Microsoft Word Materiallar Full


MÜRƏKKƏB SİNTAKTİK BÜTÖV VƏ CÜMLƏ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə318/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   314   315   316   317   318   319   320   321   ...   1149
 

MÜRƏKKƏB SİNTAKTİK BÜTÖV VƏ CÜMLƏ 

 

GünayƏLİYEVA 

Bakı Slavyan Universiteti 



gunay.eliyeva89@inbox.ru

 

 



Bildiyimiz kimi, mətn dilçiliyi yaranmamışdan qabaq, cümlə dilin ən böyük və bitmiş fikir ifadə edən sintaktik vahidi 

hesab olunurdu. Lakin, mətn dilçiliyinin yaranması ilə bu fikir təkzib edildi. Ünsiyyətin əsas vahidi olan cümlə bitmiş fikir 

ifadə etsə də, onun ifadə etdiyi fikir bitkinliyi nisbi xarakter daşıyır. 

 

 



 

 

 



 

Mətn bir sıra komponentlərin, cümlələr birliyinin qarşılıqlı  əlaqəsindən yaranır. Mətn dedikdə, mətnin tərkibindəki 

cümlələrin əmələ gətirdiyi və bitmiş bir fikir ifadə edən sintaktik vahidlər nəzərdə tutulur. K.Abdullayevin qeyd etdiyi kimi, 

“mətn elə bir sintaktik kompleksdir ki, başqa sintaktik kompleksin, yəni cümlənin onun məna nöqteyi-nəzərindən nisbi 

qeyri-bitkinliyini, müəyyən semantik naqisliyini aradan götürür. Mətnin özü, mütləq məna bitkinliyini nümayiş etdirir. 

Mətn dilçiliyinin yaranması ilə dilçilikdə böyük irəliləyişlər baş verdi. Belə ki, bu vaxta kimi cümlənin bitmiş bir fikir 

ifadə etdiyi qeyd edilirdisə, mətn dilçiliyinin yaranması ilə müasir dilçilik cümlənin deyil, cümlələr birliyinin, daha doğrusu, 

mürəkkəb sintaktik bütövün bitmiş bir fikir ifadə etdiyini irəli sürdü. Bununla da, demək olar ki, sintaktik yarusda ən böyük 

vahid cümlələr birliyindən ibarət olan mürəkkəb sintaktik bütövdür. Mürəkkəb sintaktik bütöv – məna ümumiliyi və xüsusi 

sintaktik əlaqələrlə birləşmiş konteksdən nisbətən asılı olmayaraq məna birlikləri yaradan cümlə birləşməsidir. Mürəkkəb 

sintaktik bütövün xüsusi sintaktik vahid kimi götürülməsinə baxmayaraq, əslində yalnız mətndə müxtəlif  əlaqə vasitəsilə 

birləşmiş bir sıra cümlələrin birləşməsi kimi öyrənilir. Mətn dilçiliyi sahəsinin ilk tədqiqatçılarından olan N.S.Pospelovun 

qeyd etdiyi kimi, “əlaqəli nitqin həqiqi sintaktik vahidi sadə  və mürəkkəb cümlə deyil, məhz  əlaqəli nitq kontekstindən 

çıxarılarkən öz sintaktik bitkinliyini və müstəqilliyini saxlayan mürəkkəb sintaktik bütövdür”. Müxtəlif strukturlu 

cümlələrin birliyi olan mürəkkəb cümlə artıq  ənənəvi olaraq cümlə anlayışına cavab vermir və bir çox dilçilik 

tədqiqatlarında belə birliklər mətn və yaxud mürəkkəb sintaktik bütöv termini ilə adlandırılır. Lakin, bu fikirlərlə hamı 

razılaşmırdı. Bəzi tədqiqatçılar cümlədən yüksək vahidin olduğunu qəbul etmirdilər. Cümlədən artıq böyük vahidlərin 

ayrılması  əleyhidarları öz fikirlərini müxtəlif cür əsaslandırırlar. Belə ki, E.Benvenist yazır ki, “cümlə başqa tip vahidlər 

üçün inteqrant ola bilməz. Bu hər  şeydən  əvvəl, yalnız cümləyə xas olan və onu bütün başqa vahidlərdən fərqləndirən 

xüsusiyyətlə, yəni predikativliklə izah edilir. Bunun əsasında E.Benvenist belə bir nəticəyə  gəlir ki, cümlələr qrupu 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   314   315   316   317   318   319   320   321   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin