdən  sonra 
Şeyx  böyürü  üstə  uzandı,  əllərini  başının  altına  qoydu  və 
buyurdu: Bir şey deyin, şer oxuyun! 
Məzmunu aşiqlərin ayrılacğını çatdıran bir şer oxuduq. 
ŞEYX ÖLÜM YATAĞINDA 
Bir  saat  keçməmişdi  ki,  Şeyxin  halı  birdən  birə  dəyişildi. 
Dedim  ki,  həkim  gətirək.  Mənim  yəqinim  var  idi  ki,  Şeyx  bu 
gün dünyadan gedəcəkdir. O, buyurdu: İxtiyar sahibisiniz. 
Həkim  bir  nüsxə  yazdı,  aptekə  gedib  dərman  aldıq, 
qayıdanda  gördük  ki,  Şeyxi  o  biri  otağa  aparıblar.  O,  üzü 
qibləyə  oturmuşdu,  ayağının  altına  ağ  bir  parça  salmışdılar. 
Əlinin baş və şəhadət barmağını o parçaya sürtürdü. 
Mən daha diqqətli idim ki, görəsən belə bir ilahi şəxsiyyət 
dünyadan  necə  gedəcəkdir.  Ona  bir  halət  baş  verdi,  sanki  bir 

 
197 
kəs  onun  qulağına  nə  isə  deyirdi,  o  isə  cavabında  dedi: 
İnşaallah! 
Sonra buyurdu: Bu gün neçənci gündür? Bu günün duasını 
gətirin?! 
Mən  o  günün  duasını  oxudum,  buyurdu:  Verin  Seyyid 
Əhməd də oxusun. 
O  da  oxudu,  sonra  Şeyx  buyurdu:  Əllərinizi  asimana 
qaldırın  və  deyin:  Ya  Kəriməl  əfv,  ya  Əziməl  əfv,  əl-əfv, 
Allahım məni bağışla! 
Mən dostuma baxıb dedi: Get, cənab Süheylini bura çağır. 
Çünki,  mənə  elə  gəlir  ki,  yuxum  doğrudur  və  bu  ayrılıq 
nöqtəsidir. Bunu deyib getdim. 
 
XOŞ GƏLMİSİNİZ AĞA! 
Bu  hadisənin  davamını  Şeyxin  övladlarından  biri  belə 
deyir:  Gördüm  ki,  atamın  olduğu  evdə  çox  səs-küy  var. 
Dedilər Şeyxin halı pisdir, dərhal otağa daxil oldum.Atam bir 
neçə dəqiqə bundan qabaq dəstəmaz alıb otağa daxil olmuşdu. 
Gördüm ki, üzü qibləyə oturub. Birdən ayağa qalxdı və sonra 
oturub gülərüzlə dedi: Xoş gəlmisiniz ağa!
1
  
Əl  verib  görüşdü,  sonra  əlini  çəkdi  və  iş  qurtardı, 
dodağında gülüş Allahın dərgahına qovuşdu. 
QƏBRİN BİRİNCİ GECƏSİ 
Şeyxin  dostlarından  biri  deyir:  Yuxu  aləmində  mərhum 
Şeyxin  qəbrinin  birinci  gecəsində  onun  hüzuruna  çatdım. 
Gördüm  ki,  movla  Əli  (ə)  tərəfindən  ona  böyük  bir  məqam 
                                                      
1
  Mərhum Süheylidən nəql olunubdur ki, «ağa» dedikdə məqsəd 
imam  Zaman  (ə)  idi  ki,  ömrünün  axır  vaxtlarında  onun  görüşünə 
gəlmişdi. 

 
198 
verilmişdir.  Ona  yaxınlaşdım,  çox  incə  və  həssas  bir  nəzərlə 
məni  süzdü  və  sanki  ata  öz  istəkli  oğluna  nəsihət  vermək 
istəyir,  oğlu  isə  diqqət  yetirmir.  Onun  baxışından  yadıma 
saldım  ki,  o, həmişə  belə  buyurardı: Allahdan  başqa heç nəyi 
istəməyin, amma biz yenə də həvayi-nəfsə giriftarıq. 
Ona  yaxınlaşdım,  iki  cümlə  buyurdu:  Birinci  cümləsi: 
Həyatın düzgün xətti Allah və Onun övliyaları ilə ünsiyyətdə 
olmaqdadır. 
İkinci cümlə: O kəs həqiqi şəkildə yaşadı ki, onun əyalı toy 
gecəsi öz köynəyini Allah yolunda ehsan etmişdi. 
İKİNCİ FƏSİL 
AYƏTULLAH HÖCCƏTİN VƏFATI 
Fəslin  əvvəlində  qeyd  etdiyimiz  kimi,  cənab  Şeyxin 
ibrətamiz  həyatının  sonunda  iki  Allah  övliyasının  vəfatını 
da—cənab  Şeyxin  vəfatı  ilə  oxşar  olduğuna  görə—burada 
qeyd edirik. Onlardan biri böyük alim Ayətullah Höccətdir ki, 
Şeyxin  mərcəyi-təqlidi  idi.  Şeyx  onun  ixlasını  tərifləyir  və 
deyirdi ki, qəlbində dünya cah-cəlalı, şan-şöhrəti yoxdur. İndi 
o  böyük  ilahi  şəxsiyyətin  vəfatını  hörmətli  kürəkəni  həzrət 
Ayətullah  hacı  Şeyx  Mürtəza  Hairinin  dilindən  nəql  edirik. 
Onun mənim (müəllifin) üzərində ustadlıq haqqı vardır. 
EVİN TƏMİR OLUNMASI 
Əvvəldə qey edirəm ki, mərhum ağa Höccət mənim (yəni, 
Ayətullah Hairinin) ustadım və qayınatam idi. Onun evinə çox 
get-gəl  etmir  və  ona  aid  işlərə  dəxalət  etmirdim.  Lakin  o, 
mərhum 
Ayətullah 
Bürucerdinin 
dövründə 
təqribən 
Azərbaycanın  əksəriyyətinin  mütləq  şəkildə  mərcəyi  təqlidi 
idi. Tehranda yaşayan azərbaycanlılar və Azərbaycanın başqa 

 
199 
yerlərindən  olanlar  əksər  hallarda  ona  müraciət  edirdi.  O, 
tələbələrə  aylıq  təqaüd  verirdi  və  öz  səviyyəsində  maddi 
cəhətdən  əliaçıq  idi.  Bu  ilin  qışında—zahirən  qışın  əvvəlləri 
idi—hava da çox soyumamışdı. O, evini təmir etməyə məşğul 
idi. Həyətin bir tərəfinin torpağı götürülmüşdü ki, orada yeni 
bir bina tikilsin. Digər bir tərəfdə isə bənnalar ev tikilişi üçün 
lazım olan işləri görürdülər, o cümlədən o zaman hər bir evdə 
vacib  sayılan  quyu  qazmağa,  yaxud  quyunun  divarlarını 
hörməyə  məşğul  idilər.  Bu  təmir  işlərinin  öhdədarı  da  onun 
özü  və  Tehranda  yaşayan  müridlərindən  biri  idi  ki,  hal-
hazırda dəqiq yadımda deyil, zənnimcə Çayçı adlı bir şəxs idi. 
MƏN ÖLMƏLİYƏM 
Müəllif  (yəni  Ayətullah  Hairi)  deyir:  Mən  bir  gün  sübh 
onun  xidmətinə  getdim.  O,  taxtın  üzərində  oturmuşdu, 
vəziyyəti  çox  da  qeyri-adi  deyildi.  O,  bronxit-asma  xəstəliyi 
səbəbi ilə adətən hava soyuyanda təngənəfəsliyə düçar olurdu. 
O zaman soyuqların başlaması ilə adət üzrə olduğundan artıq 
çox  da  narahat  nəzərə  çarpmırdı.  Xəbər  tutdum  ki,  bənnalara 
və  işçilərə  tapşırıb  ki,  işi  saxlasınlar.  Dedim:  Ağa,  nə  üçün  işi 
dayandırmısınız?  
Çəkinmədən dedi ki, mənim əcəlim çatıbdır, artıq bənnalar 
nəyimə lazımdır?! 
Mən  də  heç  bir  şey  demədim.  Bu  cavabdan  təəccüb  edib-
etməməyim  yaxşı  yadımda  deyil.  Sonra  mənə  buyurdu: 
Əzizim! Bu bir neçə günü bura gəl. 
Onun  məqsədi  bu  idi  ki,  əvvəldəki  vaxtlar  kimi  ondan 
uzaq gəzməyim. 

 
200 
PƏRVƏRDİGARA, ÖHDƏMDƏ OLANLARA 
ƏMƏL ETDİM! 
Mən  zahirən  hər  gün  sübh  evin  küçə  qapısındakı  otaqda 
dərs dediyim «Məkasib» sinfini qurtardıqdan sonra gedirdim, 
bəzən gecələr də lap tez gedirdim. Bir gün (zənnimcə çərşənbə 
günü  idi)  xüsusi  şəkildə  xəbər  göndərdi  ki,  hüzuruna  gedəm 
və  bir  işi  yerinə  yetirəm.  Mən  hüzuruna  getdikdə  onun 
yanında dəmir mücri (mərhum atasının mücrisi onun yanında 
idi,  yaxud  başqa  bir  mücri  idi,  indi  şəkk  edirəm)  var  idi. 
Mərhum ağa hacı Seyyid Əhməd Zəncani
1
 də onun qarşısında 
oturmuşdu.  Bütün  malikiyyət  sənədlərini  və  sairləri  ağayi 
Zəncaniyə,  eləcə  də  nəqd  olan  pul  qutusunu  mənə  verdi  ki, 
müəyyən  olunmuş  yerlərdə  sərf  edim.  Onun  bir  hissəsini  də 
mənim  özümə  həvalə  etdi.  Əvvəllər  öz  vəsiyyətini  bir  neçə 
nüsxədə yazmışdı ki, onlardan birini mənim yanıma göndərdi. 
Hal-hazırda o mənim yanımdadır. Nəcəfdə, Təbrizdə, Qumda 
onun  müəyyən  məbləğdə  pulları  var  idi.  Hacı  Məhəmməd 
Hüseyn Yəzdinin yanında (o, mərhum atamın vəsilərindən biri 
idi)  idi.  Vəsiyyət  etmişdi  ki,  onun  vəkillərinin  yanında  olan 
pullarının  hamısı  mübarək  İmamın  (ə)  payındandır,  sonralar 
ağayi Bürucerdinin məscidinin böyük bir hissəsini təşkil edən 
torpaq sahəsini də mədrəsə üçün almışdı və onun öz adına idi. 
Vəsiyyətnamədə  yazmışdı  ki,  o  da  mübarək  İmam  (ə) 
payındandır  və  bir  kəsə  irs  verilməz.  Əgər  ağayi  Bürucerdi 
istəsə məscid üçün verilə bilər. 
Onun  pulları  həmin  sandığın  içində  olanlar  idi.  Bir  neçə 
gün idi ki, heç kəsdən xüms, zəkat vergilərini almırdı. Amma 
zahirən ağayi Zəncani alırdı. Onun vəfat etdiyi ayın əvvəlində 
aylıq təqaüdləri Zəncani ağa verdi. Təkcə bir neçə qran dəmir 
                                                      
1
  Hazırkı  mərcəyi  təqlidlərdən  biri  olan  mərhum  Ayətullah  Ağa 
Musa Zəncanin atası. 

 
201 
pul  onun  cibində  qalmışdı  ki,  onun  qızı  (mənim  həyat 
yoldaşım)  onun  cibindən  çıxardıb  balışının  altına  qoymuşdu 
və demişdi ki, atam sağalsa onu sədəqə versinlər. Bu işi qədim 
qadınların hamısı görürdü. Mən də bu adətlə qədimdən tanış 
idim.  Məncə  sədəqə  verilməli  olan  pulu  girov  götürürdülər. 
Təkcə  o  pul  qalmışdı  ki,  ondan  da  ağanın  xəbəri  yoxdu. 
Qutunun  içində  olan  pulları  müəyyən  yerə  çatdırım  deyə, 
mənə  verdikdə  əllərini  yuxarı  qaldırıb  dedi:  Pərvərdigara! 
Mən  üzərimdə  olan  vəzifələrimə  əməl  etdim,  Sən  də  mənim 
əcəlimi yaxınlaşdır. 
MƏN GÜNORTA ÇAĞI VƏFAT EDƏCƏYƏM 
Münasibətimiz  çox  səmimi  olduğundan  ona  dedim:  Ağa, 
sizin  bu  qədər  qorxmağınız  yersizdir!  Siz  həmişə  qış  fəsli 
gələndə bir qədər narahatçılıq keçirir, sonra sağalırsınız. 
O,  belə  buyurdu:  Xeyir,  mənim  işim  və  ya  vəfatım  zöhr 
vaxtıdır. 
Mən daha bir söz demədim və dərhal onun buyurduğu işi 
yerinə yetirmək üçün getdim. Mən onun zöhrdən qabaq vəfat 
etməsindən  və  pulların  qeyri-müəyyən  vəziyyətdə  qalaraq 
vərəsəsinə  və  ya  baqasına  həmin  yerdə  məsrəf  olunmasını 
bilmədiyim  üçün  dərhal  faytona  mindim.  Günorta  çatmamış 
bu işləri yerinə yetirib qayıtdım, hələ o vəfat etməmişdi. 
QURANLA İSTİXARƏ 
Bu  hadisədən  bir  gün qabaq  mənə  demişdi  ki, onun  üçün 
Quranı  gətirim.  Sonra  Quranı  açıb  diqqət  və  zikrlə  əvvəldəki 
ayəni oxudu: 
 (Ləhu dəvətul həqq) 
«Onun üçündür haqqın dəvəti və çağırışı.»
1
  
                                                      
1
  Rəd surəsi-14 

 
202 
Zahirən  o  ağladı  və  Allahla  razi-niyaz  etdi.  Həmin  gecə, 
yoxsa dəqiq bilmirəm, sonrakı gecə öz möhürünü də sındırdı. 
AĞA ƏLİ, BUYURUN! 
Vəfatının  yaxın  günlərindən  birində  gözü  qapıya 
dikilmişdi. Belə nəzərə çarpırdı ki, qeyri-adi şeyləri müşahidə 
edir. Birdən dedi: Ağa Əli, buyur! 
Çox  çəkmədi  ki,  əvvəlki  vəziyyətinə  qayıtdı,  son  iki-üç 
günü  adətən  zikr  deyir,  Allahla  raz-niyazla  edirdi.  Bir  dəfə 
«Ədilə» duasını istədi. Vəfat etdiyi gün mən tam xatircəmliklə 
«Məkasib»  dərsini  evdə  demişdim.  Çünki  onun  vəziyyəti  çox 
da qeyri adi deyildi. Sonra onun yatdığı kiçik otağa getdim. O 
zaman mənim həyat yoldaşım, yəni mərhum Höccətin qızı da 
orada  idi.  Ağanın  da  üzü  divara  tərəf  idi  və  zikr  edir,  dua 
oxuyurdu.  O,  dedi:  Ağa  bu  gün  bir  az  iztirablıdır.  Onun 
iztirabı  zahirdə  həmin  zikrlər  və  dualardan  ibarət  idi.  Mən 
salam verdim, cavabını aldıqdan sonra buyurdu: Bu gün hansı 
gündür? 
Dedim: Şənbədir. 
Dedi: Ağa Bürucerdi dərsə getdimi? 
Dedim: Bəli. 
Sonra  səmimi  qəlbdən  şad  oldu  və  bir  neçə  dəfə  dedi: 
Əlhəmdu-lillah! 
Bəzi  söhbətlər  də  etdi  ki,  ixtisara  riayət  olunsun  deyə, 
onları qeyd etmirik. 
TÜRBƏT SUYU 
Onun  qızı  deyir:  Ağa  bu  gün  bir  qədər  iztirablıdır,  bir 
qədər türbət verək. 
Dedilər: Yaxşıdır. 
Sonra türbəti hazırladılar, hüzuruna gətirdim ki, onu içsin. 
O,  oturdu,  mən  stəkanı  onun  qabağına  apardım.  O,  belə 

 
203 
fikirləşdi  ki,  yeməli  və  ya  dərmandır.  Bir  qədər  narahat  oldu 
və dedi: Bu nədir? 
Dedim: Türbətdir. 
Dərhal  onun  vəziyyəti  düzəldi,  üzününü  ifadəsi  dəyişildi 
və türbət suyunu axıra qədər içdi, sonra bu sözləri dedi: 
 «Axiru  zadi  minəddünya  türbətül  Hüseyn»  Yəni, 
«dünyadan götürdüyüm axırıncı ehtiyat-Hüseyn türbətidir». 
Yenidən  yatdı  və  əvvəlki  vəziyyətinə  qayıtdı.  O,  dua 
oxuyur  raz-niyaz  edirdi.  Dəqiq  yadımda  deyil,  deyəsən  mən 
də onun yaxınlığında idim. İkinci dəfə zahirən öz göstərişi ilə 
«Ədilə»  duasını  onun  üçün  qiraət  etdilər.  Ağa  Seyyid  Həsən 
(onun  ikinci  oğlu)  üzü  qibləyə  oturmuşdu,  onun  özü  də 
sinəsini  balışa  söykənmiş  halda  oturub  dua  oxuyurdu.  Ağa 
həm  farsca  və  həm  də  türkcə  tam  səmimiyyətlə  kəlimeyi-
şəhadətini  dedi,  Allah-taala  qarşısında  öz  əqidə  üsullarını 
bəyan etdi. 
KİMİN FƏSLİ VAR? 
Yaxşı  yadımdadır,  Əmirəl-möminin  Əli  (ə)-ın  xilafətini 
iqrar  etdikdən  sonra  türkcə  dedi:  Bilafəsl,  heç  bir  fasiləsi 
yoxdur,  lap  bilafəsildir.  Kimin  fəsli  var?!  (Yəni,Əmirəl-
möminin  Əli  əleyhissəlam  Həzrət  Peyğəmbərdən  sonra  onun 
birinci haqq xəlifəsidir və onların arsında fasilə yoxdur.) 
Həzrət  Peyğəmbərin  (s)  övladlarından  olan  imamların, 
eləcə də Əli (ə)-ın barəsində bu ayəni oxudu: 
 «Onların  məsəli  pak  bir  ağacın  məsəli  kimidir;  onun  kökləri 
sabit, budaqları isə asimandadır».
1
 
Mən də bir tərəfdə dayanmışdım və bu maraqlı və mənəvi 
haləti  tam  qəribəliklə  müşahidə  edirdim.  Zehnimdən  belə 
keçdi  ki,  ona  belə  deyim:  Ağa,  bizi  də  dua  et!  Amma  xəcalət 
                                                      
1
  İbrahim surəsi-24 

 
204 
hissi  bu  sözü  deməyə  mane  oldu.  Çünki  əvvəla,  o  kişi  özünə 
məşğul  idi  və  başqa  şeylərə  fikir  vermirdi.  Yalnız  Allahın 
hüzurunda  ölümdən  qabakı  mənəvi  vəzifələrini  yerinə 
yetirməklə məşğul idi. İkincisi bu istək göstərəcəkdi ki, biz də 
ağanın ölümünə, Allah-taala qarşısında canını təslim etməsinə 
diqqət yetiririk. 
Mən  həmin  gün  sakit  dayanaraq  bu  hadisənin  davamını 
izləməyə  başladım.  Onun  oğlanlarından  biri  olan  Seyyid 
Həsən  və  qızı,  bəlkə  də  ailə  üzvlərindən  bir  neçəsi  ilə 
dayanmışdı. Onun belə dediyini eşitdik: Pərvərdigara! Mənim 
əqidələrimin  hamısı  hazırdır,  onu  Sənə  tapşırıram  ki,  mənə 
qaytarasan. 
Mən  elə  oradaca  durmuşdum  və  elə  bu  vəziyyətdə  idim. 
Ağa oturub üzü qibləyə balışa söykəndiyi halda birdən nəfəsi 
dayandı.  Elə  fikirləşdilər  ki,  ağanın  qəlbi  tutulmuşdur,  ona 
görə  də  ağzına  bir  qədər  dərman  tökdülər.  Mən  gördüm  ki, 
dərman  onun  dodaqlarının  kənarından  yerə  tökülür.  Artıq  o, 
vəfat  etmişdi.  Türbət  suyundan  başqa  hətta  bir  damla  olsun 
belə  dərman  içmədi.  Mən  dəqiq şəkildə  görürdüm  ki,  o,  artıq 
vəfat  etmişdir.  Evdən  çıxdıqda  «Höccətiyyə»  mədrəsəsindən 
azan səsini eşitdim. Onun vəfatı həqiqətən də özü dediyi kimi, 
zöhr vaxtına düşdü. O, çərşənbə günü demişdi ki, mənim işim 
və ya əcəlim zöhr vaxtıdır. 
Ayətulluh  Hairi  axırda  belə  deyirdi:  Bu  hadisə  möhkəm 
imanın  göstəricisi  olmaqla  yanaşı,  bir  neçə  qeybi  ayələrə  də 
dəlalət edir: 
1. Birincisi  budur  ki,  o,  özünün  ölümünün  zöhr  vaxtı  baş 
verəcəyini yəqin şəkildə xəbər vermişdi; 
2. Mükaşifə  aləmində  Əmirəl-möminin  Əli  (ə)-ı  müşahidə 
etmişdi. 
3. Xəbər vermişdi ki, onun içdiyi türbət suyu bu dünyadan 
götürüdüyü axırıncı ehtiyatdır və belə də oldu. 

 
205 
Özü də türbəti istəməmişdi və ehtimal da vermirdi ki, ona 
verilən  stəkandakı  su  türbət  suyu  olsun.  Ona  görə  də  ikrah 
hissi ilə demişdi ki, bu nədir. 

Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin