IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
755
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Признание его независимой страной такими государствами как Турция, Соединенные Штаты
Америки, Румыния, Пакистан и др, и принятие его в ряды самостоятельных, независимых стран
мира в конце 1991-го в начале 1992х годов, а также дальнейшее урегулирование дипломати-
ческих отношений со странами мира создало благоприятные условия для интеграции Азер-
байджана в мировое сообщество. Богатый экономический потенциал, благоприятное геогра-
фическое расположение создали почву для проведения эффективной внешней политики, а
также установление международных отношений с различными странами мира. Даже после
обретения независимости в республике, частая смена правительства за короткий срок оставила
свой отпечаток на создании и развитии внешнеполитических отношений. Напряжения,
обусловленные армянским сепаратизмом в Нагорном Карабахе и военными столкновениями с
Арменией, ставили дипломатию Азербайджана на уровень отсутствия. Боевые действия между
сторонами были прекращены после заключения соглашения о прекращении огня при
посредничестве России. Азербайджан, потерявший 20% своей территории, включая Нагорных
Карабах, с 30тыс убитыми и 1млн беженцев, ставил перед собой цель вступить в мировое
сообщество и любой ценой показать несправедливость по отношению к народу всему миру.
После прихода к власти в 1993году, Гейдар Алиев столкнулся с непростыми задачами. Первой
задачей являлось достижение региональной безопасности при этом сохраняя государственную
независимость, а второй задачей послужило создание нового внешнеполитического курса при
этом учитывая мировые устои, а также национальные интересы. Принятие Конституции 12
ноября 1995 года являлось завершающим звеном в формировании политического устройства
Азербайджанской республики. За счет тонкой и мудрой политики, которую вел Гейдар Алиев,
ему удалось вывести Азербайджан из зоны геополитических столкновений и ввести в зону
баланса взаимовыгодных политических, экономических отношений, что способствовало
укреплению международных позиций страны. Заключенный 20 сентября 1994 года «Контракт
века» по эксплуатации нефтяных месторождений в азербайджанском секторе Каспийского моря
стало мощным толчком для углубления дипломатических отношений Азербайджана с рядами
стран и в свою очередь усиления его позиций на международной арене. В определении внеш-
неполитических приоритетов для Азербайджанской Республики большое значение имеет
членство в международных организациях в ряде которых числятся: ООН, Совет Европы, Союз
независимых государств и т.д. С началом правления И.Алиева в 2003году Азербайджан
вступил в новый этап развития дипломатических отношений. Проходит 25 лет со дня
получения независимости Азербайджанской республики. Азербайджанскую республику можно
сравнить с ребенком который едва научился ходить, но при этом шаги не столько слабы и
неуверенны, а вопреки всем обстоятельствам они внушают твердость и решимость.
BAKI-TBİLİSİ-CEYHAN KƏMƏRİ,
ALTERNATİVLƏR VƏ REALLIQLAR
Selcan İSMAYILOVA
Qafqaz Universiteti
Ismayilovaselcan88@gmail.com
AZƏRBAYCAN
Müstəqillikdən sonra Rusiyanın asılılığından çıxmaq, Qərbə inteqrasiya və bunun nəticəsində də
iqtisadiyyatı inkişaf etdirmək istiqamətində atılmış ən böyük addımlardan biri Bakı-Tbilisi-Ceyhan
boru kəməri ilə bağlı danışıqlar, müəyyən ziddiyyətlərə baxmayaraq, ən sonda onun reallaşması idi.
Layihənin həyata keçirilməsi üçün 1993-cü ildə Azərbaycan və Türkiyə arasında ilkin razılıq
oldu. Qeyd etmək lazımdır ki, bu dövrdə kəmərin Bakıdan Ceyhana qədər uzanması nəzərdə tutulsa
da, onun Gürcüstandan keçməsi qərarlaşdırılmamışdı. 1994-cü ildə Azəri, Çıraq, Günəşli yataqlarının
işlənməsini nəzərdə tutan 30 illik müddətə “Hasilatın Pay Bölgüsü” müqavilələri imzalandı.
Türkiyə kəmərin Gürcüstandan keçərək Ceyhan limanına gəlməsi ideyasını dəstəkləyirdisə,
Rusiya regionda öz təsirini qoruyub saxlamaq məqsədilə Bakı-Groznı-Novorossiysk xətti vasitəsilə
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
756
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
neftin danışmasında maraqlı idi. Konsorsium üzvləri bu seçənəyi dəstəkləsə də, ABŞ höküməti
Gürcüstan variantının həyata keçməsi mövqeyinde idi. 1995-ci ildə erkən olaraq neftin daşınması ilə
bağlı çətin və mübahisəli müzakirələr oldu və iki kəmərin istifadəyə verilməsi qərarı alındı. Bunlar
Şimal marşrutu – Bakı-Groznı-Novorossiysk və Qərb marşrutu – Bakı-Tbilisi-Batumi idi. Ancaq
Şimal marşrutu Rusiyanın bəzən qəsdən yaratdığı səbəblər, bəzənsə də Rus-Çeçen müharibəsi ilə
əlaqədar fasilələr problemlərlə işləyirdi. Qərb marşrutu isə gözləntilərin əksinə olaraq kəsintisiz neft
daşımasını həyata keçirirdi. Ancaq mövcud problemlər neftin daşınması üçün vahid kəmərin
çəkilməsini tələb edirdi. (Pamir, 2004)
1998-ci ildə Azərbaycan, Gürcüstan, Türkiyə, Özbəkistan və Qazaxıstan arasında Ankara
Deklarasiyası imzalandı ki, bu da Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin həyata keçirilməsi
istiqamətində atılmış ilk hüquqi addım idi. Uzun sürən müzakirələrin sonunda isə 1999-cu ildə
Azərbaycan, Gürcüstan və Türkiyə arasında “Hökümətlərarası müqavilə” imzalandı. Müqavilə 2000-ci
ildə hər üç dövlətin parlamentində ratifikasiya edilmişdir. (Hekimoğlu, 2012) Boru kəmərinin tikintisi
2006-cı ildə sona çatmış və fəaliyyətə başlamışdır. 2013-cü ildən qazax neftinin də BTC vasitəsilə
ixracına başlanmışdır.
Bu məqalədə Xəzər neftinin Avropaya daşınması üçün irəli sürülən müxtəlif variantlar, neftin
ixrac marşrutlarının qərarlaşdırılması prosesinde ortaya çıxan ziddiyyətli məqamlar və BTC-nın ortaya
çıxmasından bəhs olunacaq. Digər tərəfdən, o zaman kəmərin Ermənistandan keçməsi təklif edilmişdi
ki, bu tezliklə rədd edildi. Bəs Bakı-Ceyhan kəmərinin hansı istiqamətdən keçməsi daha faydalı
olardı? Yoxsa bəlkə ən uğurlu seçim onun Gürcüstandan keçməsi idi? Məqalədə bu suallara cavab
tapmağa çalışacağıq.
Bakıdan Ceyhana neft ixracı ideyasının müəllifi özünün qeyd etdiyi kimi 1992-ci ildə BOTAŞ-ın
İdarə Heyəti Rəhbəri təyin olunan Mete Gökneldir. Əvvəllər “Metenin utopyası” adlandırılan layihəyə
BP, Amoco, Statoil kimi şirkətlər qarşı çıxır və bunu iqtisadi və texniki çatışmazlıqlarla əlaqələndirir-
dilər. Qara dənizə gedəcək xətlərlə maraqlanır və daha sonra da gəmi daşımacılığı vasitəsilə boğaz-
lardan keçmək ideyasını irəli sürür, Supsa və ya Novorosiysk variantını dəstəkləyirdilər.
Ümumiyyətlə, həmin dövrdə Xəzərdən Qara dənizə boğazlar vasitəsilə gedəcək bir çox layihələr
irəli sürülmüşdü və Türkiyə tərəfi boğazların buna gücü çatmayacağını rəsmi sənədlərlə bildirir,
Ceyhan marşrutunun daha məqbul olduğunu təkidlə söyləyirdilər (BOTAŞ-ın Genel Müdürü Mete
Göknelle röportaj, 2006). Hələ neft danışıqlarının əvvəlindən Azərbaycan tərəfi neftin Gürcüstan və
Türkiyə üzərindən keçməsində maraqlı olduğunu bildirmişdi. 1993-cü ilin yayında müzakirələrin
sonunda da Bakı-Ceyhan marşrutu üzərində dayanaraq qərar verildi.
Onun hansı istiqamətdən keçməsi isə uzun müzakirələr yaratdı. Təklif edilən mübahisəli
alternativlərdən biri Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə variantı idi. Digər bir oxşar variant
Türkiyədəki Amerikan səfiri tərəfindən 1995-ci ildə irəli sürülən Bakı-Qarabağ-Ermənistan-Ceyhan
marşrutu idi (Musa, 2011). Bununla, Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərinin inkişaf
etdirmək, Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan vermək və regionda sülhə və təhlükəsizliyə nail
olmaq məqsədi dayanırdı. Bu yolla Bakı-Ceyhanı “sülh kəmərinə” çevirmək istəyirdilər (Hill, 2004).
Bu təklifin üstünlüklərinə gələndə onu demək olar ki, iqtisadi və texniki göstəricilərə görə sərfəli idi.
Ermənistanın Azərbaycandan iqtisadi asılılığını yarada bilərdi. Ancaq digər yandan, kəmərin gələcək
fəaliyyəti Ermənistandan, daha geniş spektrdə isə Rusiyadan asılı olacaqdı (Musa, 2011).
Ermənistan marşrutu Bakı-Ceyhan xəttinin ən ucuz başa gələn variantı kimi dəyərləndirilirdi.
Ancaq Azərbaycan belə bir bəyanat səsləndirmişdi ki, nəinki marşrutun Ermənistandan keçməsi, hətta
Türkiyənin Ermənistanla sərhədini açması nəticəsində layihə ləğv ediləcəkdir. (İşler, 1999)
BOTAŞ-ın o zamankı rəhbəri Mete Göknelin sözlərinə görə, Bakı-Ceyhan layihəsinin ilk
marşrutu Ermənistandan keçirdi. Azərbaycan tərəfinin etirazından sonra Ermənistan-İran sərhədindən
keçən layihə hazırlandı (BOTAŞ-ın Genel Müdürü Mete Göknelle röportaj, 2006).
Ancaq belə bir vəziyyət bir qrup amerikan konressmenləri tərəfindən Ermənistanın regionda
Azərbaycan və Türkiyə tərəfindən təcrid olunması, bununla onun regiondakı enerji layihələrindən
kənar tutulması kimi qiymətləndirilirdi. 2001-ci ildə ABŞ-dakı erməni lobbisi tərəfindən Konqresə
Bakı-Ceyhanı boykot edəcək qərar layihəsi təqdim edilmişdi ki, burada ABŞ-ın Cənubi Qafqazda
Ermənistanın daxil olmadığı hər hansı bir neft-qaz layihəsini maliyələşdirilməməsi ilə bağlı müddəalar
yer almışdı (Armenian National Committe of America, 2001). Hətta Cənab Heydər Əliyevin 2003-cü
ilin fevralında Vaşinqtonda “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda keçirilən konfransında
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
757
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
bir qrup Amerikan konqressmenin Bakı-Ceyhanın Ermənistandan keçməsi ilə bağlı müraciət məktubu
yazdığını da səsləndirmişdi (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin jurnalı, 2003).
Bundan başqa, Azərbaycan-İran-Azərbaycan (Naxçıvan)-Türkiyə variantı da təkliflərdən arasında
idi. Daha az xərc tələb etməsi, Naxçıvanın enerji təminatının yaxşılaşdırılması kimi üstünlükləri olsa
da, ABŞ-ın İranı neft layihələrindən uzaq tutmaq siyasəti ilə uzlaşmırdı. Digər bir oxşar variant
Azərbaycan-İran-Fars körfəzi idi. Bu, Azərbaycan neftinin İrana nəqli, bunun eyni həcmli İran nefti ilə
əvəzlənərək Fars körfəzi vasitəsilə Qərbə daşınmasını nəzərdə tuturdu (Musa, 2011). Bəzi şirkətlər
İran üzərindən keçəcək marşrutlara üstünlük verirdilər. ABŞ isə onun ucuz olmadığı, geopolitik və
maliyə riski olduğu qənaətində idi. Britaniya və Fransa hökümətləri, şirkətlər kimi siyasətin maliyə
qərarlarına müdaxiləsini qəbul etmir və onun daha ucuz və təhlükəsiz olduğunu əsas gətirərək bu
mövzuda Amerikan hökümətini razı salmaq üçün çox cəhd etdilər.
Bakı-Ceyhan layihəsi ABŞ-ın Xəzər Energy Siyasətinin mərkəzi olan bir mövzu olmuşdu.
Müxtəlif tənqidi yanaşmalara baxmayaraq, ABŞ bu layihəsinin böyük dəstəkçisi idi ona görə ki,
Rusiya və İran bu layihədən kənarda qalırdı. Və bu da onun maraqları ilə üst-üstə düşürdü
(Morningstar, 2006). Bakı-Ceyhan layihəsi ilə ABŞ regionda üç məqsədə çatmaq istəyirdi: Birincisi,
regionun Şərq-Qərb, hətta Şimal-Cənub nəqliyyat dəhlizinə çevrilməsi prosesində İranı buradan uzaq
tutaraq onu regiondakı proseslərdən təcrid etmək. Bu ABŞ-ın İranı beynəlxalq terror təşkilatlarını
maliyələşdirməsilə bağlı Iran Liviya Sanksiya Aktına əsasən (ILSA) cəzalandırması idi; ikinci,
Türkiyənin Körfəz müharibəsində ABŞ-ı dəstəkləməsinin əvəzinə onun körpü kimi rolunun
möhkəmləndirilməsi; üçüncü, regionda Rusiyadan kənar neft-qaz nəqli imkanlarının genişləndirilməsi
idi (Hill, 2004).
Bu dəyərləndirmələrdən belə nəticəyə gəlinir ki, Bakı-Tbilisi-Ceyhan xətti Xəzər neftinin
Avropaya nəqlində yegane mümkün alternativ idi. Amerikan höküməti layihənin reallaşması üçün
əlindən gələni etdi ki, tərəfləri razı salsın (Morningstar, 2006). Bu baxımdan, Amerika üçün şirkətləri
razı salmaq daha çətin oldu, nəinki hökümətlər. Çünki Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin
(ABƏŞ) aparıcı şirkəti kimi BP layihənin siyasiləşdirilməsinə qarşı çıxır və maliyə mülahizələrinin
daha vacib olduğu fikrində idi. Burada razılaşdırılmayan əsas məsələ kəmərin inşasına çəkilən
xərclərlə bağlı idi. Ancaq 1998-ci ildə BP-nın Amerikan şirkəti Amoco ilə birləşdirməsindən sonra
onun mövqeyi kəskin olaraq dəyişdi (Hill, 2004).
Uzun müddətli müzakirələrin sonunda Bakı-Ceyhanın Gürcüstan üzərindən keçəcəyi
razılaşdırılır. Kəmərin üstün cəhətləri kimi onun problemli boğazlardan keçməməsi, daha ucuz
qiymətlə neftin Qara dənizdən Rotterdama (Avropaya) nəqli, gələcəkdə İraq-Türkiyə xəttinə
qoşulacağı təqdirdə kəmərin qısalması və daha az seysmik zonadan keçməsi kimi izah edilə bilər
(Musa, 2011).
Rusiya, İran və Ermənistanın kəskin mövqeyi ilə qarşılaşsa da, Bakı-Tbilisi-Ceyhan kəmərinin
reallaşması Azərbaycan, Gürcüstan və Türkiyə münasibətlərinin ən yüksək səviyyəsi kimi özünü
göstərməyə üçtərəfli əlaqələrin daha da möhkəmlənməsində xüsusi rol oynamağa başladı və
“Qafqazdan Avropa açılan neft pəncərəsi” oldu.
Mülahizələrdən göründüyü kimi, Bakı-Ceyhan kəmərinin marşrutu məsələsinin müzakirəsi
zamanı kəmərin İrandan keçməsi Amerika tərəfindən qəbuledilməz idi. Nəzərə alsaq ki, ABŞ bu
danışıqların əsas aktorlarından biri idi, onun istəyinə zidd hərəkət layihənin gündəmdən qalxmasına
qədər gedib çıxardı. Ermənistan variantı isə Azərbaycan üçün qəbuledilməz variant kimi nəzərdən
keçirilirdi. Atəşkəsin yeni əldə edildiyi, xalqın müharibədən yeni çıxdığı və hələ müharibə dəhşətlərini
öz üzərindən atmadığı bir dövrdə onun üçün qarşı tərəflə iqtisadi əməkdaşlıq nə dərəcədə mümkün
idi? Xalq hələ buna hazır deyildi, rəhbərlik də bunu yaxşı başa düşürdü. Bu baxımdan da, kəmərin
Gürcüstandan keçməsi bütün tərəflər üçün məqbul variant hesab edildi və onun üzərində qərar verildi.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
758
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
NATO VƏ DİGƏR BEYNƏLXALQ TƏŞKİLATLARIN XƏZƏR
HÖVZƏSINDƏ MÜBAHİSƏLİ YATAQLARA DAİR PROBLEMLƏRİN
HƏLLİNDƏ MÜMKÜN ROLU
Pərvanə İSLAMOVA
AMEA-nın İnsan hüquqları və Konfliktologiya İnstitutu
pm060688@gmail.com
AZƏRBAYCAN
Mübahisəli yataqlar məsələsi bu yataqların iqtisadi baxımdan nə dərəcədə əhəmiyyətli olmasının
ortaya çıxmasından sonra müzakirə obyektinə çevrildi. İranla Azərbaycanın Alov, Araz, Şərq
yataqları, Azərbaycanla Türkmənistanın isə Kəpəz, Azəri, Çıraq yataqlarına görə fikir ayrılıqları
mövcuddur. Mübahisəli yatasdsqların hansı ölkəyə mənsub olması Xəzərin statusu məsələsinin
həllində çox böyük maneə olaraq qalır.
Hazırda beş sahilyanı ölkə Xəzər dənizinin canlı aləminin mühafizəsi haqqında çərçivə sənədini
imzalamışdır.(2003noyabr) İbrahim Rahimpurun sözlərinə görə “Xəzərin təhlükəsizliyi tam təmin
olunur və beş ölkə bioloji resurslardan istifadə edə bilər. Lakin hələ də müzakirə olunası məsələlər var,
tərəflər razılığa gələnədək bu müzakirələr davam etdiriləcəkdir. Əgər tərəflər 2010-cu ilin noyabrında
Bakıda imzalanmış “Xəzər dənizində təhlükəsizlik və əməkdaşlıq” haqqında razılaşmanı ratifikasiya
edərsə, onlar arasında sıx əməkdaşlıq üçün yeni imkanlar açılacaqdır.”
1996-cı ilin may ayında İslam Əməkdaşlıq Təşkilatının iclasında Azərbaycan prezidenti Xəzərin
Azərbaycan sektorundakı neft və qaz yataqlarını istismar edəcəyini bildirmişdi, baxmayaraq ki,
danışıqlar prosesi hələ də davam etdirilirdi. Bu mənada 1997-ci ilin iyulunda Rusiyanın Lukoyl və
Rosneft, Azərbaycanın Dövlət Neft Şirkəti arasında Kəpəz yatağının işlənməsini nəzərdə tutan 2
milyon dollar dəyərində müqavilənin imzalanması durumu nisbətən gərginləşdirdi. Həmin ildə
Türkmənistan Xəzərin milli sektorlara bölünməsinə qarşı çıxdığı zamanda prezident Niyazov
Azərbaycanın üç yatağına-Azəri, Çıraq, Kəpəz yataqlarına iddia irəli sürərək bu yataqların istismarının
hüquqa zidd olduğunu vurğuladı. Maraqlısı ondadır ki, bu yataqların ikisi Əsrin müqaviləsinin bir
hissəsidir, lakin Türkmənistan bu müqaviləyə illər sonra etiraz etdi. Bundan başqa, Beynəlxalq
müqavilələr haqqında Vyana konvensiyasında (1969) “Estoppel” prinsipi var. Bu prinsipə əsasən əgər
ölkələr müəyyən vaxt ərzində ortaq problemi olduğu dövlətə etiraz etmirsə, o ölkələr sonrakı illərdə
şikayət etmək hüququndan məhrum olurlar. Qeyd edək ki, bu yatağı Aşqabat Sərdar deyə qeyd edir.
Baxmayaraq Bakı rəsmi olaraq Türkmənistanın Kəpəz yatağına hər hansı iddiasını qəbul etmədi,
Rusiya XİN Xəzərdə birmənalı şəkildə iqtisadi fəaliyyətin mümkünsüzlüyünü elan etdi və münaqişəli
yataqlarla bağlı Türkmənistanın mövqeyini müdafiə etdi. Türkmənistanın bu məsələ ilə bağlı mövqeyi
onun XİN-nin bəyanatında ətraflı şəkildə izah edilirdi. Bəyanatda deyilirdi ki,“Rusiya-Azərbaycan
müqaviləsi ləğv olunmalıdır, əks halda Türkmənistan hər hansı hərəkətinə görə məsuliyyət
daşımayacaq”. Prezident Niyazovun sözlərinə görə “müqavilə ləğv olunmasa Xəzərin hüquqi statusu
ilə bağlı prosesi davam etdirmək və müxtəlif sahilyanı ölkələr arasında ikitərəfli əməkdaşlığı inkişaf
etdirmək çətin olacaqdır”. Rusiyanın müqaviləni ləğv etməmək istəyi 1997-ci ilin iyulunda baş nazirin
müavini Vitali Serovun rəhbərliyi ilə Rusiyanın nümayəndə heyətinin Aşqabada rəsmi səfəri zamanı
nümayiş etdirildi. Amma eyni zamanda Rusiya tərəfinin müqavilədən geri çəkildiyi elan olundu.
Rusiya qəzeti Delovoi Mir-in yazdığına əsasən “prezident və Rusiya höküməti yekdilliklə Sərdar
yatağının Xəzərin Türkmənistan sektorunda yerləşməsini qəbul edirdilər.” 1997-ci ilin avqustunda
Niyazovun Rusiyaya səfəri zamanı birgə qəbul edilmiş rəsmi məlumatda deyilirdi, “Xəzərin yeni
hüquqi statusu qəbul edilməyənədək dənizdə bütün işlər SSRİ və İran arasında imzalanmış əvvəlki
müqavilələrlə tənzimlənməlidir”.
İran və Rusiya Xəzər dövlətləri arasında yekdil konsensusa gəliblər ki, Xəzər dənizində xarici
dövlətlərin hərbi iştirakı yolverilməzdir. Bununla onlar gələcəkdə NATO-nun Xəzər hövzəsində
mümkün hərbi hissə yerləşdirməsinə də nəzarət edir. 29 sentyabr Astaraxanda keçirilmiş Xəzəryanı
dövlət başçılarının IV sammitində imzalanmış bəyannamədə qeyd olunur ki, “regionda stabillik və
təhlükəsizliyin təmin edilməsi hüququ yalnız Xəzərsahili ölkələrin hərbi birləşmələrinə məxsusdur.
İran prezidenti Həsən Ruhani əlavə olaraq bildirirdi ki, “ Xəzərsahili ölkələr arasında konsensus var ki,
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
759
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
onlar dənizin təhlükəsizliyini təmin edə bilirlər və xarici dövlətlərin hərbi qüvvələri dənizə daxil
olmamalıdır. Belə bir addımın atılması Rusiya və İranın Qərb dövlətləri ilə diplomatik
münasibətlərinin gərgin olmasından və xarici hərbi qüvvələrin Xəzər hövzəsində mövcudluğundan
narahatlığı ilə izah olunur. Bəhman Diba qeyd edirdi ki, “həm Rusiya, həm də İran maraqlıdır ki, Qərb
ölkələrinin hövzədə hərbi qüvvə yerləşdirməsi nəzarətdə saxlanılsın”.
Rusiya və İran regionda yad qüvvə olan ABŞ, NATO-nun varlığını istəmir. Rusiya və İran kimi
güclü regional dövlətlərin yeritdiyi siyasət ABŞ və NATO-nun regionda mövcudluğuna, aktiv siyasət
yeritməsinə imkan vermir. Bir çox məsələlərdə Rusiya İranı dəstəkləyir, onlar həm regional, həm də
beynəlxalq səviyyədə ortaq maraqlara sahibdirlər. İranın nüvə proqramı ilə bağlı Rusiyanın mövqeyi
bir qədər ziddiyyətlidir. Əslində nüvə silahına sahib olan İran Qərblə bərabər həm də Rusiya üçün
potensial təhlükədir. Lakin Rusiya ABŞ-ın potensial təhlükəli qonşusuna nüvə proqramı ilə əlaqədar
hər hansı müdaxiləsini yolverilməz hesab edir. Ümumiyyətlə isə Rusiya-İran münasibətlərini təhlil
edərkən bir sıra fərqliliklərin də şahidi oluruq. İstər dini mənsubiyyəti, istərsə də Xəzərin hüquqi
statusuna yanaşma baxımından bu iki dövlət çox fərqlənir. Lakin oxşarlıqlar və fərqliliklər fonunda
Qərbə, ABŞ və NATO-ya qarşı Rusiya və İran hər zaman yaxın mövqedən çıxış edərək regionda yad
qüvvələrin varlığına qarşı çıxıb. Bunu İran və Rusiyanın imzaladığı yekun konsensusdan da görmək
olar.
Nəticə olaraq onu demək olar ki, Xəzərin hüquqi statusunun həll edilməsində beynəlxalq
təşkilatların rolunun nə dərəcədə yüksək olması regional və qlobal məkanda baş verən geosiyasi
amillərdən asılıdır. Hazırki vəziyyətdə NATO-nun şərq ölkələri ilə əməkdaşlığını inkişaf etdirməsi
fonunda Qərbin bu məsələdə öz təsirini saxlamaq istəyi mövcuddur. Nəzərə alsaq ki, Xəzər regionu
Avropanın enerji təhlükəsizliyində böyük təsirə malikdir və Qərb, ABŞ çalışır ki regiondakı
münaqişələr müəyyən çərçivədə qalsın, lakin enerji təhlükəsizliyinə təsir edəcək səviyyəyə çatmasın.
RESOLVING LEGAL STATUS OF CASPIAN SEA IN DECADE OF
PAST-COLD WAR PERIOD
Zarina HACIYEVA
Qafqaz University
hzarina19@mail.ru
AZƏRBAYCAN
The abstract addresses a research question of how the legal status of the Caspian Sea was shaped
after the fall of the Soviet Union within the period of the 1991-2001 decade. The disintegration of the
Soviet Union replaced the geopolitical situation around the Caspian Sea, since the political stability
shaped by Iran and Soviet Union were replaced by the confrontation and harsh competition among the
coastal states. The fall of the Soviet Union brought about new players to the Caspian basin:
Azerbaijan, Turkmenistan, and Kazakhstan. The study argues that the determination of the legal status
of the Caspian Sea gained a special significance after the fall of the Soviet Union, when the
importance of Caspian Sea increased because of its geopolitical significance and hydro-carbonates.
The Caspian Sea came to be an alternative to the energy resources of the troubled Middle East. Hence
the research concludes that the delivery of the Caspian Sea’s energy resources to the western energy
markets was essential for the diversification of the energy routes that urged the determination of the
legal status of the Caspian Sea within the first decade of the post-cold war period.
The research investigates the legal status of the Caspian Sea during the decade of 1991-2001
under three stages where the parties attempted to resolve the major issues regarding the status of
Caspian Sea. First, the discussions on the legal status of the Caspian Sea during 1991-1994 is taken as
the initial period the research covers, in which the formulation of the multilateral framework as well as
acquaintance and investigation regarding the determination of the legal status of the Caspian Sea were
among the priority issues. These investigations and researchers on the Caspian Sea covered
navigation, ecology, fishery, use and protection of biological and mineral resources, and economy.
|