204
Gil və gillicə Gilli
şistlər Holloidlər Daş kömür
Lös Gilli
şistlər Dəmir oksidi
-
Vulkanik kül
Vulkanik tuflar
Olit dəmir kül-
çəsi
Neft
II – Çöküntü süxurlar. Bu süxurların əmələ gəlməsində 4 mərhələ ayrılır: 1) aşınma nəticəsində materi-
alların toplanması, 2) Aşınmış materialın aparılması, 3) Onların çökməsi, 4) Daşlaşması.
Çöküntü süxurlar püskürmə süxurlarından tərkib və quruluşlarına görə fərqlənirlər. Onlar yumşaq, sə-
pələnən və sementləşmiş olur.Çöküntü süxurların tərkibində dəmir oksidi çox olur, ümumi kalium natriu-
ma nisbətən üstünlük təşkil edir.
Çöküntü süxurlar mexaniki, kimyəvi və orqanogen olur (cədvəl 11.2).
Genetik xüsusiyyətlərinə görə çöküntü süxurları elüvial, delüvial, prolüvial, alüvial və kolüvial süxurla-
ra bölünür.
Elüvi və ya elüvial çöküntü aşınmış dağ süxurlarının aşındığı yerində qalmasıdır.
Delüvi - xırda hissəciklərin yamacların aşağı hissələrində toplanmasına deyilir. Belə çöküntülərin xa-
rakterik cəhəti onun təbəqə – təbəqə olmasıdır.
Prolüvi – yamac su axınlarının gətirmə konuslarında topladığı materiala deyilir.
Allüvial çöküntülər nisbətən az sürətlə axan böyük və kiçik çayların gətirdiyi çöküntülərdir.Yaxşı çe-
şidləşmiş və yuvarlanıb hamarlanmış xırda hissəciklərdən ibarətdir.Çaybasar sahələrdə tipik allüvi çökün-
tüləri toplanır.
Kolyuvi – dağlıq ərazidə yamacların aşağı hissəsində öz ağırlığı ilə və ya şaxtaların təsirilə toplanan
qırıntı (parçalanmış) materiala deyilir.
Aşınma məhsullarının külək vasitəsilə bir yerdən başqa sahəyə aparılması aşınma məhsulunun xüsu-
siyyətlindən və küləyin sürətindən asılıdır. Süxurların külək vasitəsilə uzaq məsafələrə daşınması səhra
və yarımsəhra şəraitində daha intensiv gedərək eol mənşəli çöküntülər əmələ gətirir.
Respublikamızın ərazisində torpaqəmələgətirən süxurlardan əsasən karbonatlı löslər, lösəbənzər gillicə-
lər, karbonatsız gillicələr, allüvial gillicələr, qumlar, duzlu süxurlar və başqalarını göstərmək olar.