Microsoft Word 00 KeyNote Speakers Materiallar



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə15/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   11   12   13   14   15   16   17   18   ...   148

 

 

HD224014 ULDUZUNUN SPEKTROSKOPİK DƏYİŞKƏNLİKLƏRİ 

 

Ə.Ş.BALOĞLANOV, Y.M.MƏHƏRRƏMOV, Ə.M.XƏLİLOV, Ə.R.HƏSƏNOVA  

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 



baloglanov-eli@rambler.ru 

AZƏRBAYCAN 



 

AMEA N.Tusi adına  Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunun kasseqren 

fokusunda müasir CCD kamerası ilə 

 Cas (F8Ia  G2Ia0e) hipernəhəng ulduzunun 2005, 2013, 2014 

və 2015-ci illərdə spektral müşahidələri aparılmışdır. Bir müşahidə gecəsi ərzində 2-6 sayda spektrlər 

alınmış və onların hamısı cüt-cüt toplanmışdır. Bütün toplanmış spektrlərdə əsasən hidrogen xətlərinin 

Balmer seriyası üzrə H

, H



 xətləri və NaID dublet xətləri işlənmişdir.  Spektral ayırdetmə R=15000 

və siqnalın küyə nisbəti S/N=150

200-dür. Alınmış bütün spektrlər DECH-20 və DECH-20t paket 

proqramları vasitəsilə işlənmişdir. Şüa sürəti üçün xəta 

2 kms, ekvivalent en üçün isə 5%-dən çox 

deyil. 

HD224014 (



 Cas) hipernəhəng ulduzu üçün son məlumatlara görə onun effektiv temperaturu 

Teff = 7000K, ulduzun radiusu R=400R, ulduzun işıqlığı Log L

L=5.7, uluzadək məsafə d=2500 

parsekdir. Bundan əlavə, 

 Cas - ın görünən ulduz ölçüsü mv ~ 4.5 –dir. Lakin bu parlaqlıq 

gözlənilmədən dəyişə bilir.  

İndiyədək 

 Cas ulduzunun spektral və fotometrik tədqiqi, o cümlədən ulduzun fundamental 

parametrlərinin təyini ilə A.A.Boyarçuk, M.E.Boyarçuk, L.S.Lyubimkov, T.Kato, C.de Jager, 

F.Musayev, A.Lobel, E.Zsoldos, J.R.Percy, Y.Sheffer, D.L.Lambert və başqaları məşğul olmuşlar. Bu 

işlərdə  tədqiqatçılar 

 Cas ulduzunda radial pulsasiyanın baş verməsi, ulduzda kütlə itgisinin 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

59

 



Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

hesablanması, ulduzun parlaqlıq  əyrisinin qurulması, həmçinin ulduzda maraqlı spektral dəyişkən-

liklərin baş verməsini tədqiq etmişlər.       

Yuxarıda qeyd olunan işlərin davamı kimi biz də 2005-ci ildən etibarən 

 Cas ulduzunun spektral 

tədqiqi məqsədilə onun 10 günlük spektrlərini əldə etmişik.  

Spektrlər işlənərkən müəyyən edilmişdir ki, H

, H



 və NaID xətləri profillərinin quruluşunda, bu 

xətlərdəki  şüa sürətində, ekvivalent endə, xəttin dərinliyində  və digər spektral parametrlərin 

qiymətlərində nəzərəçarpacaq dəyişmələr baş verir.  

Apardığımız ölçmələr göstərdi ki, H

  və  H



  xətlərinin udulma komponentlərində  şüa sürətinin, 

ekvivalent enin və qalıq intensivliyinin qiymətləri uyğun olaraq -77 

-29 kms, 0.77  1.25Å, 0.42  

0.62  və -62 

-44 kms, 1.77  2.45Å, 0.27  0.35 intervallarında dəyişir. H  xəttinin  şüalanma 

komponentində isə  şüa sürəti, ekvivalent en və qalıq intensivliyi uyğun olaraq 12 

38 kms, 0.04  

0.10 Å və 1.06 

 1.13 intervallarında dəyişmişdir.  

Ölçmələrin analizi göstərmişdir ki, bəzi hallarda H

  və  H



  xətlərinin hər ikisində, bəzən isə 

birində şüa sürəti kəskin dəyişir. Nümunə üçün qeyd edirik ki, 17.10.2013 və 18.10.2013-cü il tarixli 

spektrlərdə şüa sürəti H

-da uyğun olaraq -29 km



s və -35 kms, H

-da isə -49 km



s və -55 kms-dir. 

Göründüyü kimi bir gün ərzində  hər iki xəttdə  şüa sürəti 6 km

s dəyişmişdir. 11.08.2015 və 

19.08.2015-ci il tarixli spektrlərdə isə şüa sürəti H

-da uyğun olaraq -54 km



s və -53 kms, H

-da isə -



52 km

s və -44 kms-dir. Burada isə H xəttində şüa sürətinin dəyişməsi xəta daxilindədir, H

xəttində 



isə 8 km

s dəyişmə baş vermişdir.  

Bundan əlavə, H

 və H



 xətləri profillərinin quruluşları da güclü dəyişkənliyə malikdir. Bəzən H

 

xəttinin qırmızı qanadında  şüalanma komponenti yaranır və yox olur. H



  xəttində isə  bənövşəyi 

qanadda əlavə udulma komponenti yaranır, xəttin konturu boyunca sürüşür və yox olur. NaID dublet 

xətti isə həmişə qoşalaşmış formada müşahidə olunmuşdur. Belə ki, bu xətlərin qırmızı qanadlarında 

həmişə nisbətən zəif ikinci udulma komponentləri vardır. Bəzən həmin əlavə udulma komponentləri 

yox olma səviyyəsinə qədər zəifləyir və qısa müddətdən sonra yenidən güclənir.  

Alınmış  nəticələrin analizi baş verən dəyişkənliklərin kvaziperiodikliyə malik olmasını ehtimal 

etməyə əsas verir.  

Hesab edirik ki, 

 Cas ulduzu spektrlərində  aşkar olunmuş  həmin hadisələr bu ulduzun 

atmosferinin H

 və H



 xətlərinin formalaşdığı effektiv qatlarında güclü maddə axınlarının olması və 

ulduzu  əhatə edən örtüyün həyəcanlanmasının təsirindən və ya ulduz atmosferində gedən digər 

mürəkkəb fiziki proseslər səbəbindən baş verə bilər.  



 

 

InGaTe

2

 BİRLƏŞMƏSİNİN KİNETİK EFFEKTLƏRİNİN TƏDQİQİ

 

 

Ü.S.ABDURƏHMANOVA 

Azərbaycan Texniki Universiteti 



uulker12@mail.ru 

AZƏRBAYCAN 



 

VI

III

III

C

B

A

2

tip birləşmələrin tipik nümayəndəsi olan InGaTe



birləşməsi tetraqonal sinqoniyada 

kristallaşır, qəfəs sabitləri a=8,3945, c=6,8352Å fəza qəfəsi I4/mcm-dir Bu birləşmənin energetik 

spektrinin və  bəzi xassələrinin tədqiqi barədə dövri ədəbiyyatda məlumatlar olsa da onun elektrik 

xassələrinin sistemli tədqiqi barədə  məlumatlar mövcud deyildir. Bu işdə InGaTe

2

 birləşməsinin 



elektrik keçiriciliyinin, Holl və termo-ehq əmsalının temperatur asılılıqlarının tədqiqi barədə məlumat 

verilir. InGaTe

2

 birləşməsi işində təsvir olunan üsulla alınmışdır.  



Birləşmənin elektrik keçiriciliyinin (σ), Holl (R) və termo-e.h.q. əmsallarının (α) temperatur 

asılılıqları 300-1000K temperatur intervalındatədqiq edilmişdir. σ, R və α-nın ölçülməsində yol verilən 

xətalar müvafiq olaraq 4, 7 və 5% olmuşdur.   

Aparılan tədqiqatlar zamanı alınan nəticələrin təkrarlanması və onların dəqiqliyi aşağıdakı kimi 

yoxlanılmışdır: ölçmələr aparıldıqdan sonra nümunə tutqacda qalmış  və müəyyən müddətdən sonra 

ölçmələr yenidən təkrarlanmışdır; nümunəni tutqacdan götürüb ona yeni kontaktlar birləşdirilmiş  və 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

60

 



Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

ölçmələr yenidən təkrarlanmışdır.  Əksər nümunələrdə aparılan ölçmələrin nəticələri normal  olaraq 

təkrarlanır və maksimum kənaraçıxma ölçü xətaları tərtibində olur. 

InGaTe


2

 birləşməsinin məxsusi elektrik keçiriciliyinin və Holl əmsalının temperatur asılılıqlarının 

eksperimental tədqiqinin nəticələri şəkil 1-də verilmişdir.  

 

Şəkil 1.  InGaTe

2

 birləşməsinin məxsusi elektrik keçiriciliyinin  



(a) və Holl əmsalının (b) temperatur asılılıqları 

Şəkil 1. a)-da görünür ki, tədqiq olunan 300-1000K temperatur intervalında məxsusi elektrik 

keçiriciliyi artır, bu artma 300-620K temperatur intervalında qismən zəif olur. Bu artma aşqar 

səviyyələrində mövcud olan aşqar elektronlarının keçirici zonaya keçməsinin nəticəsidir. 

 

Şəkil 2. InGaTe

2

 birləşməsində sərbəst yükdaşıyıcılarının konsentrasiyasının temperatur asılılığı



 

Temperaturun sonrakı artması ilə valent zonasındakı məxsusi yükdaşıyıcıların qadağan olunmuş 

zonanın eninə  bərabər və ondan çox enerji udaraq keçirici zonaya keçməsilə  əlaqədar daha kəskin 

artır. Holl əmsalının temperatur asılılığı şəkil 1b-də verilib. Göründüyü kimi Holl əmsalı qismən aşağı 

temperaturlarda (300-600)K, temperaturun artması ilə  zəif, daha sonra isə  məxsusi keçiriciliyin 

başlanmasına uyğun temperaturdan sonra isə kəskin olaraq azalır. Qeyd olunmalıdır ki, xüsusi elektrik 

keçiriciliyinin və Holl əmsalının temperatur asılılıqlarına  əsasən təyin edilmiş qadağan olunmuş 

zonanın  eninin qiymətləri; 1.38 və 1.40 eV bir-biri ilə kifayət qədər yaxşı uzlaşır.   

Holl  əmsalının qiymətinə  əsasən n=

3

19



10

625


.

0





sm

R

düsturu ilə hesablanmış  sərbəst 

yükdaşıyıcıların konsentrasiyasının temperatur asılılığı  şəkil 2-də verilmişdir. Göründüyü kimi aşağı 

temperaturlarda konsentrasiya temperaturdan zəif asılı olur, yəni cüzi artır. Amma məxsusi 

keçiriciliyin başlanması ilə əlaqədar olaraq kəskin surətdə artır ki, bu da elektrik keçiriciliyinin və Holl 

əmsalının temperatur asılılıqları ilə yaxşı uzlaşır. Xüsusi elektrik keçiriciliyinin və Holl sabitinin 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

61

 



Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

məlum qiymətlərinə  əsasən hesablanmış Holl yürüklüyünün temperatur asılılığı  şəkil 3b-də verilib. 

Alınmış nəticə göstərir ki, yürüklüyün temperatur asılılığı 

lg



~

2

3





T

 qanunu ilə  dəyişir. Bu isə o deməkdir ki, InGaTe

2

 birləşməsində yükdaşıyıcıların 



uzununa akustik fononlardan səpilməsi üstünlük təşkil edir. 

Termo-ehq  əmsalının temperatur asılılığı  məlum Pisarenko düsturu ilə kifayət qədər yaxşı izah 

edilir.Termo ehq əmsalının  şəkil 3a-da verilmiş eksperimental nəticəsi göstərir ki, bu əmsal aşqar 

keçiricilik oblastında artır, müəyyəm maksimumdan keçərək məxsusi keçiricilik oblastında azalır. 

Termo-ehq  əmsalının temperatur asılılığında müşahidə edilən bu xüsusiyyət 

VI

III

III

C

B

A

2

 tip 



birləşmələr üçün xarakterik əlamətdir. Bu asılılığı aşağıda verilmiş Pisarenko düsturu ilə izah etmək 

olar: 








n

h

kT

m

r

e

k

3

2



/

3

*



)

2

(



2

ln

2



5



 

Burada k- Bolsman sabiti, e- elektronun yükü, m*-effektiv kütlə, n-sərbəst yükdaşıyıcıların 

konsentrasiyası, T- mütləq temperaturdur. Düsturdan və  şəkil 2-dən göründüyü kimi aşağı 

temperaturlarda konsentrasiya praktiki olaraq sabit qaldığından, temperaturun  artması ilə α-artır, lakin 

məxsusi keçiriciliyin başlanması ilə  əlaqədar  olaraq sərbəst yükdaşıyıcıların sayının eksponensial 

qanunla artması termo-ehq əmsalının azalmasına səbəb olur.  

 

Şəkil 3. InGaTe

2

 birləşməsinin termo-e.h.q. əmsalının (a) və yükdaşıyıcıların Holl effektinin (b) temperaturdan asılılığı 



 

Beləliklə,  σ, R,α  və n-in temperatur asılılıqlarının eksperimental nəticələrinin bir-birini təsdiq 

etməsi aydın görünür. 

 

 

InSe-GaSe

 SISTEMININ FIZIKI-KIMYƏVI ANALIZI 

 

P.F.ƏLİYEVA 

Azərbaycan Texniki Universiteti 



fira_salmanova@mail.ru 

AZƏRBAYCAN 



 

InGaSe


2

 birləşməsinin mövcud olması  və bir sıra xassələrinin tədqiqi barədə dövri ədəbiyyatda 

müəyyən məlumatlar mövcuddur  Belə ki, həmin birləşmənin elektrofiziki və istilik parametrlərinin 

temperatur asılılıqları, VAX-ın tədqiqi, optik xassələri, habelə elektron spektrinin tədqiqi barədə 

məlumatlar vardır. Amma həmin birləşmənin həqiqətən də mövcud olmasını  təsdiq edən fiziki-

kimyəvi analizin nəticələri barədə məlumatlar mövcud deyildir. Bunu nəzərə alaraq təqdim etdiyimiz 

bu işdə diferensial-termik, mikrostruktur, xassə-tərkib və rentgenofaza analiz üsulları ilə InSe-GaSe 

sisteminin hal diaqramının tədqiqi barədə məlumatlar verilir. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

62

 



Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

InGaSe


2

 birləşməsinin alınmasında ilkin birləşmə olan InSe  binar birləşməsi 6600

0

C-də  əriyir, 



sıxlığı 5.55 q/sm

3

-dur. Rentgenofaza analizi göstərmişdir ki, InSe birləşməsinin  qalın nümunələri 



tetraqonal sinqoniyada kristallaşırlar, qəfəs sabitləri a=0.4002nm, c=2.4946nm, birləşmənin nazik 

təbəqələri heksaqonal sinqoniyada kristallaşırlar, qəfəs sabitləri a=1.920nm, c=0.400nm-dir. Bu 

birləşmədə 2500C-də monoklinik fazaya keçid baş verir. Bu sinqoniyada qəfəs sabitləri a=0.411nm, 

b=0.461nm, c=1.102nm, α=87.20-dir.  

 

Şəkil1. In

1-x


Ga

x

Se sistemi ərintilərinin mikrobərkliklərinin tərkibdən asılılıqları 



 

GaSe birləşməsi 9600

0

C-də əriyir, alınma texnologiyasından asılı olaraq heksaqonal sinqoniyada 



kristallaşır, qəfəs sabitləri a=0,373nm, c=1.588nm, qəfəsdəki atomların sayı 4, fəza qəfəsi P6-dır. Bu 

birləşmənin bəzən triqonal snqoniyada kristallaşması və aşağıdakı qəfəs parametrlərinə malik olması 

aşkar edilmişdir. Yəni  a=0,3739nm, c=2.3862nm, qəfəsdəki atomların sayı 6, fəza qəfəsi R3m-dir.  

 

Şəkil 2. InSe-GaSe sisteminin hal diaqramı 

InSe-GaSe  sisteminin diferensial-termik analizinin aparılması üçün stexiometriyaya müvafiq 

olaraq çəkilmiş qarışıqlar HF-in sulu məhlulu ilə diqqətlə yuyularaq qurudulmuş, ampulalara 

doldurulmuş, havası 0,0133Pa–a qədər sorulmuş və ağzı lehimlənmişdir. Ərintilərin hər birinin kütləsi 

2q olmuşdur. Qarışıqlar 5mol% addımla hazırlanmış və eyni rejimdə sintez edildikdən sonra HTP-74 

pirometrində  ərimə temperaturları  təyin edilmişdir.  Tədqiq olunan ərintilərin mikrobərklikləri 

avtomatik yükləyici qola malik olan PMT-3 cihazının köməyilə ölçülmüşdür. Hər bir faza üçün yük

mikrobərklik yüklənmə asılılığının öyrənilməsi  əsasında seçilmişdir.  Əvvəlcədən seçilmiş yük üçün 

hər bir fazada nümunələrin cilalanmış  və kimyəvi təmizlənmiş  səthinin 15-dən 25-ə  qədər izi 

götürülmüş və izlərin diaqonalının orta qiyməti 

Hμ = 


∙ .

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

63

 



Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

düsturu ilə hesablanmışdır. Burada Hμ – mikrobərklik (Mpa-la); P – yük 1(kq-la); d – üzlərin 

diaqonalının uzunluğudur (mnm-lə). Alınmış  nəticələr  şəkil 1-də verilmişdir. Göründüyü kimi InSe 

qəfəsində In atomlarının  4%-nin Ga atomları ilə  əvəz edilməsi halında mikrobərkliyin artması 

müşahidə edilmişdir ki, bu da göstərilən konsentrasiya oblastında InSe birləşməsi  əsasında  lənn 

olunannın mövcud olmasını  təsdiq edir. Diferensial-termik analizin nəticələri  şəkil 2-də verilmişdir. 

Şəkildən göründüyü kimi InSe-GaSe sistemində ilkin birləşmələrin 1:1 nisbətində 1125K-də 

konqruyent  əriyən InGaSe2 birləşməsi  əmələ  gəlir və InSe-nin əsasından GaSe-nin 4 mol% həll 

olması müşahidə edilir. Bu birləşmənin rentgenofaza analizinin nəticələri göstərmişdir ki, bu birləşmə 

tetraqonal sinqoniyada kristallaşır və a=8,0138, c=6,9534, fəza qəfəsi I4/mcm-dir. Hal diaqramı 

həmçinin sistemin mikrostruktur analizi ilə də təsdiq edilmişdir. Nəticələr şəkil 3-də verilmişdir.       

 

Şəkil 3. In

1-x

Ga

x



Se sistemi ərintilərinin mikroquruluşları 

 

 



 

İZOTAKTIK POLIPROPILEN VƏ TITAN NANOHISSƏCIKLƏRI 

ƏSASINDA ALINMIŞ METAL/POLIMER NANOKOMPOZITLƏRININ 

TERMIKI VƏ MEXANIKI XASSƏLƏRI

 

 

A. B.ƏHMƏDOVA, M.Ə.RAMAZANOV,F.V.HACIYEVA  

Bakı Dövlət Universiteti 



flora_1985@mail.ru 

AZƏRBAYCAN 



 

Son illər perspektiv nanomateriallar sırasında metal-polimer əsaslı nanokompozitlər xüsusi yer 

tutur. Bu nanokompozitlər  tərkibində 0,1-100 nm ölçüdə nanohissəciklərin xüsusiyyətini özündə 

birləşdirərək adi polimer kompozitlərdən fərqli olaraq adi polimer kompozitlərdən fərqli olaraq yeni 

fiziki – mexaniki, termiki, elektrik, optik və digər xüsusi  xassələrə  malik olur ki, bu da həmin 

materialların geniş istifadəsi üçün yeni imkanlar açır.Polimer matrisalarda yerləşdirilmiş  nanohissə-

ciklərin  fiziki  və  kimyəvi  xassələri  polimer  faza  ilə  qarşılıqlı  təsiri  nəticəsində  dəyişə  bilir. 

Polimer matrisalarda nanohissəciklərin alınması zamanı texnologiyadan asılı olaraq onların  elektrik, 

maqnit və fiziki-kimyəvi  xassələri  kəskin  dəyişir.Nanohissəciklər  polimer  matrisada  paylanarkən  

polimer matrisanın  və  nanohissəciyin özündən fərqli olan yeni fazalararası  təbəqə formalaşır 

ki,həmin  bu təbəqənin  quruluşu  və  qalınlığından  asılı  olaraq polimer nanokompozitlərin xassəsi 

dəyişir. Metal/polimer əsaslı nanokompozitlər qarışıq ion və elektron keçiriciliyinə malik olaraq bir 

çox sahələrdə, o cümlədən litium-ion akkumulyatorlarının, yüksək effektivli yanacaq elementlərinin 

hazırlanmasında aktiv materiallar kimi və texnikanın digər sahələrində geniş tətbiqini tapır.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

64

 



Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

İşdə izotaktik polipropilen və titan nanohissəcikləri  əsasında sintez edilmiş  və nanokompozit-

lərinin termiki və mexaniki xassələri tədqiq edilmişdir. Titan nanohissəcikləri naqillərin elektrik 

partlayışı üsulu ilə alınmışdır. Polimer nanokompozisiya materiallarının sintezi aşağıdakı kimi 

aparılmışdır: izotaktik poplipropilen  həll edicisi olan toluolda 1200

0

Сtemperaturda həll edilmişdir. 



Titan nanohissəcikləri polimer məhluluna müxtəlif həcmi miqdarlarda (1%,3%,5%,7%,10%) əlavə 

edilmiş və 1 saat ərzində homogen qarışıq əmələ gələnə qədər maqnit qarışıdırıcıda qarışdırılmışdır. 

Homogen qarışıq Petri qabına keçirilmiş  və vakuum sobasında 24 saat ərzində qurudulmuşdur. 

Alınmış nanokompozit külçələrdən poilpropilenin ərimə temperaturunda və 10 Mpa təzyiqdə isti 

presləmə üsulu ilə nanokompozit nazik təbəqələr alınmışdır. Nanokompozit təbəqələrin isti presslə-

mədən sonra soyudulması suda aparılmışdır və soyudulma sürəti 200 qrad/dərəcə təşkil etmişdir. 

Nanokompozitlərin termiki  xassələri termogravimetrik analiz (TGA) və differensial-termogravi-

metrik (DTG) analizmetodu ilə  tədqiq edilmişdir TGA nəticələrdən görünür ki, nanokompozitlərin 

kütlə itkisi bir mərhələli prosesdir.Müəyyən edilmişdir ki, titan hanohissəcikləri polipropilen polimer 

matrisinin termiki davamlılığını  və mexaniki xassələrini artırır. Metal/polimer nanokompozitlərin 

termiki davamlılığı  və mexaniki xassələri titan nanohissəciklərinin polipropilendə  həcmi miqdarı 

artdıqca artır. Termogravimetrik analiz  (TGA) və differensial-termogravimetrik (DTG)metodu ilə 

müəyyən edilmişdir ki, polipropilenin maksimal termiki davamlılığı titan nanohissəciklərinin 3% 

həcmi miqdarında müşahidə olunur.Titan nanohissəciklərini polipropilen matrisinə daxil etdikdə onun 

destruksiya temperaturu yüksək temperaturlara doğru sürüşür. 3% qədər titan nanohissəcikləri 

polimerdə termodavamlılığı ilkin polimerə nisbətən 620

0

C temperatura qədər artırır. Titan nanohis-



səciklərinin polipropilenin matrisində  həcmi miqdarı artdıqca polipropilenin termostabilliyi azalır.  

 Həmçinin nanokompozitlərin quruluşu difraktometrik (XRD), atom-qüvvət (AQM) və skanedici 

elektron mikroskopiyası (SEM) metodları ilə tədqiq edilmişdir.Nanokompozitlərin quruluşu və termiki 

və mexaniki xassələrin arasında  əlaqə müəyyən edilmişdir. XRD nəticələrdən müəyyən olunmuşdur 

ki, polimer nanokompozitlərdə nanohissəciklərin miqdarı artdıqca onların  kristalliklik dərəcəsi artır. 

Nanokompozitlərin SEM analizi  təyin olunmuşdur k, titan  nanohissəciklərinin polimerdə miqdarı 

artdıqca aqlomeratların və nanoklasterlərin sayı və miqdarı çoxalır. AQM tədqiqatlar göstərir ki, titan 

nanohissəciklərin polipropilen matrisinə daxil edilməsi zamanı daha nizamlı struktur formalaşır. Titan 

nanohissəciklərinin sonrakı artımı  polimer nanokompozitlərinin quruluşunun qeyri-bircinsliyinə 

gətitib çıxarır. Belə ki, titan nanohissəciklərinin matrisdə  1%    və 3% həcmi miqdarında səthin orta 

kələ kötürlüyü 40-60 nm; 5% üçün isə 80-100 nm təşkil edir.  

 

Şəkil 1. Polipropilen+Ti əsaslı nanokompozitlərin AQM 2D təsviri  a) PP+3%Ti; b) PP+5%Ti 

 

Beləliklə müəyyən edilmişdir ki,  titan nanohissəcikləri kiçik miqdarlarında (3% həcmi miqdara 



qədər) polimerdə quruluşformalaşdırıcı rolunu oynayır və kiçik miqdarlarda polimer və 

nanohissəciklər arasında fazalararası qarşılıqlı təsir daha güclü olur. Titan nanohissəciklərinin sonrakı 

artımı polipropilenin fiziki strukturunun dağılmasına gətirib çıxarır.  

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

65

 



Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

0

20



40

60

80



100

100


1000

Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin