Microsoft Word lal? ?miraslanova -ias? m?hsul texno muhazir? m?tni II semestr doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə36/62
tarix10.04.2023
ölçüsü0,49 Mb.
#95965
1   ...   32   33   34   35   36   37   38   39   ...   62
lala qidano

Kəsmik fəsəli. 
Burada suyun yaxud suyun içinə çiy yumurta, duz və şəkər vurulub hamısı 
birlikdə ciddi qarışdırılır və buna ələnmiş buğda unu qatılaraq təkrar qarışdırılıb bir 
növlü maye şəklinə salınır, sonra ələkdən keçirilir. Həmin xəmir nazik lay şəklində 
yaxşı qızdırılmış və dibinə azacıq yağ sürtülmüş çuğun yaxud polad tavanın içinə 
yayılır və alt qatlı qazmaq tutunca bişirilir. Hazır olan fəsəli tavadan çıxarılıb taxta 
lövhənin üstünə yığılır və yerdə qalanlarının bişirilməsi davam etdirilir. Bişmiş, 
fəsəli dəst şəklində sərin yerdə saxlana bilər. 
Fəsəlinin qazmaqlı tərəfinin ortasına kəsmikdən hazırlanmış qiymə qoyulub 
kənarları bükülüb və düzbucaq yastı pirojki formasına salınır. 
Qiyməli fəsəli tikişi aşağıya tərəf olmaqla tavada qızdırılmış yağın içinə 
qoyulub qazmaq tutunca əsas üsul üzrə qızardılır. 
Süfrəyə verilən zaman isti fəsəli(hər porsda 2-3 ədəd) porsluq buluda yaxud 
boşqaba qoyulub üstünə əridilmiş kərə yağı tökülür və yanına isə ayrıca olaraq 
sousnikdə soyuq xama qoyulur. Fəsəlinin üstünə şəkər pudrası da səpilə bilər. 
Qiymənin hazırlanması.
Burada əzilmiş kəsmik, çalınmış yumurta, şəkər və 
duz ciddi qarışdırılıb birnövlü kütlə şəklinə salınır. Qiymənin içinə vanilin də 
qatıla bilər. 
Hər pors üçün burada 50q buğda unu, 125q süd, ¼ ədəd yumurta, 3q şəkər, 
10q hidroyağ, 10q şəkər pudrası, yaxud 10q kərə yağı, yaxud 30q xama götürülür. 
Qiymə üçün burada 120q kəsmik, 10q şəkər, 1/10 ədəd yumurta və azacıq 
miqdarda duz götürülür. 
Kəsmikdən xörəklərin hazırlanmasi və süfrəyə verilməsi.
Kəsmikdən kökə. Burada kəsmik ət maşınından və ya süzgəcdən keçirilir, 
ə
zilir, dərin boşqablara qoyulur, üzərinə stəkanın ¼ qədər un, şəkər, duz, vanil, çiy 
yumurta əlavə edilib yaxşı qarışdırılır. Sonra un ələnmiş taxta üstündə uzunsov 
formaya salınır və 10 hissəyə bölür. Hər parça kotlet kimi yastılanır, dağ olmuş 
yağda qızarır. Süfrəyə verərkən yanına xama, bal, mürəbbə şirəsi qoyulur. 
Norma: 500q kəsmik, 2 yumurta, 2 xörək qaşığı şəkər, un, duz, xama. 


50 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin