II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
191
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Avqust sözü latın dilindən götürülüb. Qriqori təqviminə əsasən avqust ayı ilin səkkizinci ayıdır və otuz gündən
ibarətdir. Avqust ayı Roma imperatoru Oktavian Avqustun şərəfinə belə adlandırılmışdır. Türkiyə türkcəsində avqust ayı
“ağustos” şəklində işlənir.
Sentyabr latın dilindəki “septem” sözündən götürülüb, mənası “yeddi” deməkdir. Qriqori təqviminə əsasən, ilin
doqquzuncu ayıdır və otuz bir gündən ibarətdir. Qədim Roma və qədim Rusiyada sentyabr ayı ilin yeddinci ayı hesab
olunurdu. Türkiyə türkcəsində sentyabr ayı “eylül” adlanır ki, bu da qədim süryani dilindən gəlmədir, “üzüm ayı”
anlamındadır. Türkmən və qaqauz dillərində fərq yalnız fonetik cəhətdəndir.
Oktyabr latın dilindəki “octo” sözündən götürülüb. Oktyabr ilin onuncu ayıdır və otuz gündən ibarətdir. Yuli
təqviminə əsasən oktyabr ilin səkkizinci ayı hesab olunurdu. Türkiyə türkcəsində oktyabr ayı “ekim” adlanır ki, bu da
“tarlaların əkildiyi yer” anlamındadır.
Noyabr latın dilindəki “novem” sözündən götürülüb, mənası doqquz deməkdir. Yuli təqviminə əsasən ilin
doqquzuncu ayı, Qriqori təqviminə əsasən ilin on birinci ayıdır. Otuz bir gündən ibarətdir. Türkiyə türkcəsində noyabr ayı
“kasım” adlanır ki, o da ərəb dilindən götürülmüş və mənası “ayıran, bölən” deməkdir.
Dekabr sözü latın dilindən götürülüb. “December” sözündən götürülmüşdür və mənası “on” deməkdir. Yuli təqviminə
əsasən, dekabr ilin onuncu ayıdır. Qriqori təqviminə əsasən, otuz bir gündən ibarətdir və ilin on ikinci ayıdır. Türkiyə
türkcəsində bu ay “aralık” adlandırılır ki, “iki şey arasındakı böşluq” mənasına gəlir.
İstər Azərbaycan, istərsə digər oğuz qrupu türk dillərinin ədəbi dilindəki ay adlarından savayı, dialektlərdə də ayın
bütöv bir dövrünün, ya da konkret bir neçə gününün adına rast gəlmək mümkündür. Bunlardan aşağıdakıları örnək olaraq
göstərə bilərik: alaçolpa – Ucar rayonunda qışın son otuz gününü bildirmək üçün istifadə olunan leksik vahid, bozay –
Qazax, Naxçıvan, Tərtər, Şəmkir, Tovuz regionlarında qışın son ayını bildirən leksik vahid, cəmlə - Zəngilanda qışın son
ayını bildirmək üçün istifadə olunan leksik vahid, çömçəqurutmaz – Ağdam rayonunda payızın son ayını bildirən leksik
vahid, danaqıran – Göyçayda yazın ilk üç gününü bildirən leksik vahid, darğan – Dərbənddə qışın son on gününü bildirən
leksik vahid, düburğun – Dərbənddə qışın son on gününü bildirən leksik vahid; keçiqıran – Qazax, Tovuz bölgəsində
yazın əvvəlini, martın sonu və aprelin əvvəlini bildirən zaman mənalı leksik vahid, oxlaqqıran – Ordubad bölgəsində
payızın son ayın bildirən leksik vahid və s.
Dostları ilə paylaş: |