Çöküntü süxurlar törəmə (təkrar) süxurlar hesab olunur. Bu süxurların tərkibində həm ilkin minerallar, həm
də massiv kristallik və metamorfik süxurların aşınması nəticəsində əmələ gələn davamlı minerallar vardır. Çö-
küntü süxurların aşınması xüsusiyyəti onun quruluşundan və kimyəvi tərkibindən asılı olaraq gedir. Məsələn,
konqlomerat və brekçiya əsasən ilkin süxurlardan təşkil olunub, ancaq sementləşmiş maddəsində aşınma prose-
sində yaranan törəmə minerallar iştirak edir. Belə halda çöküntü və ilkin süxurların aşınması prosesində az fərq
206
ola bilər. Əhəng daşları və gil şistlərinin aşınması isə başqa cürdür. Bu süxurlar ilkin süxurların aşınmasından
əmələ gələn minerallardan ibarət olub, həmin termik şəraitdə özünü davamlı göstərir.
Aşınma nəticəsində belə süxurlar az-çox dəyişkənliyə uğraya bilən mineralların hesabına gedərək fiziki xır-
dalanır və kimyəvi tərkibi dəyişir.
Əhəng daşı aşınma prosesində aşağıdakı dəyişikliyə düçar olur. Onun tərkibinə karbon qazı, kaolin, krem si-
lisium turşusu, kvars, dəmir hidratı, alüminium, marqans, az miqdarda fosfat, xlorid, sulfat və digər birləşmələr
daxil olur. Bu mineralların çoxu kimyəvi dəyişkənliyə uğramır. Belə ki, xloridlər, sulfatlar və qismən fosfatlar
suda həll olaraq dəyişkənliyə uğramayaraq ayrılırlar. Kaolin – davamlı mineral olub qismən mikroorqanizmlər
tərəfindən parçalanır. Odur ki, süxur bu mineralla zənginləşir. Onun tərkibindəki kalsitin karbon qazının miqdarı
kəskin dəyişəcək. Bu duz havadakı karbon qazı və su ilə asan reaksiyaya uğrayır.
Bu zaman suda həll olan iki kalsium-karbonat əmələ gəlir. Aydındır ki, belə reaksiya nəticəsində əhəng daşı
kalsiti itirəcək, eyni zamanda həll olmayan davamlı minerallarla (gil, silikat turşusu, dəmir və alüminium oksidi)
nisbətən zənginləşəcəkdir. Əhəng daşı ağımtıl boz rəngdən qırmızımtıl və qonur rəngə çevriləcəkdir. Onun aşın-
ma məhsulu çox xırda hissəciklərdən ibarət olur. Məhz buna görə də əhəng daşları üzərində aşınma zamanı gilli
torpaqlar yaranır.
Aşınma nəticəsində əhəng daşlarının yerində mergellər – karbonatlı gillər və hətta təmiz, yəni karbonatsız
gillər yaranır. Sonralar onların üzərində gilli torpaqlar əmələ gəlir.
Gilli şistlər də göstərildiyi kimi aşınmaya məruz qalır.
Dostları ilə paylaş: