Şəkil 75. Maqmatogen halqavarı strukturların formalaşma sxemi.
Daha bir qrup halqavarı strukturlar qabıqaltı maqmatizmlə sərtləşərək,
Sakit Okean vulkanogen zolağının arxasında səpələnmiş strukturlar (diametri
100 km-dən böyük olmayan) əmələ gətirirlər.
Qabıq halqavarı struktur qrupları kaynazoyun riftogenezinə daha çox
meyllidir və Böyük Afrika rift zonasında yaxşı əks olunmuşdur (məsələn,
Qırmızı dəniz rift zonasında Klimancaro vulkan tektonik halqavarı strukturu).
Sonuncu halda Yəmən Ərəb Respublikasının cənub-qərb sahilində
yerləşən Cazibat-Zunar (şimal) və Cazibat-Əl-Haniş (cənub) adalarının
halqavarı vulkanik strukturları Qırmızı dəniz rift zonasının müasir vulkanizmilə
birbaşa əlaqəlidir və üst pliosen bazaltlarından təşkil tapmışdır.
Cazibat-Zunar halqavarı strukturunun sərhədi diametri 8 km-ə yaxın olan
maili qalxan vulkana uyğun gəlir və diametri 1 km-ə qə-dər olan dəqiq deşifrə
olunmuş iki kaldera zirvəsinə malikdir. Vulkanik halqavarı struktur şimal-şərq
istiqamətli paralel qırılma sistemlərilə kəsilir və aero və kosmik planalma
materiallarına görə dəqiq deşifrə olunan radial çat sisteminə malikdir.
Cazibat-Əl-Haniş halqavarı strukturu adanın qeyd olunacaq genişlən-
məsilə üst-üstə düşməsinə baxmayaraq, praktiki olaraq, relyefdə əks olunma-
mışdır. Ada boyunca qırmızı dəniz riftinin transformqırılma sisteminə paralel
şimal-şərq istiqamətli çat sistemi uzanır. Çat boyunca 9 dəqiq deşifrə olunmuş
şlak konuslarının zəncirləri yerləşir.
Avroasiyanın qabıq halqavarı strukturları: 1) subqələvi vulkan kontinental
vulkan zolağının vulkanik strukturları ilə; 2) adalar qövsü vulkan zolağı ilə
əlaqədardır.
Halqavarı strukturların daha bütöv vulkanik kökü gec mezozoy paleogen
kontinental vulkan zolağında qitə ilə Sakit okean arasında yerləşmiş Oxot-
176
Çukotka, Primorsk, Katasiya və Tibet vulkan qurşağında yerləşmiş strukturlarla
təmsil olunmuşdur. Burada müxtəlif diametrli (1-10 km-dən 200-300 km-ə
qədər) yüzlərlə halqavarı strukturlar qeyd olunmuşdur. İri halqavarı strukturlar
geniş vulkan tektonik çökəklik görünüşünü xatırladır. Bəzi hallarda isə
qranitoid intruzivlərilə müşaiyət olunan vulkanik zolağın qalxmış bünövrəsilə
üst-üstə düşən müsbət formalarda müəyyən edilmişdir. Bu halda halqavarı
strukturun genezisi vulkan-plutonik kimi qeyd olunur.
Şimali Amerika qitəsində vulkan-plutonik halqavarı struk-turlar regionun
cənub-qərb hissəsində mezozoy-kaynazoy vulkanizmi sahəsində inkişaf
tapmışdır. Məsələn, Qayalı dağların cənub hissəsində kosmik şəkillərdə San-
Xuan strukturu daha aydın deşifrə olunur. Bu struktur özündə triastəbaşir
çöküntüləri və paleogen,neogen vulkanitlərilə dolmuş çökəkliyi əks etdirir. Bu
strukturun quruluşu üzərində ətraflı dayanaq. Quruluşda kembriyəqədərki
süxurlar iştirak edən San-Xuan dağları şimala doğru yarımhalqavarı olaraq
çökəkliyi əhatə edir. Çökəklik onu cənub-şərqdən hüdudlandıran çoxsaylı
qövsvarı parçalanmalarla pozulmuşdur. Bünövrənin strukturunda çökəklik 3
km-ə qədər dərinliyə, mantiya sahəsində isə halqavarı və hətta konsentrik
anomaliyaya uyğun gəlir.
Koloroda yaylası daxilində yerləşən San-Xuan, Koloroda və digər
çoxsaylı strukturlar özlərində iri vulkan tektonik halqavarı strukturları əks
etdirir. Koloroda halqasının mürəkkəb quruluşu maqnit sahəsinin konsentrik
halqavarı quruluşunda əks olunmuşdur. Buna görə də Koloroda yaylasının
müasir strukturu daha qədim kembriyəqədərki dövrü əks etdirir.
Regionun digər böyük halqavarı strukturu Böyük hövzə strukturudur. O,
Kordilyer submeridional zolağının şərq və qərb qanadlarına ayrıldığı mərkəzi
hissələrdə yerləşmişdir. Bu struktur həm kosmik şəkillərdə, həm də bütün
xəritələrdə yaxşı əks olunmuşdur. Strukturun mərkəz hissəsində Hövzə və
Silsilə əyaləti sahəsində və onun kənarları üzrə bir sıra daha kiçik vulkan-
tektonik halqavarı strukturlar Qərbi Yut (diametri 300 km-ə yaxın), Mərkəzi
Nevada (diametri 240 km), Solt-Zeyksk (diametri 210 km) və s. inkişaf tap-
mışdır. Bu strukturlar quruluşca yaxındır: mərkəzi hissəsi düşmüşdür və
vulkanitlərdən təşkil olunmuşdur, onları əhatə edən silsilə qövsvarı formaya
malikdir və əksər hallarda şimala və cənuba doğru qapanmamışdır; onlar qədim
süxur komplekslərindən təşkil olunmuşdur.
Böyük Hövzə halqavarı strukturu onun kənarları boyunca yerləşmiş
kembriyəqədərki süxurların çoxsaylı çıxışları ilə müşayiət olunur. Bu iri
çökəklik kosmik şəkillərdə yaxşı əks olunmuşdur. Ağırlıq qüvvəsi sahəsinin
dəqiq tədqiqatları sübut edir ki, bu tip qravitasiya anomaliyasının təzahür etmə-
si mantiyanın isti axınının inkişafını göstərir. Kaldera mürəkkəb quruluşu əhatə
edir. Burada 1,2 mln il əvvəl turş vulkanik süxurlar (riolitlər) püskürməyə baş-
lamışdır. Sonradan kalderanın əmələ gəlməsilə maqmatik ocağın qabığının
kəskin düşməsi baş vermişdir. Bu mərhələyə riolit külləri örtüyü cavab verir.
177
Kalderanın diametri 80 km-ə qədərdir. Altdan isinmənin davam etməsi çoxsaylı
qeyzerlərin təzahür etməsinə səbəb olmuşdur. Hazırda onların sayı 200-ə
qədərdir.
Qeyd edək ki, Meksika ərazisində vulkan qurğularının əksəriyyəti halqa-
varı formadadır və müxtəlif istiqamətli qırılma zonalarının kəsilmə qovşaq-
larına uyğunlaşaraq, müxtəlif miqyaslı kosmik şəkillərdə konsentrik formada
olmaqla, yaxşı deşifrə olunur.
Cənubi Amerikanın vulkanik halqavarı strukturları arasında diametrləri
400-450 km olan nisbətən iri iki struktura baxılmışdır. Bu strukturlar Titikana
dənizindən qərbdə yerləşmişdir. Onlar əsasi və turş tərkibli lavaların hesabına
formalaşmışdır və kosmik şəkillərdə konsentrik formada olduqca etibarlı deşifrə
olunur.
Bu strukturlarla yanaşı, iri və orta miqyaslı kosmik şəkillərdə And zolağı
boyunca inkişaf tapmış vulkan qurğuları aydın görünür.
Avstraliya ərazisində maqmatik halqavarı strukturlar arasında eyniadlı
adanın mərkəzində formalaşmış Tasman halqavarı strukturu ayrılmışdır. Bu
strukturun diametri 150 km-ə qədərdir və relyefdə halqavarı mənfi anomaliya
şəklində zəif əks olunmuşdur. Struktur iki müxtəlif tektonik zonada: gec
kembriyəqədərki qırışıqlıq zolağı və paleozoy qırışıqlıq sistemi.
Tasman strukturu ilə ilk təbaşir yaşlı trapp sahəsi üst-üstə düşür və
strukturun yaşı təbaşir qəbul olunmuşdur. Aralıq dənizi alp dağ qırışıqlıq
zolağının Zakarpatye, Şərqi Tavro-Kiçik Qafqaz və Urmiyə-Doxtar halqavarı
strukturları, həmçinin Kamçatka regionu qismən eroziyaya uğraması və kiçik
diametrli (50 km-ə qədər) olması ilə fərqlənir. Bu strukturlar adətən iri poligen
stratovulkanlara - Elbrus, Kazbek, Ararat, Demavəndi və s. uyğun gəlir. Qeyd
etmək lazımdır ki, yaxşı öyrənilmiş bu strukturlar aerokosmik şəkillərdə aydın
deşifrə olunmur. Bunun səbəbi strukturların xarici sərhədlərində cavan yaşlı
lava materiallarının toplanmasıdır.
Məlumdur ki, neogen dördüncü dövr kontinental vulkanik zolağı demək
olar ki, vulkan tektonik mənşəli çökəkliklərdə inkişaf tapmışdır. Vulkan kalde-
rası tipli iri kalderaya misal olaraq, Ermənistandakı Araqas vulkan qurğusunu
göstərmək olar. Diametri 150 km-ə qədər olan iri halqavarı strukturlara, həmçi-
nin Kamçatkada yerləşən Klyuçevskaya Sopka və Şiveluç strukturlarını da aid
etmək olar.
Daha bir qrup analoji genezisli halqavarı strukturlar Kuril, Flippin, Yapon
və Zond müasir adalar qövsü vulkan zolağının, həmçinin Aralıq dənizinin
vulkan qövsünün strukturlarını əmələ gətirir. Bu strukturlar müasir lava
materialları ilə örtülməsilə əlaqədar olaraq, kosmik şəkillərdə çətinliklə deşifrə
olunurlar. Buna görə də onların etibarlı aşkar olunması üçün əlavə topoqrafik və
batimetrik xəritələrdən, geoloji,geofiziki materiallardan və s. istifadə olunması
tələb olunur.
178
Qeyd etmək lazımdır ki, paleozoy və mezozoy qırışıqlıq sistemində adalar
qövsü vulkan zolağında halqavarı strukturlar müşahidə olunmur. Bir sıra
tədqiqatlar, o cümlədən V.M.Bryuxana və V.A.Buş qeyd edirlər ki, bu regionun
halqavarı strukturları intensiv qırışıq əmələgəlmə prosesləri və yer qabığının
deformasiyası nəticəsində pozulur.
Vulkanik halqavarı strukturlar üçün aşağıdakı amillər səciyyəvidir:
1)zolaq şəklində təyin olunma; 2)qranit- metamorfik qatın yaşına və quruluşuna
görə fərqlənən, yer qabığının müxtəlif cinsli bloklarının tikiş qovşaqları hesab
olunan iri eninə dərinlik qırılma zonalarına dəqiq uyğunlaşması. Belə aydın
uyğunluq Oxot-Çukotka zolağında, Kamçatka yarımadasında müəyyən olun-
muşdur; 3)vulkanik zolağın uzanmasını kəsən qırılmaların xüsusi rolu, eninə və
uzununa qırılmaların kəsişmə qovşaqları. Bu amillər mühüm vulkan qovşaq-
larının yerləşməsini təyin edir və xüsusən Oxot-Çukotka, Primorsk və Katasiya
zolağı üçün xarakterikdir; 4)iri vulkan tektonik çökəkliklər boyunca yerləşmiş
kiçik halqavarı strukturlar satelitləri xatırladır.
10.3.3.2.Plutonik halqavarı strukturlar
Qabıqaltı maqmatizmlə əlaqədar olan plutonik halqavarı strukturlar
adətən Afrika-Ərəbistan kratonunda daha geniş yayılmışdır. Daha iriləri (200
km-ə qədər) mezo və ministrukturlar qabbro-anortozit və qələvi-ultraəsasi
maqmanın geniş yayılması ilə əlaqədardır. Məsələn, Buşveld kompleksi
(zəncirvarı düzülmüş üç halqavarı struktur), Madaqasqarda Manami massivi,
Baltik qalxanında Xibinsk və Lovozer plutonları əmələgəlmələrini müşayiət
edir. Onların yaşı alt proterozoydan paleozoya qədər dəyişir.
Paleozoy, mezozoy və kaynozoy yaşlı qələvi qabıqaltı maqmanın, karbo-
natitlərin və kimberlitlərin geniş yayılması ilə mikrostrukturların əksəriyyəti
əlaqədardır. Belə halqavarı strukturları formalaşdıran intruziyaların arasında,
kiçik ştoklar və diatremlərdən başqa, Sudanda Salala, Britaniya adalarında Mul,
Sibirdə Kondyor və s. kimi məşhur dairəvi və konusvarı intruziyalar da vardır.
Qitələrdə qabıq qranitoid maqmatizmi çox geniş yayılmışdır və onlar
hazırda məlum olan halqavarı strukturların, demək olar ki, yarısının əmələ
gəlməsində iştirak edir. Bu maqmatizm həm qədim platformaların fanerozoya
qədərki kontinental qabığında, həm də fanerozoy yaşlı qırışıqlıq qurşaqlarında
inkişaf tampışdır.
Plutonik halqavarı strukturların yaranması həm yer səthinə yaxın, həm də
litosferin səthə yaxın hissəsində gizlənmiş qabıq qranitoid plutonları ilə əlaqə-
dardır. Onlar plaqioqranit, qranodiorit və normal qranitlər vasitəsilə qabbro-
diorit və dioritlərdən alyaskit və qələvi-qranit tərkibli intruziyalara qədər qabıq
maqma intruziyalarının çox geniş spektrini müşayət edir. Plutonik halqavarı
strukturlarla əlaqədar olan intruziyaların formaları müxtəlifdir (məsələn, iri
179
batolitlər, qalın çat intruziyaları, iri izometrik ştoklar, dairəvi və konsentrik
intruziyalar).
Plutonların və halqavarı struktur sərhədlərinin qarşılıqlı əlaqəsinə görə,
onların erozion kəsilişlərində V.A.Buş üç müxtəlif qrup ayırır: qranit plutonu-
nun erozion sərhədinin bütövlüklə daxilində yerləşən endoplutonik strukturlar;
plutonun çıxış sərhədlərinə uyğun gələn periplutonik halqavarı strukturlar;
mərkəzi hissədə qranitoidlərin çıxışı ilə uyğun gələn (və ya intruziya eroziya
ilə açılmamışdır, lakin onun mövcudluğu dolayı geoloji məlumatlar və ya
geofiziki zondlama ilə təyin edilir) ekzoplutonik halqavarı strukturlar.
Plutonik halqavarı strukturlara qabıqaltı mənşəli ultraəsasi süxurlardan,
böyük ehtimalla, qabıq mənşəli turş və orta turş süxurlara qədər müxtəlif
tərkibli intruziv massivlər aid edilir.
Bu tip halqavarı strukturlar qabıqaltı (mantiya) maqmatizmlə əlaqədar
olub, Afrika-Ərəbistan kratonunda və Şərqi Avropa platformasında ətraflı
öyrənilmişdir.
Bu regionun daha iri mezo və mini strukturları qabbro anortozit və qələvi
ultraəsasi
maqmanın təzahürü ilə əlaqədardır və Buşveld kompleksinin (zəncir-
varı yerləşmiş üç halqavarı struktur), Madaqaskar adasında Manama massivi-
nin, Baltik qalxanında Xibin plutonun əmələ gəlməsinə uyğunlaşmışdır. Bunla-
rın yaşı ilk proterozoydan paleozoya qədər hesab olunur.
Paleozoy, mezozoy və kaynazoy yaşlı qabıqaltı qələvi maqmanın, karbo-
natitlərin, həmçinin kimberlitlərin təzahür etməsilə diametrləri ilk km-lərdən
15-20 km-ə qədər olan mikrostrukturlar əlaqədardır. Bu strukturların formalaş-
masını şərtləndirən intruzivlər arasında böyük olmayan ştoklar və diametrlərlə
təmsil olunmuş halqavarı inruzivlər iştirak edir ( məsələn, Sudanda Salame,
Sibirdə Konder kompleksləri və s.) (şəkil 76).
Afrika-Ərəbistan kratonunda halqavarı strukturların əhəmiyyətli miqdarı
qələvimafit ultramafit və mafit ultramafit tərkibli massivlərin təzahür etməsilə
əlaqədardır.
Məşhur erkən proterozoy yaşlı Buşveld massivi diametri 20 km-ə qədər
olan iri halqavarı strukturla bir sırada əmələ gəlmişdir. Onun halqavarı quruluşu
noritlərin, piroksenitlərin, harsburgitlərin, dunitləri diferensasiyaya uğramış
layların çıxışlarının, həmçinin ətraf çökmə və vulkanogen komplekslərin
halqavarı yerləşməsilə xarakterizə olunur. Massivin strukturunda başlıca rolu
dioritlər və olivinli dioritlər oynayır.
Kompleksin mantiya mənşəli olması, həmçinin kütlənin qalxmasının beş
əsas kanal üzrə baş verməsi dəqiq müəyyən olunmuşdur. Bununla yanaşı,
mantiya ocağında nisbətən tədrici ərimə sial qabığın hissə-hissə əriməsinə və
gec qraniti verən ərintinin təzahür etməsinə səbəb olmuşdur. Maraqlıdır ki, bir
sıra tədqiqatçılar Buşveld kompleksinə yüksək sürətli təsir strukturu kimi
baxmışlar. Bu zaman massivin qabığını təşkil edən çökmə süxurların əriməsi
180
baş vermişdir. Qranit və dioritlərin təzahür kompleksinin impakt modeli
zərbədən sonra regional gərginliyin zəifləməsilə təyin olunmuşdur.
Şəkil 76. Mərkəzi halqavarı struktur və kalderanın quruluş sxemi
(Tixomirov, 1985):
a-blok diaqramında mərkəzi-halqavarı strukturlar və onların müxtəlif (A, B, C) kəsim səviy-
yəsində təsviri (mərkəzi hissə, hd-halqavarı dayka, kd-konik dayka); b- müxtəlif kəsiliş səviy-
yəsində kəsiliş (b) və planda (v) kalderalar.
Mantiya mənşəli halqavarı strukturlar Anqol qalxanının cənubunda erkən
proterozoy yaşlı Kunen qabbroanortozit massivində müəyyən edilmişdir. Bu
strukturun orta ölçüsü (diametri) 10-20 km, maksimum isə 60 km təşkil edir.
Məxsusi Kunene massivi qabbro, anortozit, norit və olivinli anortozit “qat”la-
rından təşkil olunmuş, diferensasiyaya uğramış iri intruziv kütlədir.
Afrikada məşhur halqavarı strukturlardan biri Tauden sineklezi daxilində
yerləşən Rişat strukturu hesab olunur. O, Reqibat massivinin şərq yamacında
rifey və alt və orta paleozoy çöküntülərinin inkişaf tapdığı sahədə yerləşir.
Müəyyən olunmuşdur ki, Rişat strukturu onun daxilində qismən açılan dolerit
intruziyası ilə əlaqədardır. Oxşar və nisbətən kiçik ölçülü struktur Axahhar
massivinin cənub kənarında aerofotoşəkillərdə qeyd olunmuşdur. Bunlar devon
yaşlı çöküntüləri yarmış intruzivlərlə əlaqədardır.
Qabbro qranitoid halqavarı strukturuna Sudanın Şimal-Şərqində Qırmızı
dəniz sahilindən 75 km məsafədə yerləşən Sasa intruzivini aid etmək olar.
Intruziv massiv diametri 6 km olan halqavarı formaya malik olub, mərkəzində
qabbroidlər, kənarlarında isə peqmatitlərin damar və ştokları, karbonat süxur
kütlələri, karbonatitlər və qranitlər inkişaf tapmışdır.
181
Tipik oxşar, mərkəzi hissəsi qələvi qabbroidlərdən təşkil olunmuş halqa-
varı intruziya Sudanın şimal hissəsində, Qırmızı dənizdən 120 km qərbdə
yerləşən Salala intruzivi hesab olunur. İntruziya oval (oxun uzunluğu 7-85 km)
formaya malikdir. O, erkən proterozoy əmələgəlmələrdə təzahür etmişdir, bifo-
kal quruluşludur və bir neçə böyük və kiçik halqavarı komplekslərdən təşkil
tapmışdır.
Qabbroların “laylanma”sından təşkil olunmuş halqavarı intruzivlər
Tanzaniyanın cənubunda Ubendiy zolağında üst arxezoy yaşlı qabbroanortozit
kompleksini və katarxey ortoqranulitlərini yararaq, Nyassa-Rukva-Tanqanika
riftinə uyğun gələn zona əmələ gətirir.
Ərəbistan-Hubiy qalxanında “laylanmış” qabbro massivləri Qırmızı dəniz
və Aden körfəzi ərazisində lokallaşmışdır. Onlar Səudiyyə Ərəbistanında,
Misirdə və Sudanda geniş inkişaf tapmışdır. Səudiyyə Ərəbistanında “laylan-
mış” qabbro massivləri 0,83 km-dən 10-24 km-ə qədər ölçüyə malik olmaqla,
dairəvi oval formaya malikdir. Əksər hallarda onlar qneysli bloklar arasında
sinklinal quruluşları əmələ gətirən aşağı rifey yaşlı yaşıldaş qatını yarırlar.
Massiv əsasən kosmik şəkillərdə yaxşı deşifrə olunan klinopiroksenli qabbro-
lardan, noritlərdən, troktolitlərdən və anortozitlərdən təşkil olunmuşdur.
Xüsusi qeyd etmək lazımdır ki, Afrika qitəsi halqavarı quruluşlu intruziv-
ləri əmələ gətirən qələvi süxurların və onlarla əlaqədar olan karbonatitlərin
geniş inkişafı ilə xarakterizə olunur. Qələvi maqmatizm təzahüretmə vaxtına
görə erkən kembriyəqədərdən Oldon-Zenqayi (Kenya) vulkanının karbonat
lavalarının müasir axınına qədərki dövrü əhatə edir.
Qələvi maqmatizm təzahürünün maksimum fəallığının üç dövrü ayrılır:
kembriyəqədər erkən paleozoy, gec paleozoy, mezozoy (perm, trias, yura,
təbaşir) və kaynazoy.
Qələvi süxurlar adətən polifasial tərkibi və uzunmüddətli inkişafı ilə
xarakterizə olunan mürəkkəb, çoxfazalı halqavarı massivlər əmələ gətirir. Onlar
qələvi ultraəsasi, qələvi qabbro və nefelin siyenit tərkibli süxurları (siyenitləri,
nefelinli siyenitləri, iyolitləri, qələvi qabbroları, hipoksenitləri, karbonatitləri və
s.) əks etdirirlər. Çoxfazalı massivlərdə qələvi süxurlar adətən halqavarı
intruzivin nüvəsini əmələ gətirən ultraəsasi süxurlarla birlik əmələ gətirirlər.
Daha tipik halqavarı massivlər üçün aşağıdakı süxur ardıcıllığı xarakterikdir:
siyenitlərdən nefelinli siyenitlərin xarici hissəsinə və iyolitlər və piroksenitlər
karbonatit ştoklarına qədər. Ayrı-ayrı massivlərin formalaşması 50-70 mln.il
intervalında baş vermişdir. Lakin Nubiy qalxanında isə halqavarı intruzivlərin
formalaşma intervalı 200-300 mln.il olmuşdur.
Qələvi süxur və karbonatit massivləri müəyyən dərəcədə eroziyaya uğra-
mışdır. Tipik intruziv əmələgəlmələrdən tədricən (izometrik ştok və daykalar-
dan) özündə eroziyaya uğramış vulkanların boğaz fasiyasını əks etdirən tipik
lava, tuf və vulkanik brekçiyalardan təşkil olunmuş vulkan-plutonik kompleks-
lərə keçid müşahidə olunur.
182
Halqavarı intriziv massivlərin təyin olunması qeyri bərabərdir. Onlar bir
cərgədə konsentrasiya əmələ gətirir və ya sıx yerləşmiş olurlar. Bir sıra tədqi-
qatçıların qeyd etdiyi kimi, əksər Şərqi Afrika qələvi süxur və karbonatit mas-
sivləri rift zonasının və karbonatitlərin kəsişmə qovşağına uyğunlaşmışdır və
müxtəlif tərtibli qırılmaların kəsişməsi və şaxələnməsi ilə təyin olunur. Mas-
sivlərin yerləşməsində qırılmaların rolunu nəzərə alaraq qeyd etmək lazımdır ki,
bu əlaqə universal deyildir. Hər bir qırılma, o cümlədən rif parçalanmaları
qələvi karbonatit maqmatizmi üçün maqma nəzarətedici hesab olunmur.
Ərəbistan-Hubiy qalxanında gec proterozoy qələvi intruzivləri şimal-şərqi
Sudanda Qırmızı dənizin qərbində inkişaf tapmışdır. Onlar burada quruluşunda
minimum iki sərbəst intruziv kompleks ayrılan halqavarı intruziya massivilə
təmsil olunmuşdur. Çoxsaylı və çoxfazalı massivlər uzunmüddətli inkişafı ilə
xarakterizə olunur. Onların diametri 1-3 km-dən 15-20 km-ə qədərdir. Halqa-
varı massivlər quruluşlarına görə üç qrupa ayrılırlar. Birinci və ikinci qrupu
mərkəzi hissəsi qabbroidlərdən və qələvi süxurlardan təşkil olunmuş massivlər
təşkil edir. Üçüncü qrupa isə kaldera tip halqavarı komplekslər aid edilir.
Radioloji təyinetmənin məlumatlarına görə (K/Ar) üsulu), halqavarı intruzivlər
735-430 mln. il əvvəl, daha doğrusu, gec proterozoy erkən paleozoy dövründə
formalaşmışdır. Ayrı-ayrı halqavarı massivlərin formalaşma intervalı (140 mln.
il əvvəl) təşkil edir.
Hubiy qalxanında qələvi intruzivlərin yerləşməsində uzun müddətli inki-
şafa malik, dərinlik yatımlı submeridional parçalanmalar başlıca rol oynayır.
Karbonatitli Yueş halqavarı kompleksi ən iri niobium yataqlarından biri
hesab olunur. Massiv submeridional istiqamətli ellipsoid formaya malikdir.
Massivin mərkəzində kankrititli siyenit massivləri durur. Massivin təmas
süxurları albitləşmiş və albitmikroklinegirinli, fenitlərə çevrilmişdir.
Qabıq maqmatizmlə əlaqədar olan plutonogen halqavarı strukturlar mezo
və ministrukturlarla təmsil olunmuşdur, makrostrukturlar iştirak etmir. Onların
əksər hissəsi fanerozoy zolağında və qədim platformalarda yerləşmişdir. Onlar
üçün sahəvi yerləşmə səciyyəvidir, bəzən iri parçalanma zonaları boyunca
zolaqlı yerləşmələri qeyd olunur.
Plutonik halqavarı strukturlar qabıq qranitoid maqmatizminin təzahürü
zamanı litosferin səthində, səthəyaxın hissəsində və gizli formalaşa bilirlər.
Onlar geniş spektrdə qabbrodiorit və dioritlərdən alyaskitlərdən və qələvi-qranit
tərkibli intruzivlərə qədər qabıq maqmatizmi intruziyası ilə müşaiyət olunurlar.
Plutonik halqavarı strukturların əlaqədar olduğu intruziyaların forması olduqca
müxtəlifdir. Bunlar iri batolitlər və ya geniş çatlı intruzivlər ola bilərlər.
Plutonların sərhədlərilə qarşılıqlı əlaqəsinə görə, halqavarı strukturların
erozion kəsilişində üç morfoloji tip ayrılır: qranitoid plutonunun bütövlükdə
daxili erozion sərhədində yerləşən endoplutonik halqavarı strukturlar; pluton-
ların kiçik əyilmələri istisna olmaqla, plutonun çıxışlarına uyğun gələn pluton-
kənarı strukturlar; ekzoplutonik strukturlar. Bu zaman qranitoidlərin çıxışları
183
strukturun mərkəz hissəsini əhatə edir və ya intruziya eroziya vasitəsilə
tamamilə açılmamışdır.
Plutonik halqavarı strukturların quruluşu üzrə dəqiq geoloji,geofiziki
məlumatların öyrənilməsi göstərir ki, onların xarici sərhədi daha çox ayrılma
çatlarının səpələnmə zonaları ilə şərtlənmişdir. Bu zaman strukturun daxili
hissəsi şaquli qabarmaya məruz qalır. Sonuncuya səbəb təmas süxurlar arasında
nisbətən yüngül qranit kütləsinin izostatik büruzə verməsi ola bilər. Bu
təsəvvürün dolayısı təsdiqinə səbəb bir çox hallarda qranit massivləri üçün
xarakterik olan sahə üzərində fəal neotektonik qalxmalar ola bilər. Bu hadisə
həmçinin paleozoy yaşlı massivlər üçün də qeyd olunur. Bir çox hallarda
geofiziki məlumatlar təsdiq edir ki, deşifrə olunan endoplutonik halqavarı
strukturların səthində intruziv süxurlar maksimum şaquli qalınlığa malikdir.
Plutonik strukturlar arasında mikro strukturların inkişaf etməməsi onların
formalaşmasının izostatistik mexanizminin mümkünlüyünün məhdud olması ilə
izah olunur.
Digər hallarda plutonik strukturların xarici halqavarı sərhədinin mənşəyi
aşınma və denudasiya proseslərilə müqayisədə endotəmas və ekzotəmas
süxurların mexaniki davamlılığının müxtəlifliyilə əlaqədardır. Relyefdə
intruziya ətrafında halqavarı val, mərkəzində isə çökəkliklər formalaşır.
Bir sıra iri plutonik halqavarı strukturlar (məsələn, Zerendin) bir qrup
qranit massivlərini əhatə edir. Belə strukturların mənşəyi hələlik mübahisəlidir.
Plutonik halqavarı strukturlar qədim platformalarda kifayət qədər geniş
inkişaf tapmışdır. Onlara səciyyəvi misallar olaraq, Ukrayna qalxanında orta
proterozoy yaşlı Korostensk plutonunu, Baltik qalxanında üst proterozoy qranit-
lərinə uyğunlaşmış strukturları, həmçinin Afrikada halqavarı qranit massivlərlə
əlaqədar olan strukturları göstərmək olar. Eyni zamanda kembriyəqədərki qitə
qabığında plutonik strukturların digər strukturlara nisbətən rolu azdır. Ehtimal
ki, bu, qədim qalxanlarda plutonik strukturların sərhədlərini əhatə edən meta-
morfizm prosesilə əlaqədardır.
Fanerozoy qırışıqlıq qurşağı ərazisi üçün plutonik halqavarı strukturlar
daha xarakterikdir və onlar burada bütün halqavarı strukturların 1/3-ni təşkil
edir. Oxşar strukturların çox hissəsi Sibir platformasının cənub sərhədi boyunca
Yuxarı Çukotka qırışıqlıq sistemində yerləşmişdir.
Plutonik halqavarı strukturların öyrənilməsi çoxlu yeni geoloji məlumat-
ların alınmasına imkan verir. Geniş qranit sahəsi sərhədləri daxilində deşifrə
olunan endoplutonik halqavarı strukturlar bir çox maraqlı məlumatlar verə bilər
(məsələn, Bureun massivi, Zabaykalye və Stanov silsiləsi batolitləri). Həmin
məlumatlar müəyyən dərəcədə belə massivlərin endotektonikasını açmağa
imkan verir. Ekzoplutonik strukturların izlənilməsi təcrübi əhəmiyyət kəsb edir.
Ekzoplutonik strukturlarla müasir errozion kəsimdə açılmamış qra-nitoid
massivləri və filiz yataqları əlaqədar ola bilər.
184
Indi isə plutonogen mənşəli qabıq halqavarı strukturlarının qısa səciy-
yəsinə baxaq.
Avroasiyada bu halqavarı strukturlar qranitoid plutonlarının müasir
eroziya ilə açılması ilə əlaqədardır və fanerozoy qırışıqlıq qurşağında olan
halqavarı strukturların yarısından çoxunu təşkil edərək, geniş yayılmışdır.
Proterozoy qitə qabığının inkişaf sahəsində belə strukturlar V.A.Buş,
V.N.Bryuxanov və b. məlumatlarına görə, sayca azlıq təşkil edir. Bu da qədim
qalxanlarda plutonik halqavarı strukturların elementlərinin "yuyulmasına"
səbəb olan metamorfizm prosesilə izah olunur. Maraqlıdır ki, Ural qabbroid
massivi halqavarı strukturlarla ümumiyyətlə müşaiyət olunmur.
Qabıq plutonik halqavarı strukturların əksəriyyətinin diametri 50-100 km-
dən artıq olmur. Onlar V.N.Bryuxanov və V.A.Buşun qeyd etdiyii kimi, iri
ştokların kənarlarını və böyük olmayan qranitoid batolitlərini əhatə edən adi
submeridional zonalar üzrə əmələ gəlmişdir.
Səciyyəvidir ki, qabıq plutonik kütlələr üzrə əmələ gələn bir çox halqavarı
strukturlar kosmik şəkillərdə halqavarı strukturların xarici sərhədində forma-
laşan təmas metamorfizmləşmiş ətraf süxurların halqavarı areolları
hesabına
dəqiq deşifrə olunur. Bəzi hallarda isə halqavarı strukturların formalaşmasına
səbəb olan intruziv kütlələr eroziya vasitəsilə açılmamış olur. Bu zaman onların
mövcudluğu dolayı əlamətlər vasitəsilə müəyyən olunur. Məsələn, Balxaş gölü-
nün şərq sahilində Alkalin halqavarı strukturu qravitasiya və maqnit sahələrinin
səciyyəvi xüsusiyyətlərinə görə müəyyən edilmişdir.
Həmçinin diametri 200-300 km olan halqavarı strukturlar da məlumdur:
məsələn, Qazaxıstanda Zarandin halqavarı strukturu, Burenin massivinin,
Zabaykalyenin, Şimali Monqolustanın halqavarı strukturları. Belə hallarda
qranitoid massivləri ümumi maqmatik mənbəyə malikdir və halqavarı struk-
turlar formasında təzahür edir. Qranitoidlərin geniş sahəsi daxilində bəzi hallar-
da bir sıra halqavarı strukturlar deşifrə olunur. Belə kiçik halqavarı strukturlar
ya geoloji xəritəalma ilə müəyyən olunmamış intruziyalarla, ya da intruzivləri
formalaşdıran ayrı-ayrı maqma çatdıran kanallarla əlaqədar ola bilər.
Qranitoid intruzivlərinin qabıq plutonik halqavarı strukturları Afrika və
Ərəbistanın bütün qalxanlarında geniş inkişaf tapmışdır.
Böyük olmayan (75-150 km-ə qədər) halqavarı strukturlar kembriyəqə-
dərki bünövrənin çıxışları üçün xarakterikdir (Reqibat, Ahaqqar, Tanzaniya
massivləri və s.). Belə halqavarı strukturlar bir çox hallarda qranitoidlərin
halqavarı massivlərinə uyğun gəlir və bəzilərinin təbiəti müəyyən olunma-
mışdır. Madaqaskar adasında kembriyəqədərki kratonlaşma və mezozoy, kay-
nazoy fəallaşması ilə əlaqədar olan bir sıra qranit massivləri kosmik şəkillərdə
qırılmalarla və qeyri-müəyyən genezisli daha kiçik halqavarı strukturlarla
mürəkkəbləşmiş halqavarı strukturlar formasında əks olunmuşdur. Sonuncular
bir sıra hallarda daha gec günbəzvarı intruzivlər kimi interpretasiya olunurlar.
Bu halqavarı intruziyaların ölçüləri 5 km-dən 15 km-ə qədərdir. Arxeozoy
185
qranitlərinin inkişaf tapdığı sahələrdə diametri 30-50 km olan və qismən
eroziya vasitəsilə açılmış iri qranitoid günbəzlərinə cavab verən daha iri
halqavarı strukturlar qeyd olunur.
Diametri 50 km-dən kiçik olan çoxsaylı halqavarı strukturlar cavan
qranitoid komplekslərinə (Air, Ahaqqar yaylası, Ərəbistan-Hubiy qalxanı) və
nefelinli siyenitlər (Anqola, Mozambik, Malavi, Keniya) kompleksinə uyğun
gəlir. Əksər hallarda bu fanerozoy strukturları qədim proterozoy və arxey
kratonları daxilində analoji olaraq halqavarı əmələgəlmələrin diametri üzrə
aydın deşifrə olunurlar.
Mərkəzi tip maqmatik halqavarı komplekslər Afrika,Ərəbistan platforma-
sının fəallaşmasının səciyyəvi struktur morfoloji forması hesab olunur. Halqa-
varı intruzivlərin məkanca yerləşməsinin təhlili göstərir ki, onlar dəqiq tektonik
nəzarətlə aşkar olunurlar.
Halqavarı intruzivlər uzunmüddətli inkişafa malik mürəkkəb heterogen və
bir çox formasion əmələgəlmələri əks etdirir. Onların diametri ilk km-lərdən
10-15 km-ə qədərdir, formalaşması gec proterozoydan kaynazoya qədər davam
etmişdir. Ərəbistan-Hubiy əyalətində radioloji və geoloji məlumatlara əsasən
müəyyən olunmuşdur ki, onlar kembri, ordovik, silur, devon, perm, yura,
təbaşir və paleogen dövrlərində formalaşmışdır. Ayrı-ayrı intruzivlərin
formalaşmasının yaş diapazonu 35-50-dən 330 mln. ilə qədər qəbul olun-
muşdur.
Liviyanın cənub-şərq dağlıq hissəsində bir sıra intruziv massivlər kon-
sentrik halqalar əmələ gətirir. Onların ən irilərinin ölçüləri 30x30 km təşkil edir.
Mərkəzdən uzaqlaşdıqca halqavarı strukturların ölçüləri azalır və sonda 2x5
km
ölçüdə halqavarı dayka formasını alırlar.
Ərəbistan yarımadasının cənubunda Daala halqavarı strukturunun şimal-
şərq hissəsində cavan postektonik qranit və siyenitlərin iri massivləri yerləşir.
Qranit və siyenitlərlə həmçinin 15x15 km ölçüdə Cabel Şub oval halqavarı
strukturu əlaqədardır. Bu halqavarı struktur relyefdə çökəkliyə uyğun gələn və
mərkəzə istiqamətlənmiş konsentrik atılma sistemlərindən təşkil olunmuşdur.
Belə hesab etmək olar ki, Şub strukturu Daala strukturundan sonra formalaş-
mışdır. Plutonik qabıq strukturuna, həmçinin ərazinin cənub-qərb hissəsində
meridional istiqamətdə zəncirvari quruluş əmələ gətirən üç böyük olmayan (5-7
km) struktura aid edilir. Iki cənub struktur postektonik qranosiyenitlərin dairəvi
ştoklarını müşaiyət edir, şimal struktur isə həmin kompleksin siyenit intruziv-
lərilə əlaqədardır.
Amerika qitəsi ərazisində qabıq maqmatizmi prosesilə əlaqədar olan
halqavarı strukturların səciyyəsinə baxaq.
Şimali Amerikanın Kanada qalxanında qranit-qneys günbəzlərinin inkişaf
sahələri arasında plutonogen mənşəli maqmatogen strukturlara rast gəlinir.
Onlar arasında diametri 10 km-lərlə olan batolit və lakkolit tip qranitlər və əsasi
(anortozitlər, qabbrolar) və qələvi (nefelinli siyenitlər) tərkibli strukturlar ayrı-
186
lır. Qrenvill əyaləti boyunca çox böyük olmayan intruzivlərin zəncirvarı forma-
ları uzanır. Plutonik strukturların yaşı kembriyəqədər hesab olunur.
Maqmatogen halqavarı strukturlar Qayalı dağında və Şimali Amerika Kor-
dilyerinin qərb mərkəzi hissəsində geniş inkişaf tapmışdır. Qayalı dağında onlar bir
neçə zonada konsentrasiya əmələ gətirirlər; onlardan biri dağın submeridional
istiqamətlərdən en istiqamətinə dönməsi yerinə uyğunlaşmışdır. Burada qranitlərin,
monsonitlərin, dioritlərin, kvars və ultraəsasi siyenitlərin lakkolit və ştokları ilə
təmsil olunmuş plutonik strukturların əksər hissəsinə rast gəlinir.
Cənubi Amerikada maqmatogen halqavarı strukturlar, orta hesabla, 100-
250 km ölçüyə malikdir. Onlar ərazicə əsasən And qırışıqlıq zolağına uyğun-
laşmışdır və əsasən Cənubi Amerika materikinin qərb kənarı boyunca yerləş-
mişdir. Maqmatogen halqavarı strukturlar Amazon nuklearı daxilində yerləşmiş
Madeyra çayının sağ sahilində örtük süxurları ilə əlaqədardır. Cənubi Amerika-
da iki tip maqmatogen struktur ayrılmışdır: plutonik və vulkanik (vulkan-
plutonik). Burada onların əmələ gəlməsi qabıq maqmatizmi prosesilə əlaqədar-
dır. Onlar əsasən turş, qismən isə əsasi tərkibli süxurlardan təşkil olunmuşdur.
Plutonik halqavarı strukturlar And zolağının müxtəlif yaşlı qranitoidlərilə,
həmçinin Brazilya və Qviana qalxanının qranitlərilə əlaqədar formalaşmışdır və
metallogenik baxımdan əhəmiyyət kəsb edirlər. Onlarla qızıl, gümüş, bismut,
nadir metal, mis və digər faydalı komponentlərin yataq və təzahürləri əlaqədar-
dır, müxtəlif miqyaslı kosmik şəkillərdə aydın deşifrə olunurlar.
Azərbaycan ərazisinin halqavari strukturları. Kosmik şəkillərin və aero-
fotoşəkillərin deşifrələnmə nəticələrinin geoloji planalma, geoloji, geofiziki,
geomorfoloji, geokimyəvi və metallogenik məlumatlarla birgə kompleks təhlili
əsaında Azərbaycan ərazisində müxtəlif təbiətli və ölcülü bir sıra halqavari
strukturlar aşkar olunmuşdur. Onlar genetik olaraq vulkan-plutonik günbəzlər
və qalxımlar, pelyefdə kaldera və vulkan aparatları kimi özünü büruzə verən
tektonik strukturlar, naməlum genezisli tektonik, halqavarı və qövsvarı tiplərə
aid edilir. Bu halqavarı strukturların əsas hissəsi qrup halında, əsasən Gəncə-
çay-Axıncaçay (Şəmkir, Daşkəsən, Gədəbəy, Qaradağ, Xar-xar, Çanaxçı, Qoşa,
Abdal, Şamlıq, İsakənd, Yeldağ, Qəribli, Qızılqaya), Tərtər-Əkərəçay hövzələ-
rində (Qarabağ yaylası), Təttərçayın orta axım hövzəsində (Drombon, Qızılbu-
laq, Mehmana), Zəngilan-Mehri rayonunda (Zəngilan, Mehri, Ordubad-Kilit),
Böyük Qafqazın cənub yamacında (Balakən, Quton, Samur, Zaqatala, Qax),
Xəzərin qərb sahili boyunca və Cənub-Kür çökəkliyində (Zərdab, Şirvan,
Qızılağaç, Lənkəran və Talış) cəmlənmişdir.
Halqavarı strukturlar arasında Qarabağ yaylasında kiçik və orta ölçülü,
Şəmkir qalxımında isə orta və iri ölçülü halqavarı strukturlar inkişaf tapmışdır.
İri halqavarı strukturlat arasında 3-5 km diametrində halqavarı strukturlar qeyd
olunur. Vulkan-plutonik halqavarı strukturların mərkəz hissəsində (Şəmkir,
Daşkəsən, Gədəbəy və s.) orta və əsasi tərkibli iri intruziv massivlər yerləş-
187
mişdir. Kiçik halqavarı strukturlar əksər hallarda ayrı-ayrı vulkan aparatları,
subvulkanlar, kişik intruzivlər və s. kimi təzahür edirlər.
Azərbaycanda müxtəlif struktur-formasion zonalarda makro, mezo və
mikromaqmatogen halqavarı strukturlar ayrılır. Eninə xətlərdə onların diametri
bir neçə km-dən 100 km-ə qədər dəyişir. Maqmatogen halqavarı strukturların
formalaşması əsasən mezokaynozoyda baş vermişdir və qabıqaltı (mantiya)
maqmatizmlə olduğu kimi, həm də qabıq maqmatizmi ilə əlaqədardır. Sonun-
cunun təzahüretmə formasına görə, onlar plutonik, vulkanik (vulkan-tektonik)
və ya vulkan-plutonik kimi tiplərə bölünür. Halqavarı intruziyaların fəzaca
yerləşməsinin analizi göstərir ki, maqmatik komplekslər dəqiq tektonik nəzarə-
tə malikdir, iri qırılma və rift zonalarına aid edilir. Halqavarı plutonik struktur-
ların xüsusilə böyük sayı Ordubad və Dəlidağ filiz rayonlarında, Dağlıq
Talışda yerləşir və onların yerləşməsində uzunmüddətli fəal dərinlik qırılma
zonaları əsas pol oynayır.
Qabıqaltı genezisli plutonik halqavarı strukturlara Talış qövsdaxili
riftinin intruziv massivləri, qabıq mənşəli - Dəlidağ, Mehri-Ordubad, Atabəy-
Slavyanka, Xarxar, Cəyir aid edilir.
Talış qövsdaxili riftdə peridotitlər, o cümlədən subqələvi qabbroidlərlə
təmsil olunan plutonik massivlər bu halqavarı strukturların mərkəzində yerləşir.
Dəlidağ halqavarı strukturu eyniadlı intruziv massivi əhatə edir. Massivin
inkişaf rayonu qravitasiya sahəsində iri intruziya kimi interpretasiya olunan
intensiv lokal anomaliya ilə əks olunur. Qravimetrik məlumatlara görə, o,
eosen qatları və dördüncü dövr lava örtüyü altında gizlənən nəhəng batolitin
kiçik bir hissəsi kimi təqdim olunur. Ehtimal olunur ki, halqavarı strukturun
konturları həmin batolitin sərhədlərinə uyğun gəlir.
Süxurların petroqrafik tərkibinə görə intruziv massivin mərkəz hissəsi
kvars dioritlərə, qranit-sienitlərə, qranitlərə və qranitdioritlərə aiddir .
Mehri-Ordubad intruziv massivin inkişafı rayonunda iri tektonik-plutonik
halqavarı struktur deşifrələnir ki, o da həmin massivin və İrandakı Qaradağ
intruzivinin sərhədlərinə uyğun gəlir.
Kosmik və kiçik miqyaslı aerofotoşəkillərin deşifrələnməsi nəticəsində
Şəmkir horst qalxımı və Daşkəsən qraben sinklinorisi hüdudlarında Şəmkir,
Daşkəsən və digər iri halqavarı strukturlar ayırmaq mümkün olmuşdur. Bu
halqaların diametri 20-30 km-ə çatır. Strukturların mərkəz hissəsində nisbətən
qədim yaşlı və dərində formalaşmış Atabəy-Slavyanka və Gilanbir plagio-
qranit, Gədəbəy, Daşkəsən, Barum-Barsum və Şəmkir qrupu qranitoid intru-
zivləri yerləşir.
Qaradağ filiz sahəsinin daxil olduğu Gədəbəy filiz rayonunda yuxarıda
göstərilən iri halqavarı strukturların daxilində diametrlə ölçüləri 2-3 km-ə çatan
daha kiçik halqavarı qırılmalar, qövsvarı parçalanmalar və struktur xətlər ayırmaq
mümkündür (şəkil 77). Kiçik halqavarı strukturlar zəncir şəklində Slavyanka
188
köndələn parçalanması boyu şimal-qərb istiqamətdə uzanaraq, əsas etibarilə
müxtəlif cəhətlərə istiqamətlənmiş qırılmaların kəsişdiyi düyünlərə uyğun gəlir.
Şəkil 77. Atabəy-Slavyanka plagioqranit massivində parçalanma
pozulmaları və müxtəlif istiqamətli çat sistemləri.
Qaradağ məntəqəsi. İri miqyaslı aerofotoşəkil. Nisbətən tünd incə zolaqlar boyu inkişaf tapan
ikinci dərəcəli parçalanma pozulmaları (1) və qısa nazik xətlərə uyğun gələn çoxlu sayda çatlar
(2) aydın deşifrə olunur. Plagioqranitlərin kvarslaşmış massiv növləri görünür (3). Onlar
qayalıq formalarla və çatlardakı çoxlu sayda erozion şırımlarla təmsil olunmuşdur.
Qaradağ, Xarxar, Arıxdam, Zəhmət, Atabəy, Qumlu və digər məntəqələrdə
müəyyən edilən xırda halqavarı qırılmalar geomorfoloji xüsusiyyətlərinə görə
kosmik və aeroşəkillərdə dəyirmi, nadir hallarda ellips şəkilli görünüşə malikdir.
Təsvir edilən xırda halqavarı strukturlar öz təbiəti etibarilə ayrı-ayrı
vulkan aparatları, subvulkan və xırda, səthə yaxın intruzivlərlə sıx bağlı olub,
aerofotoşəkillərdə aydın, səlis deşifrə olunurlar (şəkil 78).
Samanlıq, Xarxar kəndlərindən şimalda yerləşmiş məntəqələrdə aerofoto-
şəkillərdə çoxlu sayda qövsvarı parçalanmalar və struktur xətlər də ayrılır.
Onların əmələgəlmə təbiəti heç də həmişə aydın deyil və çöl müşahidələrilə zəif
təsdiqlənir. Ehtimal ki, bu halqavarı strukturlar qədim, dərin fəallıqlı qövsvarı
və digər qırılma zonaları hesabına əmələ gəlmişdir.
Şəmkir qalxımı və xüsusilə Gədəbəy filiz rayonunu əhatə edən ərazinin
kosmik, orta və iri miqyaslı yüksəklik şəkillərinin deşifrələnməsi, habelə yer
səthindəki yoxlama marşrutları nəticəsində o qədər də böyük ölçülərə malik
olmayan (5-10-dan 20-30 km
2
-ə qədər), ayrı-ayrı tektonik blokları sərhədlən-
dirən şimal-qərb və şimal-şərq istiqamətli regional parçalanma pozulmaları
ayrılmışdır. Bu bloklar özünəməxsus geoloji quruluşla və filiz əmələgəlmə üçün
vacib hesab edilən müxtəlif istiqamətli filizyerləşdirici və filizənə zarətedici
pozulmalarla səciyyələnir.
189
Şəkil 78. Atabəy-Slavyanka plagioqranit massivində parçalanma
pozulmaları və müxtəlif istiqamətli çat sistemləri.
Xarxar məntəqəsi. İri miqyaslı aerofotoşəkil. Tektonik pillələrlə aydın ifadə olunan daha iri
parçalanmalar (1), incə tünd zolaqlı ikinci dərəcəli parçalanma pozulmaları (2) və incə tünd
zolaqlı kiçik ölçülü lələkvarı çatlar (3). Şəklin aşağı sol küncündə oval formalı kiçik halqavarı
struktur aydın nəzərə çarpır.
Aerofotoşəkillərdəki bu xırda parçalanmalar iri qırılmalarla müqayisədə
orta yura çöküntülərində daha yaxşı görünür və hidrotermal dəyişmiş süxurlar,
habelə bitki örtüyü hesabına tünd fotoçalar yaradaraq ensiz, düzxətli zolaq
şəklində deşifrə olunurlar (şəkil 79).
Vulkanik, vulkan-plutonik və vulkan-tektonik halqavarı strukturlar me-
qastrukturdan başqa bütün ölçü sinifləri ilə təmsil olunur. Nəzərdən keçirilən
tiplərin halqavarı strukturları Kiçik Qafqazın mezokaynozoy struktur formasion
zonalarında daha çox yerləşir.
190
Şəkil 79. Qaradağ mis-porfir yatağının mərkəzi hissəsi.
İri miqyaslı aerofotoşəkil. Aerofotoşəkildə parçalanma pozulmaları, çat zonaları və
daykalarla yarılmış plagioqranit intruzivi təsvir edilmişdir. Şimal-şərq və meridionala yaxın
istiqamətli parçalanma pozulmaları (1) və çat zonaları (2) aydın deşifrə olunur.
Vulkan-plutonik halqavarı strukturlar daha çox Löh-Qarabağ zonasının
Şəmkir horst-qalxımının mərkəz hissəsində yayılmışdır. Onlara, birinci növbə-
də, Gədəbəy filiz rayonu, xüsusilə Xarxar halqavarı strukturlar qrupu, Zəyəm-
çay, Şəmkirçay və s. hövzələrin halqavarı strukturları aid edilir (şəkil 80).
Bu strukturlar daha çox lineament zonaları ilə müşayiət olunur, ya da xətti
pozulmaların müxtəlif səmtli sistemlərinin kəsişmə düyünlərində yerləşir. Hal-
qavarı strukturların belə yerləşməsi mürəkkəb daxili quruluşa malik struktur-
ların əmələ gəlməsinə gətirib çıxarır. Bu cəhətdən Xarxar halqası daha böyük
maraq kəsb edir. Bu halqa diametri 50 km olan və submeridional istiqamətdə
yüngülcə dartılmış oval formaya malikdir. Kosmik şəkillərdə həmin struktur
müxtəlif əlamətlərə görə, əsasən yerləşdiyi mühitdən nisbətən açıq fotoçalara
görə fərqlənən mürəkkəb çıxıntı ilə qeyd olunur. Strukturun oval forması
Zəyəmçayla Şəmkirçayın sağ sahili arasındakı çayarası sahəni əhatə edən alt və
üst bayos vulkanogenlərinin sərhəddinə uyğun gəlir.
Yuxarıda qeyd edilənlər təsdiq edir ki, halqavarı strukturların özülünün
qoyulması bayos vulkanogen kompleksinin konsolidasiyası ilə eyni zamana
təsadüf edir. Bat dövründən başlayaraq, halqavarı strukturların sərhəddinə
daxili sahəsi nisbətən yüklənməyə məruz qalmışdır ki, nəticədə də bat vulka-
nogen çökmə çöküntülərinin toplanması baş vermişdir. Belə geoloji quruluş
nəzərdən keçirilən strukturu çökmə kaldera tipinə aid etməyə imkan verir ki,
bu faktı da Gədəbəy rayonunda iri intruziya və yaxud turş və ya zəif turş
191
tərkibli intruziyalar qrupu kimi interpretasiya olunan geniş mənfi qravitasiya
anomaliyasının mövcudluğu təsdiq edir. Xarxar strukturunun xarici haşiyəsi
vulkanik qurğunu kifayət qədər xarakter olaraq nəzərə çarpdırır.
Şəkil 80. Gədəbəy filiz rayonunun geoloji xəritəsi (V.M.Babazadə,
A.Ə.Məsimov, V.G.Ramazanova görə, 1990):
1 – müasir allüvial-prolüvial çöküntülər; 2 – qumlu, orqanogen-qırıntı əhəngdaşları (J
3
O
3
-
k
m
); 3 – andezit porfiritləri və onların tufları (J
2
bt); 4 – kvars plagioporfirlər və onların
müxtəlif qırıntı tufları (J
2
bj
2
). İntruziv süxurlar: 6 – qabbro, qabbro-dioritlər, qabbro-
diabazlar (J
3
-k
1
);7 – qranodioritlər, kvarsdioritləri, dioritlər; 8 – plagioqranitlər (J
2
bj). Dayka
kompleksi: 9 – diabazlar və diabaz porfiritləri; 10 - lamprofirlər; 11 – kvars dioritləri, kvars
diorit-porfiritləri;12– ikinci dərəcəli kvarsitlər. Qırılma pozulmaları: 13 – filiztəmərküzləşdirən
submeridional; 14 – suben; 15 – digər qırılmalar: a) təyin edilmiş; b) fərz edilən. Yataqlar
və təzahürlər: 16 – Gədəbəy mis-kolçedan yatağı; 17 – mis-porfir (1 – Qaradağ, 2 – Xarxar,
3 – Cəyir, 4 – Sini-Yarsk, 5 – Maarif, 6 – Böyük Qalaça); 18 – mis-polimetal (1 – Daşbulaq,
2 – Qızılcadağ, 3 – Şəkərbəy); 20 – Bitti bulaq mis-arsen.
Qeyd olunan nisbətən iri halqavarı strukturların hüdudlarında bir
sıra ikinci dərəcəli xırda halqalar ayrılır ki, bunlar da qismən məşhur
vulkan-plutonik quruluşa və intruziv massivlərə, bəzi yerlərdə ola bilsin ki,
açılmamış intruziv kütlələrə uyğun gəlir. Belə daha xırda halqalar Atabəy-
Slavyanka plagioqranit, Cəyirçay və Xarxar qranodiorit, kvars diorit intruziv
massivlərə uyğundur.
192
Xarxar halqavarı struktur ilə fəzaca əlaqədar olan Xarxar-Qaradağ mis-
porfir yataqlar qrupu Gədəbəy-Dəlidağ submeridional birbaşa lineamentinin
hissəsi hesab olunan şimal-şərq istiqamətli filiz təmərküzləşdirən struktura
aiddir və üç: şimal-qərb, submeridional və halqavarı strukturların mərkəz his-
səsini əhatə etməklə en pozulma sistemlərinin kəsişmə düyünlərində yerləşir.
Bu halqavarı strukturların mövcudluğu çöl tədqiqatları ilə təsdiq
olunmuşdur. Beləliklə, Xarxar-Qaradağ filiz sahəsinin tərkibinə daxil olan Cə-
yirçay mis-porfir filiz təzahürü hüdudlarında konsentrik formalı mikrohalqavarı
struktur müəyyən olunmuşdur. Müasir erozion kəsimdə bu strukturun ayrı-ayrı
hissələri qövsşəkilli qırılma pozulmaları seriyası şəklində qeyd olunur. Pozulma
zonalarının qalınlığı 10-50 m. arasında dəyişir. Pozulma zonalarında süxurlar
katakliz və hidrotermal dəyişikliyə kvarslaşma, kaolinləşmə, doğranma kimi
proseslərə məruz qalmışdır. Hidrotermal dəyişilmiş süxurlar minerallaşmışdır.
Eninə xətlərdə daxili və xarici halqavarı strukturların ölçüləri 5-6 km
təşkil edir. Şəkillərdə onlar dəqiq, relyefdə yaxşı ifadə olunan konsentrik for-
malı düzgün dairələr kimi deşifrələnir. Xarici halqa qapanmamışdır və Cəyir-
çay intruzivinin şərq təmasına uyğun gəlir. Halqavarı strukturun daxili hissəsi
kvars-diorit tərkibli intruziv kütlələrin xırda çıxışları ilə kəsilmiş, üst bayosun
vulkanogen və vulkanogen çökmə əmələgəlmələri ilə mürəkkəbləşmişdir. Daxi-
li halqanın şərq hissəsi ziqzaqvarı formaya malik olub, bəzi yerlərdə Ağrıtəpə-
çayın yatağına uyğun gəlir.
Halqavarı strukturun qərb hissəsində daxili və xarici halqalar arasında və
xarici halqadan sonra əsasən plaqioqranitlər və kvars dioritlər hesabına əmələ
gəlmiş ikinci dərəcəli kvarsitlər inkişaf tapmışdır. Cəyirçay filiz təzahürü rayo-
nunda mis-porfir filizləşməsinin yerləşməsində və konsentrasiyasında böyük rol
serisit muskovit fasiyasının ikinci dərəcəli kvarsitlərinə məxsusdur.
İkinci dərəcəli kvarsitlərin inkişaf sahəsində və halqavarı strukturların
daxili hissəsində mis və qızılın lokal geofiziki anomaliyası (VP 10%-ə qədər)
və geokimyəvi anomaliyalarının olması bu rayonda filizləşmənin yeni konsen-
trasiyasının aşkar olunması perspektivliyini təsdiq edir.
Gədəbəy-Çənlibel vulkan-plutonik qurğusuna uyğun gələn iri halqavarı
strukturun mərkəz hissəsi Atabəy-Slavyanka plagioqranit massivini əhatə edən
qravimaqnit sahəsində qeyd olunur. Bu ovalın daxilində daha xırda halqavarı
strukturlar ayrılır ki, bunlardan da Cəyirçay halqası daha aydın ifadə olunur.
Cəyirçay halqasının hüdudlarında intensivliyi 100-200 qamm olan, mərkəzi
anomaliyadan aralanan andezit və diabaz tərkibli kvars diorit daykalarına uyğun
gələn, maqnit sahəsinin radial istiqamətlənmiş lokal anomaliyaları qeyd olunur.
İntensivliyi 500 qamm olan müsbət işarəli lokal anomaliyalara görə
yarımhalqavarı struktur ilə qranitoidlərin Dağ-Cəyir qrupu əks olunur.
Kompleks geofiziki tədqiqatın nəticələrinin analizi və onların aşkar edil-
miş halqavarı, qövsvarı strukturlarla müqayisəsi, onların lineament zonalarının
hissələri ilə birləşməsi, nəhayət Şəmkir horst qalxımı sahəsinin blok quruluşu
193
misporfir və onlarla əlaqəli, Cəyir tektonik blokundakı (xüsusən Qaradağ,
Xoşyal, Cəyirçay anomaliyaları) anomaliyalara uyğun gələn kolçedan, mis-po-
limetal və qızıl, filiz yataqlarının aşkar edilməsini potensial perspektiv hesab
etməyə imkan verir. Həmçinin Daşbulaq və Qabaqtəpə intruziv massivlərinə
aid olan anomaliyalar da perspektivli hesab olunur.
Löh-Qarabağ ada qövsündə bu tipli halqavarı strukturlar Murovdağ və
Mehmana filiz rayonlarında qeyd olunur. Sonuncuda Gəncə, Ağdam lineament
zonasının Ağdam antiklinoriumu ilə kəsişməsində Mehmana qranitoid intruzivi
və Kasapet-Gülyataq xırda intruzivlər qrupunun yerləşməsinə nəzarət edən
nisbətən iri qapanmamış makrohalqavarı struktur aydın görünür.
Geoloji struktur, petroloji-geokimyəvi məlumatların əsasında müəyyən
olunur ki, Murovdağ antiklinoriumunun Turaqaçay, Ağdərə, Ağcakənd, Daş-
kəsən çökəklikləri ilə qovuşduğu zonalarda, xüsusilə də cərhəd zolağında kim-
meriy mərhələsinin filizləşməsinin üstünə məxsusi alp mərhələsinin filizləşməsi
yığılır. Bu isə əvvəllər yaranmış qırılmaların (lineamentlərin–birbaşa filiztop-
layıcı strukturların) tektonik fəallaşması, şimal-qərb və şimal-şərq istiqamətli
yeni qırılma və çatların əmələ gəlməsi ilə əlaqədardır.
Bu nöqteyi nəzərdən kosmik şəkillərlə deşifrə olunan iri birbaşa struktur
olan Gədəbəy-Dəlidağ lineamentinin Murovdağ üstəgəlməsi, rayon ərazisində
deşifrə nəticəsində müəyyən olunmuş dairəvi və xətti qırılma strukturları ilə
qovuşma zonaları ən perspektivli sayıla bilər. Bu tip strukturlar boyu sahəcə və
genetik olaraq yan süxurların hidrotermal metasomatik dəyişməsi müşahidə
edilir və filizləşmənin ən intensiv konsentrasiyası turş vulkanitlərin və
qranitoidlərin postmaqmatik fəaliyyəti olan mərkəz tipli solfatorfumoral
sahələrlə əlaqədardır (şəkil 81).
Filizləşmə əsasən müxtəlif tipli vulkanik qurğular olan (vulkan günbəzlər,
ekstruziyalar, vulkanizmlə sinxron olan subvulkanik sistemlər) ibarət olan lokal
tağ qalxmalarına aiddirlər. Onlar kosmik şəkillərdə halqavari, yarım halqavari
strukturlar kimi ifadə olunurlar. Bununla əlaqədar olaraq, lokal tağ qalxmaları
halqavari strukturlar konkret filiz sahələri kimi ayrıla bilər. Belə yüksək pers-
pektivli sahələrə Tülallar-Şorsu, Daşaqıl, Qaraqaya, Qızılqaya, Göygöl, Alaxan-
çanlı, Şahkərəm və s. aid etmək olar.
Əsas filiznəzarətedici qırılmalar maqmadaşıyıcı kanallarla sahəcə üst-
üstə düşür və bu zaman maksimal hidrotermal dəyişmə vulkanik qurğuların
boğaz fasiyasının hüdudlarında müşahidə edilir.
Beləliklə, Murovdağ filiz rayonunda bir sıra perspektivli lokal sahələr
ayırmaq olar ki, onlarda qızıl polimetal, kolçedan, qızıl saxlayan mis-porfir tipli
filizləşmələrinin ixtisaslaşmasını proqnozlaşdırmaq olar. Bu sahələr geokimyə-
vi, geofiziki anomaliyalar vasitəsi ilə təstiqlənir və adətən kosmik şəkillərdə
halqavari strukturlarla ifadə olunan orta və turş tərkibli effuziv piroklastik və
intruziv sistemlərlə təmsil olunmuşdur. Perspektivli sahələrdə şimal-şərq,
cənub-şərq, dairəvi xırda qırılma və çat sistemi geoloji və kosmik şəkillərlə də-
194
qiq ayrılır. Filiz minerallaşmaları adətən məhz belə kiçik qırılma zonalarında
müşahidə edilir və şimal-şərq, halqavari qırılmalar hidrotermal məhlulların
qalxması, filiz minerallaşmasının toplanması üçün ən əlverişli vahidlər
olmuşdur.
Şəkil 81. Murovdağ horst-qalxımında filizyerləşdirici xətti və halqavarı
struktur elementlərinin yerləşmə sxemi:
1-qabbro-kvars-diorit-qranodioritlər; 2-qırılma pozulmaları; 3- iri tektonik bloklar
sərhədindəki regional qırılmalar; 4-submeridional istiqamətli maqma-filiz nəzarətedici
regional qırılmalar; 5-maqma-filiz nəzarətedici relyef forması ilə əks olunmuş şimal-şərq
istiqamətli lineamentlər; 6-bloklar və strukturlar daxilində lokal qırılmalara uyğun olan
lineamentlər; 7-kosmik şəkillər üzrə ayrılmış halqavarı və ya oval strukturlar: a) intruziyanın
eroziyası ilə açılmış vulkan-plutonik; b) kalderalar; 8-gefiziki işlərlə ayrılmış dərinlik
qırılmaları; 9-alp kompleksinin alt hissəsində və örtüyündəki qırılmalar; 10-alp kompleksinin
alt hissəsndəki blokdaxili qırılmalar.
Yuxarıda qeyd olunanları yekunlaşdıraraq, belə nəticəyə gəlirik ki, Kiçik
Qafqazın əsas metallogenik vahidlərindən biri olan Murovdağ filiz rayonunda
filizləşmə rayonun geoloji inkişaf mərhələlərində fəallaşan uzunmüddətli
dərinlik qırılmaları ilə filiztoplayıcı strukturlarla dövr edən postmaqmatik
məhlullarla əlaqədardır. Əgər alp qırışıqlıq dövrünün birinci mərhələsində
hidrotermlərin dövrünə ümumqafqaz istiqamətli dərinlik qırılmaları xidmət
etmişdisə, sonrakı dövrlərdə dərinlik qırılmalarının
əhəmiyyətli rolunu daha
cavan eninə, dairəvi qırılmalar, çatlar oynamışdır. Buna uyğun olaraq, daha
dəqiq hidrotermal dəyişmələr müxtəlif yaşlı pozulmaların qovuşma sahəsinə
aiddir. Məhz bu qovuşmalara sənaye əhəmiyyətli qızıl-polimetal, mis-kolçedan,
qızıl saxlayan mis-porfir filizləşmələri aiddir.
195
Kosmik şəkillərdə deşifrə olunmuş qırılma pozulmalarının təhlili və onla-
rın aerofotoşəkillərlə, topoqrafik xəritələrlə, geoloji,geofiziki məlumatlarla və
çöl tədqiqatlarının nəticələri ilə müqayisəsi göstərir ki, qırılmalar adətən relyef-
də aydın əks olunmuşdur. Filiz sahəsi və eyniadlı kaldera daxilində müəlliflər
tərəfindən ilk dəfə əvvəllər məlum olmayan və kəsişmə qovşağında əksər fliz
təzahürlərinin təmərküzləşdiyi xətti, oval, qövsvarı strukturlar ayrılmışdır.
Bundan əlavə, konsentrik formalı mini halqavarı strukturlar daha iri və dəqiq
əks olunmuş hesab olunur (Drambon və Qızılbuлaq yarım halqavarı struk-
turları) (şəkil 82).
Dostları ilə paylaş: |