II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
193
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
nəşr olunmaqdadır. Lakin bu lüğətlərdə uyğunsuzluq olduğundan bəzi məqamlarda çaşqınlıq yaranır. Nümunə üçün, AMEA
– nın 2012- ci il nəşri olan “Azərbaycan dilinin orfoqrafiya lüğəti” ndə menyu, kompyuter kimi verilən söz “İngiliscə -
Azərbaycanca izahlı kompüter terminləri lüğəti”ndə (tərtibçi Rafiq Məmmədli) menü, kompüter kimi verilmişdir. Hər il
texniki, mədəni inkişafın sayəsində dilə onlarla termin daxil olur. Bu baxımdan ilbəil yeni sözlərin orfoqrafik – orfoepik
lüğəti, eyni zamanda terminoloji sözlüklər nəşr olunmalıdır. Lüğətləri araşdırarkən məlum olur ki, dilə daxil olan bir çox
sözlər vardır ki, onlar dilin lüğət tərkibində yer almayıb. Bu gün dildə aktual olan skaner, printer, blutuz, kartric, costik,
android, netbuk, planşet, tablet, sensor kimi sözlər “Azərbaycan dilinin izahlı lüğəti”, “Azərbaycan dilinin orfoqrafiya
lüğətlərində” yer almayıb. Lüğətlərin 2011 və 2012 ci illərdə nəşr olunduğunu nəzərə alsaq belə nəticəyə gəlmək olar ki, bu
lüğətlərin yenidən nəşr olunması və yeni terminlərin bir daha nəzərdən keçirilməsi mütləq lazımdır. Bu gün dilçilərin,
terminşünasların ayrı – ayrı şəxslərin nitqində, o cümlədən, sosial şəbəkələrdə yeni terminlərin orfoepik və orfoqrafik
qaydalara əməl olunmadan tələffüzü və yazılışı haqqında çıxışlarına şahid oluruq. Lakin unutmaq olmaz ki, belə sözlərin
lüğətlərdə əks olunmaması, müəyyən nizama salınmaması bu problemlərin baş verməsinin əsas səbəbidir. Əlbəttə, inkişafın
sürətini nəzərə alsaq, yeni anlayışları bu tezliklə dilin öz imkanları əsasında adlandırmaq qeyri mümkündür. Ancaq bu cür
sözlərin reseptor dil qanunlarına uyğun olaraq müəyyən qrafik dəyişikliklərlə lüğətlərdə əks olunmasını təmin etmək olar.
Bu baş verməzsə dildə qarışıqlıq, xaos yaranar. Bu baxımdan, Azərbaycan dilində lüğət və lüğətçilik problemi aktual və
nəzərdən keçirilməli məsələlərdəndir.
Dostları ilə paylaş: |