NƏRİMAN HƏSƏNZADƏNİN “ATABƏYLƏR” DRAMININ PERSONAJLAR
SİSTEMİNDƏ NİZAMİ GƏNCƏVİ OBRAZININ YERİ
Əlimuxtar MUXTAROV
AMEA, Gəncə Bölməsi
alimuxtar@gmail.com
Azərbaycan ədəbiyyatında tarixi dram janrının inkişafında Nəriman Həsənzadənin özünəməxsus yeri vardır. Mənzum
tarixi dram kimi xüsusi əhəmiyyətə malik olan “Atabəylər” dramı (1984) elmi tədqiqatda “Səməd Vurğunun “Vaqif”
mənzum dramının yarandığı vaxtdan (1938) keçən təxminən qırx ildən artıq zaman ərzində bu janrda ədəbi-mədəni mühitin
fövqünə qalxa bilən sanballı bir əsər” (İsa Həbibbəyli) kimi dəyərləndirilir.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
245
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Nəriman Həsənzadənin “Atabəylər” dramı dövlətçilik ideyasının daşıyıcısı kimi və milli mənafelərin əks etdirilməsi
baxımından zamanı qabaqlamış bir sənət əsəridir. Dramaturq “tarixi xronika” adlandırdığı mənzum dramında Atabəylər
tarixinin Qızıl Arslan hakimiyyəti dönəmini əks etdirməklə Azərbaycanın “qızıl dövrü”nün – 1186-1191-ci illərin siyasi və
mədəni mühitinin mini panoramını yaratmağa nail olmuşdur.
“Atabəylər” dramının personajlar sistemi özünəməxsusluğu ilə diqqətəlayiqdir. Dramın personajlar sistemini tarixi
şəxsiyyətlər (Atabəy Qızıl Arslan, İnanc xatun, Nizami, Əcəmi, Toğrul bəy, Əbubəkr, Mahmud), müəllifin təxəyyülünün
canlandırdığı obrazlar (Ayəba, Ruz, Gülaçar, Əbuşər, Yad adam), köməkçi personajlar (bağban, kənizlər, əsgərlər, elçilər,
ozan, rəqqasələr) və ayrıca tarixi hadisələri xronologiyasını qələmə alan salnaməçi obrazı təşkil edir. Qızıl Arslan, İnanc
xatun, Toğrul bəy, Əbubəkr və Mahmud, həmçinin köməkçi personajlar tarixin siyasi prosesinin fiktiv müstəvidə də
iştirakçılarıdır. Nizami, Əcəmi, bağban və ozan obrazlarının canlandırılması ilə Atabəylər dövründə Azərbaycanın mədəni
həyatının tarixi səhifələri işıqlandırılır. Müəllifin bu obrazları yaratmaqda məqsədi Atabəylər dövründə Azərbaycanın
mədəni-ictimai mühitinin inkişafını əks etdirməyə çalışmasıdır. Əsərdə Nizami salnaməçi tərəfindən yeddinci personaj
olaraq belə təqdim olunur: “Azərbaycanın böyük şairi Nizamidir. “Xosrov və Şirin” poemasını Cahan Pəhləvana həsr
etmişdir.”
Nizami və Əcəminin səhnəyə gəlişi, İnanc xatunla qarşılaşmaları əsərin ekspozisiyasını təşkil edir. Azərbaycan ədəbi-
bədii fikrində ilk dəfə olaraq XII əsrin iki müxtəlif qüdrətli sənətkarının – Nizami Gəncəvi ilə memar Əcəminin Naxçıvanda
görüşməsi epizodu “Atabəylər” dramında verilmişdir ki, bu da tarixi həqiqət kimi sonrakı elmi araşdırmalarda da öz
təsdiqini tapa bilmişdir.”Bu mənim ən uzaq səyahətimdir” deməklə Nizaminin bir tarixi fakt olaraq uzaq səfərlərə
çıxmamasına işarə olunmuşdur. “Görkəmli şərqşünas professor Rüstəm Əliyevin Nizami Gəncəvinin Naxçıvana səfəri
haqqındakı elmi açıqlamalıarı bədii təxəyyüldə ehtimal olunan görüşün tarixi gerçəklik olduğunu yəqinləşdirdi. Bu fakt
Nəriman Həsənzadənin tarixə bədii yanaşmasının elmi məntiqə əsaslandığını nümayiş etdirir.” (İsa Həbibbəyli)
Nizami Gəncəvi obrazı dramın birinci pərdəsinin birinci şəklində, üçüncü pərdənin üçüncü şəklində səhnəyə çıxır.
Səhnəyə birinci çıxışı Naxçıvanda Mömünə xatun türbəsinin açılışı mərasiminə dəvət alması və ziyarətə gəlməsi ilə
bağlıdırsa, ikinci çıxışı Qızıl Arslanın Gəncəyə gəlişi zamanı Nizami ilə görüşməsinin təsviri ilə əlaqədardır.
Nəriman Həsənzadə Nizami və Əcəmini “dövrün məşəli” adlandırır. Atabəy Qızıl Arslanın dilindən “Sən quran əlisən,
o yazan əli” deyərək sənətkarları tarixin yaradıcıları kimi görür. Qızıl Arslan şairi millətin taleyində əhəmiyyətli rol
oynayan bir şəxsiyyət kimi dəyərləndirir, onu millətin dilmancı adlandırır. Nizaminin millətin tarixi taleyindəki rolunu
dramaturq Qızıl Arslanın nitqində belə müəyyənləşdirir:
“Nə vaxt yetişərsə böyük sənətkar,
Hər xalqın şöhrəti o vaxta düşər.”
“Atabəylər” dramında Nizami Gəncəvinin ədəbi siması iki qısa epizodda ətraflı şəkildə öz bədii ifadəsini tapmışdır.
Nizami bir mütəfəkkirdir, təbibdir, siyasi proseslərə müdaxilə edən söz sahibidir, həm də dünya nemətindən könlünü üzüb
guşənişinliyə çəkilmiş bir zahiddir. Nizaminin əsərlərindən yeri gəldikcə misallar gətirilməsi surəti dolğunlaşdırır, əsərin
məna gücünü artırır. Azərbaycan dilinin milli mədəniyyətimizin inkişafından kənarda qalması narahatlığının Nizami
yaradıcılığında öz ifadəsini tapdığı kimi, dramın da problematikasını zənginləşdirmişdir.
“Atabəylər” dramında yer alan personajların adları həm də onların xarakterinin təmsilçisidir. Əbuşər “şərin atası” kimi
məna ifadə edərək hadisələrin cərəyanındakı rolundan xəbər verir. Gülaçar, Bağban adları Azərbaycanın inkişafı və
çiçəklənməsi arzusunun rəmzləri kimi çıxış edir.
Nəriman Həsənzadənin “Atabəylər” dramı Nizami obrazının yaradılması ilə ədəbiyyat tariximizdə şairin həyatına həsr
olinmiş əsərlər siyahısında önə çəkilmiş əsərlərdən biri kimi diqqətəlayiqdir.
NƏSİMİNİN FƏLSƏFİ DİLİ
Gülcahan ADIGÖZƏLOVA
Qafqaz Universiteti
adigozelova90@mail.ru
Müdrik şərq dünyasının ayrılmaz hissəsi olan Azərbaycan dünya fəlsəfi fikirlərini zənginləşdirən Xətib Təbrizi,
Bəhmənyar, Nəsirəddin Tusi, Nizami Gəncəvi kimi şəxsiyyətlərin vətəni olmuşdur. Azərbaycanın böyük şair filosoflarının
fəlsəfi görüşləri qoca şərqin fəlsəfi məktəbinin bünövrəsi üzərində ucalmışdır. Azərbaycan hər dövrdə öz fəlsəfi baxışları ilə
seçilən böyük şəxsiyyətlər yaratmışdır.
XIV əsr Azərbaycan ədəbi-bədii dilinin görkəmli nümayəndəsi İmadəddin Nəsimi ümumən Azərbaycan mədəniyyəti
tarixində Azərbaycan - türk dilində fəlsəfi fikrin ən qabaqcıl tərənnümçüsü kimi şöhrətlənmişdir.Nəsimi Azərbaycan xalq
dilini ilk dəfə geniş dairədə ədəbi dil səviyyəsinə yüksəldən, Azərbaycan xalq dilinin bütün zənginliklərini duyub hiss edən,
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
246
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Azərbaycan xalq dilinin leksik və qrammatik vahidlərinə maksimum poetik don geyindirən, Azərbaycan dilini fars və ərəb
dilləri ilə rəqabətə sövq edən və bu rəqabətdə Azərbaycan-türk dilinə uğurlar qazandıran, xalq danışıq dili sözlərini poetik-
fəlsəfi mənalarla zənginləşdirən ilk böyük filosof şairdir. O, ilk dəfə bu yolla ana dilli şeirimizin üslubi imkanlarını
genişləndirmiş, ilk dəfə olaraq qlobal şəkildə Azərbaycan – türk sözünə - Azərbaycan şeirinə fəlsəfi mahiyyət vermiş,
“Azərbaycan ədəbi dilinin elmi-fəlsəfi səviyyəsini təmin etmiş” (T.Hacıyev) və beləliklə də, Azərbaycan fəlsəfi
poeziyasının banisi olmaqla, Azərbaycan ədəbi dilində elmi-fəlsəfi fikrin ilk kamil nümunələrini yaratmışdır. Bununla da,
Azərbaycan elmi-fəlsəfi qolunun istiqamətini formalaşdırmışdır.
Nəsiminin yaradıcılığı dil baxımından iki istiqamətdə inkişaf etmişdir. Birinci istiqamət onun xalq ruhunda, milli
sözlərlə zəngin şeirlərindən ibarətdir. İkinci istiqamət isə onun fəlsəfi şeirlərinin dilidir. Nəsiminin fəlsəfi dili olduqca
mürəkkəb və qəliz bir dildir. Bu dili anlamaq və çözmək elə də asan deyil. Bu dili anlamaqçün onun hürufi ideyalarını, ilahi
eşqini, insana verdiyi dəyəri dərk etmək vacibdir. Əks halda Nəsimi dili möhürlü bir xəzinə olaraq qalacaq və onu açmaq
mümkün olmayacaqdır.
Nəsiminin bədii yaradıcılığında ədəbi dilin əsas vasitələrindən sayılan müxtəlif semantikalı söz-şeirlərinin geniş
mənada işlədilməsi XIII-XIV əsr Azərbaycan ədəbi dilinin milli səviyyəli söz-terminlərlə zənginləşməsində böyük rol
oynamışdır. Şairin müxtəlif elmi biliklərlə əlaqədar işlətdiyi sözlər. Məsələn: təbiət elmi ilə bağlı; yaz, bahar, torpaq, xak,
baş (yara), bağır (cigər), pambıq, göz, bəbək, bulud və s. Hərblə bağlı: ləşkər, çəri, meydan, bölük, ox (tir) və s. Dini
inamlarla bağlı: Tanrı (Çələb), yaradan (Allah), uçmaq (cənnət), tamu (cəhənnəm), mömin, fəna, Quran, qiblə, namaz və s.
İslam dini ilə əlaqədar olaraq işlənmiş dini söz və terminlərin seçilib işlənməsində ərəb dili və onun leksik vasitələri əsas
mənbə olsa da, şair əsərlərində türk mənşəli sözlərə də geniş yer vermişdir.
Nəsimi hürufizmin ən mübariz təbliğatçısı kimi bütün Yaxın və Orta şərq ölkələrini gəzmiş, qurbanı olduğu
məsləkinin – hürufizm təriqətinin və onun lideri Şeyx Fəzlullah Nəiminin ictima-siyasi görüşlərini təbliğ etmiş, Azərbaycan
mədəniyyəti tarixində ilk böyük şair kimi şərqin üç aparıcı dilində - ərəb, fars və Azərbaycan türkcəsində şedevrlər
yaratmışdır. Nəsimi öz xalqını dünyada var olan elmi biliklərlə silahlandırmaq missiyasını yerinə yetirmişdir. Bunun üçün
böyük şair Azərbaycan dilinin sintaktik quruluşu qəliblərindən – söz birləşmələrindən, sadə və mürəkkəb cümlə tiplərindən
mübariz şəkildə istifadə etmişdir. Nəsimi dilində bir qrup saylar da vardır ki, bunlar xalqın milli təfəkküründə heç bir fəlsəfi
məna kəsb etməməsinə baxmayaraq, böyük şair bu saylara fəlsəfi don geyindirmiş, hər birinin fəlsəfi mənasını açıqlamış,
qəzəllərində məharətlə istifadə etmişdir.
Nəsimi aləmində İnsan dünyanın maddi və mənəvi mövqeyindədir. Bütün bunlar Nəsiminin tapındığı hürufi
ideyalogiyasının əsasını, rüşeymini təşkil edirdi. Çünki hürufizmdə Allahın təbiətdə, əşyada, sözdə, xüsusən İnsanda
təcəssümü əsas hesab edilmişdir.Nəsimi bir hürufi şair kimi İnsanı yüksək qiymətləndirmiş, onu yer üzünün – bütün mənəvi
və cismani aləmin ən kamili hesab etmişdir.
Şairin fəlsəfi dili olduqca mürəkkəb bir dil olsa da, daim maraq doğurmuş, əsrlərdir ki, hələ də tam şəkildə
öyrənilməmiş və daim tədqiqata ehtiyac duyulmuşdur.
SABİR AZƏRİ NƏSRİNDƏ MİLLİ ÖZÜNÜDƏRK MƏSƏLƏSİ
Gülşanə XUDİYEVA
Azərbaycan Dillər Universiteti
email_me@mail.ru
Milli özünüdərk problemi ədəbiyyatda bir neçə şəkildə təzahür edə bilər. Bu mənada tarixi mövzulara müraciət, folklor
motivlərindən istifadə və s. xarakterikdir. Yazıçı tarixi mövzuya müraciət etməklə xalqın qəhrəmanlıq tarixini əks etdirə
bilir. Oxucuya süni şəkildə unutdurula bilən keçmişi xatırladır. Bu əsərlərdə əks olunan tarixi dövr və hadisələr oxucunu öz
dövrünün hadisələrinə daha gözüaçıq yanaşmağa sövq edir.
Sabir Azərinin “Duman çəkilir” povesti XX əsrin əvvəllərində sovet hakimiyyətinin yeni qurulduğu dövrdə
Azərbaycan kəndində baş verən hadisələri əks etdirir. Cəmiyyətin təlatümlü dəyişiklik və ya böhran dövrləri bədii ədəbiyyat
üçün daim zəngin mövzu qaynağı olmuşdur. Bu povestdə müəllif sovet hakimiyyətinin bir sinif kimi məhv etdiyi bəylərin
yaşadığı faciəni əks etdirməyə və yeni qurulan cəmiyyətin kin və nifrətlə yoğrulduğundan mahiyyət etibarilə çürük
olduğunu aydınlaşdırmağa cəhd göstərir. Bu cəhd sovet yazıçısı üçün cəsarətli addım idi. Sabir Azərinin bu əsəri milli
kimlik ştrixləri üzərində yazılıb.
Əsərin əsas qəhrəmanı Cəlil bəy müsbət planda təqdim olunan qəhrəmandır. Cəlil bəy obrazı hökumətin
manqurdlaşdırma siyasətinə qarşı yazıçının nümayiş etdirdiyi etiraz və müqaviməti idi. Ədəbi tənqid həmin dövrdə bu obraz
haqqında kifayət qədər geniş və müsbət fikir səsləndirmədi. Yazıçının daha çox sosial ictimai problemlərə toxunan əsərləri
təhlil olunur və ya “Duman çəkilir” povestinin ümumi sənətkarlıq xüsusiyyətləri, mövzunun bədii həlli və s. haqda söz
açılsa da Cəlil bəy obrazının milli xarakter kimi işlənməsi və obrazın simvolik yükü haqqında qeyd olunmur.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
247
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Yazıçı povestdə Cəlil bəyin taleyi ilə həyətdəki qarağac ağacının aqibəti arasında paralellik yaradır.
“- Quruyur, - dedi, - dədəmin qarağaclarından qalan bir buydu, bu da quruyur.
-
Hə, qarağacların kökü kəsilir.
Cəlil bəy qışqırdı:
-
Kəsilib eləmir! Niyə kəsilir ki! ....qarağacların kökü hər yerdə kəsilir. Yadıma gəlir, elə bizm
meşədə nə qədər qarağac vardı. Hanı indi o qarağaclar?
-
Görəsən bu qarağaclar niyə pöhrə vermir?
Cəlil bəy yenə hirsləndi:
Nə bilim!”
Ağacın qurumağı şərti mənada Cəlil bəyin ağalığının və ümumiyyətlə, bəyliyin sonuna, cəmiyyətdəki harmonik
nizamın pozulmasına və milli dəyərlərin aradan qalxmasına işarədir.
Ümumiyyətlə, Sabir Azəri yaradıcılığında torpağa bağlılıq hissi olduqca güclüdür. Bu hiss bu və ya digər şəkildə əksər
əsərlərində özünü göstərir və yazıçının yaradıcılıq qayəsi ilə bağlıdır.
İnsanın torpağa bağlılıq duyğusunun parlaq inikası “Qartal yuvası” hekayəsində görünür. Bu hekayə milli özünüdərk
probleminin təzahürü baxımından olduqca səciyyəvidir. Yazıçı insanın doğma torpağından, vətənindən aldığı tükənməz
gücü qartalların nümunəsində izah edir. Yazıçıya görə ən müzəffər qələbələrin müəllifi ana torpaqdır. Hekayənin adı da
təsadüfi xarakter daşımır. Belə ki, qartalların düşmən üzərində qələbəsinin, ucadan uçmasının sirri elə məhz yuvaları ilə
bağlıdır.
Hekayədə Şahdağın əlçatmaz zirvələri və bu zirvələrin qartalları haqqında zalım padşahın doğma diyarımızı talan edib
qartallarımızı məhv etməsi və yazıçının öz dövrü, ictimai-siyasi vəziyyət, sovet hakmiyyətinin Azərbaycanı işğal etməsi və
qırğınlar törətməsi arasında aşkar uyğunluq mövcuddur.
“...Eeeeh, bu dağda o qədər qartal vardı ki! İndi azalıblar. Yaman azalıblar qartallar. Niyə azalıblar? Başım çıxmır.
Soltanağa dərindən ah çəkdi
-Bizim dağların hamısında qartallar azalıb.”
Sabir Azəri oxucuya Sovet hakimiyyətinin həyata keçirdiyi qırğınların bir istiqamətli deyil, müxtəlif istiqamətli
olduğunu sətraltı məna ilə çatdırır. Bu hekayədə sovet hakimiyyətinin imperialist siyasəti və 1937-ci il terror hadisələri ilə
bağlılıq açıq şəkildə müşahidə olunmaqdadır. Yazıçı dövrü ilə bağlı təəssüratlarını, qənaətlərini təbii ki, birbaşa ifadə edə
bilməzdi. Ona görə bu hekayədə fikirlər əfsanə şəklində çatdırılır və bir çox önəmli məqamlar qədim zamanlardakı padşah
obrazı vasitəsi ilə əks olunur. Yazılı ədəbiyyatın folklor janrları ilə qarşılıqlı əlaqəsi də sözsüz ki, ədəbiyyatda milli
özünüdərkin inikası ilə bağlıdır. Hekayədə padşahın dilindən verilən aşağıdakı fikirlər olduqca səciyyəvidir. “Gözləri
göylərə baxan, göylərdə qartallar görən elin oğlunu – qızını, deyirmiş, əsarətdə saxlamaq olmaz, əvvəl - axır, deyirmiş, bu
oğul – qızlar da öz qartalları kimi zirvələrdə cövlan eləmək istəyəcəklər. Onda, deyirmiş o padşah, bu oğul – qızları aşağıda,
lap yeddi arşın quyunun dibində lap ölüm də saxlayammaz.”
Bu
kiçik
hekayədə Sabir Azəri böyük mətləblərə toxunur. Əsərdə həmçinin vətən obrazı da vardır. Müəllif vətənin
havasını, torpağını, ana ürəyini, sevgisini və qanla keçən canı, vətənpərvərlik ruhunu vəhdət şəklində təqdim edir. Harada
olmağından asılı olmayaraq insana bu vəhdət, yəni vətən güc verir. Sabir Azəri həmçinin Sovet hakimiyyətinin işğalçı
siyasətinin, törətdiyi terror hadisələrinin, mədəniyyətimizə və milli kimliyimizə düşmən kəsilməyinin qanla gələn ruhu
candan çıxartmaq üçün yetərsiz olduğunu göstərmişdir.
Ümumiyyətlə, 1937-ci il repressiyası Sabir Azərini ən çox narahat edən və düşündürən məsələlərdən biri olmuşdur.
O, hələ tələbə ikən dissident ruhlu gənc kimi, repressiyaların günahkarlarının cəzalandırılması haqqında düşünmüş və bu
düşüncələri onun həbs olunması ilə nəticələnmişdir. “Bütün sovet cəmiyyəti repressiya xofunun ucbatından divarları çat
vermiş, hər an uçmağa hazır olan evə bənzəyirdi.” “Tələbə məhbusun etirafları” romanında keçmiş ittifaqın mahiyyətini
şərh edərkən Sabir Azəri despotizmi, imperializmi tənqid edir və repressiyanın Azərbaycan xalqının suverenliyinə qarşı
yönəldilmiş məqsədyönlü siyasət kimi dəyərləndirir.
MİR CƏLAL YARADICILIĞININ TƏDQİQİ MƏRHƏLƏLƏRİ HAQQINDA
Günel BƏHRAMQIZI (MAHMUDOVA)
Bakı Dövlət Universiteti
mahmudova-83@bk.ru
Böyük ədib, ictimai-siyasi xadim Mir Cəlal müəllim Azərbaycan ədəbiyyatının inkişaf tarixində xüsusi xidmətlər
göstərən səsnətkarlardan, ədəbiyyatşünas alimlərdəndir. Onun zəngin ədəbi-bədii elmi irsi 30-cu illərdən başlayaraq
mərhələ-mərhələ 21-ci əsrin 10-cu illərinə qədər tədqiqat işlərinin, araşdırmaların mövzusu olmuşdur.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
248
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Mir Cəlal sənəti 20-ci əsr Azərbaycan ədəbiyyatının tədqiqi prossesində yeni bir mərhələ kimi ilk gündən
istiqamətverici xarakter daşımışdır. Onun “Dirilən Adam”, “Bir Gəncin manifesti”, “Aciq kitab”, “Təzə şəhər”, “Yolumuz
Hayanadır” romanları, satirik hekayələri, novellaları haqqında araşdırmaların tarixi artıq bir əsrə yaxınlaşır.
Mir Cəlal yaradıcılığının (ədəbi bədii irsini) tədqiqat problemlərini nəzərdən kecirsək deyə bilərik ki, dövrün ədəbi
mühitinin tələb və ehtayaclarına uygun olaraq o, mərhələ-mərhələ araşdırmaların mövzusu olmuşdur.
1930-1940-cı illər Mir Cəlal yaradıcılığının ilk tədqiqat mərhələsi kimi diqqəti cəlb edir. Bu mərhələdə ədibin əsasən
hekayələri, “Boy” kitabina daxil olan əsərləri və “Dirilən adam” romanı haqqında bir sıra görkəmli ədəbiyyatşünas alimlərin
yazıları çap olunmuşdur. Buraya M.Dadadaşzadə, C.Cəfərov, O.Həsənov, M.Cəfərov və digər ədiblər, alimlər daxildir. Mir
Cəlal yaradıcılığının tədqiqinin ən kamil, daha sistemli və ardıcıl tədqiqat mərhələsi 20-ci əsrin sonu 21-ci əsrin ilk
onillikləri mərhələlərini əhatə edir. Bu dövrdə onun demək olar ki, bütün ədəbi irsi, həm bədii, həm də elmi yaradıcılğı
tədqiqata cəlb olunmuşdur.
Mir Cəlal 20-ci əsrin görkəmli ədəbiyyatşünas tədqiqatçılarındandır. Onun Fizuli sənətkarlıgı, Azərbaycan ədəbi
məktəbləri, Klassiklər və müasirlər və digər elmi əsərləri indinin özündə də ədəbiyatşünaslıq elminin istiqaməverici
materialları kimi qəbul olunur.
Mir Cəlal 20-ci əsr C.Məmmədquluzadə, M.H.Ordubadi, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ü.Hacıbəyov, A.Divanbəyoğlu,
F.Köçərli və digər sənətkarların tədqiq olunmasını, araşdırılmasını, təmin və təşkil edən yaradıcı təşkılatçı alimlərdən
olmuşdur. İlk dəfə olaraq Azərbaycan ədəbiyyatşünaslığında Füzulinin poetikası, Azərbaycanda ədəbi məktəblər (realist və
romantik ədəbi məktəblər) haqqında geniş və əsaslı məlumat verən ədəbiyyaşünas alımlərdən olmuşdur.
Mir Cəlalın ədəbi irsi indi də yeni-yeni tədqiqatların mövzusudur.
BƏXTİYAR VAHABZADƏ POEZİYASI MƏTN SİNTAKSİSİ İŞIĞINDA
Günel MİRZƏYEVA
AMEA , Dilçilik İnstitutu
gunel-mirze@rambler.ru
Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq dəsti xətti ilə seçilən yazarlarımız çoxdur. Ədəbiyyat tariximizdə
ən çox tanınmış öz dəst-xətləri ilə dogma dilimizin, ədəbiyyatımızın inkişafında mühüm rol oynamış novator sənətkarların
C.Cabbarlı, M.F.Axundov, S.Vurgun, Ə.Cavad, B.Vahabzadə, M.Müşfiq, Z.Xəlil yaradıcılıgının dil və üslub xüsusiyyətləri,
bədii dil incəlikləri peşəkarlıq və həssaslıqla təhlil edilmişdir.
Ayri-ayrı sənətkarların yaradıcılığı üçün səciyyəvi olan əsas cəhətləri fərqləndirərək hər ədibə onun öz poetik
dünyasının məntiqi baxımından maraq doguran müxtəlif fikirlər söylənilmişdir. Öz zəngin yaradıcılıgı ilə hamının diqqətini
çəkən ünlü yazarlarımızdan biri də B.Vahabzadədir. Yaşamağı yanmaqda görən, həyatın mənasını yanmaqda axtaran, ömrü
boyu “bircə ondan razıyam ki, özümdən narazıyam” deyən, dönməz məslək və əqidə sahibi Bəxtiyar Vahabzadə öz zəngin
fəlsəfi yaradıcılığı ilə nəinki Azərbaycan, eləcə də bütün Türk dünyasının ləyaqətli vətəndaş-şairidir. Onun şeirləri insanı
azadlığa, müstəqilliyə, məhəbbətə, sədaqətə səsləyir, mənəvi saflığa qovuşdurur. B.Vahabzadə yaradıcılığının daşıdığı məna
yükü o qədər dərindir ki, müxtəlif elm nümayəndələri, o cümlədən ədəbiyyatşünaslar, filosoflarlar, musiqişünaslar, eləcə də
dilçilər bu dərinlikdə ən sirli məqamları açmağa can atırlar. Bu baxımdan da B.Vahabzadə şeirlərinin dil və üslubunu
araşdırmaq zəruri və aktual məsələ kimi qiymətləndirilməlidir.
B.Vahabzadə poeziyasına mətn sintaksisi işığında nəzər salarkən maraqlı məqamlar aşkarlanır. Struktur mətnyaradıcı
faktor kimi çıxış edən ellipsisə də B.Vahabzadə dilində tez-tez rast gəlinir. “Dil vahidini ellipsisə uğratmaq, bu onu sadəcə
olaraq işlətməmək deyil, onu işlətməməklə onun məzmununu suppresiya vasitəsilə ifadə etmək deməkdir” (İ.F.Vardul) [1,
Yaman darıxmışam...Bu nədir yenə
Aglım saga baxır, ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola (B.Vahabzadə)
Axı uzaqdasan ....sənə sözüm var ,
Bir yol zeng eləsən axı nə olar?
Bilmirdim bu qədər dönükmüş üzün,
Bəs sənin hec yoxmu mənə bir sözün?
(B.Vahabzadə)
B.Vahabzadənin şeirlərində leksik-semantik, sintaktik kateqoriyalar xüsusi yer tutur. Sinonim sözlərin antonim
sözlərə çevrilib bədii təzad yaratdıgı maraq dogurur. Digər diqqət çəkən məqamlar B.Vahabzadə şeirində sintaktik
paralellizmlə (paralel konstruksiyalarla) bağlıdır.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
249
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Mətn sintaksisi baxımından aparılan elmi təhlil zamanı şairin şeirlərində işlənən mətndə formal əlaqələr kimi çıxış
edən sintaktik paralelizmin müxtəlif növlərinə (o cümlədən xiazma), mətndə əlaqə funksiyasını yerinə yetirən inversiyaya,
eləcə də əlaqə vasitəsi olan təkrarlara diqqət yetirilməklə biz onun dil və üslubunun özəlliklərini ortaya qoymağa, yeni
fikirlər söyləməyə çalışmışıq.
İnversiya – latın sözü olub “yerdəyişmə” deməkdir. B.Vahabzadənin şeirlərində tez-tez soz sırasının qəsdən
pozulmasına, yəni inversiyaya rast gəlinir.
Kimi cəsarətlə çəkir bileti,
Kimi qorxa-qorxa yanaşır mizə(B.Vahabzadə)
Bu cümlələrin adi qaydada sırası belə olmalıdır;
Kimi bileti cəsarətlə çəkir,
Kimi qorxa-qorxa mizə yanaşır.
İlk yazilmış versiyada söz sırası pozulduğuna görə inversiya işlənmişdir.
Digər ifadə vasitəsi olan anafora – təkrar olan söz və ya misraların əvvəlində gəlir, ya da eyni misranın əvvəlində
təkrarlanır.
Qışqırır masanın üstdə kitablar,
Qışqırır qapı da, pəncərələr də.
Qışqırır çarpayı, qışqırır divan,
Qışqırır körpənin yatdıği yer də. (B.Vahabzadə)
Epifora anaforaya bənzəyir. Lakin fərq ondan ibarətdir ki, epiforada təkrar olunan söz misraların sonunda işlənir.
Həftələr dəyişdi, gunlər dəyişdi ,
Tərəflər dəyişdi, yönlər dəyişdi.
Qiblələr dəyişdi, dinlər dəyişdi.
İtə ot verilir, ata ət, Allah (B.Vahabzadə)
Nəticə olaraq deməliyik ki, uzun illər dilçilik elminin tədqıqat obyekti olan, fərqli baxış bucaqlarından yanaşılan şeir
dilinin özünəməxsus xüsusiyyətləri maraq doğurduğundan B.Vahabzadə poeziyasının da linqvosemiotik baxımdan
incələnməsi bu gün də böyük əhəmiyyət kəsb edir və aktuallığını qoruyub saxlayır.
Dostları ilə paylaş: |