II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
456
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
passivləşdirən insanların beynində 30 yaşdan sonra hər gün 100000 neyron ölür. Bir sıra insanların qocaldıqda “xərifləmə”si
də bunula bağlıdır.
Insan hər gün özünə qulluq etdiyi kimi intellektinin də itiləşməsinin qayğısına qalmalıdır. Tədqiqatçılar sübut etmişlər
ki, daim yeniliklər axtaran təşəbbüskar insanlar hətta 60 yaşında belə 30 yaşlı cavanlar kimi düşünə bilir. Beynin daim eyni
bir şeylə məşğul olması, başqa sözlə yeknəsəqlik onun funksiyasını məhv edir. Nəticədə, elə adamlara rast gəlirik ki,
onların var-dövləti həddindən artıq olsa da öz bədbəxtliklərindən daha çox şikayətlənirlər.
Intellektin inkişaf etdirilməsini, beynin fəallığı, çevikliyi təkcə “Ana dilı” dərslərinin tədrisi prosesində deyil,
bütövlükdə təhsil sistemində nəzərə almalıdır. Biz hər gün uşaqların intellektinə təsir göstərən bədii əsərlər vasitəsilə onların
intellektinin inkişaf etdirməli, bütün dərslərimizi onların düşüncəsinə uyğun gələn oyunlar şəklində qurmalıyıq.
“XX əsrin təfəkkür psixologiyası fundamental nəzəri eksperimental tədqiqartlarla əlaqədardır. Bu tədqiqatlarda
şagirdlərdə nəzəri təfəkkürün inkişafı və tərbiyəsi probleminə xüsusi önəm verilir. Onlar göstərir ki, tədris fəaliyyəti kvazi-
tədqiqat fəaliyyətidir. Tədris fəaliyyəti eyni vaxtda formasına və məzmununa görə nəzəri fəaliyyətdir. Nəzəri təfəkkür onun
başlıca komponentidir. Təlim prosesində nəzəri təfəkkürün inkişafı və tərbiyəsi bu gün necə də aktualdır?! Müasir təhsil
nəzəriyyəsinin başlıca parafrazlarından biri belədir.
Təfəkkür problemlərini sinif məkanında araşdıranda qeyri-adi prosesin dalğalarında iki paradoksla rastlaşırıq. Bizim
fikrimizcə, onların, informasiya əsrində öz-özünə möcüzəli görünən bu paradoksların psixoprofilaktikası təfəkkürün inkişaf
konsepsiyasının köklü nəzəri-praktik problemidir.
Biliyin əsas məzmunu necə və hansı vasitələrlə mənimsənilir, hansı məntiqi formada ifadə olunur? Bu sualları
araşdıranda istər fəlsəfədə, istərsə də psixologiyada təfəkkürün iki tempini-empirik və nəzəri təfəkkürü ayırd edirlər.
Empirik və nəzəri təfəkkür hansı məziyyətlərlə bir-birindən seçilirlər? Müxtəlif xüsusiyyətlərlə. Lakin onlardan bu
xüsusilə əlamətdardır: empirik təfəkkür sadəcə olaraq hadisəni, nəzəri təfəkkür isə mahiyyəti əks etdirir.
- Mahiyyət səbəb, struktur-funksional və genetik münasibətlərin sistemi kimi özünü göstərir. Bu mürəkkəb
münasibətlər sistemi artıq sadəcə olaraq müşahidə yolu ilə ayırd etmək mümkün deyildir.
- Bu zaman insan dərk olunan obyektlərin daxili əlaqə və münasibətlərini təhlil (analiz) və tərkib (sintez) yolu ilə tədqiq
edir və onların “çoxcəhətli xüsusiyyətlərini vəhdətdə” əks etdirir. Empirik təfəkkürdən fərqli olaraq nəzəri təfəkkürdə
anlayışların əmələ gəlməsi üsulları bambaşqadır. Onlar zahiri əlamətlərinə görə, oxşar əşyaların müqayisəsi yolu ilə deyil,
öyrənilən sistem üçün səciyyəvi olan mühüm əlaqələrin, müəyyən bir sistemin daxilində isə bu əlaqələrin funksiyalarının
təhlili və tərkibi yolu ilə yaradılır. Bu isə refleksiyanı-təhlil və tərkibin vasitələrini və onların nəticələrini tənqidi şəkildə
qiymətləndirməyi nəzərdə tutur.
Nəzəri təfəkkür səviyyəsində insan artıq dünyanı sözün əsl mənasında elmi ölçülərlə izah edir. Özünün bu
xüsusiyyətlərinə görə nəzəri təfəkkür empirik təfəkkürdən kəskin surətdə fərqlənir və təfəkkürün elmi-texniki inqilab
dövründə xüsusi əhəmiyyət kəsb edən başlıca növlərindən biri sayılır.”
Ağlı necə məşq etdirmək olar? Bu sual müasir təhsilin qarşısında dayanan əsas vəzifələrdən biridir.
V.Suxomlinski uşaq beynindəki zərif, həssas neyronların inkişaf dinamikasını göstərərək qeyd edir ki, balacanı
düşündürmək üçün onun beyin yarımkürələri qabığının neyronlarının müəyyən qrupu ətraf aləmin obrazlarını (şəkillərini,
predmetlərini, hadisələrini, sözlərini) qavrayır və siqnallar ən incə sinir hüceyrələri vasitəsilə gedir.
“Neyronların sinir enerjisinin belə heyrət ediləcək sürətlə keçməsi məhz bizim fikir adlandırdığımız hadisədir, - uşaq
düşünür... Uşaq beyninin hüceyrələri o qədər zərifdir, qavrayış obyektinə o qədər həssas reaksiya verir ki, qavrayış və
dərketmə obyekti yalnız görülə bilən, eşidilə bilən, toxunula bilən obraz olduqda onlar normal işləyə bilir. Təfəkkürün
mahiyyəti fikrin səmtini dəyişməsidir; bu dəyişmə yalnız o zaman mümkündür ki, uşağın qarşısında ya əyani, real obraz
olsun, ya da o qədər parlaq yaradılmış sözlü obraz olsun ki, uşaq, haqqında danışılanı sanki görmüş, eşitmiş, hiss etmiş
olsun (nağılı uşaqlar ona görə belə çox sevirlər)”.
Yaradıcı şəxsiyyət yetişdirmək üçün ;
1. Yaradıcı və müstəqil düşünmə qabiliyyətini aşkara çıxarmaq;
2. Fəallığı və marağı üzə çıxarmaq;
3. Müstəqil olaraq şagirdlərin biliklərə yiyələnmək bacarığını müəyyən etmək;
4. Təşəbbüskarlığı alqışlamaq- lazımdır.
Belə bir şəxsiyyətin tərbiyəsi üçün yeni dövrdə təlimin vəzifələri şagirdlərə bilik və bacarıqların aşılanmasını təmin
etməkdir. Şagirdlərin məlumatı müstəqil olaraq toplamaları, tənqidi təhlil etmələri, qiymətləndirmələri, nəticə çıxarmaları
vacibdir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
457
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
İBTIDAİ SINIF MÜƏLLİMİ HAZIRLIĞININ AKTUAL MƏSƏLƏLƏRİ
Gültəkin ABDULLAYEVA
ADPU
pion2691@gmail.com
Elmin, texniki tərəqqinin hərəkətverici, idarəedici qüvvəsi olan gəncliyi yetişdirmək məktəbin başlıca məqsədidir.
Informasiya bolluğu şəraitində yaşayan gəncin öz yerini harada tapacağı, fəaliyyətini necə quracağı hamını düşündürür.
Şagirdlərlə əqli keyfiyyətlərin inkişafı və təkmilləşməsi, təfəkkürün formalaşması üzrə iş aparmadan onlarda fəal həyat
mövqeyinin tərbiyə edilməsi çox çətindir. Qlobal iqtisadi böhran şəraitində müstəqil və tənqidi düşünmək, dəyişən həyat
şəraitinə tez reaksiya vermək, öz peşə fəaliyyətini effektiv şəkildə yerinə yetirmək, qarşıya qoyduğu məqsədlərinə çatmaq
və s. tələblərə əməl etmək üçün, insan özünü və həyat bacarıqlarını inkişaf etdirməlidir. Bu cür inkişafın və özünüinkişafın
vacib şərti təhsildir. Ona görə də bir çox tədqiqatçılar belə bir qənaətə gəlirlər ki, təhsil prosesi insanın bütün həyatı boyu
davamlı olmalıdır.Fasiləsiz təhsil konsepsiyasına əsasən (bağça, məktəb, ali təhsil müəssisəsi və s.) hər bir sahənin əsas
məqsədi insanı bir şəxsiyyət, cəmiyyətin subyekti, ölkə vətəndaşı kimi inkişaf etdirməkdir.
Müəllim hazırlığına orta məktəbdən başlanmaldır. Pedaqoji peşəyə meyl göstərənlər məhz bu dövrdə
müəyyənləşdirilməlidir. Təəssüf ki, bu gün “yaxşı” və “zəif” müəllim anlayışları hələ də işlədilir. “İşləyə-işləyə” öyrənəcək
yanaşması təhsilimiz üçün böyük təhlükədir. Müəllimin sinfə daxil olduğu ilk gündən pedaqoji fəaliyyətini uğurla qura
bilməsi üçün mühüm bacarıqlara və müəyyən təcrübəyə malik olmalıdır. Belə ki, müəllim olmaq istəyən abituriyentin
qabiliyyəti, xarici görünüşü, şəxsiyyəti, fiziki sağlamlığı, bu sənəti düzgün seçib-seçməməsi, mədəniyyəti, həvəs və
yaradıcılıq səyinin olması, pedaqoji səriştəsi, psixoloji hazırlığı, ən əsası isə ibtidai sinif müəllimi olacaq gənclərin xətti,
orfoqrafik savadı, şifahi nitqi, mütaliəsi, səsi, əl qabiliyyəti və s. keyfiyyətləri nəzərə alınmalıdır.
Şübhə yoxdur ki, öyrənənin inkişafında öyrədənin rolu əvəzsizdir. Müəllim yalnız hazır bilikləri verməklə
kifayətlənməməli, şagirdlərin şəxsiyyət kimi inkişafına şərait yaratmalı, onlarla əməkdaşlığa, qarşılıqlı hörmət və anlaşmaya
üstünlük verməli, şagirdləri fəallaşdırmalı, təlimi onun maraq və tələbatına uyğun qurmalıdır. Öyrədən məsləhətçi,
istiqamətverən rolunda olmalı, şagirdlərin şəxsiyyətinə hörmət etməli, tədris fəaliyyətində humanizm prinsiplərinə
əsaslanmalı, “subyekt-subyekt” münasibətlərini rəhbər tutmalıdır. Bu günün müəllimi tərbiyəçi-müəllim funksiyasını yerinə
yetirməklə yanaşı, tədqiqatçı olmalı, öz fəaliyyətində təlim-tərbiyə prosesinə yaradıcı yanaşmalı, təlimin yeni məzmunu,
prinsipləri, metod və vasitələrini tətbiq edə, onları ənənəvi üsullarla əlaqələndirə bilməli, İKT-dən istifadə etməyi
bacarmalıdır.
Təhsil müəssisələrində təlimin keyfiyyətinin təkmilləşdirilməsi müəllimin hazırlığından asılıdır. Təbii ki, başqalarını
öyrətmək üçün daim özünü təkmilləşdirmək lazımdır. Müəllim təkcə tədris etdiyi fənni və onun tədrisi metodikasını
bilməklə kifayətlənməməli, hərtərəfli inkişaf etmiş şəxsiyyət olmalıdır. Müasir müəllim elə olmalıdır ki, dövrün tələblərinə
cavab verməklə yanaşı, öz şagirdlərinin tələblərinə cavab verə bilsin. Hər bir pedaqoq peşə hazırlığının səviyyəsini
müntəzəm olaraq kurs hazırlığı, seminar, praktikumlar, müsabiqələr vasitəsilə artırmalıdır.
Müasir metodika və texnologiyalardan yaradıcılıqla istifadə olunan hər bir dərs, praktik məşğələ yüksək nəticə verir.
Belə bir şəraitdə aparılan dərs ilk növbədə hər bir şagirdin fərdi xüsusiyyətləırini nəzərə almağı tələb edir. Pedaqoji
fəaliyyətin əsas və həlledici qüvvəsi kimi şagirdin özü, onun şəxsiyyyəti və bacarığının inkişafı nəzərdə tutulur. Pedaqoji
yaradıcılığın həyata keçirilməsi prosesində müəllimin özü də inkişaf edir ki, bu da onun fəaliyyətində yeni keyfiyyətlərin
meydana çıxmasına gətirib çıxarır.
Bəzən müəllim kifayət qədər nəzəri peşə bilikərinə malik olmasına baxmayaraq, praktik fəaliyyətində yüksək nəticələr
əldə edə bilmir. Bu zaman müvəffəqiyyət əldə etməyə, habelə peşə bacarıqlarının yüksəltməyə imkan verən pedaqoji
faktorlara diqqət yetirmək lazım gəlir. Peşə bacarıqlarının inkişafının əsas faktorları müəllimin reflektiv mövqeyidir; onun
fasiləsiz təhsil sisteminə bağlılığıdır. Müəllimin reflektiv mövqeyi bütövlükdə təhsil prosesinin keyfiyyətinə təsir edən
mühüm faktordur. Müəllim elə şərait yaratmalıdır ki, şagird intellektual və yaradıcı qabiliyyətini inkişaf etdirə bilsin və öz
biliklərini, bacarıq və təcrübəsini müxtəlif həyati situasiyalarda tətbiq etməyə hazır olsun. Hər bir müəllimin işinin əsas
məqsədi şagirdlərin intellektual və yaradıcı qabiliyyətini, onların mənəvi və vətəndaşlıq keyfiyyətlərini inkişaf etdirməkdir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
458
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
QİYMƏTLƏNDİRMƏNİN MAHİYYƏTİ VƏ PEDAQOJİ –PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ
Ayşə QULİYEVA
Qafqaz Universiteti
aishequliyeva@mail.ru
Şagirdlərin təlim fəaliyyətindəki müvəffəqiyyətləri kəmiyyət və keyfiyyət göstəriciləri ilə səciyyələnir ki,bunlar da
şagird nailiyyətinə verilən qiymətlərdə öz əksini tapır. Qiymət-şagirdin verilmiş tapşırığı nə dərəcədə yerinə yetirməsinin,
təlim prosesindəki fəaliyyətinin göstəricisidir. Şagird nailyyətinin qiymətləndirilməsi məsələsi tarixən dünya pedaqoqlarını
düşündürmüş,bunun üçün vahid bir sistemin yaradılmasına bir çox cəhdlər edilmişdir.Lakin, bu barədə vahid bir qərar
alınmamışdır.1917-ci ilə qədər Rusiyanın bir çox məktəblərində şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün
"kafi" və ya "qeyri-kafi" kimi sözlərə müraciət edilmiş, bu məqsədlə bəzən yazılı xasiyyətnamələrdən istifadə olunmuşdur.
Sonralar Rusiyada və eləcə də Azərbaycanda qiymətləndirmə rəqəmlərlə aparılmağa başlanmış, bunun üçün altı ballıq
(0,1,2,3,4,5) qiymətləndirmə sistemindən istifadə olunmuşdur. Sovet hakimiyyəti illərində sıfır rəqəmi qiymətləndirmə
sistemindən çıxarıldı və təhsil müəssisələrində beş ballıq sistemə keçid baş verdi.Tədricən bir rəqəmi də müəllimlər
tərəfindən az istifadə olunmağa başlandı və beş ballıq qiymətləndirmə sistemi dörd ballıq sistemlə əvəz olundu. 1950-ci
ildən sonra dörd ballıq sistemdə də müəyyən dəyişikliklər özünü göstərdi. Belə ki,dörd ballıq sistem olmasına baxmayaraq
müəllimlər "2" rəqəmindən demək olar ki, istifadə etmir, bu isə faktiki olaraq beş ballıq sistemin üç ballıqsistemlə əvəz
olunması demək idi . Beləliklə, dörd-beş qiymətləri ilə oxuya bilməyən şagirdlər üçün bu şkala iki ballı oldu. Bu cür
qiymətləndirmə sistemi isə şagirdlərin fəaliyyətinə stimullaşdırıcı təsir etmək əvəzinə onlara mənfi təsir göstərirdi. Belə
ki,üç ilə dörd arasındakı pillə əksər şagirdlər üçün keçilməz bir sədd olurdu. Buna görə də bəzi müəllimlər beş ballıq
şkalaya "plyus","minus" əlavə etməklə qiymətləndirmə aparırdılar. Bunu etməkdə məqsəd isə beş ballıq sistemdə
stimullaşdırıcı yolları axtarıb tapmaq olmuşdur. Lakin, həmin müəllimlərə on yaxud yüz ballıq sistem təklif olunsaydı belə,
onlar yenə də həmin sistemlərə "plyus","minus" işarələrini daxil edərdilər. Buna görə də mövcud qiymətləndirmə sistemini
dəyişdirməyə səy göstərməkdənsə,həmin sistemdən düzgün istifadə etmək daha məqsədəuyğun olardı. Qiymətə, şagirdin işi
ilə əlaqədar olan çox və müxtəlif göstəricilər daxil olur. Bunlar aşağıdakılardır:
- bilik, bacarıq və vərdişlərin həqiqi vəziyyətinə dair yoxlamanın nəticələri;
- biliyin məntiqi və ardıcıl nitqlə dəqiq və mükəmməl ifadə olunması;
- təlim prosesi zamanı əldə olunan bilik,bacarıq və vərdişlərin praktikaya şüurlu surətdə tətbiq edə bilmək bacarığı;
- keçilmiş mövzuya dair əlavə mənbələrdən məlumatların toplanması;
- müstəqillik, təşəbbüskarlıq və işə yaradıcı münasibət;
- ev tapşırıqlarının yerinə yetirilməsi.
Hər fənn özünəməxsus xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə uyğun olaraq ayrı-ayrı fənlərdən şagirdlərin bilik və
bacarıqlarını qiymətləndirməyin meyarları işlənmiş və müəllimlərin istifadəsinə verilmişdir. Bununla yanaşı bütün fənlər
üzrə şagirdlərin bilik və bacarıqlarına aid olan göstəricilər vardır ki,həmin gösrəricilərə əsasən beş ballıq qiymətləndirmə
sistemində şagirdlərin qiymətləndirilməsi aşağıdakı kimi aparılır.
Şagird proqram materialını tam mənimsədikdə,mövzuya aid biliklərini əməli işə tətbiq etməyi bacardıqda,məntiqli
nitqə malik olduğunu nümayiş etdirdikdə,davranışında heç bir qüsura yol vermədiyində "5" qiyməti yazılır.
Şagird proqram materialını şüurlu surətdə qavradıqda,biliklərini əməli işə tətbiq etməyi bacardıqda,lakin nitqində
və davranışında nöqsanlara yol verdikdə "4" qiyməti yazılır.
Şagird proqram materialını əsasən mənimsədikdə,biliyini əməli işə tətbiq etməyi bacarmadıqda,nitqində və
davranışında nöqsanlara yol verdikdə o, "3" qiyməti ilə qiymətləndirilir.
Şagird proqram materialını bilmədikdə,müəllimin mövzu ilə bağlı suallarına suallarına inamsız cavab
verdikdə,davranışında və nitqində ciddi nöqsanlara yol verdikdə şagird "2" qiyməti ilə qiymətləndirilir.
Şagird proqram materialını tamamilə bilmədikdə,oxumaq üçün heç bir səy göstərmədikdə,davranışında qüsurlu
nöqsanlara yol verdikdə isə "1" qiyməti yazılır.
Şagird nailiyyətinin qiymətləndirilməsi ənənəvi olaraq onların əldə etdikləri bilik, bacarıq və vərdişlərin kəmiyyətcə
qiymətləndirilməsinə əsaslanır. Lakin şagirdlərin təlimin nəticələrini müəyyən edən şəxsi keyfiyyətlərinin
qiymətləndirilməsi sistemi mövcud deyildir.Buna baxmayaraq təlimin məqsədlərinin əks olunduğu sənədlərdə təlim-tərbiyə
prosesində formalaşmalı olan müxtəlif şəxsi keyfiyyətlərdən bəhs olunur.Bu onunla əlaqədardır ki,şəxsi keyfiyyətlərin
qiymətləndirilməsi praktiki olaraq çətin bir məsələdir. Bununla belə təlim prosesinin yekunları haqqında tam məlumat əldə
etmək üçün şagirdlərin şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi olduqca mühüm məsələdir. Buna görə də məktəblərdə
psixoloji xidmətin üzərinə böyük vəzifələr düşür. Şagird nailiyyətinin qiymətləndirilməsinin müxtəlif formaları mövcud
olmuşdur. Ənənəvi təlimdə şagird nailiyyətinin qiymətləndirilməsi üçün istifadə olunan əsas formalar yoxlama yazı
işləri(yaxud testlər) və şifahi cavablar olmuşdur.İki qiymət növündən istifadə edilmişdir:cari və yekun qiymət. Cari
qiymətin aparılmasında məqsəd ayrı-ayrı mövzu və bölmələrin şagirdlər tərəfindən nə dərəcədə mənimsənildiyini yoxlamaq
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
459
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
olmuşdur.Yekun qiymət isə tədrisin nəticələrinin ümumiləşdirmək məqsədilə aparılmışdır. Nəticəyönümlü təlimdə isə
qiymətləndirmə nisbətən başqa cür aparılır.Belə ki,burada şagird nailiyyətinin qiymətləndirilməsi şagirdlərin biliklərə
yiyələnmək,onlardan istifadə etmək,nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir.
Şagird nailiyyətinə verilən qiymətin
pedaqoji və ictimai əhəmiyyəti müəllimin bu işə böyük məsuliyyətlə yanaşmasını tələb edir.Qiymətləndirmə aparılan zaman
şagirdin psixi və fiziki vəziyyətinin, cavab vermək üçün onun ümumi hazırlığının da nəzərə alınması lazımdır. Müəllim
şagirdin cavab verməyə hazır olmadığına, lazımi səviyyədə cavab verə bilməyəcəyinə əmin olduğu hallarda,onun
müvəffəqiyyətinə qiymət verilməsi məqsədəuyğun hesab olunmur. Müvəffəqiyyətə qiymət qoyulması şəraiti nə müəllimi,
nə də şagirdi əsəbləşdirməyən sakit və xeyirxahlıq şəraiti olsa daha məqsədə uyğun olar
.
EĞİTİMDE DOĞRU ELEŞTİREL BAKIŞIN ÖĞRETİLMESİ
İlhami ATMACA
Qafqaz Üniversitesi
İatmaca25@hotmaıl.com
Eğitimin temel hedeflerinden biri de kendisine tabi olan, almaya ve öğrenmeye açık hale getirilmiş kitleye; düşünmeyi,
iyiyi kötüden ayırt edebilmeyi , hayatı , kendi ve başkalarının davranışlarını kritiğe tabi tutabilmeyi, değerlendirmelerden
elde ettiği sonuçlardan faydalanmayı ve bunu bir ömür boyu devam ettirebilmeyi sağlamaktır. Tecrübe denen şey de
insanın gerek kendi gerekse başkalarının hayatlarından gözlem ve değerlendirmeler sonucunda elde ettiği kazanımlardır.
Kritik etmek hayata sadece eleştirel bakmak şeklinde de algılamamalı. Güzel ve doğru olanları görmek ve ona göre bir
hayat kurma geyesi aslında tetkikçi eleştirme anlayışının temel felsefesi olmalı. Sağlam bir tenkit düşüncesiyle insan varlık
ve hadiseler arasındaki münasebettlere de muttali olur. Hayatı ve eşyayı kanun ve kaideleri sistem ve fikirleri daha sağlıklı
yorumlama becerisi kazanır. Taklitçi ve körü körüne teslimiyetcilik anlayışı gelişmenin yükselmenin ve benimsemenin
önünde büyük bir engeldir. Olaylara geniş bir nazarla bakılmalıdır. Hadiselerin tesirinde kalmadan buradan insanlık adına
ne çıkarılabilir diye düşünmelidir. Hurdacı bir harabeye girdiğinde oradaki değer ifade eden ne varsa onu almaya çalışır
oranın estetiği ve yaşanılabilirliği ile ilgilenmez. Unutmamak gerekir ki her düşüncenin, görüşün, fikirin, imkanın ve
sistemin insanlık adına vereceği küçükte olsa bir faydası vardır. Bu nazarla bakılabilirse her iş ve hadiseden, düşünce ve
fikirden insanlık adına bir artı değer oluşturulabilir. Her türlü eleştirel düşüncede maksat hakikate ulaşmak olmalı. Bu
anlayışın oluşturulması işi küçük yaşlarda ele alınmalıdır. Aile müspet kritik etme husunda gerek okul öncesinde gerekse
okul sürecinde öğretmenin vereceği bu duygu ve dünceye destek olmalıdır. Eğitimciler müspet ve insaflı eleştirel
düşünceyi yetiştireceği neslin en büyük kazanımlarından biri olarak görmelidir.
Tenkide tabi tutma düşüncesi her türli pozitif ilmin inkişafında bir ölçü olduğu gibi aynı zaman da sosyal, psikolojik,
kültürel ve ahlaki erdemlerin kazanılması ve yüceltilmesinde de temel kaynaklardandır. Öğrencilerimizde kritik edebilme
düşüncesini oluşturabilmek için önce öğretmenin bu düşünceye açık olması, demokratik bir ortam oluşturması gerekir.
Sınıf şartlarını öğrenciler arası münasebetleri buna göre tanzim etmeli insana ve onun düşüncesine saygı gösterebilmeyi
öğretmesi gerekir. Eğitimci yanlışları karşısında geri dönebilme faziletine sahip olmalıdır. Unutulmamalı ki öğretmen
yapıcı ve yerinde eleştirilere açık ise yetiştireceği öğrencileri de öyle olacaktır.
Geleceğin dünyasınada söz sahibi bir toplum yetiştirmek istiyorsak, öğrencilerimize medenice, kendinden başlayarak
dışa doğru hayatı insafla kritik etmeyi, müspet hareket edebilmeyi hayat felsefesi haline getirmelerini sağlamalıyız.
İnsandaki dengeli bir özgüven duygusuda ancak böyle teşekkül edecektir. Kritik etme düşüncesine kendi fiil ve
davranışlarından başlamayan hep dışarıda yanlış ve eksik aramaya kalkar. Oysa insan kendisinin savcısı olabilmeyi de
bilmelidir.
Bugün bir çok insanımız olaylar arasındaki münasebetleri sağlıklı kuramadıkları için görmeleri gereken büyük resmi
hiçbir zaman görememekte, ayrıntı ve teferruatta boğulmaktadır. Büyük düşünüp yüksek ideal ve hedefler
oluşturamamaktadır. Lokal , günübirlik hadise ve işlerle ömrünü israf etmektedir. Yeterince mutlu ve başarılı bir birey de
olamamaktadır. Eğitimcilerimiz ideal bir insan yetiştirebilmek için yüksek bir ilmi birikimle, inançla, aşkla, sabırla, eşya ve
hadiseleri, ilmi eserleri ve kainat kitabını tetkik etmeli, kollektif şuurla tecrübe ve birikime önem vererek “riyazi düşünce”
eşliğinde sanatın penceresinden bakarak mutlu bir topluluk oluşturma gayreti içinde olmalıdır.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
460
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ИНТЕГРИРОВАННЫЙ УРОК КАК СРЕДСТВО ПОЗИТИВНОЙ МОТИВАЦИИ
В ОБУЧЕНИИ МЛАДШИХ ШКОЛЬНИКОВ
Самира МЕЛИКОВА
Бакинский Славянский Университет
Педагогика и методика начального образования
Доц. Д.Б. Джавадова
melikovasamira@rambler.ru
На сегодняшний день перед современной педагогической наукой стоит проблема повышения интереса школь-
ников к учебе. Одной из причин потери интереса является не всегда пригодность традиционных приемов обучения
для современных школьников, ведь у учеников сегодня сильно развито чувство самосознания и собственного
достоинства, они о многом имеют представление, поэтому занятия, базирующиеся на авторитарном режиме,
бездоказательных утверждениях, вызывают лишь досаду и скуку. Это послужило причиной для преподавателей
искать новые методы и средства, которые способствовали бы развитию интереса к предмету.
Последние годы отличаются поисками и использованием активных методов, которые позволяют значительно
повысить эффективность обучения.
С развитием методики в частое употребление входит и новая терминология. Поэтому неудивительно, что и в
методике преподавания время от времени появляются такие слова-названия как “технология учебного процесса”,
“методист-исследователь”, “мультимедийные средства”“ИКТ” и т.д. Одной из последних новаций такого рода
является интеграция учебного процесса. Великий чешский педагог Ян Амос Каменский писал: «Все, что находится
во взаимной связи, должно преподаваться в такой же связи».
Латинское слово «integratio» принято к употреблению в 2 значениях:
1. процесс взаимного приспособления и объединения национальных хозяйств двух и более государств с
однотипным общественным строем;
2. объединение в целом каких-либо частей, элементов.
Исходя из вышесказанного, интеграция в методике преподавания – это процесс приспособления и объединения
определенных элементов или частей разных видов учебной деятельности в единое целое при условии их целевой и
функциональной однотипности.
Идеей интеграции обучения является то, чтобы дать молодому поколению целостное представление о природе,
обществе и своем месте в них. А для формирования этого представления необходимо формирование
интегративного сознания, т.е. такого рода сознания, которое заключается в способности человека воспринимать
действительность как совокупную целостность каких-либо частей, связанных между собой.
Практика показывает, как трудно осуществлять эти связи, как часто школьник «за деревьями не видит леса».
Интегрированные уроки могут проводиться в форме экскурсий, ролевых игр, бесед и пр. На интегрированных
уроках используются такие способы воздействия на учащихся как театр, видео-художественный, музыкальный
ряд, телевидение, чтение и показ документов эпохи.
Но не все уроки приемлемы для интеграции. В основе интегрированных уроков должна быть близость
содержания ведущих тем разных предметов и их логическая взаимосвязь. Например, русский – литература,
литература – природоведение, математика – природоведение, и др. Но эти уроки нельзя проводить часто, они
теряют свою новизну и это снижает интерес учащихся к урокам такого рода. Наиболее благоприятны для
интеграции уроки литературы, музыки, ИЗО. Именно на интегрированных уроках у учеников развивается
абстрактное мышление, формируются эстетические чувства, любовь к родному языку, литературе, природе,
музыке, расширяется кругозор.
Интеграция в образовании необходима, т.к. у современных школьников из-за множества учебных дисциплин
формируется фрагментарность мировоззрения и трудности с адаптацией в современном интегрированном мире.
Интеграция должна проводиться постепенно, от внутрипредметной к межпредметной. Подготовка к урокам
такого рода кропотлива. А для этого преподаватель:
1. должен в полной мере владеть содержанием своего предмета;
2. хорошо знать содержание учебного предмета, с которым будет интеграция;
3. уметь создать для себя единую картину мира, единое пространство;
4. если же урок проводится несколькими учителями-предметниками, то между ними важна психологическая
связь, должно быть взаимопонимание с полуслова.
Интегрированный урок должен быть построен таким образом, чтобы 60-80% учебного времени занимало
творчество учащихся.
|