Microsoft Word lal? ?miraslanova -ias? m?hsul texno muhazir? m?tni II semestr doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə33/62
tarix10.04.2023
ölçüsü0,49 Mb.
#95965
1   ...   29   30   31   32   33   34   35   36   ...   62
lala qidano

    Bu səhifədəki naviqasiya:
  • Yarımb
2. Kəsmikdən hazırlanan xörəklərin əhəmiyyəti və rolu. 
Yumurta xörəklərin yumurtadan, melajdan və yumurta tozundan hazırlanır. 
Yumurta xörəklərinə yalnız təzə toyuq yumurtası tətbiq edilir. Xörəyə sərf edilən 
yumurta kənar qoxu verməməli, bunun konsistensiyası təbii, sarısı və ağı özünə 
məxsus rəngdə olmalıdır. İctimai iaşə müəssisələrində ördək yumurtası tətbiq 
edilmir. Yumurta xörəkləri suda bişirmək, qızartmaq və kabab edilmək üsulları ilə 
hazırlanır. 
Suda bişiriləndə və kabab ediləndə yumurta qabıqlı yaxud qabıqsız, 
qızardılanda isə qabıqsız götürülür. Yumurtadan nürmi qayğanaq, omlet və 
yumurta şiləsi hazırlanır, natural şəkildə yumurta bişirilmiş və kabab edilmiş olur. 
Omlet və yumurta şiləsi həm təzə yumurtadan, həm də melanjdan və yumurta 
tozundan hazırlana bilər. 
Dondurulmuş melanjın qabaqca 40-50 dərəcə temperaturda donu açılmalı, 
sonra süzülməli və dərhal xörəyə sərf edilməlidir. 
Yumurta tozu ələkdən keçirilib isti suda açılır, əmələ gələn topacları əzilir, 
norma üzrə olaraq yerdə qalan suyu yaxud südü əlavə edilib 20-30 dəqiqə saxlanır. 
Bu məhsul dərhal isti emaldan keçirilir. 1kq yumurta tozu üçün burada 3,5l su 
götürülür; həmin suyun yarısını süd ilə də əvəz etmək olar. 
İ
lıq yumurta. Burada yumurta yuyulub qaynar suya salınır və yumurta 
salındıqdan sonra qaynayan suda 3 -3 ½ dəqiqə saxlanıb çıxarılır. Hər yumurta 
üçün burada 0,25-0,3l su götürülür. Bu miqdar su onun üçün lazımdır ki, yumurta 
salınan zaman suyun temperaturu çox düşməsin. İlıq yumurtanın ağı yarımmaye, 
sarısı isə maye halında olamalıdır. İlıq yumurta isti halda süfrəyə verilir.


47 
Yarımbərk bişirilmiş yumurta. Burada yumurta ilıq yumurta kimi, lakin 4 ½ -
5 ½ dəqiqə bişirilir. Yarımbərk bişirilmiş yumurtanın ağı pıxtalanmalı və 
bərkiməli, sarısı isə yarımmaye halında qalmalıdır. Bu yumurta süfrəyə ilıq 
yumurta kimi verilir. 
Bundan başqa yarımbərk bişirilmiş yumurta müxtəlif qarnir və tomatla da 
süfrəyə verilə bilər. 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin