11.5. Torpaqəmələgətirən amillər
Hələ 1875-76-ci illərdə Həsənbəy Zərdabi ilk dəfə olaraq öz əsərlərində əsas 4 faktorun torpaqəmələgəlmə
prosesində rolunu göstərmişdir: ana süxur, bitki və canlı orqanizmlər, iqlim və insanın təsərrüfat fəaliyyəti. On-
dan 8 il sonra V.V.Dokuçayev 5 amili (torpaqəmələgətirən süxurlar, bitki və heyvan orqanizmləri, iqlim, relyef
və ərazinin (ölkənin) geoloji yaşı) torpağın əmələgəlməsində rolunu daha geniş izah etmişdir. Sonralar V.R.Vil-
yams torpaqəmələgətirən amillərə insan fəaliyyətini də daxil etmişdir. İndiki torpaqşünas tədqiqatçılar torpaqə-
mələgəlmə prosesində qrunt sularının da böyük rol oynadığını göstərirlər.
Dostları ilə paylaş: |