12.2. Su və külək eroziyası
Torpaq eroziyası təbii geomorfoloji proses olub yer relyefinin əmələ gəlməsində böyük rol oynayır.
Təbii su eroziyası adətən torpağın bütöv bitki örtüyü ilə mühafizə olunduğu landşaft zonalarında müşahi-
də olunur. Dünyada torpağın təbii su eroziyasının yayılması coğrafi zonallıq qanununa tabedir.
Təbii külək eroziyası əsasən arid zonalarda ( yarımsəhra və səhra ) baş verir .Təbii eroziya prosesi
zəif getdiyi üçün müşahidə olunmur, belə ərazilərdə torpaqəmələgəlmə prosesi nəticəsində torpaq bərpa
olunur.
Eroziya prosesinin əmələ gəlməsinin və inkişafının əsas səbəbi kənd təsərrüfatı hesab olunur. İnsanın
təsərrüfat fəaliyətilə əlaqədar olaraq yamacların kənd təsərrüfatı bitkiləri altında istifadə olunması , otlaq
və örüşlərin intensiv otarılması , meşələrin məhv edilməsi , torpağın yamac boyu şumlanması eroziya pro-
sesinin güclənməsinə səbəb olur.
Eroziya prosesi dedikdə torpağın üst münbit qatının yağış və qar suları vasitəsilə yuyulub aparılması
, həmçinin külək tərəfindən sovrulub dağılması başa düşülür. Deməli torpaq eroziyasının əsas iki tipi ay-
rılır – su və külək eroziyası . Su eroziyası da öz növbəsində səthi və xətti (yarğan) eroziyasına bölünür.
Şəkil 12.2.
Yamaclarda səthi eroziya prosesinin inkişafı nəticəsində torpağın münbitliyi aşağı düşür, kənd təsərrüfatı bit-
kilərinin məhsuldarlığı azalır . Məhsulun keyfiyyəti aşağı düşür. Eroziya prosesi zamanı bəzən torpağın şum qatı
tamamilə yuyulub aparılır.
Torpaq eroziyası zamanı torpaqda azot, fosfor və kaliumun mənimsənilən formaları, bir çox mikroelement-
lər ( yod, mis, sink, kobalt, marqans, nikel, molibden ) də azalır. Bununla da həm məhsuldarlıq, həm də kənd
təsərrüfatı məhsulunun keyfiyyəti aşağı düşür.
Eroziya zamanı yağmurların çox hissəsi yamaclardan axıb getdiyindən, həm də eroziyaya uğramış torpaqla-
rın fiziki xassələri pisləşdiyindən torpaq səthindən buxarlanmaya və transpirasiyaya çox su sərf olunur, bununla
da torpaqda quraqlıq yaranır.Çox vaxt eroziya gedən rayonlarda baş verən quraqlığı «eroziya quraqlığı» adlan-
dırırlar .
212
Eroziya prosesi intensiv getdikdə şırımlar, yarğanlar əmələ gələrək kənd təsərrüfat sahələrini əlverişsiz hala
salır, torpağa qulluq işləri çətinləşir .
ABŞ – da son 200 il ərzində torpaq örtüyünün 1/3 hissəsi yuyularaq təbii məhsuldarlıq 10 – 15 % aşağı düş-
müşdür. ABŞ - da əkin sahələrinin yarısının eroziyaya qarşı tədbirlərə ehtiyacı vardır.
Torpağın eroziyaya qarşı davamlılığı torpaqda olan humusun və karbo-
natların miqdarından, uducu kompleksdəki kationların konsentrasiyasın-
dan, torpağın mexaniki və aqreqat xassələrindən asılıdır.
Ədəbiyyat məlumatlarına görə hər il tarlalardan 90 milyon ton torpaq
yuyulub aparılır. Müqayisə üçün qeyd edək ki, dünyanın çaylarının sülb
axını ildə 22milyard ton təşkil edir. Hazırki dövrdə torpağın eroziyası əkin-
çilikdən qabaqkı vaxta nisbətən təxminən 5 dəfə intensiv gedir. Yuyulmuş
topaqlarda olan fosforun miqdarı dünyada il ərzində istehsal olunan fosfor
kübrəsindən çoxluq təşkil edir.
Rütubətli ekvator zonasında əkinçilik dövrünə nisbətən eroziya prosesi
8 dəfə artmışdır .Meşələrin yox edilməsi və əkin sahələrinin artırılması ilə
əlaqədər burada eroziyanın intensivliyi artmaqda davam edir.
Eroziya prosesinin ən çox inkişafı kifayət qədər yağmurlar düşən
mülayim qurşaqda müşahidə olunur.Burada əkinçilik dövrünün başlan-
ğıcına nisbətən torpaq eroziyası 33 dəfə artmışdır.
Alimlərin hesablamalarına görə 1 sm qalınlığında münbit topağın
yaranması üçün 300 il tələb olunur. Eroziya prosesi nəticəsində bəşə-
riyyət min illərlə yaranan neçə santimetrlərlə münbit torpaq qatını qı-
sa bir müddət ərzində itirir.
Bütün dünyada torpağın eroziyası böyük bədbəxt hadisə hesab olunur. Onun qarşısının alınması üçün
müxtəlif tədbirlər həyata keçirilsə də istənilən nəticə əldə edilmir. Lakin eroziya prosesinin qabaqcadan
qarşısının alınması onunla mübarizə aparmaqdan və törətdiyi nəticələri aradan qaldırmaqdan asandır.
Dostları ilə paylaş: |