Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə953/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   949   950   951   952   953   954   955   956   ...   1149
 

 

NEFTİN BENZİN FRAKSİYASINDAN KOMPLEKSƏMƏLƏGƏLMƏ VƏ REKTİFİKASİYA 

ÜSULU İLƏ METİLTSİKLOPENTANIN ALINMA TEXNOLOGİYASININ İŞLƏNMƏSİ 

 

Günel NƏCƏFOVA 

Azərbaycan Dövlət Neft Akademiyası 

gunel.necefova@inbox.ru 

 

Neftdə olan hər bir karbohidrogen fərdi, yaxud qrup şəklində sintetik materialların istehsalı üçün ən dəyərli xammaldır. 



Neft karbohidrogenlərinin maksimal istifadəsi kimya sənayesinin inkişafına böyük təkan vermişdir. Odur ki, 

karbohidrogenlərin neftdən çıxarılması prosesinin işlənməsi aktual məsələdir.  

Benzin fraksiyasının tərkibində olan kiçikmolekullu beşhəlqəli naftenlər böyük təcrübi  əhəmiyyətə malikdir. 

Tsiklopentan karbohidrogenlərini tsiklopentadien formasına saldıqda yüksək aktivliyi olan maddə alınır.  

Azərbaycanın Abşeron zonasında çıxarılan neftlərin böyük əksəriyyətində yüngül naften karbohidrogenləri çoxluq 

təşkil edir. Bunlar unikal neftlər adlanır. Belə ki, Balaxanı neftində külli miqdarda beşhəlqəli naften karbohidrogenləri 

vardır. Naften karbohidrogenlərini neft fraksiyasından çıxarmaq üçün tədqiqatçılar, əsasən rektifikasiya üsulundan istifadə 

edirlər. Bu isə çox az təmizlikli naften karbohidrogenlərinin alınmasına səbəb olur. Bundan başqa, potensialda çıxımı az 

olur.Beşhəlqəli naften karbohidrogenlərini xüsusən, metiltsiklopentanı (potensialda 7,6%) tiokarbamidlə 

kompleksəmələgəlmə və rektifikasiya üsulları ilə benzin fraksiyasının tərkibindən çıxarmaq və fərdi halda təmiz almaq olar.  

İlk dəfə karbamidin kompleks əmələ  gətirməsi parafin karbohidrogenləri üzərində öyrənilmişdir. Təcrübə  dəlilləri 

əsasında müəyyən edilmişdir ki, tiokarbamid naften karbohidrogenləri ilə mükəmməl kompleks verir.  

Kompleksdə 6 molekul tiokarbamid spiral şəklində kükürd və qonşu aminoqrupla birləşir. Molekulların belə düzülüşün-də 

kanal əmələ gəlir ki, bu kanala metiltsiklopentan daxil olaraq kompleks əmələ gətirir. Kompleks o molekullarda əmələ gəlir 

ki, onların en kəsiklərinin ölçüsü kanalın en kəsiyinin ölçüsünə bərabər, yaxud ondan kiçik olsun (5,6Å). 

Təmiz tiokarbamid kristalının strukturu ortorombikdir. Kompleksəmələgəlmə zamanı isə struktur kristallik triqonal 

sistemə çevrilir. Bu zaman tiokarbamid öz şəffalığını itirir.  

Neft fraksiyasından metiltsiklopentan kompleksi alındıqdan sonra kompleks ayrılıqda istiliklə parçalanır və 

metiltsiklopentan ayrılır. Alınmış metiltsiklopentan konsentratı dəqiq rektifikasiya olunub təmiz metiltsiklopentan alınır və 

proses zamanı kənar fraksiyaları resirkulyasiya etdikdə potensialda çıxımı 77% olur.    

Benzin fraksiyasından çıxarılmış metiltsiklopentan kimya sənayesi üçün ən qiymətli xammaldır. Xüsusən, onu 

katalizator üzərində dehidrogenləşdirib olefinə çevirəndə  ən aktiv olefinə çevrilir ki, bu da müxtəlif birləşmələrin 

alınmasına imkan yaradır.  

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   949   950   951   952   953   954   955   956   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin