— Vol. 4. — №
Web. — 2009
Texts. Procee
dı. Bu da mətn
9. — P. 661–6
ngine. Compu
iz var. Yaxş
vzudur. Bankl
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
550
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
müştərilərinə təqdim etmiş olduqları təhlükəsizlik tədbirlərinə baxmayaraq istifadəçinində son dərəcə diqqətli və şüurlu
olması lazımdır. Ümumiyyətlə, internet mühitində təhlükəsizlik, istifadəçi diqqəti ilə başlayır. Hətta təhlükəsizlik səviyyəsi
mükəmməl olan bir sistemdə belə diqqətinizdən qaçıracağınız kiçik bir səhv sizin bütün məlumatlarınızı itirmənizə səbəb
ola bilər. Məlumatlarımızın səlahiyyətimiz xaricində əl çatmaz olması və onların təhlükəsizliyi bu yaradılan şifrələrin
təhlükəsizliyi ilə həqiqətən mütənasibdir. İndiki vaxtda şüursuzca yaradılan parollar internet xakkerləri olaraq adlandırılan
kəslər tərəfindən praktik bir şəkildə qırılmaqda və maddi, mənəvi zərərlərlə bir çox şüursuz istifadəçini baş-başa
buraxmaqdadır. İnternetdə hər girdiyimiz sayt üçün, uzun parollar meydana gətirmək və bunları davamlı dəyişdirmək,
bizlər üçün işgəncə kimidir. Lakin günümüz də edilən fırıldaqçılıqların az hesab edilməyəcək qədər böyük bir hissəsi,
internet üzərindən edilməkdədir. Fikrimcə parol oğurluğu, şifrə qırma və parol təxmin etmə, IT sahəsinin hələ də ən ciddi
təhdidləri arasında iştirak edir. Parol təyin etmə və yeniləmə mövzusunu bir vərdiş halına gətirmək məsləhətdir.
Etibarlı bir internet üçün, parollarınız dəyişik kombinasiyalardan meydana gəlməlidir. "
$½&?#%!" kimi simvolların
yanına, hərf və ədədlərdə əlavə olunaraq uzun bir parol yaradılmalıdır. Nümunə parol : "
$%fg4&!4kld5%4ds,.&$54rp?/lg4!$"
Bu parolu gördüyünüzdə əminəm sizdə mənim kimi "bu qədərdə yox artıq" dediniz. Amma var artıq. Etibarlı bir internet
istifadəsi üçün bunlara diqqət yetirməlisiniz.
Proqram və təchizat əsaslı keylogger (klaviaturada basılan düymələri yazan proqram) proqramı ilə, bütün şifrələrinizi
əldə edə bilərlər. Bu da, adınız istifadə edilərək bir çox zərərli işin edilməsini təmin edəcəyi kimi, bank hesablarınızın
istifadə edilərək, maddi zərər əldə etmənizə də səbəb ola bilər.
Bu səbəblə, yuxarıda göstərilən nümunə parol kimi parollar meydana gətirməlisiniz. Bu parolları xatırlamaq az qala,
haradasa qeyri-mümkün olduğundan, bir yerə qeyd edin. Amma bu qeyd etdiyiniz yerlər, kimsənin çata bilməyəcəyi bir
yerdə olmalıdır.
Güclü parol:
Güclü parol, təsadüfi simvollar ardıcıllıqdan ibarətdir. Aşağıdakı göstərilən prinsiplər parollarınızın güclü olmasını
təmin edə bilər. Parolumuzu necə güclü edə biləcəyimizlə əlaqədar bəzi maddələri sadalayaq:
Səkkiz simvoldan uzun olmalıdır. Qısa parollar, uzun parollara görə daha asan təyin olunur.
Hərflər, ədədlər və simvollardan meydana gəlməlidir. Ardıcıl və ya təkrarlanılan birləşmələr ("12345678",
"222222", "abcdefg" kimi) və ya klaviaturada yan-yana dayanan hərflərdən meydana gəlməməlidir. Hərf yerinə ədədlərin
istifadə edildiyi bilinən sözlər olmamalıdır. ("M1cr0
$0ft" və ya "P@ssw0rd" kimi). Çox təəssüf ki, bu hiylələri kompüter
xakkerləri də bilirlər.
Sizin xatırlamanız asan, ancaq başqalarının təxmin etməsi çətin olmalıdır.
İstifadəçi adınız, yoldaşınızın adı və ya ad gününüz olmamalıdır.
Xatırlanılması asan olmalıdır. Xatırlanılması üçün qeydə alınması lazım olan, səhv yazıla biləcək və ya başqaları
tərəfindən tapılıb istifadə edilə biləcək hərflər, ədədlər və simvolların təsadüfi birləşmələri olmamalıdır.
Nə vəziyyət olursa olsun parolunuzu bir başqasıyla paylaşmamalısınız. Siz bu mövzuda dürüst ola bilərsiniz, amma
sizin parolunuzu bilən adam pis niyyətli olmasa da diqqətli olmaya bilər və sizi çətin vəziyyətdə buraxa bilər. Parolu
paylaşmaq vəzyətindəysək, yenidən parolu dəyişdirmək lazımdır.
Parollarınızı bilmədiyiniz kompüterlərdə istifadə etməyin. Xakkerlərin ən çox istifadə etdiyi üsullardan biri, hədəf
kompüterlərə keylogger kimi oğru proqramlar qurub, kompüteri istifadə edən istifadəçilərin məlumatlarına çatmaqdır.
Parolunuzu heç bir zaman e-poçt yoluyla bir ünvana məktubla göndərməyin. Bəzi pis məqsədli kəslər İnternet
saytları kimi görünərək pullarınızı sizdən tələb edə bilər. Qətiliklə bu yolla parolunuzu göndərməyin.
Parolunuz oğurlansa və ya başqa biri tərəfindən istifadə edildiyinə dair şübhəniz varsa dərhal səlahiyyətli orqanları
məlumatlandırın.
Dostları ilə paylaş: