Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə139/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   135   136   137   138   139   140   141   142   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

749 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

 

 

 

 

PROCEEDINGS 

SECTION III 

ECONOMICAL SCIENCES 

 

 

 

 

International Relations 

 

 

 

 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

750 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATI (İƏT) VƏ 

İSLAM ÜMMƏTİ YENİ DÜNYA SİYASƏTİNDƏ 

 

Aqil ƏHMƏDOV 

AMEA İnsan Hüquqları Üzrə Elmi-Tədqiqat İnstitutu 



agilahma@gmail.com 

AZƏRBAYCAN 

 

XXI əsr dünyanın siyasi xəritəsində baş verən dəyişikliklər, ümumilikdə qlobal proseslərin davam 



etməsi fonunda islam ümmətinin qarşılaşdığı problemlər müasir beynəlxalq münasibətlərdə 

təşkilatların daha səmərəli fəaliyyət göstərməsinin vacibliyini gərəkdirir. 

Beynəlxalq təşkilatların əksəriyyəti II dünya müharibəsindən sonra yaranmışdır. Təsis edilərkən 

qarşılarına qoyduqları  məqsədlərə nail olmaq üçün siyasi fəaliyyətləri dünyada sülh və  əmin-

amanlığın bərqərar olunmasına istiqamət almışdır. Hazırda İslam ümmətinin maraqlarının qoruyucusu, 

hüquqlarının müdafiəçisi olduğunu bəyan edən İƏT sülhməramlı fəaliyyətini davam etdirir. Yarandığı 

1969-cu ildən müasir dövrədək İƏT fəaliyyətini genişləndirmiş, daha da təkmilləşdirə bilmişdir.  

Üzvlərinin sayına və dünyada sülhməramlı fəaliyyətinə görə BMT-dən sonra ikinci yerdə duran 

İƏT-də Azərbaycan Respublikası daxil olmaqla 57 dövlət təmsil olunur. İlk baxışda bu, heçdə az 

göstərici deyil və kəmiyyət baxımından təqdir olunan haldır. Keyfiyyətə gəlincə burada İƏT-in siyasi 

fəaliyyəti ilə bağlı beynəlxalq rəy birmənalı qarşılanmır və təşkilatın siyasi təsiretmə müxanizmlərinin 

yenidən işlənib hazırlanması kimi əhəmiyyətli məqamlar üzə çıxır. Həmçinin üzv dövlətlər tərəfindən 

İƏT-in fəaliyyətinə yenidən baxılması göstərilir, təkliflər irəli sürülür, bəzən də qurumun hazırkı 

fəaliyyəti aşırı tənqidlərlə üzləşməli olur.  

Təsis edilərkən islam həmrəyliyi prinsipini əsas məqsəd seçən İƏT-in bugünkü fəaliyyətində eyni 

istiqamət davam etməkdədir və bu baxımdan Gənc tədqiqatçıların IV beynəlxalq konfransına təqdim 

olunan tezisin mövzusu aktual səslənir. Qeyd etmək lazımdır ki, İƏT çərçivəsində fəaliyyətini davam 

etdirən Dialoq və  Əməkdaşlıq uğrunda  İƏT Gənclər Forumu (GF) bütün dünyada yaşayan  İslam 

gəncliyinin səsi olmaqda iddialıdır. Bu yolla İƏT sülhsevər fəaliyyətində gənclər siyasətini də yüksək 

səviyyədə dəstəklədiyini ifadə edir. Yəni İƏT yarandığı gündən yarım əsrə qədər keçən vaxt ərzində 

islam həmrəylinin qorunması  və üzv dövlətlər arasında həyatın müxtəlif sahələrində birlik və 

bərabərliyin əldə olunmasına səylərini artırmışdır. Bu, məsələnin birinci tərəfidir. 

Problemin ikinci tərəfi onunla bağlıdır ki, İƏT hazırda Yaxın Şərqdə baş verən hadisələrə necə 

təsir göstərə bilir. Çün ki, İƏT-ə daxil olan bu dövlətlərin əksəriyyəti, qeyd olunan coğrafiyada böyük 

dövlətlərin hədəf nöqtəsindədir və  təkcə Suriyada yaşanan insanlıq dramı, münaqişənin nəticəsində 

yurd-yuvalarını tərk edən minlərlə insan səfil həyat sürməyə  məhkum edilmişdir. Belə olduğu halda 

İƏT beynəlxalq aləmdə islam ümmətinin mənafelərini müdafiə edə bilirmi? Bu suala birmənalı şəkildə 

cavab vermək çətindir. Firkimizcə  İƏT-i tam fəaliyyətsizlikdə ittiham etmək də  məsələyə düzgün 

yanaşma deyil, bununla bərabər təşkilatın digər beynəlxalq qurumlarda, qısacası  Qərb və Avropa 

maraqlarına ciddi şəkildə dəstək verən beynəlxalq təşkilatlarda islam ümmətinin müdafiə potensialı da 

qənaətbəxşdir demək bir qədər çətindir. Bu səbəbdən İƏT-in təşkilata üzv dövlətlərlə münasibətlərinə 

daha çox diqqət yetirməsi və onların diplomatik-iqtisadi imkanlarından  İslam həmrəyliyinin 

qorunması naminə yararlanması ümmətin qarşılaşdığı sosial-iqtisadi, siyasi və  hərbi problemlərin 

tənzimlənməsinə dəstək ifadə edə bilər.  

Tunisdən sıçrayan “Ərəb baharı”nın Yəmən, Liviya, Misir, İraq, Suriya, Əfqanıstan kimi İƏT 

üzvlərində münaqişələrin alovlandırılmasına qədər uzanması Yaxın  Şərq regionunda vəziyyətin, 

geosiyasi durumun gərgin olaraq qaldığını göstərir. Sadalanan ölkələrdə baş qaldıran kiçik və ya iri 

həcmli qarşıdurmaların, münaqişələrin fonunda İƏT bir beynəlxalq təşkilat olaraq üzv dövlətlərlə 

məsləhətləşmələrini daha sıx şəkildə həyata keçirməli, konkret bir ərəb dövlətinin maraqlarından çıxış 

etməməlidir demək mümkündür. 

İslam ümmətini narahat edən problemlərdən biri müstəqil Fələstin dövlətinin yaradılması uğrunda 

aparılan mücadilə ilə bağlıdır. İsrailin Fələstinlə bağlı qəbul etdiyi barışmaz mövqey və bu səbəbdən 

tərəflər arasında bir əsrə yaxın davam edən gərginlik Qüds ətrafında siyasi qalmaqalların hər il daha da 

emosional həddə çatdığını göstərir. Bu məsələdə İƏT-in daha çox ümid bəslədiyi beynəlxalq qurum



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

751 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

daha doğrusu hamımızın beynəlxalq dünya birliyi adlandırdığımız BMT-dir. Baxmayaraq ki, ABŞ 

rəsmiləri, həmçinin dövlət başçısı  Fələstin dövlətinin yaradılmasına dəstəyin BMT-dən keçmədiyini 

kortəbii şəkildə iddia edir. Əksinə İƏT-in illər ötdükcə Fələstin məsələsi və ya digər islam ümmətini 

narahat edən problemlərin həllində BMT ilə münasibətlərinin sıxlaşması azda olsa səmərə 

verməkdədir. Məhz İƏT Baş Katibliyinin və təşkilata üzv olan dövlətlərin də ciddi dəstəyi nəticəsində 

Fələstinin UNESCO-ya üzv qəbul olunması  və ya BMT iqamətgahının önündə  Fələstin bayrağının 

dalğalanmasına izin verilməsi islam həmrəyliyinin mövcudluğunu açıq  şəkildə göstərməkdədir. Bu 

addım onu göstərir ki, İsrail-Fələstin münaqişəsinin həlli və müstəqil Fələstin dövlətinin yaradılması 

məsələsində BMT-nin imkanlarından yararlanmaq mümkündür. Necə ki, İsrail vaxtilə BMT-nin siyasi 

imkanlarından istifadə edərək hazırda müstəqil inkişaf edən dövlətə çevrilmişdir. 

Hazırda  İƏT-in  əməkdaşlıq baxımından daha çox diqqət yetirdiyi üzv dövlətlər sırasında 

Azərbaycan Respublikası və Türkiyə Respublikası kimi fəal üzvləri də görmək mümkündür. Xüsusilə 

son on üç ildə Azərbaycan-İƏT münasibətlərində dinamik inkişaf müşahidə olunmaqdadır. Azər-

baycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 13 may 2014-cü ildə  Səudiyyə 

Ərəbistanının  Ər-Riyad  şəhərində  Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan Respublikası 

Əməkdaşlıq və İqtisadi Forumunda çıxışı zamanı Azərbaycanın İslam ümməti ilə həmrəy olduğunu bir 

daha dilə  gətirmiş  və  İƏT-in sülhməramlı  fəaliyyətinə yüksək qiymət vermişdir: “Azərbaycan hər 

zaman  İslam ümməti ilə onun kədər və problemlərinin bölüşməsində  həmrəy olmuşdur. Bizim 

dəstəyimiz Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik  Şurasına (TŞ) üzvlüyü zamanı 

xüsusilə  aşkar və faydalı olmuşdur.  Ərəb Dövlətləri Liqasının baş katibi Nabil Əl-Ərəbiyə 

ünvanladığım məktubumda da qeyd etdiyim kimi, Azərbaycan BMT Təhlükəsizlik  Şurasında  İslam 

ümmətinin haqq işinə sadiq qalmış  və  təşkilatdakı müzakirələrin predmeti olmuş  Fələstin, Suriya 

böhranı, Sudan, İraq və Yəmən məsələlərində fəal mövqe nümayiş etdirmişdir. Bundan əlavə, 2013-cü 

il oktyabrın 28-də Azərbaycanın təşəbbüsü və  sədrliyi ilə ilk dəfə BMT Təhlükəsizlik  Şurasının və 

İslam  Əməkdaşlıq Təşkilatının “BMT və  İƏT arasında birgə  əməkdaşlığın gücləndirilməsi” mövzu-

sunda xüsusi iclası keçirilmişdir. Bu tarixi görüşün nəticəsində BMT TŞ-yə qeyri-daimi üzv olan İƏT 

üzvünün sədrliyi ilə ildə iki dəfə belə iclasın keçirilməsi haqda razılıq əldə olunmuşdur”. Göründüyü 

kimi Azərbaycanın BMT TŞ-yə  qısada olsa rəhbərliyi dövründə  İslam ümmətinin problemlərinə 

həssas yanaşılmış, məhz Azərbaycan hökuməti islam ümmətinin bir parçası olaraq BMT-İƏT 

münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini vermişdir. Azərbaycan Respublikası bir daha bütün 

dünya birliyini sülh və əminamanlığın davamlılığına səs verməyə çağırş etmiş və BMT tribunasından 

Fələstin probleminin həllinin mümkün olunduğunu beynəlxalq ictimaiyyətə bəyan edə bilmişdir.  

İƏT-in həyatın bütün sahələrində Azərbaycana göstərdiyi ciddi dəstək özünü Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində  də  əks etdirməkdədir.  İƏT Ermənistandan işğal 

etdiyi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz boşaltmağı tələb edən yeganə beynəlxalq təşkilatdır 

və bu istiqamətdə də qərar qəbul edən yeganə beynəlxalq qurum olaraq qalır. Lakin İƏT-in Ermənistanın 

işğalçı siyasətinin dayandırılmasına yönəlmiş  qərar və  qətnamələrinin icrasına Ermənistan hökuməti 

məhəl qoymamaqda davam edir ki, bu da təşkilatın siyasi təsiretmə mexanizmlərinin istər Fələstin, istər 

Dağlıq Qarabağ, istərsə də digər İslam ümmətlərinin qarşılaşdığı problemlərin həllində yetərli deyildir. 

Belə  məqamlara baxmayaraq İƏT sülhməramlı  fəaliyyətini hazırda davam etdirir və  İslam ümmətinin 

mənafelərinin qorunmasında mövqeyinin dəyişməz olaraq qalacağını  bəyan edir. Həmçinin  İƏT Baş 

Katibliyi hər il Xocalı soyqırımının anım ərəfəsində, hazırki Ermənistan rəhbərləri tərəfindən törədilmiş 

hərbi cinayətin soyqırımı aktı olaraq tanınmasına ciddi əhəmiyyət verir və dünya birliyinə bununla bağlı 

bəyanatla çıxış edərək Xocalı cinayətinin tanınmasının vacibliyini dilə gətirir.  

İƏT-in sülhməramlı  fəaliyyətinə  dəstək ifadə edən təşkilatın fəal üzvlərindən biri Türkiyə 

Respublikasıdır. Xüsusilə son beş ildə Türkiyədə yaşanan terror hadisələrinə biganə qalmayan İƏT 

rəhbərliyi belə hadisələri qınayaraq, bunun islamla heç bir əlaqəsinin olmadığını  və Türkiyədə 

qarşıdurma yaratmaq istəyənlərin durdurulmasında Qərb və Avropanın da ciddi addım atması 

gərəkdiyini bəyan edir. Lakin nədənsə  İƏT-in bu çağırışına münasibət bildirmək və Türkiyənin 

daxilində parçalanma yaratmaq istəyən qüvvələrə qarşı dünya birliyi səssiz qalmağı seçir.  

Əslində İƏT üzv dövlətlərdə yaşanan ciddi problemlərin həllinə dəstək ifadə edir və bu dəstəyi 

siyasi baxımdan daha da fəallaşdıra bilər. Yəni digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edən İƏT-in 

İslam ümməti adına öz üzərinə götürdüyü missiyasının daha layiqli şəkildə  həyata keçirməsi üçün 

ümidlər hələ də tükənməmişdir. 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

752 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

THE ROLE OF AZERBAIJAN-NATO COOPERATION ON  

ENERGY SECURITY ISSUES 

 

Aysel MUSAYEVA 

Azerbaijan State University of Economic 

sayselmusayeva.uk15@gmail.com

 

AZƏRBAYCAN 



 

The globalization process has blurred the lines between traditional security and new challenges 

related to new energy issues. The security issues and energy security dynamics are linked with each 

other and take account of the relationship in the policy making decisions. The basis of this research 

was to identify how energy security infrastructure, supply line protection, and political relationships 

are complex and difficult to solve problems. A specific approach was to observe the role of 

international energy issues which requires protection of energy resources and securitization process of 

energy issues which has been reflected and formalised the role of Azerbaijan. 

Azerbaijan has energy security issues in mind, which is also the case study used in this research. 

It plays an important role in ensuring energy security both at regional and international scales, as the 

region has rich oil and gas resources. Not much academic research has been done in this area, and the 

data used in the research have been collected from official documents taken not only from the both 

parties, but also from reports of international states. Limitations of research could not be avoided 

owing to the fact that this research is based on new approach towards energy security issues with 

Azerbaijan-NATO cooperation which is observed first time in the Azerbaijan.  On the other hand, this 

research argues that the NATO energy security agenda have expanded Azerbaijan energy security 

agenda with ongoing energy issues 

Azerbaijan-NATO Cooperation has considered on South Caucasus conflicts and cooperation on 

different security issues with each other. Azerbaijan and NATO Cooperation have strongly political 

consequences about security issues. As the key element of energy security have influenced these 

political make decisions and consequences on Caspian Basin. Azerbaijan decision-makers and NATO 

officials have supported to protection of energy routes on Caspian Region for energy security issues. 

The growing rowing energy security issues have raised concerns about to access reliable energy 

resources between Azerbaijan and NATO. Azerbaijan as a key supplier of energy, aimed at reducing 

of energy security issues on mutual interests with NATO. In light of this, political initiatives have 

focused on reliable construction of energy routes with pipelines to Europe. 

In emerging security challenges, there has subject of cooperation and consultations between 

Azerbaijan and NATO. As an initiator of key energy projects in the region, Azerbaijan is working 

closely with NATO member states. In Azerbaijan`s geographic location, it is interested in being a 

reliable, effective and stable energy producer and transit country for European market, via new and 

existing transport corridors. In this framework, Azerbaijan and NATO are holding political dialogue 

and exchanging experience on the protection of critical energy infrastructures. Azerbaijan actively 

participates in the Euro-Atlantic Partnership Council (EAPC) activities on energy infrastructure 

protection and countering terrorist threats in Caucasus field. 

Since the 2010 Strategic Concept, NATO has been able to extend dialogue offers to its Partners in 

the domain of energy security. NATO indeed encourages dialogue with its Partners on issues of 

mutual concern in the energy security domain, in particular through the work of the Energy Security 

Section of its Emerging Security Challenges Division. 

Accordingly, in view of the strategic importance of energy infrastructure, NATO establishes 

specific bilateral cooperation with Azerbaijan. With Azerbaijan, NATO established cooperation on 

defence reform, policy and planning, education and training, military, science and environmental 

issues, as well as in civil emergency planning and disaster- response.  

NATO and Azerbaijan are actively cooperating on military reforms, institutional, energy security 

issues as well as on the issue of conducting cooperation in various areas. It is tempting to understand 

that politics, strategic dimensions are playing fundamental role in this relationship. Indeed, pipeline 

construction tends in South Caucasus Region, is driven as much by strategic and political interests as 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

753 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

determiner factors. Naturally strategic, politic and economic factors are critical to shaping decisions 

about pipeline construction in oil sector. Energy securities issues have mean about understand 

political-geographical dimensions of pipeline construction. And these significant factors have been 

affected relations between NATO and Azerbaijan.   

 

 



 

MAJORİTAR SEÇKİ SİSTEMİ 

 

Fuad XƏLİLZADƏ 

Baki Dövlət Universiteti 



xalifa@gmail.com 

AZƏRBAYCAN 



 

Tеzisdə majoritar seçki sisteminin anlayışının mahiyyətindən, onun nisbi və mütləq səs çoxluğu 

adlandırılan növlərindən bəhs olunur. Eləcə  də, majoritar seçki sistemi ilə  tənzim olunan 

münasibətlərin хaraktеri aydınlaşdırılır, bu sahədə sеçki qanunvеriciliyinin hüquqi tənzimеtmədə yеri 

və rolu ilə bağlı  məsələlərə aydınlıq gətirilir. Müəllif majoritar seçki sisteminin üstünlüklərini 

vurğulayaraq, son dövrlər dünya praktikasında bu sistemin geniş tətbiqindən bəhs edir. 

Dünya təcrübəsində "seçki sistemləri" üç əsas kateqoriyaya bölünür: plüralist - majoritar 

sistemlər, proporsional nümayəndəlik (PN) sistemləri, yarıproporsional sistemlər, (qarışıq seçki 

sistemi). Hər seçki sisteminin özünün də növləri vardır. Misal olaraq göstərmək olar ki, "Hamısı qalibə 

çatır" (HQÇ) sistemi plüralist - majoritar sisteminin dörd növündən biridir. 

 

Onunla yanaşı, majoritar sistemin tərkibi sayılan həm də preferensial səsvermə kimi tanınan 



alternativ səsvermə (AS) və Fransada tətbiq edilən iki turluq sistem də mövcuddur. Alternativ 

səsvermə sistemindən yalnız Avstraliyada ( və bir də azacıq dəyişilmiş şəkildə Sakit okean bölgəsində 

Nauru ada - dövlətində) istifadə olunur.Namizədlər birmandatlı dairələr üzrə seçilir (HQÇ - da olduğu 

kimi), lakin ondan fərqli olaraq seçicilər öz rəğbətlərinə uyğun  şəkildə namizədləri bir növ sıraya 

düzürlər (namizədlər ieraxiyası): siyahıda birinci yeri tutana 1 bal, ikinci yer tutana 2 bal verilir və s. 

 

Majoritar sözü  fransız dilindən tərcümədə "çoxluq" deməkdir. Majoritar seçki sistemində kim 

çoxluğun səsini qazanarsa o da seçilir. Çox geniş yayılmış seçki sistemlərindən biri majoritar seçki 

sistemidir. Bu seçki sisteminə uyğun olaraq, deputatlığa (lat. «deputatus» - «göndərilmiş») namizəd 

seçkilərdə fərdi qaydada iştirak etməlidir və o, seçkili orqana deputat seçilmək üçün seçki dairəsi üzrə 

digər namizədlərə nisbətdə daha çox səs toplamalıdır. Səs çoxluğunun sayından asılı olaraq majoritar 

seçki sisteminin iki növü müəyyən edilir: mütləq səs çoxluqlu majoritar seçki sistemi və  nisbi səs 

çoxluqlu majoritar seçki sistemi. Mütləq səs çoxluqlu majoritar seçki sistemi seçki dairəsi üzrə 

seçicilərin səslərinin yarıdan çoxunun, yəni 50%+l sesin toplanmasını tələb edir. Bu seçki sistemində 

qalib gəlməsi üçün namizəd seçki dairəsində çox böyük nüfuza malik olmalıdır. Sistemin əhəmiyyəti 

ondan ibarətdir ki, deputat Məclisdə seçicilərin yarıdan çoxunun iradəsini təmsil etmək imkanına 

malik olacaqdır.Namizədlərdən heç biri tələb olunan səs çoxluğunu (50%+1) toplamadıqda, bir qayda 

olaraq, daha çox səs toplamış iki namizədin iştirakı ilə  səsvermənin ikinci dövrəsi keçirilir. 

Səsvermənin ikinci dövrəsində daha çox səs toplayan namizəd parlamentə deputat seçilir. Sesvermənin 

bu dövrəsində nisbi səs çoxluqlu majoritar seçki sisteminin şərtləri tətbiq edilir. Nisbi səs çoxluqlu 

majoritar seçki sisteminə uygun olaraq ölkə  ərazisi parlamentə seçilən deputatların sayına bərabər 

birmandatlı seçki dairələrinə bölünür. Hər bir seçki dairəsindən yalnız bir deputat seçilə bilər. 

Səsvermə yalnız bir dövrədə keçirilir. Namizədlər sırasından daha çox səs toplayanı parlamentə 

deputat seçilir. Belə seçki sistemi müəyyən mənada seçicilərin iradəsinin təhrif olunmasına səbəb olur.  

Bu seçki sistemi: 1) bir nəfərin timsalında tanınmış  hər hansı bir partiyaya deyil, konkret 

namizədə seçici səslərinin verilməsinə imkan yaradır. 2) seçicilərə deputatlığa namizədi daha yaxından 

tanımağa şərait yaradır. 3) deputat olduğu təqdirdə, üzərinə götürdüyü tapşırıqları yerinə yetirməkdə 

seçicilər qarşısında deputatlığa namizədin mənəvi məsuliyyətini artırır. 4) deputata partiyanın 

göstərişlərini deyil, seçicilərin rəyini və iradəsini rəhbər tutaraq sərbəst və müstəqil şəkildə fəaliyyət 

göstərməsinə təminat verir. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

754 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Qeyd edək ki, əvvəllər Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər qarışıq seçki sistemi 

əsasında həyata keçirilirdi. Lakin Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi 

haqqında 2002 il avqustun 24-ü ümumxalq referendumunda qəbul edilmiş  dəyişikliklər nəticəsində 

Milli Məclisə yalnız majoritar seçki sistemi əsasında seçkilərin keçirilməsi müəyyən edildi. Və 

fikrimcə bu hazırkı dönəmdə ən yaxşı seçki formalarındandır. 



 

 

АЗЕРБАЙДЖАН НАМЕЖДУНАРОДНОЙ АРЕНЕ 

 

Leyla QULIZADƏ 

Bakı Dövlət Universiteti 



leila_ibrahim17@outlook.com                                                                                               

AZƏRBAYCAN 

 

Развитие  Азербайджана  как  целостного  государства  берет  свое  начало  со  времен 



Сефевидов.  Сефевидское  гос-во  являющееся  одним  из  сильнейших  держав  своего  времени 

сыграло  незаменимую  роль  в  истории  Азербайджана,  а  также  в  создании  и  развитии  ее 

международных  отношений.  Не  довольствуясь  лишь  созданием  и  защитой  национального 

государства, сефевиды стремились к расширению своих границ. Шах Исмаил I известный как 

создатель  Сефевидского  государства,  видный  политический  деятель  в  истории  Азербайджана 

направил  свои  усилия  на  развитие  дипломатических  отношений  со  странами  Европы  в  том 

числе и с Португалией. При этом он преследовал 2 цели: 1- расширение границ Сефевидского 

государства 2- получение  огнестрельного  оружия  для  усиления  армии.  Подобные  события  в 

истории  свидетельствуют  о  тщательной  попытке  Азербайджана  в  плане  урегулирования 

внешнеполитических  отношений  с  другими  странами.  Существенным  промахом  почти  всех 

правителей  в  истории  Азербайджана  было  то,  что  они  предпочитали  бороться  в  одиночку 

ежели объединиться против общего врага как внутри государства так и с ближайшим соседом. 

После распада Сефевидского государства в развитии дипломатических отношений существует 

некий  пробел  который  преследуется  раздроблением  Азербайджана,  а  также  созданием 

отдельных правительств с различными центрами. Политика в период существования отдельных 

ханств в стране также была направлена на урегулирование внешних отношений с Россией и др 

странами. Но раздробленное положение страны привело к плачевным результатам как полная 

потеря  независимости  в  дальнейшем  этапе  истории.  Созданная 28 мая 1918 году  Азербай-

джанская  Демократическая  Республика  являлась  попыткой  освобождения.  Для  сохранения 

национальной независимости Азербайджанскому государству было необходимо сотрудничать с 

влиятельными странами мира. Ближайшим государством в этом вопросе для страны бесспорно 

являлась  Турция.  Но  поражение  Турции  в  Первой  мировой  войне  значительно  затруднило 

положение. Заинтересованность стран Запада в делах Кавказа не оставило их равнодушным по 

отношению  к  Азербайджану.  Особый  интерес  среди  этих  стран  проявила  Италия  в  основе 

которого лежали экономические цели. Во внешней политике цели правительства Азербайджана 

также  были  направлены  на  пропагандистские  и  экономические  вопросы.  Были  попытки  по 

созданию  экономических  и  торговых  отношений  между  Азербайджаном  и  такими  странами 

Запада  как  Франция,  Великобритания.  С  этой  целью  была  проведена 4 октября  Кавказская 

конференция  с  участием  Азербайджана,  Грузии,  Франции,  организованная  по  инициативе 

Комитета  Франция-Кавказ,  которая  имела  особое  значение  в  экономическом  и  политическом 

плане  для  страны.  После  Азербайджан  заключил  договор  с  компанией  Великобритании 

«Космос»  которая  основывалась  на  доставке  нефти  из  Азербайджана  в  Европу  из  черно-

морского  порта.  За  столь  бурным  вступлением  Азербайджана  в  мировую  арену  последовало 

недовольство и давление со стороны Советской России в период с января до апреля 1920 года, 

что затруднило внутреннее политическое состояние страны. Включение Азербайджана в состав 

Советской  России  положило  конец  развитию  ее  внешнеполитических  и  экономических 

отношений как независимой страны. Принявши декларацию независимости в октябре 1991года 

после  долгого  перерыва,  Азербайджанская  республика  вновь  оказалась  в  фокусе  внимания. 



Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin