Bərk bişirilmiş yumurta. Burada yumurta soyuq yaxud isti suya salınıb,
suyun qaynadığı momentdən 10-12 dəqiqə ərzində bişirilir.
Bərk bişirilmiş yumurtanın həm ağı, həm də sarısı bərk olmalıdır.
Bu yumurta isti yaxud soyuq halda boşqaba qoyulub süfrəyə verilir. Soyulmuş
yumurtadan müxtəlif xörəklərin hazırlanması üçün istifadə edilir
Kəsmikdən hazırlanan xörəklərin əhəmiyyəti və rolu. Kəsmikdən kəsmik kütləsi, kəsmik kökəsi, varenik və pudinq hazırlanır.
Kəsmik kütləsi üçün, bir qayda olaraq yağlı kəsmik tətbiq edilir.
Xörək üçün tətbiq edilən kəsmik mütləq əzilib ələkdən keçirilir. əzilib ələkdən
keçirilməmiş kəsmik yalnız süd ilə kəsmik yaxud xama ilə kəsmik xörəkləri üçün
tətbiq edilir.
Kəsmik kütləsi (sirkovaya massa) Burada əzilmiş kəsmik, kərə yağı və şəkər ciddi qarışdırılıb, bir növlü kütlə
şə
klinə salınır və sonra bunun içinə xama, çiy yumurta, vanilin və duz qatılır.
Çirin kəsmik kütləsinə kişmiş, sukat, qoz, meyvə və giləmeyvə şirəsi, habelə
yeyinti boyağı qatıla bilər; duzlu kəsmik kütləsinə isə zirə əlavə edilə bilər.
Kəsmik kütləsi salatnik deyilən qabda yaxud boşqabda süfrəyə verilir. Süfrəyə
verilən zaman bunun üzünə şəkər pudrası səpilir. Şirin kəsmik kütləsi süfrəyə
verilən zaman təzə yaxud konsevləşdirilmiş meyvə və giləmeyvə ilə bəzədilə bilər.
48
Məhsulların adı Ş
irin Üzüm qatılmışşirin Sukat qatılmışşirin Duzlu Yağlı Yağsız Yağlı