209
TORPAĞIN QORUNMASI VƏ SƏMƏRƏLİ İSTİFADƏSİ
12.1. Dünyanın torpaq resursları və istifadəsi
Qurunun sahəsi buzlaqlarla birlikdə 149 mln. km
2
təşkil edir. Bura həmçinin həyatsız səhralar, su anbarları
və torpaq örtüyü zəif inkişaf etmiş və ya dağılmış sahələr də daxildir .Bunlardan buzlaqlar 16 mln kv. km, buz-
laqlardan azad olmuş sahələr isə 133 mln. kv.km təşkil edir . Qurunun nisbətən istifadə üçün yararlı olan həssəsi
95 mln.km
2
, yaxud onun 64 % - ni tutur. Bu məhdud ehtiyat ərazidə bəşəriyyət yerləşmişdir.
Yuvarlaqlaşdırılmış rəqəmlərə görə demək
olar ki , qurunun 10% - i əkin sahəsi, 20 % -
i otlaq , 30% - i me-
şələr və müxtəlif tipli yararsız sahələr 40% təşkil edir.
Bəzi ədəbiyyatlara əsasən kənd təsərrüfatı sahələri (əkin yeri, otlaq və istifadəyə potensial yararlı – yararsız
yerlər) qurunun 37% -ni , onun isə 1/3 – ni əkin sahələri tutur.
Dünyanın torpaq resurslarından son min illikdə istifadə olunmasının əsas xarakterik cəhəti əhalinin və ərzağa
olan tələbatın artımı ilə əlaqədar əkin sahəsinin artmasıdır. 12.1 saylı cədvəldən göründüyü kimi dünyada
torpaqların sahəsi hər bir iri rayon daxilində çox az dəyişmiş, meşələrin sahəsi isə azalmışdır.
Cədvəl 12.1.
Təbii zonanın xüsusiyyətindən asılı olaraq əkin sahəsinin artması ya meşələrin yox edilib şumlanması , ya-
xud da bozqır , preriy , savanna və başqa meşəsiz landşaftların əkin sahəsinə çevrilməsi hesabına olmuşdur.
Qeyd etmək lazımdır ki , bu və ya digər torpaq sinfinin sahəsinin dəyişməsi mürəkkəb proses olub bir çox tə-
bii və antropogen faktorlardan asılıdır. Belə ki, şumlanmış ərazinin bir hissəsi sonralar kol , meşə və otla örtülə
bilər.
Bununla yanaşı torpaq sahələrinin yerdəyişməsi də müşahidə olunur. Dünya əhalisinin artması insanların
yerləşməsi və onların xidmət sahələri ilə təmin olunması , məsələn , zibilxanalar və onların işlənməsi yerləri ,
yollar , avtomobil dayanacaqları , kollektiv nəqliyyat yerləri və s – nin sahələrinin artırılması lazım gəlir.Bir
qayda olaraq şəhər kateqoriyası üçün yaşayış məntəqələri salmaq daha əlverişli olan ən yaxşı kənd təsərrüfatı
sahələri, o cümlədən əkin yerləri ayrılır .
Hazırda dünyada əkin sahələri 15 mln.kv.km təşkil edir, son 20 ildə demək olar ki , onun artımı dayanmışdır.
Bu əkinçilik üçün yararlı sahələrin demək olar ki, qurtarması ilə bağlıdır. Dünyada hər adam başına düşən əkin
sahəsi azalmağa doğru gedir. Belə ki , 1700 – 1950 – ci illərdə adam başınıa 0,41 – 0,48 ha əkin sahəsi düşürdü .