II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
551
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Öncəliklə, prototip olaraq musiqi çalğı alətləri üzərində apardığımız tədqiqat işləri nəticəsində məlum olmuşdur ki,
alətin simli və ya klavişli, gur səsli və ya aşağı səsli olmasından, alətlərin növ çoxluğundan asılı olmayaraq məlum not
səslərinin tezlikləri bütün çalğı alətlərində eynidir. Musiqi əsərinin asasını təşkil edən 7 not ahənginin fortopianodakı 9
müxtəlif tezlikli növü, digər musiqi alətlərindəki 7 not səs tezliyinə bərabərdir (və ya çox yaxındır). Əldə etdiyimiz bu əsas
nəticə işimizi düşündüyümüz qədər asanlaşdırsa da digər bir tərəfdən bir neçə problemlər ilə üzləşdirdi.
Beləki, bildiyimiz kimi insan eyni anda yalnız bir tezlikli səs ifa etdiyi halda, musiqi alətində eyni an daxilində bir neçə
notu sıxaraq müxtəlif səs tezliklərindən alınan səs ahəngini, harmoniyasını əldə etmək olur. Bunu musiqi səslərinin tanınma
sisteminə yeritmək üçün o da öz növbəsində alətdə bir səsin yox, bir neçə səsin eyni zamanda ifa olunduğunu duymalı,
onları fərqləndirməyi bacarmalıdır.
Ümumiyyətlə, hazırki tədqiqat işində mən musiqi səsinin tanınma sisteminə bir musiqi (mahnı) şablonu yeritməklə
canlı ifanın həmin şablon ilə müqayisəsinə nail olmuşam. Beləki, yuxarda musiqi alətlərindəki eyni anda müxtəlif tezlikli
səs vermə xüsusiyyəti insanlara xas olmadığına görə insan səsinin ifası üzərində test mərhələsinə başladıq. Qeyd edim ki,
mövcud problem üzərində hal hazırda işlər gedir, və gələcəkdə nəinki solist vokal səsin, həm də duet, xor ifaları üzərində
sistemi kökləməyə nail olacağımıza şübhəm yoxdur.
Elektron musiqi öyrənmə sistemi gənc vokal tələbələri, və ya mahnı ifa etmə savadını elektron olaraq kompyuterdən
almaq üçün nəzərdə tutulmuş səs tanıma sistemidir. Vokal tələbələri bu sistem vasitəsilə ev şəraitində sistemə öncədən
tanıdılmış, istənilən musiqi parçasını ifa etməklə səs qüsurları barədə məlumatlanacaqlar.
Beləki, elektron musiqi öyrənmə sistem bazasına öncədən musiqi parçalarının düzgün səs tonallıqları (tezlikləri)
tanıdılır. Furye çevirməsi, Bayes klassifikasiyasına əsaslanan metodumuz vasitəsilə canlı ifa zamanı istifadəçinin ifası real
notlar ilə müqayisə olunur. Sistem ifaçının mahnının düzgün oxuyub oxumamasını səs şkalası üzərində göstərir. Beləki,
sistemə bərkidilmiş səs qrafiki iki hissədən ibarətdir:
-
Düzgün (oxunması lazım olan) səs tezliklərinin qrafiki
-
İfaçının cari oxuduğu səs tezliklərinin qrafiki
Əgər ifaçı seçdiyi mahnını düzgün ifa edirsə onun səs qrafiki yaşıl rəngdə, deton (yalnış səs) olduğu təqdirdə ifaçının
səs qrafiki qırmızı rəng ilə işarə olunur. Bundan başqa ifaçının detonallığı anında sistem avtomatik olaraq ifaçıya onun
normal notdan neçə ton yalnış oxuması barədə xəbər verir, və ona nə qədər səsinin zilə qalxızması və ya bəmə endirməsi
barədə məsləhət mesajı göstərir.
İstifadəçi musiqinin sonunda ifası barədə faiz göstəricisi vasitəsilə qiymət alır. Bu faiz göstəricisi ifaçının həmin musiqi
parçasının real notlarından (tezliklərindən) yığılmış şablon ilə olan müqayisəsi nəticəsində əldə olunmuş bir göstəricidir.
Beləki, ifaçı mahnını nə dərəcədə yaxşı (düzgün) oxuması barədə xəbərdar olmuş olur.
Ümumiyyətlə, səs sistemi üzərində apardığımız bu tədqiqatlar, nəticələr bununla kifayətlənməyəcək. Məqsədim real
zaman daxilində canı ifadakı səs qüsurlarını aradan qaldırmaq, onların canlı oxumasının eyni zamanda heç bir deton
olmadan səlis ifalarına nail olmasının təminatçısı olmaqdır.
Musiqi səs tanıma sistemi bir gün bütün dünyanın qulağa xoş gəmiyən ahəngini aradan qaldırıraq səs aləmini fəth
edəcək.
Dostları ilə paylaş: |