Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə144/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   140   141   142   143   144   145   146   147   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

775 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

ğımıza yardım etmiş  və etməkdədir. Keçmişdə bizim dünyaya pəncərəmiz yalnız rus mətbuatı 

vasitəsilə idisə, bu gün daha bir pəncərə, Türkiyə pəncərəsi dünyanı tanımaqda və özümüzü dünyaya  

tanıtmaqda  əhəmiyyətli  rol  oynaya  bilər. 

Azərbaycan Türkiyə əlaqələri çox geniş mövzudu. Məqalədə bu mövzunu tam əhatə etmək  qeyri  

mümkündür. Bu məqalədə Azərbaycan Türkiyə mədəni  əlaqələrinin  bəzi məqamlarına  toxunulub. 

Azərbaycan Türkiyə  mədəni  əlaqələrinin tarixi və perspektivləri ilə baglı  hər iki dövlətin 

rəhbərləri dəfələrlə fikirlər söyləmiş  və bu əlaqələrin daimi və  əbədi olacağı haqqında bəyanatlar 

vermişlər. Xalqımızın ümumimilli lideri H.Əliyevin bəyan etdiyi, dəfələrlə dediyimiz "biz bir millət 

iki dövlətik" sözləri hər bir azərbaycanlının  qulagında  səslənir. 

H.Əliyev 2001-ci il martın 12-də Ankara şəhərində Azərbaycan Respublikası  Mədəniyyət 

Nazirliyi ilə Türkiyə Cümhuriyyətinin Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq protokolunun təsdiqi 

haqqında sərəncam vermişdir.Müasir mərhələdə  əsası H.Əliyev tərəfindən qoyulan Azərbaycan-

Türkiyə mədəni əlaqələri son dövrdə daha yüksək templə inkişaf etməkdədir. Bunu dövlət və hökümət 

rəhbərləri səviyyəsində, cəmiyyətlər və diasporlar əməkdaşlığında qeyd edilən tədbirlər də 

təsdiqləməkdədir. Azərbaycanın Ankarada Azərbaycan səfirliyi,  İstanbulda General-Konsulluq, 

Qarsda General-Konsullugu fəaliyyət göstərir. Türkiyənin isə Bakıda-səfirlik, Naxçıvanda  General-

Konsulluq  təşkilatları fəaliyyət  göstərir. 

H.Əliyevə Türkiyə-Azərbaycan əlaqələrinin və dünya siyasətinin inkişafında xüsusi xidmətlərinə 

görə 1998-ci ildə Atatürk Universitetinin fəxri doktoru adı verilmişdir. 

Türkiyə ilə Azərbaycan arasında  əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin 

edilməsinə yönəlib. 1993-cü ilin aprelində Ermənistan qoşunları Azərbaycanın Kəlbəcər rayonunu 

işğal etdikdən və BMT-nin işğal olunmuş  əraziləri tərk etməsi barədə  qətnaməsini icra etmədikdən 

sonra Türkiyə Ermənistanla sərhədlərini bağlayıb və problem həllini tapmayana qədər sərhədləri 

açmamaqda qərarlıdır. Türkiyə ardıcıl olaraq bütün beynəlxalq təşkilatlarda Azərbaycanın Ermənistan 

silahlı qüvvələri tərəfindən işğal edilmiş  ərazilərinin azad olunmasını, bu məsələ ilə bağlı BMT-nin 

müvafiq qətnamələrinin həyata keçirilməsini tələb edir. 

2003-cü ildə Azərbaycan prezidenti seçilən  İlham  Əliyev də Türkiyə ilə  əlaqələrin genişlən-

məsinə önəm verdi.O, Türkiyə ziyarəti çərçivəsində Azərbaycan və Türkiyə birgə  əlaqələri, iqtisa-

diyyat mədəniyyət haqqında pratakol və digər vacib sənədlər imzalayıb. 

Enerji baxımından zəngin yeraltı qaynaqlara sahib olan Azərbaycanla Türkiyə arasında 13 iyul 

2006-cı ildə Bakıda başlayıb Ceyhanda bitən və üç dövlət (Azərbaycan,Gürcüstan və Türkiyə) 

ərazisindən keçən Bakı-Tibilisi-Ceyhan neft borusunun təməli qoyuldu və bu boru MDB-də Rusiya 

ərazisindən keçməyən ilk borudur. 

Mədəniyyət sahəsində ölkələrimiz arasında fəal iş gedir, bir çox alimlərimiz bu sahədə araşdır-

malar aparmış və aparmaqdadırlar. Bu araşdırmaların bir qismi mədəniyyət siyasəti ilə əlaqədardır. 

"Qardaş ədəbiyyatlar", "Belge", "Bilik", "Türk dünyası" kimi nəşriyyatlar Türkiyə ilə Azərbaycan 

arasında mədəni körpü qurmaga böyük yardım göstərirlər. Hər iki ölkənin müxtəlif demokratik kütləvi 

təşkilatları, o cümlədən həmkarlar ittifaqları, ixtisas üzrə  təşkilatlar, idman klubları  və s. təşkilatlar 

mədəni inteqrasiyaya öz köməkliyini göstərir. Türkiyədə Azərbaycan icmasını təmsil edən təşkilat və 

dərnəklərin ən nüfuzlularından biri "Türkiyə-Azərbaycan dostluq, əməkdaşlıq və həmrəylik fondudur. 

Bu fondun nəzdində "Azərbaycan evi" fəaliyyət göstərir.  Burada əsas mədəniyyət tədbirləri və 

gecələri keçirilir. 

Azərbaycanın beynəlxalq mədəni  əlaqələrdə  iştirakı  əsasən bu formalarda həyata keçirilir:ədəbi 

əlaqələr, kitab çapı, kitab mübadiləsi, kitab sərgi və yarmarkaları, yazıçı,  şair və jurnalistlərin 

əməkdaşlıgı, musiqi, teatr, kino, televiziya , radio sahəsində  əməkdaşlıq,  rəssamların sərgi və 

yarmarkalarda iştirakı, ictimaiyyətin əlaqələri,  mədəniyyət günləri,  idman,  turizm və s. 

Türk dramaturqlarının  əsərlərinin Azərbaycan teatrındakı tamaşaları, eləcədə son illərdə 

Azərbaycan dramaturgiyasının Türkiyə teatrlarında səhnə  şərhini tapmış nümunələri teatrlarımızın 

yaxınlaşmasında müstəsna  əhəmiyyət kəsb edir. Hər il Azərbaycan mədəniyyətinin yüzlərlə nüma-

yəndəsi, onlarla bədii kollektivi, aktyor qrupları xaricə gedi, təxminən qeyd olunan qədər də xarici 

dövlətlərin mədəniyyət işçiləri Azərbaycana gəlir. 

İnqilab Kərimovun "Azərbaycan-Türkiyə teatr əlaqələri" kitabında  da xalqlarımız arasındakı 

teatr əlaqələrindən bəhs olunub. Burada Azərbaycan-Türkiyə səhnə  ustalarının dostluğuna, qarşılıqlı 

qastrol səfərlərinə geniş yer ayrılıb. Hər iki ölkə arasında mədəni-humanitar əlaqələr də daim inkişaf 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

776 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

etməkdədir. Milli təhsil sahəsindədə durmadan getməkdədir. Azərbaycanla-Türkiyə arasında milli 

təhsil sahəsindəki ən önəmli çalışma "Böyük öyrənci layihəsidir". Azərbaycan  tələbələri Türkiyədə,  

Türkiyə  tələbələri  Azərbaycanda  təhsil  alırlar. 

Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Bütün qonşu 

ölkələrlə qarşılıqlı surətdə faydalı  və qarşılıqlı hörmət  əsasında qurulmuş münasibətlər mövcuddur. 

Müasir dünyada dostluq və qardaşlıq  əlaqələri baxımından Azərbaycan-Türkiyə dostluğu nümunə 

gösdərilə bilər. Bizim xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Ortaq etnik-mədəni 

mənşəyə, tarixi keçmişə sahib olan iki qardaş xalqı mənəvi tellərlə yanaşı, ümumimilli, siyasi, iqtisadi  

maraqlar  birləşdirir. 

Azərbaycan artıq öz mədəniyyəti, ədəbiyyatı və incəsənəti, şəxsiyyətləri ilə dünya meridianlarına 

çıxır. Prezidentimizin müvafiq fərmanları    ilə dahi Azərbaycan  şairi və mütəfəkkiri Məhəmməd 

Fizulinin 500 illik yubileyinin Fransada, İraqda, İranda və Rusiyada , dünya şöhrətli  Bülbülün  100 

illik yubileyinin Moskvada, Tibilisidə  və Ankarada, məşhur  bəstəkar Qara Qarayevin 80 illik 

yubileyinin  Moskvada və Parisdə, görkəmli  müğənni  Rəşid Behbudovun  80 illik yubileyinin  

Moskvada, türk xalqlarının  Ana kitabı olan “Kitabi-Dədə  Qorqud” dastanının 1300 illik yubileyinin 

Parisdə-YUNESKO-nun iqamətgahında  yüksək  səviyyədə  qeyd olunması    müstəqil  Azərbaycan 

mədəniyyətini yenidən  tanıtmışdır. Türkiyə  dövləti  indiyədək  bizim  xalqın  arxasında  durub və 

durmaqdadır. 

 

 



 

DÜNYADA VƏ AZƏRBAYCANDA MULTİKULTURALİZM 

 

Günel HƏSƏNOVA 

gunelhesenova58@gmail.com 

AZƏRBAYCAN 



 

Bildiyimiz kimi, 2016-cı il multikulturalizm ili elan edilmişdir.Multikulturalizm tərcümədə 

çoxmədəniyyətli deməkdir.Multikulturalizm, tolerantlıq, dözümlülük oxşar anlayışlar olsalar da onlar 

müxtəlif xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. 

Bəşər cəmiyyəti yarandığı gündən insanlar sərhədsiz, din, dil, irq və digər müxtəlifliyi olmayan 

bir dünyada yaşamışlar. Müxtəlif dövrlərdə ölkələrin, yeni dinlərin yaranması  nəticəsində insanların 

bir-birinə qarşı dözümlülüyü azalaraq münaqişələrin yaranmasına səbəb olmuşdur.Bu ondan irəli gəlir 

ki, artıq ümumi maraqlar deyil, fərdin ölkənin, xalqın maraqları güdülür. 

Fikrimcə, multikulturalizmi 2 cür səciyyələndirmək mümükündür. 

1) Müxtəlif xalqlar, onlarla birlikdə yaşayan müxtəlif mədəniyyətli insanların dininə, həyat 

tərzinə hörmət edib qarşılıqlı dözümlülük göstərməsidir.Əsrlər boyu Azərbaycan bu təcrübədən 

istifadə etmişdir. 

2) Digər tərəfdən, müxtəlif mədədniyyətlərin bir-birinə inteqrasiyasıdır. Tarixi təcrübə sübüt edir 

ki, mədəniyyətlərin inteqrasiyası effektiv nəticə vermir. Əgər belə olsaydı, o zaman Azərbaycan 70 il 

SSRİ əsarətində yaşadığı zaman öz mədəniyyətini unudardı. 

Multikulturalizm yeni hadisə deyil, o hələ  qədim dövrlərdən var idi. Orta əsrlərdə xristian 

mərhəməti, islam ədaləti və humanizmi bir vəhdət təşkil etmişdir. Buna Ərəb-İspan mədəniyyətini 

misal göstərmək olar. Lakin, 1492-ci ildə rekonkista hərəkatı  nəticəsində  ərəblərin ağalığına son 

qoyuldu. 1610-cu ildə isə bütün müsəlmanlar  İspanyadan uzaqlaşdırıldı.  İspaniyada katolik kilsəsi 

tikildi. Bunun səbəbi o dövrdə Cənubi Avropanın böyük hissəsinin islam dinini qəbul etməsidir.Hələ 

islamafobiya orta əsrlərdə yaranmışdır.II Dünya müharibəsindən sonra qərbdə demoqrafik böhran 

“üçüncü dünya” ölkələrindən ucuz işçi qüvvəsinin Avropaya dəvət olunmasına səbəb oldu. Gələn 

müsəlmanlar öz dini etiqadlarını, mədəniyyətlərini qoruyub, həmdə demoqrafik üstünlük göstərərək 

Avropada yaşamağa başladılar. Lakin, bu Avropanı narahat etdi. Vatikanda toplanan “Sinodo” 

məclisində deyilirdi, gələcəkdə Avropa müsəlmanlar qarşısında azlıqda qalacaq, Fransa islam olkəsi 

olacaq. Hadisələrin belə gedişi qərb islamafobiyasının güclənməsinə səbəb oldu.Avropada dözümlülük 

təkcə islam dininə deyil, yəhudilərə qarşı da olmuşdur.Onlar müxtəlif dövrlərdə yəhudiləri Avropadan 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

777 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

qovub çıxarmışlar. Avropa yalnız öz ideologiyasına uyğun olaraq multikulturalizmi təbliğ edir və öz 

dinlərinə, mədəniyyətlərinə qarşı dözümlülük göstərməyi tələb edirlər, ancaq başqa xalqlara, dinlərə, 

mədəniyyətlərə qarşı dözümsüzlük göstərirlər. 

Qərbdə multikulturalizmin yaranmasına SSRİ-yə daxil olan müxtəlif dindən, dildən, mədəniy-

yətdən olan xalqların tək ideologiya naminə birləşməsi təsir göstərmişdir. 

XX əsrin əvvəllərində Rusiyada yoxsulluq, aclıq hökm sürürdü. II dünya müharibəsindən sonra 

vəziyyət daha da kəskin xarakter daşımağa başladı. Ancaq Rusiya inkişaf etdi, SSRİ inkişaf etdi, 

SSRİ-yə daxil olan xalqlar inkişaf etdi. Çünkü, SSRİ-də  hər  şeyə rasional münasibət bəslənirdi. 

Nəticədə SSRİ-yə daxil olan xalqlarda əhali savadsızdan, orta ziyalı əhaliyə çevrildi. Mən heçdə SSRİ 

dövründə xalqların müstəqil  şəkildə öz adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxladıqlarını 

demək istəmirəm əksinə, SSRİ-yə daxil olan xalqlar totalitar rejim, assimlasiya, repressiyalara məruz 

qaldı, ancaq inkişafda göz qabağında idi. Lakin, hər bir mədəni müxtəlifliyə malik olan sistem kimi 

SSRİ-də məhvə məhkum idi. 

Avropanın qorumaq istədiyi multikulturalizm iflasa uğradı.2001-ci ildə Fransa, Almaniya,Böyük 

Britaniya təmsilçiləri Avropada multikulturalizmin iflasa uğradığını qəbul etdilər. 

Avropada olan multikulturalizm özünü “üçüncü dünya”  ölkələrindən qəbul edilən immiqrantlara 

olan “humanizm”ində göstərir.Beləki, 2008-ci ildə Belçikada, Fransada ictimai yerlərdə baş örtülə-

rinin geyilməsinə qadağa qoyuldu. İtaliya höküməti isə bu qərarı 2011-ci ldə  qəbul etdi. Qadağanı 

pozanlar 150€-dan 300€-dək cərimə ödəməlidir.Başqalarının geyimləri ilə mübarizə heç də Avropanın 

multikulturalizmi ilə uyğunlaşmır.  İtaliyada xaç gəzdirmək,  İsveçrədə minarələrin tikilməsi qadağan 

edilib. Həmçinin, müxtəlif etnik qruplara Fransada qaraçılara, Böyük Britaniyada irlandiyalılara, 

İspaniyada basklara qarşı dözümsüzlük  göstərilir. XXI əsrdə Norveçdə Anderv Breyvik müxtəlif 

millətdən olan günahsız insanları öldürərək başqa millətlərə qarşı dözümsüzlük nümayiş etdirmişdir. 

Müxtəlif regionlarda multikulturalizmə  fərqli yanaşmalar mövcuddur. Kanadada yaşayan etnik 

qruplar, xalqlar öz dillərində azad şəkildə  təhsil ala, danışa, dini etiqadını yerinə yetirə bilər. 

Avstraliyada isə bir qədər fərqli yanaşma vardır. Ölkə  işçi qüvvəsini təmin etmək üçün müxtəlif 

mədəniyyətlərə malik xalqları  qəbul edir və onların birlikdə yaşamasını  təmin etmək üçün müxtəlif 

qanunlar qəbul edilir. Misal olaraq, 1961-ci ildə  qəbul edilmiş  “İmmiqrasiya haqqında qanun”-u 

göstərmək olar. 

Bir çox insanlar multikulturalizmin mənbəyinin demokratiya olduğunu qeyd edirlər. Elə isə 

demokratik quruluşlardan biri olan ABŞ-a baxaq, ölkə polietnikdir. “Qaynar qazan” termini ABŞ-a 

xasdır. Bu o, deməkdir ki, ölkə  dəqiq millət anlayışı olmayan  müxtəlif mədəniyyətə malik olan 

xalqların birlikdə yaşadığı dövlətdir. “ Əridici qazan” terminidə ABŞ-a xasdır, uzun illər ərzinə ölkədə 

yaşayan  xalqları, mədəniyyətləri birləşdirib tək mədəniyyət yaradılmağa çalışılsa da “ əridici qazan” 

effektiv nəticə vermədi. 

Uzun tarixi dövr ərzində ABŞ-da qaradərili və  ağdərili insanların hüquqlarını  bərabərləşdirmək 

üçün qanunlar qəbul edilsə də bu bir nəticə verməyib. Hazirda Amerikaya daxil olan hər 3 zəncidən 1-

inə potensial cinayətkar kimi baxılır. Qara dərililərə qarşı bir ədalətsizlik hökm sürür. 1944-cü ildə 2 

qızı öldürdüyünə görə günahlandırılan və 1 gün davam edən məhkəmədən sonra 14 yaşlı gənc edam 

edilir, ancaq 70 il sonra gəncin günahsız olduğu sübüta yetirilir. Bu eyni ilə Harper Li-nin “Bülbülü 

öldürməyin” əsəri ilə oxşarlıq təşkil edir. İrqi ayrı-seçkilikdən bəhs edən bu əsərdə qara dərili bir gənc 

ağ  dərili bir qıza təcavüz etmə iddiası ilə günahlandırılır. Həyatda olduğu kimi, həmin qara dərili 

gəncin-Tom Robinsonun sonu nikbin sonluqla bitmir. Bundan belə bir nəticəyə  gəlmək olar ki, 

multikulturalizmin mənbəyi demokratiya deyil. 

Etnik qruplara qarşı bu cür haqsızlıqlara təkcə Amerikada yaşayan etnik qruplar deyil, Çinin 

şimalında yaşayan  uyğurlarda məruz qalırlar .Uyğurlar türk dilində danışır, və islam dininə sitayiş 

edirlər. Uyğurlara qarşı Çin xalqı dözümsüzlük nümayiş etdirir. Bir neçə il bundan əvvəl “ Haqq-

ədalət can verir” başlığı altında çıxan xəbərdə Uyğur bir gəncin edamından bəhs edilir. Həmin gənc 

bıçaqlanan bir gənci xilas etməyə çalışır, lakin qız ölür. Həmin gənc, qızı öldürməkdə 

günahlandırılaraq, edam edilir. 18 ildən sonra qızı öldürən şəxs tutulur, cinayəti boynuna alır. Edam 

edilən gəncə ölümündən 18 il sonra bəraət verilir. 

Azərbaycanda isə multikuturalizmə çox fərqli yanaşma mövcuddur. Fikrimcə,Azərbaycanın 

multikulturalizm sahəsində olan nailiyyətlərindən digər dövlətlərdə istifadə etməlidir. Azərbaycan 

polietnik dövlətdir. Burada, müxtəlif xalqlar, etnik qruplar yaşayır. Başqa xalqlara qarşı dözümlülük 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

778 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

mentalitetimizin bir parçasıdır. Azərbaycanın bir çox bölgələrində udinlər, ləzgilər, tatlar, ruslar  və.s 

xalqlar, etnik qruplar yaşayırlar. Onlar öz dilərində danışa, dini etiqadını yerinə yetirə bilərlər. 

Azərbaycanda kilsələr, sinoqoqlar vardır. Təkcə  Qız qalasının  ətrafında  şiə, ləzgi məscidi, xristian 

kilsəsi yerləşir. Xalqımız müxtəlif mədəniyyətlərə hörmət etməklə yanaşı, öz mədəniyyətini qoruyub 

saxlamışdır.  Əsrlər boyu bir çox dövlətlərin, xüsusən, 70 il SSRİ- tabeliyində yaşamasına 

baxmayaraq, öz mədəniyyətindən, adət-ənənəsindən bir şey itirməmişdir, əksinə, zənginləşdirərək yeni 

nəslə ötürməyi bacarmışdır. 

Fikrimi yekunlaşdıraraq bildirmək istəyirəm ki, multikulturalizm o zaman müsbət nəticə verər ki, 

müxtəlif mədəniyyətli insanlara qarşı yüksək mədəniyyət və dözümlülük göstərilsin.Mədəniyyətlərin 

inteqrasiyası, assimlasiyası, Yaxud Amerikanın “qaynar qazan”ı müsbət nəticə verməməklə yanaşı 

münaqişə ocaqlarının yaranmasına səbəb olacaq. 

Beynəxalq mədəni münasibətlərdə qarşılıqlı anlaşmağa nail olmaq üçün “doğma” və “yad” 

anlayışlarını birləşdirmək  yox, “doğma” və “yad”a ayri-ayriliqda humanist, tolerant münasibət bəslə-

mək lazımdır. 

Dünyanın bir az humanizmə ehtiyacı var...!!! 

 

 

 



 

İKİLİ STANDART SİYASƏTİ VƏ ONUN BEYNƏLXALQ 

MÜNASİBƏTLƏR ARENASINDA TƏZAHÜRLƏRİ 

 

Esmira ƏKBƏROVA                                                                                 

Azərbaycan Dillər   Universiteti 



m-esmira84@mail.ru 

AZƏRBAYCAN 



 

Son zamanlar  “ikili standart siyasəti ” termini müasir cəmiyyətdə daha tez tez istifadə olunur. 

Hətta belə zarafat da yaranıb ki “ikili standart siyasətindən yalnız tənbəllər danışmır ”. Bu anlayışın 

dünya siyasətində hansı rol oynadığını bilmək üçün anlayışın hansı  məna kəsb etdiyini müəyyən 

etmək lazımdır. İkili standart – müasir politologiyada, jurnalistikada, iqtisadiyyatda və digər humanitar 

elmlərdə geniş yayılmış termindir. Gündəlik həyatımızda biz özümüz də bilmədən ikili standartlardan 

istifadə edirik. İkili standartlar həmişə mövcud olmuşdur. Siyasət onun üzərində qurulur. İkili standart- 

birinə digərinə nisbətdə daha ciddi rəftar prinsipidir. Siyasət insanlar arasında qarşılıqlı münasibətlərin 

bir növü olaraq bu prinsip üzərinə qurulur. Təbii ki, hər kəslə eyni siyasətin aparılması mənasız olardı. 

Əks halda ümumiyyətlə siyasət mövcud olmazdı. Başqa sözlə ikili standart siyasəti  ictimai fikirlər 

vasitəsilə  rəqiblərə  təzyiq və öz fəaliyyətlərinə haqq qazandırmaq üsulu kimi geniş istifadə olunur. 

Belə ki, ikili standart siyasəti eyni fəaliyyətin qiymətləndirilməsini hər hansı dövlətə münasibətindən 

asılı olaraq fərqləndirilməsidir. 

Concise Oxford English Dictionary versiyasına görə ikili standartlar adı altında bir qaydanın 

birilərinə nisbətən digərinə daha ciddi tədbiq edilməsidir. Adətən bu anlayış beynəlxalq arenada 

öhdəliklərin, insan hüquqlarının,  konvensiyaların, beynəlxalq hüququn prinsip və normaların 

pozulmasında günahlandırma forması kimi başa düşülür. Bu anlayışın meydana gəlməsi tarixi dəqiq 

məlum deyil, çünki ikili standart siyasəti son 10-15 ildə daha qabarıq forma almışdır. Bəzi mənbələrə 

görə bu anlayış insan cəmiyyəti yarandığı gündən mövcuddur, bəzilərinə görə isə ikili standart siyasəti 

Balkan böhranı zamanı ortaya gündəmə  gəlmişdir.  Əslində bu anlayış daha öncə  də dövlətlərin 

fəaliyyətində istifadə olunmuşdur. Belə ki bu haqda Makiavellinin sözlərini yada salmaq kifayətdir. 

Sadəcə müasir beynəlxalq münasibətlərdə bu standart tez tez gündəmə  gəldiyi üçün aktuallaşmışdır. 

Çoxluq düşünür ki, ikili standart bugünki siyasətin ayrılmaz hissəsi ola bilər lakin bu mənəviy-

yatsızlıqdır. Bu termindən sui istifadə isə daha çox mənəviyyatsızlıqdır. Qeyd etmək istəyirəmki, 

idarəçilik praktikasında ikili standart vəzifəli  şəxslərin üstünlüyü “özününkü”lərə  və “yadlar”a isə 

maneələr yaratmaq formasını ala bilir. Başqa sözlə “özününkü”lərə hər şey, “yad”lara qanun prinsipi 

meydana gəlir. Eyni və yaxud yaxınmənalı obyektləri, fəaliyyətləri müxtəlif termin və izahlarla 

fərqləndirmək ikili standart siyasətinə xarakterikdir. Bu fikri maraqlı misallarla davam etdirmək olar: 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

779 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

-  Cəsus  -  Kəşfiyyatçı 

-  İşğal etmək  -  Azad etmək 

-  Xəbərçi         -  Məlumatlandırıcı 

-  Separatçılıq   -  Milli azadlıq hərəkatı 

-  İntervensiya  -  Hərbi yardım 

-  Qorxaqlıq  -  Ehtiyatlılıq  

Göründüyü kimi beynəlxalq münasibətlərdə  də ikili standart siyasəti qəbul edilmiş prinsiplərin, 

konvensiyaların, öhdəliklərin, ümumbəşəri dəyərlərin və insan hüquqlarının pozulması eləcə  də 

beynəlxalq hüquq normalarına riayət etməkdən boyun qaçıran zaman öz və ya müttəfiqlərinin 

fəaliyyətinə haqq qazandırmaq formasını alır. Məsələn, Rusiyanın BMT-də  təmsil edən nümayəndə 

heyətinin keçmiş sədri V.Çirkin BMT-nin Təhlükəsizlik Şurasının üzvlərini tənqid atəşinə tutmuşdur. 

Səbəb kolleqalarının Abxaziya və Cənubi Osetiya digər tərəfdən isə Kosovo məsələsinə ikili standart 

tədbiqi olmuşdur.  

İkili standart siyasətinin tədbiq olunmasının bir neçə  səbəbi ola bilər.  Ədəbiyyatlarda bu 

səbəblərin araşdırılmasına və analizinə çox geniş yer ayrılmışdır. Bir neçə səbəbi nəzərdən keçirmək 

olar. Səbələrdən biri daha güclü dövlətlərin özlərini “demokratiya məktəbində”  “müəllim” mövqeyin-

də hiss etməsidir və onlar “şagird” dövlətlərə nisbətən daha çox imkanlara malik olduqlarını düşünür-

lər. Bu zaman dövlətlərin beynəlxalq suverenlik bərabərliyi prinsipi arxa planda qalır.  

İkili standart siyasətinin tədbiq olunmasının başqa bir səbəbi qlobal idarəetmədə yeni vəziyyətin 

yaranmasıdır. Bir müddət öncə elə  gəlirdiki, milli dövlət anlayışı  qloballaşan dünyada yoxa çıxır. 

Lakin müasir dövrdə beynəlxalq cəmiyyətdə milli dövlətlərin rolunun “renessance” tendensiyası 

nəzərdən qaçmır. Bu tendensiya ozünü müxtəlif formalarda biruzə verir. Hər hansı beynəlxalq 

təşkilatın işi dövləti qane etmirsə, öz fəaliyyətini həmin təşkilatda dayandırır. Məsələn ABŞ-ın 

UNESKO-da fəaliyyətini dayandırdığı kimi. Yaxud Çin kimi alternativ təşkilat yaradır ( 2014-cü ildə 

Çin Beynəlxalq Valyuta Fondunun reformasiyalara cavab verməməsi səbəbindən Asiya infrastruktur 

investisiyaları bankını yaratmışdır ). Ya da Rusiyada qəbul olunmuş formada. Belə ki, Rusiyaya görə 

əgər beynəlxalq institutların qərarları ölkənin kontitusiyasına uyğun gəlmirsə onları yerinə yetirməmək 

olar. Misallar əsasında bu tendensiyanın hansı istiqamətdə inkişafını və ikili standart siyasətin tədbiqi 

üçün münbit sferanın yaranmasını müəyyən etmək çətin deyil. 

İkili standart siyasətinin tədbiq olunmasının üçüncü səbəbi siyasət və mənəviyyatın bir birinə tərs 

mütənasib olduğu situasiyalardır. Təsadüfi deyil ki, ikili standart ifadəsinə daha yaxın mənalı ifadə 

olaraq “ikili mənəviyyat” ifadəsini istifadə edirlər. Söhbət  əgər dövlətin vacib milli maraq və 

mənafeyindən gedirsə, dövlətlər məqədlərinə çatmaq üçün beynəlxalq arenada bütün qeyri-dəqiq, ikili 

standartlı davranışlara yol verirlər. 2003-cü ildə ABŞ  və  İngiltərənin kütləvi qırğın silahlarının 

sınaqdan keçirməsini və  bəşəriyyətə  təhlükə törətdiyini bildirərək  İraqa aqresiyasını buna misal 

göstərmək olar.  

Qeyd etmək istəyirəmki, ikili standart siyasətinin tədbiq edilməsi səbəbləri sırasına beynəlxalq 

hüququn bəşəriyyətə qarşı olan müasir təhlükə  və  hədələrə effektiv reaksiya qabiliyyətinə malik 

olmamasını da əlavə etmək lazımdır. Bir sıra tədqiqatçılar ikili standartları beynəlxalq hüququn 

devalvasiyası prosesi çərçivəsində  təhlil edirlər. Bəziləri belə fikirəşir ki, beynəlxalq hüquq böhran 

vəziyyətindədir, müasir təhlükələrə adekvat cavab vermək və stabil dünya nizamını  təmin etmək 

iqtidarında deyil. Sürətli dəyişikliklər beynəlxalq arenada beynəlxalq münasibətlərin yeni aspektlərinin 

formalaşmasına təsir görstərir ki, çox zaman bu aspektlərin tənzimlənməsi beynəlxalq hüquq 

tərəfindən mümkünsüz olur. Bu sürətli dəyişikliklər nə qədər tez-tez baş verirsə hüquqda bir o qədər 

böşluqlar yaranır. Münaqişələrin həlli sferasında və digər mübahisəli sahələrdə  də bu cür vəziyyət 

müşahidə olunur. Dəyişikliklərin sürətli olması tərəflərin mövqelərində fərqlilik yaradır ki, bu da təcili 

olaraq həll yollarını tapmaqda məhdudluq yaradır. Belə bir vəziyyətdə  də ikili standart siyasətinin 

tədbiq olunması ehtimalı artır.  

Dünya siyasətində ikili standartlar siyasəti ilə necə mübarizə aparmaq məsələsi artıq tez-tez 

gündəmə  gəlməkdədir. Lakin bununla mübarizənin mümkünsüz olması  və yalnız nəzarət olunması 

mümkünlüyü barədə araşdırmalar da az deyil. Lakin qeyd etmək istəyirəm ki, bir ölkəni və ya bir qrup 

insanı digərlərindən üstün tutan, fərqləndirən dünya nizamı müvəfəqiyyətli ola bilməz. Hər bir 

cəmiyyət öz yolunu axtarıb tapmalıdır. Hər ölkə bu yolu xalqının mədəniyyət və adət-ənənələrindən 

qaynaqlanaraq tapmalıdır.  


Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin