İqlim torpaqəmələgətirən amil kimi. Atmosfer yağıntılarının miqdarı torpaqda nəmlik, yəni bitki və mikro-
orqonizimlərin həyatı üçün şərait yaradır. Yağıntıların bir hissəsi buxarlanır, bir hissəsi yamac boyu axır, bir his-
səsini isə torpaq özündə saxlayır. Torpağın rütubəti onun səthi ilə axan və buxarlanan su torpaqəmələgəlmə pro-
sesində iştirak edir. Torpaqdakı su mineral maddələri həll edərək torpaq profili boyu paylayır (qarışdırır): səth
su axınları mineral və üzvi hissəcikləri yamac boyu paylayaraq, ya hissəcikləri aparır, yaxud da toplayır, buxar-
lanan su isə ətraf havanı rütubətləndirərək torpağı sərinlədir.
Qar torpağı bərkidərək mikroorqanzimlərin fəaliyyət dövrünü uzadır.
Qrunt suları duzlu olduqda torpağı şoranlaşdıra bilər. O səthə yaxın yerləşdikdə bataqlaşmaya səbəb olur.
Havanın və torpağın temperatur şəraiti torpaqdakı kimyəvi və biokimyəvi reaksiyanın sürətinə təsir göstərir.
Temperatur rütubətin buxarlanma intensivliyinə və torpağın nəmliyinə təsir göstərir. Temperatur 20…35
0
oldur-
da mikroorqonizm və bitkilərin fəaliyyəti artır. Torpağın temperaturu 40
0
- dən yüksək olduqda isə mikroorqoni-
zimlərin fəaliyyəti zəifləyir və yaxud dayanır. Temperatur sıfra endikdə də orqanizmlər fəaliyyətdə olmurlar.
Səhra, step (çöl, bozqır) və tundrada küləyin rolu xüsusilə böyükdür. Külək torpağın səthində toz və qum
hissəciklərini sovurub apararaq torpağın profilini dəyişir, torpaq ilkin genetik xassələrini itirir.
Dostları ilə paylaş: |