250
Urat daşlarını həll etmək üçün xəstələrə limon turşusu və onun duz-
larının qarışığı: maqurlit, blemaren, uralit və s. təyin edilir. Sidik yolla-
rının infeksiyasında antibiotiklər, sulfanilamidlər, uroseptiklər, ftorxino-
lonlar, sidikqovucu otlar təyin edilir. Sidikqovucu otları və onlardan ha-
zırlanmış preparatları (sistenal, urolesan, rovatineks və s.) daş əmələ
gəlməsinin profilaktikası məqsədilə diatezlərdə təyin olunur.
Böyrək sancıları zamanı xəstələrə dəri altına 1 ml 2% promedol, 1
ml 0,1% atropin sulfatla birlikdə yeridilir. Güclü ağrılar zamanı ba-
ralgin, maksiqan və başqa dərmanlardan istifadə olunur, böyrək na-
hiyəsinə isitqac qoyulur, isti vanna təyin edilir. Bu tədbirlərdən ef-
fekt olmadıqda Lorin-Epşteyn üsulu ilə qadınlarda uşaqlığın girdə
bağının, kişilərdə toxum ciyəsinin novokain blokadası edilir. Bundan
sonra da ağrı keçmədikdə sidik axarının kateterlənməsi tətbiq edilir.
Hazırda böyrək və sidik yollarının daşları distansion ekstrakorporal
zərbə dalğası ilə vurulub sındırılır. Parçalanmış daşın xırda hissələri
sidik yollarından düşürlər.
Cərrahi müalicəyə göstərişlər: tez-tez təkrar olunan güclü böyrək
sancıları, kəskin pielonefrit və xroniki pielonefritin kəskinləşməsi, sidik
axarında böyük daşlar, 3 gündən artıq böyrəkdən sidiyin ifrazı blokada
olduqda, 3 ay ərzində sidik axarında daş miqrasiya etmədikdə, tək böy-
rəyin daşı, hematuriya və s. cərrahi müalicəyə göstərişdir.
Proqnoz. Ağırlaşmalar olmadıqda proqnoz yaxşıdır.
Profilaktika. Çox vaxt xroniki pielonefrit daş əmələ gətirmək me-
yilliyi yaratdığı üçün ona qarşı tədbirlər görülməli, diatezlərdə isə
düzgün müalicə tətbiq edilməlidir.
Dostları ilə paylaş: