2. Orta dərəcəli sel olan rayonlar. Buraya Kiçik Qafqazda Zəngəzur və Dərələyəz silsilələrinin Naxçıvan
MR ərazisinə düşən yamacları və Qarabağ silsiləsinin cənub-şərq yamacı daxildir. Bu rayon iqliminin
kontinentallığı, relyefin girintili-çıxıntılı, bitki örtüyünün zəif olması və eroziya prosesinin geniş yayılması ilə
respublikanın başqa rayonlarından fərqlənir. Burada sel ən çox Vənənd, Əylis, Ordubad və Çanaxçı çaylarında
müşahidə edilir.
3. Zəif dərəcəli sel olan rayonlar. Buraya Quba, Qusar rayonları və Kiçik Qafqazın şimal yamacı daxildir.
Bu rayonlarda aşınmaya məruz qalan süxurların olması, eroziya prosesinin nisbətən zəif inkişaf etməsi sel
hadisələrinin seyrək halda baş verməsinə səbəb olur.
Torpaq eroziyası ilə mübarizə aparmaq, eroziya yayılan sahələrdə onun qarşısını almaq, torpaqları
eroziyadan qorumaq ümümdövlət əhəmiyyətli problemdir və təbiətdən səmərəli istifadənin başlıca vəzifə-
lərindən biridir.
Respublikamızın torpaq örtüyü üçün çox ciddi problemə çevrilmiş eroziya proseslərinin və onun törətdiyi
fəsadların (sel hadisələri və s.) qarşısını almaq, intensivliyini azaldıb təbii həddə endirmək, eroziyaya məruz
qalmış torpaqların münbitliyini artırmaq, bioloji potensialı və ilkin ekoloji parametrlərini bərpa etməkdən ötrü
kompleks aqrotexniki, meliorativ, meşəmeliorativ və s. tədbirlərin görülməsi tələb olunur. Bizim fikrimizcə,
eroziya probleminin həlli aşağıdakı prisiplərə əsaslanmışdır:
Dostları ilə paylaş: |