IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
580
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
azalmış olur. Lakin elektron bankçılığın yaratdığı imkanlardan sadəcə biri olun kredit xətti bu
məsələni kökündən dəyişmiş olur. Belə ki kredit vəsaiti rəsmiləşdirmə anında deyil, istifadə anında
qeydiyyata alınır. Bank rəsmiləşdirmə anında sadəcə limit müəyyən edir ki, müştəri tərəfindən istifadə
olunan vəsait bu limiti keçməsin. Və müştəri bu vəsaiti istifadə edənədək o sərbəst vəsaitdir. Hal
hazırda misal çəkdiyimiz kredit növündən bütün banklar geniş istifadə etməkdədir. Bu məhsulu biz
kredit kartı kimi tanıyırıq.
Yuxarıda çəkilən misal elektron bankçılığın yaratdığı avantajlardan sadəcə biridir. Lakin bununla
belə elektron bankçılıqda əsas məqam təhlükəsizliyin təminidır. Bu elektron bankçılığın ənənəvi
bankçılığa görə dezavantajı kimi qeyd oluna bilər. Belə ki elektron bankçılıqda ənənəvi bankçılıqdan
fərqli olaraq şəxsi görüşmə şərt kimi aradan qalxmış olur. Lakin uzun illər boyunca elektron bankçılığı
təhlükəsiz etməyə imkan verən vasitələr tapılmış və tətbiq edilmişdir. Bunlara qıfıllı məktub, Elektron
imza və bu kimi digər texnologiyaları misal göstərmək olar.
MARKETING RESEARCH IN THE FOOD INDUSTRY OF THE
REPUBLIC OF MACEDONIA
Ana RISTEVSKA
ana.ristevska12@gmail.com
MACEDONIA
Nuhi SELA
nsela1@hotmail.com
MACEDONIA
The food industry is very important for the development and growth of the whole society and it is
situated in strategic industrial sectors in the Republic of Macedonia. The food industry has a strong
reputation for quality products and excellent breakthrough towards regional markets and beyond. The
share of food industry in GDP is 6%, including 12 000 employees or 11% of total employment in the
industry of the country.
To maintain this reputation and to increase participation in the gross domestic product and in the
number of employees, the food industry should brings appropriate decisions for the appearance of the
domestic market.
Companies from the food industry in the Republic of Macedonia should strive for a steady
increase in its production and higher sales in the domestic market. It can be done by appropriate
marketing research that will contribute to get data and market information for the various market
segments, trends, changes in laws and regulations, new technologies, consumers and their demands
and everything else that it is important for placing of quality food products produced according to the
required standards of consumption of quality and safety food.
Marketing research in the food industry helps to see what is happening on the domestic market,
and as far as in the production and sale of the food products. In this way, companies can streamline
their focus on that what is important for their products and their production, and thus to think and act
strategically, and on longer term. Innovations in production, flavors, raw materials, shape, appearance
and packaging of products, prices, mode of delivery, promotional activities of products desired from
the consumers, are important information that should have every food company.
In the first part of this paper will be explained why marketing research is a crucial for bringing
proper decisions in the companies from the food industry in the Republic of Macedonia. Here will be
explained the importance of systematic usage of this process, and its role in the above mentioned
companies. In the theoretical research also will be mentioned and explained different kinds of
marketing research. Then, will be explained the need and importance of the market research,
customers research and competition research in the food industry of the Republic of Macedonia.
After the theoretical research, in this paper will be done also practical research in food companies.
The practical research will be done in 30 medium and large companies dealing with food production in
the Republic of Macedonia.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
581
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
The study sample will be representative, obtained by the principle of objectivity.
Here will be applied a testing method with an online questionnaire examination. The
questionnaire will be completed by top management in companies or managers from the marketing
sector or the sector of research and development.
Research in the companies should provide information on the application of marketing research in
the food industry.
The processing of data obtained from questionnaires will be processed in the statistical software
package SPSS 19.0.
Through the practical research will be seen whether the food companies need new knowledge for
the adoption of certain marketing decisions and whether the new knowledge is obtained through
proper research of the market, customers and competition. Also it is crucial to be find out whether
these companies are doing marketing research, how often they do it, what data and information
considered to be able to get through marketing research and what they can take in the performance of
tasks in meeting consumer’s requests and achievement of the objectives. The key is to see whether
companies believe that through knowledge gained from marketing research can achieve their goals and
they can act on strategic issues and opportunities that arise from the daily execution of the work tasks.
The goal of this paper is to motive the food companies to do marketing research and through that
way to receive new knowledge, so they can use the new knowledge for bringing suitable marketing
decisions. Also it is very important to be seen from the theoretical and practical research if the
marketing research can contribute for completing the goals of the food companies and to act
strategically on the problems and opportunities.
Also, in the paper will be given recommendations how the food companies should conduct the
marketing research in order to receive valuable data and information for the market, customers,
competition and everything else that is crucial for their business. Also will be given recommendations
for bringing different decisions for production of food products with innovative technology and lower
costs, and also decisions for doing effective marketing campaigns in order food companies to be
competitive on the market and reach new customers.
AZƏRBAYCANIN AVROPA İTTIFAQI ILƏ STRATEJI IQTISADI
ƏMƏKDAŞLIĞI: QARŞILIQLI MARAQLAR VƏ PERSPEKTIVLƏR
Gülşən VALIYEVA
Azərbaycan Dövlət İqtisad Universiteti
gulshen.valiyeva@outlook.com
AZƏRBAYCAN
Azərbaycan Respublikası üçün onunla eyni kontinentdə yerləşən, əhatə və nüfuz dairəsini
intensiv olaraq genişləndirən, dünyanın əsas iqtisadi, siyasi güc mərkəzlərindən biri olan Avropa
İttifaqı (Aİ) ilə əməkdaşlığı genişləndirməklə Avropa iqtisadi məkanına səmərəli inteqrasiyanın təmin
olunması obyektiv zərurətə çevrilmişdir.
Azərbaycan Respublikasının Aİ ilə müstəqil əlaqələri, 1991-ci ildə dövlət suverenliyini bərpa
etdiyi dövrdən etibarən formalaşmağa başlamışdır. Azərbaycan Respublikasının müstəqilliyi Aİ
tərəfindən 1991-ci ilin 31 dekabr tarixində tanınmış və 1992-ci ilin 27 fevral tarixində tərəflər arasında
rəsmi diplomatik əlaqələr qurulmuşdur. Aİ ilə Azərbaycan arasında əməkdaşlıq ikitərəfli və çoxtərəfli
əsasda inkişaf edir. Aİ-nin yeni müstəqillik əldə etmiş postsovet ölkələrilə qarşılıqlı əməkdaşlıq
qurmaq, demokratik islahatların həyata keçirilməsində və bazar iqtisadiyyatının təməllərinin qurulma-
sında onlara yardımçı olmaq, ticarət, nəqliyyat və gömrük sahəsində görülən işləri dəstəkləmək
məqsədilə “MDB ölkələrinə Texniki Dəstək” (TACİS) proqramı ilk irimiqyaslı layihə kimi
qiymətləndirilə bilər. Bundan başqa, 1993-cü ilin mayında Brüsseldə beş Orta Asiya və üç Cənubi
Qafqaz ölkəsinin təmsil olunduğu konfransda təklif olunan “Avropa-Qafqaz-Asiya Trans-Nəqliyyat
Dəhlizi” (TRACECA) layihəsi, 1996-cı ilin mayında Aİ ilə Azərbaycan Respublikası arasında
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
582
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
imzalanan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”, 2004-cü ilin iyun ayından reallaşdırılan Avropa
Qonşuluq Siyasəti (AQS) və 2009-cu ildə AQS çərçivəsində irəli sürülmüş Şərq Tərəfdaşlığı (ŞT)
təşəbbüsü xüsusi qeyd olunmalıdır.
SSRİ-nin süqutundan sonra ilk dövrlərdə Aİ ilə postsovet ölkələri, Azərbaycan arasında
münasibətlər Aİ ilə Sovet İttifaqının 1989-cu ildə imzaladığı “Ticarət və Əməkdaşlıq Sazişi”nə
əsaslanmışdır. 1990-cu ilin 14-15 dekabr tarixlərində Romada keçirilən Aİ zirvə toplantısında
postsovet ölkələrinin iqtisadi və siyasi sahədə islahatlar aparmaq cəhdlərinin dəstəklənməsi və bu
dəstəyin texniki yardım proqramları şəklində həyata keçirilməsi qərara alınmışdır.
Aİ ilə Azərbaycan arasında əməkdaşlığın hüquqi mexanizmi olaraq, Azərbaycan Respublikası
Hökuməti ilə Avropa Komissiyası arasında 1994-cü ilin fevral ayında “Maliyyələşdirmə haqqında
Memorandum” və “Maliyyələşdirmə haqqında Memoranduma tətbiq edilən ümumi qaydalar”
imzalanmışdır. Əməkdaşlığın institusional mexanizmi kimi, ölkə parlamentinin (o zamankı Ali
Sovetin) 16 may 1995-ci il tarixli 1042 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Avropa İttifaqı
yanında (Brüssel şəhərində) nümayəndəliyi təsis edilmişdir.
Azərbaycan Respublikası ilə Aİ arasında münasibətlərin əməkdaşlığın hüquqi-institutsional əsası
Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) ilə daha da təkmilləşdirilmişdir. Bu sənəd 22 aprel 1996-cı
ildə Lüksemburq şəhərində imzalanmış və onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya
edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minmişdir.
Aİ tərəfindən 2009-cu ilin may ayında Azərbaycan da daxil olmaqla 6 MDB ölkəsinə münasibətdə
AQS əsasında yeni Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü başlanılmışdır. 2009-cu ilin 7 may tarixində
Azərbaycan Prezidenti İlham Əliyev Praqada keçirilən ŞT Sammitində iştirak etmiş və həmin tədbirdə
birgə Bəyannamə qəbul olunmuşdur. Bununla da, Azərbaycanın AQS çərçivəsində Aİ ilə əməkdaşlığı
ŞT təşəbbüsü əsasında həyata keçirilməyə başlamışdır.
2007-ci ildən etibarən Azərbaycanda AQS çərçivəsində Aİ-nin yeni aləti – AQTA tətbiq olunur.
Bu alət çərçivəsində 2007-2009-cu illər üçün Azərbaycan üzrə FP daxilində 61 milyon avro
məbləğində yardım ayrılmışdır. Bu yardım aşağıdakı istiqamətləri əhatə etmişdir:
energetika sektoru üzrə büdcəyə 14 milyon avro həcmində dəstək və 5 milyon avroluq
tvinninq aləti;
ədliyyə sektoru üzrə büdcəyə 16 milyon avro həcmində dəstək və 6 milyon avroluq tvinninq
aləti;
kənd təsərrüfatı sektoru üzrə büdcəyə 14 milyon avro həcmində dəstək və 6 milyon avroluq
tvinninq aləti.
Beləliklə, aparılan təhlillər göstərir ki, hal- hazırda Azərbaycanın Aİ ilə əməkdaşlığı sahəsində
əhatəli hüquqi və instutsional baza formalaşdırılmışdır.
Azərbaycanla Aİ üzvü olan Avropa ölkələri arasında ikitərəfli əməkdaşlığa dair 400-ə yaxın
razılaşma imzalanmışdır ki, onların da əksəriyyəti sosial-iqtisadi məsələləri əhatə edir.
Cədvəl 1. Azərbaycanla Aİ üzvü olan ölkələr arasında müqavilə, saziş, memorandum və digər razılaşmalar
Ölkə Bütün
razılaşmaların sayı
Sosial-iqtisadi sahələr üzrə
razılaşmaların sayı
Almaniya
48
34
Avstriya
29
21
Çexiya
6
5
İtaliya
27
13
Belçika
7
5
Bolqarıstan
33
23
Britaniya
21
12
Danimarka
1
1
Estoniya
6
3
Finlandiya
3
2
Fransa
32
17
Latviya
21
14
Lüksemburq
3
2
Litva
22
12
Macarıstan
12
9
Niderland
7
5
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
583
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Polşa
23
12
Ruminiya 43
25
Slovekiya 4
1
Sloveniya
2
1
Yunanıstan
10
8
Azərbaycan Respublikası və Aİ iqtisadi inteqrasiya baxımından kifayət qədər çoxsaylı kəsişən
maraqlar, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsini zərur edən amilləri aşağıdakı kimi qruplaşdıraq:
- Müasir dövrdə ölkədə davamlı sosial-iqtisadi inkişafın təmin olunması üçün regional və
beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;
- Azərbaycanın Aİ ölkələri üçün əhəmiyyətli olan geniş ixrac potensialına malik olması;
- Milli iqtisadiyyatın inkişaf etdirilməsi üçün Aİ ölkələrindən yüksək texnika və texnologiya əldə
etməsinin zəruriliyi;
- Aİ ölkələrində tətbiq olunan mütərəqqi təsərrüfatçılıq və idarəçilik təcrübəsinin Azərbaycan
tərəfindən mənimsənilməsi;
- Ölkədə istehsal və infrastruktur sahələrinin modernləşdirilməsi və inkişafı, həmçinin yeni
sahələrin yaradılması üçün iri həcmli xarici investisiya qoyuluşlarına yüksək təlabatın mövcud
olması;
- Aİ-nin Qafqaz və Xəzər regionunda strateji geosiyasi və geoiqtisadi maraqlarının olması;
Mineral ehtiyatlarla zəngin olan Azərbaycan enerji sahəsində fəaliyyət göstərən Aİ investorlarını
asanlıqla cəlb edir və Aİ investorlarını iqtisadiyyatın qeyri-neft sektoruna cəlb etməyə daha çox maraq
göstərir.
Azərbaycanın milli maraqları kontekstində AİM-ə inteqrasiyanın inkişaf perspektivlərini
aşağıdakı kimi müəyyənləşdirmək mümkündür:
- Aİ-nin daxili bazarında pay sahibi olmaq, Azərbaycanın İttifaqın ayrı-ayrı layihə və proqram-
larında daha yaxından iştirak etmə imkanı və sıx əməkdaşlıqdan inteqrasiyanın növbəti
səviyyəsinə doğru irəliləmə perspektivi;
- ticari və iqtisadi əlaqələrin dərinləşdirilməsi, iqtisadi qanunvericiliklərin yaxınlaşdırılması,
iqtisadiyyatların qarşılıqlı olaraq açılması, sərmayə qoyuluşu və inkişafın sürətləndirilməsinə
dəstək olan ticarətdəki qeyri-tarif məhdudiyyətlərinin davamlı olaraq azaldılması imkanı.
Eyni zamanda, enerji resurslarının təchizatı mexanizmlərinin diversifikası baxımından (Nabukko
və Trans-Xəzər qaz kəmərləri) Aİ ölkələrinə məxsus bir çox enerji şirkətləri (BP, ENI, Shell) əsas
tərəfdaşlar hesab edilirlər.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun 2011-ci il də Bakıya səfər ilə Azərbay-
canın Aİ ilə əməkdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Səfər zamanı “Azərbaycan
Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair
Anlaşma Memorandumu” və “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli
institusional quruculuq proqramının çərçivə sənədi üzrə Anlaşma Memorandumu” imzalanmışdır. Bu
səfər çərçivəsində həmçinin Prezident İlham Əliyev və J.M.Barrozo “Cənub qaz dəhlizi haqqında
Birgə Bəyannamə” də imzalamışlar.
MÜASIR IQTISADI MÜNASIBƏTLƏR ŞƏRAITINDƏ
AZƏRBAYCANDA TƏTBIQ OLUNACAQ PUL SIYASƏTININ ƏSAS
XÜSUSIYYƏTLƏRI
Teymur ASGEROV
teymurasgerov@yahoo.com
AZƏRBAYCAN
Dünyada gedən siyasi, iqtisadi və hərbi proseslərin nəticəsində 2014-cü ilin sonlarından etibarən
neftin sürətlə ucuzlaşması maliyyə böhranının yaranmasına və daha da dərinləşməsinə səbəb olmuşdur
ki, bu da bütün dünyada olduğu kimi Azərbaycanda da qeyri neft sektorunun inkişafı məsələsini daha
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
584
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
da aktuallaşdırmışdır. Gedən proseslər pul siyasətinin də əhəmiyyətini artırmişdır. ABŞ 2008-ci il
Dünya Maliyyə Böhranından çıxmaq üçün, yumşaq və ya genişləndirilmiş pul siyasəti həyata keçirdi
ki, bu “Quatitative Easing” (QE) proqramları çərçivəsində ölkənin Mərkəzi Bankının (bundan sonra
FED) kommersiya banklarına maliyyə yardımları kimi hər ay bazara 75-85 milyard dollar daxil edirdi
ki, bu da dövriyyədəki 900 milyard dolların 4,2 trilyon dollara qədər artmasına səbəb oldu. Bununla da
bankların maliyyə vəziyyəti yaxşılaşdı və kredit verilişinin asanlaşdı. Gəlir bölgüsünün yuxarıdan
aşağı dağlımı ilə əhalinin maliyyə vəziyyəti yaxşılaşdı və bu yolla tələbi artıraraq maliyyə böhranından
xilas yolu tapdı. Təbii ki, kommersiya banklarına bu cür maliyyə yardımları gələcəkdə infilyasiyanı
daha da artıra bilərdi. Lakin FED yarana biləcək infilyasiyanı önləmək üçün ötən ilin oktyabrında QE
proqramını dayandırdı daha sonra faizləri 0.25% artıraraq dövriyyədən daha çox pul yığmaq siyasətini
həyata keçirməyə başladı.
Qlobal iqtisadiyyatda gedən bu proseslərin nəticəsində neftin uculaşması ilə bərabər ölkəmizə
daxil olan xarici valyuta ehtiyyatları da xeyli azaldı. Mərkəzi Bank əhalinin xarici valyutaya olan
tələbini qarşılamaq üçün öz ehtiyyatlarına baş vurmalı oldu. Nəticədə bankın maliyyə ehtiyyatları
2014-cü il oktyabr ayına 15033,6 mln dollar olduğu halda, 2016-cı ilin yanvarına kimi 4398,5 mln
dollara qədər düşdü Belə ki, 2014-cü ilin dekabr ayına Mərkəzi Bankın pul bazası 11541,9 mln manat
olduğu halda, 2016-cı ilin yanvar ayında 5787,4 mln manata düşmüş, dolaysı ilə dövriyyədən 5754,5
mln manat çıxmışdır. Dövriyyənin kiçilməsi iqtisadiyyatın daralmasına bu da iş yerlərinin azalmasına,
əhalinin gəlirlərinin daha da aşağı düşməsinə səbəb olmuşdur. Əhali ödəmələrində çətinliklə
üzləşmişdir.
Ölkə əhalisinin ümumilikdə banklara olan borcu 2016-cı ilin yanvar ayına 21152 mln manat təşkil
edir ki, bunun da 33,6%-i dövlət banklarının, 63,8%-i özəl bankların, 2,6%-i isə bank olmayan kredit
təşkilatlarının payına düşür. Bu kreditlərin isə yalnız 7 mlrd manatı istehlak kreditləridir. Mərkəzi
Bank yumşaq pul siyasəti həyata keçirərək əhalinin müəyyən hissəsinin banklara olan borcunu (aşağı
məbləğli kreditləri) maliyyələşdirə bilir. Hesab etmək olar ki, belə siyasətin həyata keçirilməsi
kommersiya banklarının maliyyə vəziyyətini yaxşılaşdıracaq, həm də gəlirləri azalmış əhalinin az
gəlirləri ciblərində qalacaqdır. Mərkəzi Bank bu cür pul siyasətini yeni pul əskinasları emisya edərək
həyata keçirə bilir.
Qeyd etmək lazımdır ki, maliyyə vəziyyəti yaxşılaşmış kommersiya bankları asan şərtlər və aşağı
faizlə biznes kreditlərinin verilməsinə başlaya bilər. “Start-up” biznes kreditlərinin verilməsi
sahibkarlığın inkişafi, antiinhisar tədbirləri görülən bir dövrdə isə qeyri neft sektoru müəssisələrinin
açılmasına və inkişafina müsbət təsir göstərə bilər. Qeyri neft sektorunun inkişafında özəl sektora
verilən kreditlər çox böyük əhəmiyyətə malikdir. Bu isə yerli məhsulların istehsalının genişlən-
dirilməsi istiqamətində mühüm addım olacaqdır.
Məlumdur ki, Mərkəzi Bankın genişləndirici pul siyasətini həyata keçirməsi infilyasiyanın daha
da artmasına səbəb olar. Xüsusilə də maliyyə yardımları istehlak kreditləri şəkilində verildiyi zaman
bu prosesi daha da arta bilər. Belə ki, istehlak kreditləri bazarda yeni dəyər yaratmır və birbaşa
infilyasiyaya təsir edir. Biznes kreditləri isə bazarda yeni dəyər yaradaraq iqtisadi inkişafa səbəb olur.
Mərkəzi Bank istehlak kreditlərinin verilişini məhdudlaşdıraraq daha çox biznes kreditlərinin
verilməsini təşviq edən siyasət həyata keçirməlidir.
İqtisadi ədəbiyyatlardan və nəzəriyyələrdən də bilinir ki, böhrandan xilas olmağın birinci yolu
ölkədə tələbin artırılmasıdır. Mərkəzi Bankın əhalinin mövcud kredit borclarını maliyyələşdirməsi
əhalinin maddi gəlirlərinin azalmasının qarşısını ala bilər. Belə ki, banklara kredit borcu olan və
məhdud gəlir əldə edən təqaüdçünün aldığı təqaüdünü banka yox, müxtəlif ehtiyaclarının
ödənilməsinə sərf etməsi tələbin artmasına xidmət edə bilər. Tələbin artması ölkə iqtisadiyyatının
böhrandan xilas olmasının birinci şərtidir.
Beləliklə, göstəriləcək maliyyə yardımlarının biznes kreditləri verilməsi ilə gəlirlərin yuxarıdan,
əhalinin kredit borcunun maliyyələşməsi ilə bu gəlirlərin aşağıdan bölgüsü reallaşacaqdır ki, bu da
iqtisadiyyatın tez bir zamanda böhrandan xilas olmağına kömək edə bilər.
Mərkəzi Bank tərəfindən həyata keçirilən maliyyə yardımlarının həqiqətən biznesə yönlən-
dirilməsi vacib şərtdir ki, bu da güclü manitorinq xidmətinin teşkilini zəruri edir. Bu baxımdan,
Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması böyük əhəmiyyət kəsb edir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
585
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
İQTİSADİ ARTIM VƏ ƏTRAF MÜHİT
Vüsal ŞÜKÜROV
Qafqaz Universiteti
shukurovvusal@gmail.com
AZƏRBAYCAN
“Nə qədər ki, ən yaxın müddətdə iqlim dəyişikliyi, ozon qatının deşilməsi, torpaq erroziyası,
meşələrin qırılması və həmçinin əhali artımı ciddi nəzarət altına alınmayacaq iqtisadi geriləmə
qaçılmazdır. Zaman isə bizimlə deyil, bizim bu mənzərəni əksinə dəyişmək üçün yalnız bir neçə ilimiz
var, lakin onilliklər və ya əsrlər deyil” – Lester Brown (WorldWatch İnstitutun Prezidenti)
Hər gün insanlar müxtəlif gündəlik fəaliyyətlərlə atmosfer qatını çirkləndirirlər, atmosfer isə
yalnız müəyyən həcmdə tullantıları assimilyasiya etmək gücündədir ki, bunun üçün obyektlər
uzunmüddətli prosesslərdən keçməlidir. Bu gün atmosfer çirklənməsində qlobal istiləşmə və ozon
qatının deşilməsi ən ciddi problemlər hesab olunur ki, müxtəlif müşahidəçilər tərəfindən aşırı yanacaq
və refrigerantların istifadəsi bu problemlərin qaynaqlanma mənbələri içirəsində ən çox diqqət edilməli
sahələr kimi dəyərləndirilir. İnsan fəaliyyətinin nəticəsi olan istixana effektinin formalaşmasında ən
çox paya 3 qaz – CO
2
, CH
4
, N
2
O malikdir. XIX əsrin ortalarından bugünədək olan artım qrafikinə
nəzər saldıqda CO
2
-nin payının digər qazlara nisbətdə çox sürətlə artmasını görürük. Bu gün atmosferə
daxil olan CO
2
səviyyəsinə görə enerji sektoru il ərzində 17,2 Gt CO
2
olmaqla illik emissiyanın 35%-
ni həyata keçirir. Emissiyanın digər sahələr üzrə bölgüsü belədir: sənaye sahələri 10,3 Gt - 21%,
nəqliyyat sektoru 6,9 Gt - 14%, kənd təsərrüfatı 6,4 Gt – 13%, tikinti 3,1 Gt – 6%. Meşələrin qırılması
nəticəsində isə il ərzində daha 5,4 Gt karbon emissiya edilir ki, bu da illik emissiyanın 11%-nə
bərabərdir.
Hal-hazırda qlobal səviyyədə qarşıda duran ən vacib məsələ iqtisadi inkişaf və karbon emissiya-
sının bir-birindən asılılığının aradan qaldırılmasıdır, yəni artan iqtisadi inkişaf öz növbəsində artan
karbon emissiyası olmalı deyil. Son 40 ildə ilk dəfə 2015-ci ildə müşahidə olunmuşdur ki, qlobal
iqtisadi böyümənin 3% olmasına baxmayaraq, karbon emissiyasının miqdarı sabit qalmışdır. Aparılan
ekonometrik araşdırmalar göstərmişdir ki, Azərbaycanda uzundövrlü əlaqədə enerji istehlakında və
ÜDM-dəki hər 1%-lik artım CO
2
emissiyasında uyğun olaraq 1,17% və 0,004%-lik bir artıma səbəb
olur. Həmçinin Ətraf Mühitin Kuznets Əyrisi (EKC) Azərbaycan üçün özünü doğrultmur. EKC
hipotezinə görə emissiya ilə ÜDM arasında tərsinə U şəkilli parabolik əlaqə mövcuddur ki, artan ÜDM
ilkin olaraq artan emissiya ilə müşahidə olunur, lakin müəyyən bir səviyyəni keçəndən sonra ÜDM-
dəki artım emissiyanın miqdarının azalması ilə müşahidə olunur. Bu artan rifah səviyyəsinin gətirdiyi
səmərəli texnologiya və fikirlərdəki dəyişmələr ilə izah olunur. Bu hipotez yalnız yüksək gəlir qrupuna
daxil olan ölkələrdə özünü göstərir.
Karbon dioksid və digər istixana effekti yaradan qazların emissiyasının azaldılması məqsədilə
1997-ci ilin dekabr ayının 11-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyası (UNFCCC) tərkibində Kyoto Protokolu imzalanmışdır. Azərbaycan isə bu protokola H.
Əliyevin 18 Sentyabr 2000-ci il fərmanıyla qoşulmuşdur. 2015-ci ilin fevral ayında Kyoto
protokolunun qüvvəyə minməsinin 10 illiyi ilə əlaqədar keçirilən toplantıda qeyd olunmuşdur ki,
istixana qazlarının emissiya səviyyəsi 1990-cı ildəkindən 20%-dək aşağı salına bilmişdir.
Azərbaycanda da iqtisadi inkişaf və atmosfer çirklənməsinin bir-birindən asılılığını aradan
qaldırmaq üçün mikroiqtisadi və makroiqtisadi səviyyədə beynəlxalq çərçivədə qəbul olunmuş
müəyyən tədbirlər planlı şəkildə həyata keçirilməlidir.
Mədən yanacağına qoyulan subsidiyiların dayandırılması tullantıların azalmasına və aşağı karbon
emissiyalı enerji mənbələrinin işlənməsinə zəmin yaradar. Təbii ki, bu subsidiyaların dayandırılması
Azərbaycan kimi iqtisadiyyatı neft-qaz sənayesindən ciddi şəkildə asılı olan ölkələrdə birdən-birə
həyata keçirilə bilməz. Lakin uzunmüddətli dövrdə mədən sənayesinə ayrılan subsidiya və
investisiyaların alternativ enerji mənbələrinin inkişafına yönəldilməsi daha uğurlu nəticələr verər.
Beynəlxalq Pul Fondunun (İMF) məlumatlarına əsasən 2015-ci ildə ümumi enerji sektoruna qoyulmuş
subsidiyalar 5,3 trilyon ABŞ dollarına bərabər olmuşdur ki, bu da qlobal ÜDM-in 6,5%-ni təşkil
etməkdədir. Ümumi enerji sektoruna edilən subsidiyaların qarşısının alınması mədən yanacağı
emissiyasının səbəb olduğu ölümlərin həcminin 50%, karbon emissiyasının isə 20% azalması ilə
|