II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
506
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
funksiyalara, norma, dəyər və rollarına, məxsus olduğu simvolik əlamətlərə, qurum və təşkilatlarına görə məkan və zaman
baxımından dəyişkən olan təsisatlar özündə kulturallığı əks etdirdiyinə görə təcümə zamanı tərcüməçilər onların hədəf dildə
ekvivalentlərini tapmaqda və hətta izah etmək də belə çətinliklə üzləşir.
Ifadə etmək istədyimiz fikri Azərbaycanın yaxın keçmişinə nəzər salmaqla və üç ayrı-ayrı dövrlərdən götürülmüş bir
neçə nümunə ilə izah etməyə çalışacağıq. Azərbaycan tarix boyu bir çox dövlətlərin tərkibində mövcudluğunu davam
etdirmiş və bu ölkənin ayrı-ayrı dövrlərdə tədbiq edilən müxtəlif təsisatlar əsasında idarə olunmuşdur. XIX əsrin sonlarında
və XX əsrin əvvəllərində İran istilasında yaşayan ölkəmiz fars rejiminin, XXəsrin sonlarına qədər Sovet rejiminin yaratdığı
və tədbiq etdiyi təsisatlar hal-hazırda tarixə çevirilib. Müstəqillik dövründə isə Azərbaycan cəmiyyəti tamamilə fərqli
təsisatlar yaratmış və dünya ölkələrindən mənimsəmişdir. Bütün bu təsisatları iki yerə bölmək olar milli və digər ölkələrdən
götürülən və ya məcburi şəkildə tədbiq edilən və bəzən də, milliləşdirilən alınma təsisatlar.
XIX sonu və XX əsrin əvvəllərində müstəqilliyi olmayan Azərbaycanda milli təsisatlardan söhbət açmaq yersiz olardı,
İran mənşəli bu təsisatlar müasir dövrdə bəzən hətta əsas dilin oxucusu üçün də qaranlıq qalır. Bu səbəbdən tarix
kitablarında rast gəldiyimiz təsisatların mənasının başa düşülməsi üçün verilən izahatlar tərcüməçilərin işini çox
yüngülləşdirir. Əsas dilin daşıyıcısı olan tərcüməçi məxsus olduğu dildə rast gəldiyi alınma, milli koloritə mənsub olmayan
kəlmə və anlayışları dərhal tanımalıdır. Bu cür kəlmələrlə rastlaşan tərcüməçi onu hədəf dildə əks etdirməmişdən əvvəl ilk
öncə onun mənşəyini araşdırmalıdır, çünki bəzən bu edilmədiyi halda milli anlayış kimi verilərsə tərcümədə və
mədəniyyətlərdə yalnış anlşılmalara səbəb ola bilər.
Xüsusilə sovet dövründə müstəqil şəkildə mövcud olmayan Azərbaycan cəmiyyətində demək olar bütün təsisatlar rus
mənşəli idi və kitab və dərsliklərdə də, rus dilində də verilmişdir. Bu kimi terminləri üçüncü dilə tərcümə edərkən ikinci
dildəki görünüşünə əsasən deyil, çünki, bəzən tərcüməçi müasir cəmiyyət üçün belə naməlum olan anlayışı araşdırmadan
mənasına varmadan köçürmə üsullarından istifadə etməklə üçüncü dildə əks etdirərək işini rahatlaşdırır, mütləq şəkildə
onun mənbəyini ifadə etdiyi mənanı, sözün orijinaldakı yazılış və deyiliş formlarını müəyyənləşdirməlidir. Bu da, ondan
irəli gəlir ki, dilə gələn söz və anlayış həmin dilin fonetik və leksik quruluşuna uyğunlaşır bir sözlə həmin söz milliləşir və
əgər bu milliləşmiş alınma sözü tərcüməçi orijinaldakı formasında yox millişləşmiş formaya uyğun olaraq məxəz dilə
köçürərsə bu qeyri professional və səhv tərcümə hesab edilər. Ikinci dildə qarşılığı olmayan bəzən analoq və bəzən də
köçürmə üsulları ilə qəbul edilən kəlmələrin digər üçüncü bir dildə qarşılığı olma mümkünlüyü araşdırılmalı və düzgün
ekvivalenti verilməlidir. Yuxarıda qeyd etdiyimiz kimi, ölçü vahidləri də təsisat hesab edilir; dilimizdə zamanla üç ayrı
dövrlərdə mövcud olan ölçü vahidlərinə və onların məxəz dildəki qarşılıqlarına nəzər salaq. Əsasən fars rejimindən miras
qalan arşın təsisatının mənşəyini və üçüncü məxəz dildə analoqunun olduğunu lakin, ekvivalentinin olmadığını müəyyən
etdikdən sonra məxəz dilə transkripsiya edilməklə və analoqu eyni zamanda izahı verilməklə one arshin=28 inches kimi
köçürülür. Sover dövründə cəmiyyətimizdə istifadə edilən və milliləşdirilən ölçü vahidi desyatin də eyni qayda tətbiq
edilməklə üçüncü məxəz dildə verilir və buzaman ikinci dildəki görüntüsü ilə deyil əsas dildəki yazılış formasına uyğun
olaraq məxəz dildə one desyatina=2,7acre kimi verilir. Nəhayət müstəqillik dövründə istifadə edilən ölçü vahidləri
beynəlxalq standartlara uyğun olaraq əksər dünya dillərində eynilik təşkil edir və həmin dillərin quruluşu ilə uyğunlaşır.
Müvafiq olaraq ingilis və amerikan ingiliscəsində metre, meter kimi əks olunan ölçü vahidi azərbaycan türkcəsinin
qanunauyğunluqlarına uyğun olaraq metr kimi verilir.
Bu cür mühüm termin və adların tərcüməsində vaxt aparan prosedurladan və araşdırmalarda məqsəd milliyi qorumaq
və onu düzgün ötürməkdir. Bu cür mühüm elementlərin tərcümədə ixtisarı və ya izah edilmədən analoqu verilməsi
yolverilməzdir,çünki bəzən oxşar görünən iki qurum və ya hər hansı bir təsisat tamamilə ayrı-ayrı funksiya və vəzifələri
yerinə yetirir. Xüsusilə təsisatlar əksər insan cəmiyyətlərində bu və ya digər şəkildə mövcuddur və tərcümə zamanı ən asan
yol analoqu yəni tamamilə eyni məzmunu daşımyan sözlərlə qarşılığın vermək hesab olunardı, lakin bəzən bundansa hər
hansı təsisatın yerinə yetrdiyi funksiyaya uyğun olaraq məxəz dilə tərcümə etmək daha münasib yol hesab edilir. İngilis
dilində magistrate, advocate, barrister və s. bu kimi təsisat hesab edilən və vəkillik etdikləri sahələrə uyğun olaraq müxtəlif
adlar götürən vəzifə azərbaycan dilinə sadəcə vəkil kimi tərcümə edilir; bir dildə bir kəlməylə ifadə edilən bir təsisatın digər
dildə niyə bu qədər çox kəlmələrlə ifadə edilir. Və ya digər bir nümunə azərbaycan cəmiyyətində molla adlandırılan
müəyyən ayin və funksiyaları yerinə yetirən və özlüyündə təsisat hesab edilən anlayışı məxəz dilin dinində oxşar vəzifə
tutan keşiş, rahib kimi digər bir təsisatla vermək heç də düzgün hesab edilmir. Ilk öncə ona görə ki, onların ümumi
məqsədləri bir olsa da, itaət və ibadət formaları, yerinə yetirdikləri funksiya və ayinlər tamamilə fərqlidir, digər səbəb isə
odur ki, tərcümənin sadiqlik prinsipinə əsasən tərcüməçi milli hesab etdiyi hər bir kəlmə, ad və terminləri məxəz dildə
mütləq şəkildə qorumalıdır.
Burdan da belə qənaətə gəlirik ki, tərcümə prosesində əsas məsələ tərcümə deyil bu cür milli kaloritli mühüm anlayış
və ifadələrin müxtəlif yollarla mənasını çatdırmaq və digər dildə müvafiq variantıdını tapmaqdır. Tərcümənin məqsədi
mədəniyyətləri birləşdirmək, ümumiləşdirmək yox, hər bir cəmiyyətin özünəməxsusluğunu ötürməkdir. Bunun üçün də
tərcüməçi kifayət qədər çox əmək və bilik nümayiş etdirməlidir.
Dostları ilə paylaş: |