3. İqtisadi sistemlərin təsnifləşdirilməsi meyarları və tipləri.
İqtisad elmi tarixinin göstərdiyi kimi, iqtisadi sistemlərin təsnifatlaşdırılması müxtəlif
meyarlar (əlamətlər) əsasında aparıla bilər.
Bu çoxluğun əsasında iqtisadi sistemlərin xassələrinin obyektiv müxtəlifliyi durur.
İriləşdirilmiş şəkildə iqtisadi sistemlərin meyarlarını üç qrupa bölmək olar:
1.Predmetəmələgətirən meyarlar– iqtisadi nəzəriyyənin predmetini əmələ gətirən struktur
elementlər tərəfindən meyarlardır. Belələrinə funksional iqtisadi əlaqələr, istehsal münasibətləri
(hər şeydən əvvəl, mənimsəmə münasibətləri kimi başa düşülən), institutlar aiddir.
Müvafiq olaraq, iqtisadi sistemlər funksional əlaqələr, istehsal münasibətləri və institusional
sistemlərə bölünür.
2.Sosial-iqtisadi meyarlar- iqtisadi sistemin başlıja məzmun tərəflərinin ayrıl-masına
əsaslanan meyarlardır. Onların arasında: istehsal və istehlakın birləşməsi üsulu (iqtisadi
fəaliyyətin koordinasiyası üsulu); bilavasitə istehsalçıların istehsal vasitələri ilə birləşməsi üsulu
(mülkiyyətin tipi); sosial-mədəni amilin rolu, sənaye və iqtisadi əsasların inkişaf dərəcəsi.
Müvafiq olaraq, iqtisadi sistemlər təsərrüfatçılıq formaları, eləcə də formasiya, sivilizasiya və
texnoloji əlamətləri üzrə bölünür.
3.Həcm və dinamik meyarlar– sistemin mürəkkəbliyi və onun dəyişkənliyini səciyyələndirən
meyarlardır. Onların arasında sistemin eyniliyi və ya müxtəlifliyi, sistemin statikliyi və ya
dinamikliyi vardır.
Müvafiq olaraq, iqtisadi sistemlər «xalis» və «qarışıq», statik və tarixən inkişaf edənlərə bölünə
bilər.
13
4. İqtisadi sistemlərin təsnifatı.
İqtisadi ədəbiyyatlarda təsərrüfat (iqtisadi) sistemlərinin inkişaf təmayüllərinə baxışlar
müxtəlifdir. İqtisadçıların bir qismi hesab edir ki, sistemin inkişafının həlledici təmayülü
eyniliyə, bütün quruluş elementlərinin unifikasiyasına yönümlənmiş inkişafdır.
Müasir dünya ən müxtəlif iqtisadi sistemlərin mövcudluğu ilə səciyyələnir, onlar bu və ya
digər tarixi şəraitdə yaranaraq dəyişilməz qalmayıb, daim inkişaf etmişdilər. Cəmiyyət
həyatındakı bu və ya digər hadisəni daha yaxşı başa düşmək üçün onu hər hansı bir xalqda və hər
hansı bir dövrdə deyil, tarixi prosesdə nəzərdən keçirmək, yəni onu dəyişkən, formalaşan,
müəyyən inkişaf fazaları, mərhələləri keçən bir şey kimi aydınlaşdırmaq lazımdır.
Müasir dünya cəmiyyətin təbii tarixi inkişafının nəticəsidir. Tarixi prosesin ayrı-ayrı
iqtisadçı alimlər tərəfindən dərki fərqlidir və bu həmin prosesin xarakteristikası üçün müxtəlif
meyarlardan istifadə olunmasıdır.
Bizə ən çox məlum olan ictimai həyatın hadisə və proseslərinin əsasında duran formasiya
yanaşmasıdır. V.Zasuliçə məktubunda K.Marks üç böyük formasiya olduğunu göstərir:
1) ilkin (arxaik), o bura ibtidai-icma və Asiya istehsal üsullarını aid edirdi;
2)
ikinci, xüsusi mülkiyyətə söykənən (quldarlıq, təhkimçilik, kapitalizm);
3)
kommunist.
Formasiya yanaşması cəmiyyətin tarixi inkişafında qanunauyğun mərhələləri
aşkarlamağa və həlledici rolun bilavasitə istehsal prosesinə və ya istehsal üsulüna məxsus olması
fikrinə əsaslanaraq maddi istehsalın beş üsulunu (ibtidai-icma, quldarlıq, feodal, kapitalist və
kommunist) fərqləndirməyə imkan verdi.
XX əsrin əvvəllərində K.Byuher (1906) jəmiyyətdə istehsalla istehlak arasındakı
əlaqənin xarakteri əsasında aşağıdakıları fərqləndirirdi:
-
qapalı ev təsərrüfatı – yaradılan nemətlərin hamısı mübadiləsiz təsərrüfatın
özündə istehlak olunur;
-
şəhər təsərrüfatı – bilavasitə mübadiləyə yer var, nemət istehsalçı təsərrüfatdan
istehlakçı təsərrüfata keçir;
-
xalq təsərrüfatı – istehlaka çatmazdan öncə nemət əmtəə-pul mübadiləsi əsasında
bir sıra təsərrüfatdan keçir.
Dünya iqtisadi ədəbiyyatında təsərrüfat sistemlərinin iki əlamətə görə təsnifatı daha
geniş yayılmışdır:
-
istehsal vasitələrinin mülkiyyət fomasına;
-
iqtisadi fəaliyyətin koordinasiya və idarə edilməsi üsuluna görə.
Bu əlamətlərə əsasən fərqləndirirlər:
-
amirlik (komanda) və ya totalitar iqtisadiyyat, burada müəssisələrin çoxu dövlət
mülkiyyətində olur və öz fəaliyyətini dövlət direktivləri əsasında həyata keçirir: cəmiyyətdə
nemətlər və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı barədə bütün qərarlar dövlət
tərəfindən qəbul olunur. Bura SSRİ, Albaniya və b. aiddir;
-
bazar iqtisadiyyatı və ya azad rəqabət dövrü kapitalizmi – resurslar üzərində
xüsusi mülkiyyətlə, bazar və qiymətlər sistemindən iqtisadi fəaliyyəti tənzimləmək və idarə
etmək üçün istifadə ilə səciyyələnir. Azad bazar iqtisadiyyatında resursların bölüşdürülməsində
dövlət heç bir rol oynamır, bütün qərarlar bazar subyektləri tərəfindən, bütün məsuliyyəti özləri
daşımaqla, müstəqil qəbul edilir. Bazar iştirakçıları öz şəxsi maraqlarından çıxış etsələr də,
onların fəaliyyəti, A.Smitin sözlərinə görə, başqa insanların və bütövlükdə cəmiyyətin
maraqolarını realizə etmək üçün «gözə görünməz» əllə (yəni rəqabətlə) istiqamətləndirilir.
Buraya bu gün, məsələn, Honkonqu aid etmək olar;
-
qarışıq iqtisadiyyat, burada bütün resursların və maddi nemətlərin istehsalı,
bölgüsü, mübadiləsi və istehlakında dövlət bölməsi də, özəl bölmə də (müəssisələr və ev
təsərrüfatı) mühüm rol oynayırlar; burada dövlət bazar iqtisadiyyatına müdaxilə edir, lakin
bazarın tənzimləyiji rolunu heçə endirəcək dərəcədə yox. Bura inkişaf etmiş ölkələri, o cümlədən
ABŞ, İngiltərəni, Fransanı, Almaniyvanı və b. aid edirlər.
|