Kimyəvi aşınmada isə ilkin mineralların kimyəvi tərkibi dəyişir, yeni minerallar əmələ gəlir, çox vaxt yeni
yaranan mineralların kimyəvi tərkibi ilkin minerallardan sadə olur.
Bioloji aşınma – canlı orqanizmlərin təsiri nəticəsində süxur və mineralların xırdalanması prosesinə və onla-
rın kimyəvi tərkibinin dəyişməsinə bioloji aşınma deyilir.
Fiziki aşınma. Fiziki aşınmanın əsas səbəbi yer səthində sutkalıq və mövsümi temperaturun dəyişməsidir.
Günəş şüası altında süxurun üst qatları güclü qızır, alt qatları isə istiliyi yaxşı keçirməməsilə əlaqədar öz əvvəlki
temperaturunu saxlayır. Qızmış üst təbəqə genişlənir, onda gərginlik yaranır və çatlar əmələ gəlir.
Günəş süxuru qızdırmadığı vaxt isə süxurun üst təbəqəsi şüaları buraxaraq tez soyuyur və sıxılmağa başlayır,
süxurun daxili hissəsi isə öz temperaturunu saxlayır, həcmi isə dəyişmir. Belə olduqda, süxurun səthində yaran-
mış gərginlik nəticəsində radial istiqamətdə çatlar əmələ gəlir. Bu çatlara dolan su donarkən öz həcmini böyü-
dür, bunun nəticəsində çatların həcmi də genişlənir.
Süxurda üfüqi və şaquli çatların sayı get-gedə artır və nəticədə yumşaq süxur əmələ gəlir, yəni süxurun müx-
təlif ölçülü qırıntıları və xırda hissələri yaranır.
Müxtəlif mineralların genişlənməsi əmsalı eyni olmadığı üçün mürəkkəb süxurlar, bəsit (sadə) süxurlara nis-
bətən sürətlə aşınır. Fiziki aşınma prosesində xırdalanan hissələrin ölçüsü yəqin ki, 0,001 mm-dən kiçik olmur.
Torpaqəmələgəlmə prosesində fiziki aşınma böyük əhəmiyyətə malikdir, o, kimyəvi və bioloji aşınmanın in-
tensiv getməsinə şərait yaradır. Bu onunla aydınlaşdırılır ki, hissələr xırdalandıqca onun xüsusi səthi böyüyür
və bununla da aşınmanın kimyəvi və bioloji amilləri ilə daha asan əlaqə yaranır.
Kimyəvi aşınma – Kimyəvi aşınma zamanı minerallar parçalanmaya və sintezə məruz qalır. Bunun nəticə-
sində ilkin süxurda olmayan yeni minerallar yaranır. Kimyəvi aşınmanın əsas amilləri – su, oksigen, karbon qazı
və temperaturdur.
Qranitin tərkibinə kvars, çöl şpatı, avqit, slyuda və digər minerallar daxildir. Kvars (SiO
2
) yer səthində çox
davamlı mineral olduğu üçün planetimizdə olduqca çox toplanmışdır. Çöl şpatı kimyəvi təsirə qarşı az davamlı-
dır.
Kimyəvi aşınma prosesinin intensivliyinə görə iki əsas tip ayrılır: sialit və allit. Sialit aşınma tipi mülayim
iqlimi və orta miqdarda atmosfer yağıntıları olan ərazi üçün xarakterikdir. Bu zaman aşınma zamanı əsasən alü-
mosilikatlar və ferrisilikatlar yaranır.
Allit tipli aşınma rütubətli və isti iqlimi olan ərazi üçün xarakterikdir. Belə şəraitdə süxurda intensiv hidroliz
gedərək alüminium, dəmir və silisium hidroksidləri əmələ gəlir.
Bioloji aşınma. – Minerallara bitkinin kökləri, həmçinin mikrobların, bitkinin və heyvanat aləminin fəaliy-
yəti nəticəsində ayrılan və onların çürüməsindən alınan məhsullar təsir göstərir.
Orqanizmlər davamlı məhsulların aşınmasına böyük təsir göstərir. Akademik V.İ.Vernadski canlı orqanizm-
lərin aşınma prosesində böyük əhəmiyyətini qeyd edərək, belə hesab edir ki, kaolin abiotik şəraitdə davamlıdır.
Lakin o, orqanizmlərin bilavasitə iştirakilə, yəni bioloji olaraq parçalanır. Bəzi yosunlar silisium turşuları ayıra-
raq kaolini parçalayır. Belə parçalanma yosunlar tərəfindən ayrılan və tərkibində pektin maddələri olan seliyin
təsirilə gedir.
Yağlı-turşu və nitrifikasiya mikroorqanizmləri ayırdığı maddələrlə apatit və silikatları sürətlə parçalayır. Sü-
xurların səthinə göy-yaşıl yosunlar da böyük təsir göstərir. Belə yosunlar və nitrifikasiya bakteriyaları qranitə
böyük təsir göstərir.
Dostları ilə paylaş: |