1. Şiddətli sel olan rayonlar. Buraya Böyük Qafqazın cənub yamacının mərkəzi hissəsi, Naxçıvan MR-in
Ordubad, Culfa və Şahbuz rayonları daxildir. Bu rayonlarda sellərin inkişafına imkan yaradan təbii amillər
vardır. Böyük Qafqazın cənub yamacı relyef xüsusiyyətlərinə və geoloji quruluşuna görə digər dağlıq rayonlar-
dan kəskin fərqlənir. Burada dağ yamaclarının çox yerləri asanlıqla aşına bilən gil şistlərindən, qum, və
mergellərdən ibarət olub həm səth və qobu eroziyasının geniş yayılması, həm də sellərin inkiaşafı üçün əlverişli
şərait yaradır.
Dostları ilə paylaş: |