m 1. Given a g
D. P. Mavlo an
L SCIENTIF
problem. This
y accident. Fo
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
450
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Müstəqil işin inkişaf dinamikasını, qanun və qanunauyğunluqlarını bilmədən bu işin öyrənmə texnologiyaları haqqında
sistemli, elmi-metodik əsaslı material hasil etmək də olmaz.
Əlbəttə, Azərbaycan Dövlət pedaqoji təhsil sistemində, tələbələrin müstəqillliyinin təmin edilməsi nə qədər aktual
görünsə də müstəqil iş prosesi elmin son nailiyyətləri olan bilikləri gənclərə öyrətmədə, praktik bacarıq və vərdişlər
formalaşdırmaqda, onları bilavasitə həyata hazırlamaqda, şəxsiyyəti vətəndaş olaraq yetişdirməkdə formal, şablon iş
üsullarından da yan keçmir.
Tələbələrin təlim-tərbiyə prosesində müstəqilliyini təmin edən müxtəlif metod və iş formalarının əsasında konkret elmi
fikir, fəlsəfi-pedaqoji ideya dayansa da, gənc nəsildə praktik bacarıq aşılayan məktəb, təhsili və bilikləri yüksək didaktik
tələblər səviyyəsində qurmaq, əməli-təcrubi fəaliyyətə qoşulmaq seçimində olmamışdır. Doğrudur, şagird orta məktəbdə
təcrübə və əmək prosesində onu əhatə edən həyatı özünün şəxsi təcrübəsi əsasında əxz etdiyi halda, ali məktəb pilləsində isə
yalnız təhsil və biliklərə yiyələnmənin nəzəri istiqamətləri ilə daha çox tanış edilirdi. Müstəqil işə olan bağlılıq, onun
müasirləşməsi başlıca olaraq o zaman daha effektli olur ki, bu fəaliyyət növü cəmiyyətin inkişafından doğan tələblər
nəticəsində reallaşsın, nəzəri və təcrübi istiqamətlərdən faydalansın.
Pedaqoji prosesdə cərəyan edən müstəqil işlərin bütün təzahür formaları əlbəttə ən çox təlim fəaliyyəti ilə şərtlənir.
Çünki təlim prosesi, elmin son nailiyyətləri olan bilikləri tələbələrə mənimsədir, onlarda müstəqil iş təcrübəsinə aludəçilik
hissi yaradır, praktik bacarıq və vərdişlər formalaşdırır, onları cəmiyyət üçün rəqabətəqabil, çevik vətəndaş-şəxsiyyət kimi
püxtələşdirir.
Müstəqilliyə aparan bu yönümlü yanaşmaların ideya-mənəvi, nəzəri-didaktik, sosial-mədəni imkanlarının təmin
olunması pedaqoji prosesin bütün sahələri üçün qaçılmaz, qeyri-şərtsiz qəbul olunan iş formasıdır.
Təlimin psixoloji, pedaqoji, məntiqi, fəlsəfi əsasları, metodik sistemi işlənib hazırlanmış, ona əsaslanan praktika
mövcud olmuş, praktikanın doğurduğu yeniliklər və sosial tələbat yeni ideyaların meydana çıxmasına təkan vermişdir.
Beləcə inkişaf, təkamül baş vermişdir. Hazırda Azərbaycan məktəblərində həyata keçirilən təlim prosesi iki istiqamətdə
özünü göstərir. Onlardan birincisi, əsasən elmin və təcrübənin 70-80-ci illərdəki nailiyyət nəticələrinə söykənir, yeni
texnoloji imkanlarla zənginləşir. Bu istiqamətin zəngin elmi-pedaqoji ədəbiyyatı vardır, mükəmməl işlənmiş və sınaqdan
çıxmış elmi-nəzəri əsasları mövcuddur. Hazırda ali məktəblərə qəbul imtahanı verən orta məktəb məzunlarının əksəriyyəti
bu metodik sistemin nəticəsidir.
Pedaqoji prosesin müasir tələbatı, həmçinin təlimin yeni məzmunu müstəqil iş formasının bütün tip təhsil müəssisələrdə
az və məhdud səviyyədə deyil, geniş və əhatəli bir zəmində tətbiq edilməsini zəruridir. Müstəqil iş təlim-tərbiyə işinin bir
növü, kiçik bir dairəni əks etdirən tətbiq sahəsi kimi, qəbul edilməklə onun daha geniş baxış bucağı olan dərsin
(məşğələnin) üzvi və ayrılmaz bir hissəsi hesab edilir, o zaman pedaqoji prosesi nəinki tamlıqla, həm də onun ayrı-ayrı
mərhələləri müstəqil işin tətbiqi olmadan təsəvvür edilə bilməz. Bu heç də o demək deyildir ki, müstəqil iş bütün seçimlərdə
əsas fəaliyyət növünə çevrilməli, təlimin bütün mərhələsi ancaq müstəqil işin tətbiqi ilə cərəyan etməlidir. Məşğələ
prosesində tələbə kontingenti ilə daimi yaradıcı təmas quran fənn müəlliminin danışıq tərzi, canlı sözü, şərhi, istiqamət
vermək məharəti, «öyrənməyi öyrətmək» metodikası, aparıcı psixoloji alətləri və s. müstəqil işlə əvəz edilmir, əksinə,
müstəqil işlərin məzmun dairəsini daha geniş edir, bu amillərdən müstəqil fəaliyyətin daha effektli olması üçün istifadə
olunur. Müstəqil işin tətbiq imkanlarını təlim-tərbiyə mühitində daha əlverişli və optimal təşkil etmək üçün onu
populyarlaşdırsaq, hərtərəfli iş üsulu bilmək, daimi çevik əməliyyat cəbhəsinə keçirməklə də əvəz etmək olmaz. Ali təhsil
müəssisələrində çalışan qabaqcıl müəllimlər özləri müstəqil işin dəyərli vasitə olduğunu hesab edirlər..
GÖRKƏMLİ AZƏRBAYCAN MAARİFÇİSİ SULTAN MƏCİD QƏNİZADƏ
MÜƏLLİM VƏ ONUN ŞƏXSİYYƏTİ HAQQINDA
Günel MƏMMƏDOVA
ADPU
rena_qurbanova@bk.ru
Azərbaycanın maarif və pedaqoji fikir tarixində müəllim və onun şəxsiyyəti barədə geniş söz açan, ona xüsusi dəyər
verən ziyalılarımızdan biri də S.M.Qənizadə olmuşdur. O, bir müəllim kimi bu sənətin ağırlığını, çətinliyini, bir maarifçi
kimi şərəfini, bir ziyalı kimi səmərəsini, uzaqgörən bir vətəndaş və millət xadimi kimi xalqın gələcəyi yolundakı faydasını
aydın surətdə dərk edirdi.
S.M.Qənizadənin həm «Məktubati-Şeyda bəy Şirvani» adlı dilogiyasında, xüsusilə də onun «Müəllimlər iftixarı»
adlanan birinci hissəsində, həm də publisistik məqalələrində müəllim və onun şəxsiyyəti ilə bağlı kifayət qədər aydın,
əhatəli fikir və qənaətlər vardır.Həqiqətən də, «Müəllimlər iftixarı» əslində S.M.Qənizadənin pedaqoji traktatıdır. Burada
maarifpərvər ədibin cəhalətə qarşı mübarizədə xalqın maariflənməsi yolunda müəllimin və məktəbin rolu, mühitin, ailənin