Partial D
Partial d
Exampl
Solution
>
We illus
>
Compute
Entering
>
Compute
>
Conclus
This res
school based
difficulty. Fi
Maple. Also
derivative ea
WEB
BAZA
Giriş.
Müxtəlif
üzərindən ko
90-cı ill
mövcud idi:
Müə
İnfo
Bu texno
və müəssisəl
II INTER
versity
second derivat
m 2. Let y=f(x
’’(x) >0 for all
’’(x)<0 for all
Derivative
derivatives of f
le: Calculate
n: After defini
strate use of D
es .
g
es
.
sion
earch devoted
d math.This w
irstly we wrot
we had show
asily and quick
TEXNOLO
ASININ QU
f coğrafi əraz
oordinasiya olu
lərin əvvəllər
əssisənin resu
ormasiya saxla
ologiyalardan E
ər öz tələbləri
RNATIONA
tive, we have
x) have a seco
l x in (a,b), th
x in (a,b), the
functions of tw
ing
D and diff to c
. Remember th
d to teaching
work shows
te definition a
wn some grapi
kly.
OGİYASI Ü
URULMAS
E
zilərdə yerləşm
unmuş iş rejim
rindən etibarə
urslarının payl
ancı (Data Wa
ERP sistemlər k
inə uyğun olar
L SCIENTIF
following the
ond derivative
en the graph o
en the graph o
wo or more va
compute the pa
hat under appr
limit and der
how pupils m
and related iss
ical examples
ÜZƏRİND
SI, VERİLƏ
MALİ PRO
Q
miş topdan və
minin, korpor
ən müəssisələ
lanması sistem
arehouse) texn
kompaniya və
raq və daxili p
FIC CONFER
627
eorem.
on (a,b).
of f(x) is conc
of f(x) is conca
ariables are co
artial derivativ
ropriate assum
rivative relate
may lean suc
sues theorems
about topics.W
DƏ KORPO
ƏNLƏRİN
OBLEMLƏ
Kenan KIL
Qafqaz Univer
kkilic@qu.ed
AZƏRBAYC
ə pərakəndə s
rativ informas
ərin korporativ
mləri (Enterpr
nologiyası.
müəssisələrdə
potensiallarınd
RENCE OF Y
cave up on (a,b
ave down on (
omputed with
ves. Entering
mptions,
ed topics throu
h issues by t
s about topics
We hope that
ORATİV İN
TƏSVİRİ,
ƏRİNİN HƏ
LIÇ
rsiteti
du.az
CAN
satış kompaniy
iya sistemləri
v informasiya
rise Resource
bu günə kimi
dan istifadə ed
YOUNG RES
18-19 A
b).
(a,b).
Maple using
ugh the help
the help of M
s.Then, gave e
t this thesis w
NFORMAS
, ANALİZİ
ƏLLİ
ya və müəssi
bazasının (K
a vasitələrinin
Planning, ERP
geniş tətbiq ta
dərək spesifik
SEARCHER
April 2014, B
diff and D. Fo
. Entering
of Maple Pro
Maple easily
examples abou
ill help pupil
SİYA SİST
İ VƏ SORĞ
sələri, vahid
KİS) qurulmas
n inteqrasiya
P);
apmışdır. Belə k
k ERP sistemlə
RS
aku, Azerbai
or z=f(x,y),
ograms from
despite its b
ut the topics
to learn limit
TEMLƏRİ
ĞULARIN
internet şəbə
sını tələb edir
sına iki yana
ki, bəzi kompa
ər qurmuşdur.
ijan
high
being
with
t and
əkəsi
.
aşma
aniya
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
628
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Məsələnin qoyuluşu.
Tədqiqatlar göstərmişdir ki, Microsoft Excel, Paradox, Foxpro, Dbase, Microsoft SQL və s. verilənlər bazalarında
yadda saxlanılan verilənlərin vahid bir inteqrasiya olunmuş informasiya saxlancına transfer olunmasına və sonradan vahid
texnologiya üzrə emalına imkan verən Data Warehouse texnologiyası üzrə işləyən KİS-lər bizim müəssisələrimizdə xüsusi
qaydalar üzrə, ancaq həmin müəssisələrin bəzi biznes məsələlərinin yerinə yetirilməsi üçün qurulmuş və demək olar ki,
geniş istifadə üçün nəzərdə tutulmamışdır.
Ayrıca bu üsullar əsasında qurulmuş sistemlər ayrı-ayrılıqda fəaliyyət göstərirlər, spesifik olurlar, onların administrativ
və proqram müşaiyəti çox böyük xərclər tələb edir və bəzi hallarda verilənlər bazasının genişlənməsi və yeni məsələlərinin
həlli tələblərinə cavab vermirlər.
Son dövrlərdə informasiya texnologiyalarının inkişafı KİS-lərin qurulmasının bu iki üsulundan səmərəli istifadə etməyə
imkan verən WEB – texnologiyası yanaşma üsulunu meydana çıxarmışdır.
WEB – texnologiyasına əsaslanan həlldə:
böyük həcmdə verilənlərin ötürülməsinə və replikasiyasına;
proqramların bütün iş yerlərində yenilənməsinə və
uzaq məsafələrdə yerləşmiş qovşaqların hər birində ixtisaslaşmış mütəxəssislərin saxlanmasına ehtiyac qalmır.
WEB – texnologiya sifarişçilərə, biznes-tərəfdaşlara, potensial müştərilərə istədikləri kompaniya və müəssisələrin
verilənlər bazasına müraciət etməyə imkan verir, biznes funksiyaların (malların çeşidinin öyrənilməsi, sifariş verilməsi və
s.) tədarükçülərə və istifadəçilərə verilməsinə şərait verir. Eyni zamanda müştərilərin, və əsasən rəhbər işçilər və
menecerlərin operativ, səmərəli iş şəraitinin qurulması, onlar üçün operativ və keyfiyyətli hesabatların hazırlanması
imkanlarını verir.
Problemin həlli yolları.
Mövcud ədəbiyyatların və sistemlərin analizi göstərmişdir ki, WEB texnologiyaları əsasında KİS-in qurulması üçün ilk
növbədə:
müəssisənin vahid informasiya mühitinin,
korporativ verilənlər bazası (paylanmış verilənlər bazasının) qurulması,
biznes proseslərinin avtomatlaşdırılması,
qərar qəbuletmə sisteminin qurulması
məsələlərini həll etmək lazımdır.
Nəticə.
Beləliklə, korporativ informasiya sistemlərində verilənlərin təsviri, analizi və sorğuların emali problemlərinin həlli üzrə
mövcud mənbələrin analizi aşağıdakıları əsaslandırmağa imkan verir:
KİS-in məqsədi müəssisənin mövcud informasiya vasitələrinin WEB inteqrasiyası nəticəsində idarəetmə personalına
gündəlik və analitik hesabatların hazırlanmasına imkan vermək və qərar qəbuletmə prosesinin keyfiyyətinin artırılmasını
təmin etməkdir.
WEB texnologiyaları KİS-ə daxil olan bütün altsistemlərə operativ rejimdə eyni metod və üsullarla korporativ
verilənlər bazasına daxil olan biznes informasiyaları yadda saxlamağa, redaktə və analiz etməyə imkan verir.
Korporativ verilənlər bazası KİS-in nüvəsi olmaqla özündə bütün normativ-sorgular (kontaqentlər, müştərilər,
materiallar, müqavilələr, texniki vasitələr haqqında), sənədlər, köçürmələr , nəzarət jurnalları, və s. məlumatları yadda
saxlayır.
Digər tərəfdən korporativ verilənlərdən qərarqəbuletmə prosesində səmərəli istifadə etmək və informasiyaların
analitiklərə, menecerlərə və idarəetmə personalına lazımı formada təqdim olunması üçün verilənlərin yadda saxlanılması və
analizinin instrumental vasitələri olmalıdır.
ƏDƏBİYYATLAR
1- Тенденция развития современных корпоративных информационных систем.
http://www.management.com.ua/ims/ims010.html.
2- Генерация
корпоративной
отчетности
и
распространение
информации
в
Интернете.http://www.pogrambank.ru/pbsite.ntfs.
3- http://www.profi-club.kiev.ua.К.Вавилов,С.Щербина.WEB-нтеграциякорпоративных систем.
4. http://www.topsbi.ru/default.asp?trId=92. Разработка и внедрение корпоративных порталов.
5.Альперович М. Технология хранения и обработки корпоративных данных(DataWarehousing, OLAP,
DataMining).- http://www.sft.ru/reviews/DevConv97/DC2/DC2T12.htm.
6. Inmon W.H.Building the Data Warehouse(Second Edition). New York: John Wiley & Sons, Inc.,1993.
7. Алесандр Лопарев, Финансовая газета №17, апрель 2001 г.
8. www.atlas.ua/rus/abil.html.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
629
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
KİTABXANA-İNFORMASİYASAHƏSİNDƏ KOMPÜTERTEXNOLOGİYASININ
TƏTBİQİNƏ DAİRDÖVLƏTSİYASƏTİ
(2003-2013-CÜ İLLƏRDƏ)
Natiq MÜRSƏLOV
AMEAMərkəziElmiKitabxanasınınelmiişçisi
Magistrant_bdu@mail.ru
AZƏRBAYCAN
Dünyanın bir çox görkəmli dövlət, ictimai-siyasi, elm və mədəniyyət xadimləri, filosofları, yazıçıları kitab və kitabxa-
na haqqında olduqca dəyərli, hikmətamiz fikirlər söyləmişlər. Bu fikirlər içərisində Heydər Əliyevin kitabxana, onun əhə-
miyyəti, cəmiyyətdə tutduğu yer, elm və mədəniyyətin, ümumiyyətlə, mənəviyyatın inkişafında rolu haqqında fikirləri olduqca
yüksəkdə durur və böyük bəşəri əhəmiyyət kəsb edir.
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu demokratik dövlət quruculuğu işlərini davam etdirən cənab
İlham Əliyev prezidentlik fəaliyyətinə başlayarkən xalqa verdiyi “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacam”
vədinə əməl edərək həyata keçirilən işləri inamla irəliyə aparmaq qüdrətinə malik olduğunu sübuta yetirdi.
2003-2013-cü illərdə ölkəmizdə iqtisadi inkişaf ilə yanaşı mədəniyyətin inkişafı sahəsində də böyük tərəqqi əldə
edilmiş, mədəni quruculuğun bütün sahələrində dönüş illəri olmuşdur. Mədəniyyətimizin bütövlükdə inkişafı ilə yanaşı
olaraq onun ayrı-ayrı sahələrinin inkişafına da xüsusi diqqət yetirilməyə başlanmışdır. Respublikada mədəniyyətin mühüm
tərkib hissələrindən biri olan kitabxana işi sahəsində aparılan məqsədyönlü mütərəqqi tədbirlər buna parlaq sübutdur.
Müstəqil Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş kitabxana siyasəti müvəffəqiyyətlə davam
etdirməkdədir. Bu siyasətin əsasında kitabxana işinə dövlət qayğısı, dövlət tərəfindən maliyyələşdirilməsi, ardıcıl olaraq
maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxanaların ümumaçıq olması, kitabxana işinin informasiyalaşdırılması,
dünya standartları səviyyəsinə yüksəldilməsi, kitabxanaçıların sosial vəziyyətinin yaxşılaşdırılması və digər vəzifələr durur.
Müasir şəraitdə bütün kitabxanaları yeni ədəbiyyatla təmin etmək, kitabxana fondlarını zənginləşdirmək üçün ardıcıl
tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri kütləvi kitabxanaların və məktəb kitabxanalarının pulsuz olaraq latın
qrafikası ilə çap edilən yeni nəşrlərlə komplektləşdirilməsi haqqında prezident sərəncamı olduqca böyük tarixi əhəmiyyət
kəsb edir. Prezident İlham Əliyevin 12 yanvar 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam, dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət
qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir
dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədi ilə Azərbaycan dilində əvvəllər kiril qrafikası ilə çap olunmuş
əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsini nəzərdə tuturdu.
Daha sonra cənab prezident 2004-cü il 27 dekabr tarixli 526 nömrəli daha mühüm “2005-2006-cı illərdə Azərbaycan
dilində latın qrafikası ilə capı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncam imzaladı.
Sərəncama əsasən hazırlanan siyahıya 546 adda kitab daxil edilmişdir ki, onların da ümumi sayı 13 milyon 650 min nüsxə
olmuşdur. Həmin kitablar 2005-2009-cu illərdə çap edilib, pulsuz olaraq respublika kitabxanalarına hədiyyə edilmişdir.
Dünyada analoqu olmayan bu tədbir müstəqil Azərbaycan dövlətinin mədəni siyasətinin təzahürüdür.
Kitabxanalarımızın fondu 4-5 il müddətində 13 milyondan çox artması dövlətimizin kitabxana işinə, Azərbaycan elm,
mədəniyyət və təhsilinə, çoxmilyonlu kitabxana oxucularına böyük diqqət və qayğısını bir daha təsdiq edir.
Dövlətin bu sahədə həyata keçirdiyi işlər müvəffəqiyyətlə davam etdirilir. “Azərbaycan Respublika regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair tədbirlər proqram”, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı
üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, “Azərbaycan Respublikası ümumtəhsil
məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” kimi mühüm
sənədlərdə kitabxana informasiya sahəsinin inkişafı, modernləşdirilməsi və ayrı-ayrı idarə və müəssisələrin kitabxana
şəbəkəsinin inkişafına, əhaliyə kitabxana xidmətinin təşkilinə olduqca mühüm təsir göstərmişdir.
Adlarını göstərdiyimiz sənədlərlə yanaşı dövlətimizin başçısı İlham Əliyev bilavasitə kitabxana işinə həsr edilən və
böyük strateji əhəmiyyət daşıyan mühüm proqram əhəmiyyətinə malik 2007-ci ilin aprelində “Azərbaycanda kitabxana
fəaliyyətinin yaxşılaşdırılması” və 6 oktyabr 2008-ci ildə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nı imzalamışdır.
Nəticə olaraq qeyd edək ki, 2003-2013-cü illərdə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi kitabxana işi siyasəti
Azərbaycan kitabxana-informasiya sahəsinin inkişafının əsasını təşkil etmiş və bu siyasət uğurla davam etdirilmişdir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
630
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
AZƏRBAYCAN KİTABXANALARINDA İNFORMASİYA
TEXNOLOGİYALARININ TƏTBİQİ MƏSƏLƏLƏRİ
Sevda MƏMMƏDOVA
Bakı Dövlət Universiteti
sevda_memmedli @mail.ru
AZƏRBAYCAN
Dövlətimizin hərtərəfli inkişafı respublikada bir çox sahələrdə olduğu kimi kitabxana işinin də getdikcə inkişaf
etməsinə, kitabxana işində dəyişikliklər aparılmasına şərait yaratmışdır. Bu dəyişikliklər həm kitabxana işi təcrübəsində,
həm də onun elmi nəzəri bazasını təşkil edən kitabxanaşünaslıq elmləri silsiləsində özünü göstərir. Müstəqillik dövründə
baş verən hadisələr dövlətimizə kitabxana işi sahəsində yeni, müstəqil, demokratik siyasət yeritməsi ucun şərait
yaratdı.Cəmiyyətdə informasiya proseslərinin avtomatlaşdırılması xeyli dərəcədə genişlənmiş, yeni tipli informasiya
sistemləri yaradılmışdır və onları funksiyalarından asılı olaraq informasiya axtarışı, informasiya idarəetmə, hesablama,
məlumatın işlənməsi, kitabxana-informasiya sistemləri və s. adlandırılmışdır.
Yeni informasiya texnologiyalarına keçid nəinki Azərbaycan kitabxanaları, həm də dünya kitabxanaları üçün xarakterik
olan bir sıra mürəkkəb problemlərin həllini qarşıya qoyur. Kitabxana və informasiya mərkəzləri kommunikasiya və texniki
vasitələrlə birlikdə ölkənin informasiya infrastrukturunu təşkil edir. Bu səbəbdən təsadüfi deyildir ki, kitabxana informasiya
texnologiyaları kitabxana-informasiya işinə təsir göstərən əsas faktorlardan biridir, cəmiyyətin informasiyalaşması səviyyəsi
bilavasitə bu texnologiyaların inkişaf səviyyəsindən asılıdır. Bu isə ənənəvi kitabxana proseslərinin avtomatlaşdırılmasını
tələb edir. Kitabxana proseslərinin avtomatlaşdırılması isə, öz növbəsində müasir kitabxana-informasiya texnologiyalarının
tətbiqi ilə sıx əlaqədardır. İnformasiya texnologiyaları – obyektin, prosesin və ya hadisənin (informasiya məhsulunun)
vəziyyəti haqqında yeni informasiyaların alınması üçün məlumatın (ilkin informasiyanın) toplanması, emalı və
mübadiləsində istifadə olunan metod və vasitələrin məcmudur. İnformasiya texnologiyalarının inkişafı və onların insan
fəaliyyətinin müxtəlif sahələrinə tətbiqi, müasir cəmiyyətin bütün quruluş elementlərini dəyişərək onu transformasiya edir.
Xüsusilə kitabxana fəaliyyətinin bütün sahələrinə surətlə nüfuz etməkdə olan informasiya texnologiyaları (şəbəkə
texnologiyaları), hər bir istifadəçiyə informasiya proseslərində (informasiya hazırlanması və yayılması, informasiya
xidmətlərinin təqdim edilməsi və onların istifadə edilməsi) iştirak etmək imkanı yaradan şəbəkə infrastrukturunun
interaktivliyi, o cümlədən, kommunikasiya mühitinin özünü təşkil və özünü inkişafa uyğunlaşması ilə şərtlənir.
İnformasiyalaşdırılmış cəmiyyətin mühüm təzahür forması olan kitabxana-informasiya texnologiyalarının bir çox tətbiq
vasitələri və istiqamətləri vardır ki, bunlardan ən vacibləri aşağıdakılardır:
- CD-ROM
- Şəbəkə texnologiyaları
- Elektron kataloq
- Elektron kitabxana
- Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri və s.
Son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində müəyyən addımlar
atılmış, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılmış və ümumiyyətlə, bu istiqamət dövlət
siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Kitabxanalar informasiyalaşdırılmış cəmiyyətin əsas atributlarından biri,
informasiya müəssisələrinin ən mühüm vasitəsi olduğu kimi, müasir kitabxana da informasiya texnologiyası olmadan
səmərəli fəaliyyət göstərə bilməz. Bu fəaliyyətin də əsas elementləri kimi kitabxanaların texniki təchizatını, İnternetə
qoşulması və veb saytının yaradılmasını göstərmək olar. Saytın əsas resurslarına isə məlumat bazaları, elektron kataloq,
elektron kitabxana, kitabxananın fəaliyyətini əks etdirən məlumatlar, keciriləcək tədbirlər haqqında anonslar və s. daxildir.
XX əsrin sonlarında kitabxanaların həyatında ən böyük dəyişikliklər elektron kataloq və elektron kitabxanaların
yaranması oldu. Yeni kitabxana informasiya mühiti kompüter texnologiyalarının və telerabitə vasitələrinin geniş istifadəsi
bazasında korporativ, milli və qlobal kitabxana-informasiya sistemləri şəbəkəsinin yaradılması ilə müəyyənləşir. Şəbəkənin
əsas seqmentləri elektron kitabxana kataloqları, elektron informasiya resursları bazasında formalaşdırılan elektron
kitabxanalar, online rejimində sənəd-informasiya mübadiləsi və yaxın gələcəkdə reallaşdırılması nəzərdə tutulan intellektual
elektron kitabxanalardır.
Ölkənin informasiya cəmiyyətinə doğru irəliləməsinin səviyyəsini müəyyənləşdirmək və mövcud problemləri aradan
qaldırmaq məqsədilə respublika kitabxanalarında informasiya texnologiyalarının tətbiqinin müasir vəziyyətinin daimi
monitorinqinin aparılması məqsədəuyğundur. Belə monitorinqlər kitabxanada həyata keçirilən müxtəlif proseslərin işləmə
mexanizminin yoxlanılması, tətbiq edilən elektron kitabxana sistemlərinin təhlili, oxuculara xidmətin, onların informasiya
tələbatının ödənilməsinin səviyyəsinin müəyyən edilməsi məqsədilə keçirilə bilər.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
631
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
18-19, April 2014, Baku, Azerbaijan
PROCEEDINGS
SECTION III
ENGINEERING SCIENCES
MECHANICAL AND
INDUSTRIAL ENGINEERING
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
632
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
MİKROPROSESSORLU DİZEL YANACAQ PÜSKÜRMƏ SİSTEMLƏRİNİN
ELEKTROMAQNİT KLAPANLI ELEKTROHİDRAVLİK FORSUNKALARININ
KONSTRUKSIYASI QARŞISINDA DURAN PROBLEMLƏR
Mirəli CƏFƏRLİ
Azərbaycan Texniki Universiteti
ceferliMK@yahoo.com
Dizel mühərriklərinin texniki-iqtisadi və ekoloji göstəriciləri əsas etibarilə yanacaq sisteminin konstruksiyasından
asılıdır. Buna görə də son dövrlərdə dizel yanacaq sistemlərinin konstruksiyasında xeyli təkmilləşdirmə işləri aparılmışdır.
Bu sahədə ən son nailiyyət kimi Common Rail tipli elektron idarəetməli yanacaq sistemlərinin yaradılmasını göstərmək
olar. Müasir dövrdə mühərrikin göstəricilərinə qoyulan yüksək tələblər məhz bu tip yanacaq sistemlərinin tətbiqi vasitəsilə
təmin olunur. Bu sistemlər mikroprosessor vasitəsilə idarə olunurlar. Mühərrikin iş rejimi haqqında sensorlardan qəbul
edilən məlumat əsasında yaddaşda saxlanılan proqram vasitəsilə mikroprosessor icra elementlərini idarə edir. Beləliklə, bu
sistem mühərrikin göstəricilərinin optimal qiymətlərini təmin edə bilir. Burada tətbiq olunan icra mexanizmlərindən biri və
çox əhəmiyyətlisi elektrohidravlik forsunkalardır. Dizel mühərrikinin silindrinə tək və çoxpilləli püskürmə zamanı hər bir
pillədə püskürülən yanacağın miqdarı, davamiyyət müddəti, püskürmə anı və s. kimi əsas parametrlər məhz elektrohidravlik
forsunkanın konstruksiyası vasitəsilə mikroprosessor tərəfindən idarə olunur. Buna görə də müasir dövrdə bu forsunkaların
konstruksiyalarının təkmilləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Belə ki, bu təkmilləşmələrin nəticəsində dizel
mühərrikinin daha dəqiq və etibarlı idarə olunması əldə edilir. Elektrohidravlik forsunkalar arasında BOSCH şirkətinin
elektromaqnit klapanlı elektrohidravlik forsunkaları daha geniş tətbiq tapmışdır. Buna görə də təqdim olunan işdə məhz
elektron idarəetməli Common Rail tipli dizel yanacaq sistemlərinin məhz BOSCH şirkətinin istehsalı olan elektrohidravlik
forsunkalarının konstruksiyası təhlil olunmuşdur. Belə ki, elektromaqnit klapanlı elektrohidravlik forsunkaların dörd iş
mərhələsi zamanı onların kanallarında, həcmlərində, drossellərində baş verən proseslər nəzərdən keçirilmiş, burada yaranan
təzyiq qüvvələri, onların forsunkanın iş mərhələlərinin reallaşmasında rolu və bu qüvvələrin elektron idarəetmə bloku
vasitəsilə lazımi xarakteristika üzrə idarəolunması prinsipi ətraflı şəkildə nəzərdən keçirilmişdir.
Göstərilmişdir ki,elektrohidravlik forsunkaların əsas mənfi cəhəti onlarda verilən yanacağın bir hissəsi idarəetməyə sərf
olunduğundan, yüksək enerji itkilərinin olması və buna görə də f.i.ə.-nın aşağı olmasıdır. Çünki, bu sistemlərdə yüksək
təzyiqli yanacaq nasosunun elektrohidravlik forsunkaya yanacaq akkumulyatoru vasitəsilə verdiyi yüksək təzyiqli yanacağın
bir hissəsi forsunkanın idarə olunması üçün alçaq təzyiq xəttinə və ya birbaşa çənə qaytarılır. Buna görə də elektrohidravlik
forsunkaların layihəçiləri qarşısında duran problemlərdən birincisi idarəetməyə sərf olunan yanacaq miqdarının
azaldılmasıdır.
Qeyd olunmuşdur ki, idarəedici yanacaq sərfi digər mənfi cəhətə - forsunkadakı püskürmə təzyiqinin yanacaq
akkumulyatorundakı təzyiqə nisbətən bir qədər aşağı düşməsinə səbəb olur. Çünki, idarəedici yanacaq miqdarı geri axın
magistralına püskürmə prosesi zamanı axdığından, yanacaq akkumulyatorundan forsunkaya verilən yanacağın təzyiq itkisi
baş verir və beləliklə, həmin zaman tozlandırıcı soplo deşiklərdən püskürülən yanacağın təzyiqi yanacaq
akkumulyatorundakı təzyiqdən az olur.
Elektrohidravlik forsunkalarda digər bir problemin isə yanacaq sızmalarının olması ilə bağlı olduğu vurğulanmışdır.
Belə ki, püskürmə prosesi zamanı çıxış drosselinin açıq olması nəticəsində hidroidarəetmə kamerində təzyiq tozlandırıcının
kamerindəki təzyiqdən az olur. Buna görə də tozlandırıcının kamerindəki yanacağın bir hissəsi tozlandırıcı iynəsinin
istiqamətverici səthi ilə forsunkanın gövdəsi arasındakı presizion araboşluğundan keçərək, hidroidarəetmə kamerinə sızır və
buradan da idarəedici yanacaq miqdarı ilə birlikdə geri axın magistralına daxil olur.Ənənəvi sistemlərin forsunkasında bu
yanacaq sızmasına bənzər sızma problem kimi qəbul olunmasa da, Common Rail tipli sistemlərdə forsunkanın tozlandırıcı
kamerasında təzyiq 200 MPa-dan yüksək olduğundan, bu məsələ mənfi cəhət kimi qəbul olunmalıdır. Əslində bu səbəbdən
presizion cütlərin hazırlanmasına qoyulan sərtləşdirilmiş tələblər təmin olunsa da, mühərrikin istismarı zamanı həmin
presizion araboşluğu artır. Bunun nəticəsində sızan yanacağın miqdarı da artır. Həm fırlanma tezliyinin aşağı qiymətlərində
(xüsusilə də işəsalma rejimində), həm də aşağı özlülüklü yanacaqlar tətbiq olunduqda yanacaq sızması xeyli dərəcədə
yüksəlir.
Elektromaqnit klapanlı elektrohidravlik forsunkalarda elektrik idarəetməli klapandan (diyircəkli klapandan) da yanacaq
sızmaları olur. Bunun nəticəsində tozlandırıcı iynənin öz yəhərinə aşağı sürətlə (yavaş) oturması baş verir ki, bu da bu tip
forsunkaların digər mənfi cəhətidir.
Beləliklə, təqdim olunan işdə aparılmış nəzəri təhlillər nəticəsində BOSCH şirkətinin elektromaqnit klapanlı
elektrohidravlik forsunkalarının konstruksiyası qarşısında duran problemlər və onların yaranması səbəbləri
müəyyənləşdirilmişdir ki, bu da aparılacaq gələcək tədqiqatların istiqaməti üçün böyük əhəmiyyət kəsb edir.
|