İnformasiya modelləşdirilməsinin mahiyyəti və növləri Informasiya modelləşdirilməsində məqsəd tədqiq olunan obyektin, prosesin, hadisənin informasiya şəklində əks etdirilməsindən ibarətdir. Informasiya modeli obyektin, prosesin, hadisənin informasiya baxımından təsviri deməkdir. Informasiya modelinin qurulma prosesi tədqiq olunan obyektin təyinindən başlayaraq, onun təsviri üçün formal konstruksiyaların seçilməsinə qədər bir neçə mərhələni əhatə edir. Bu prosesə “formalaşma” deyilir. “Interpretesiya ” adlanan əks proses isə çox vaxt dünyanın dərk edilməsində və öyrənilməsində istifadə edilir.
Informasiya modelinin əsasında aşağıdakı müddəalar durur.
Tədqiq olunan obyektin təyini
Bu müddəalarla təyin edilən obyektlər informasiya modeli ilə təsvir oluna bilərlər.
Informasiya modellərini aşağıdakı əlamətlərə görə siniflərə ayrılırlar: təsvir üsulu, qurulma məqsədi, yaddaş mühiti (kompüter) ilə bağlılığı, modelləşdirilən obyektin təbiəti.
Təsvir üsuluna görə informasiya modellərini iki sinfə bölürlər:
Formal dillərlə təsvir olunan modellər;
Qrafik üsullarla təsvir olunan modellər.
Formal dillərlə təsvir olunan modellərə aşağıdakıları aid etmək olar:
sxem, dioqram və qrafiklərdən birgə istifadə etməklə təsvir edilən modellər.
Qurulma məqsədinə görə informsiya modellərini 3 sinfə ayrılır:
Təsnifat-yönlü modellər;
Statik modellər;
Dinamik modellər.
Təsnifat-yönlü modellər təsnifat məqsədilə qurulurlar. Bu tip modellərə misal olaraq ağacvari modelləri, geneoloji modelləri, İnternet şəbəkəsində kataloqlar ağacını və s. göstərmək olar.
Statik modellər informasiya modellərinin böyük bir hissəsini təşkil edirlər.
Buraya müəyyən vaxt intervalı ərzində obyektin vəziyyətini xarakterizə edən verilənlərlə qurulan modelləri aid etmək olar.
Dinamik modellər vaxt ölçüsünü nəzərə alırlar və adətən differensial tənliklərin həlli əsasında idarəetmə və proqnozlaşdırma məsələlərinin həlli məqsədilə qurulurlar.
Yaddaş mühiti ilə (kompüterlə) bağlılığına görə informasiya modellərini iki sinfə bölürlər:
infoloji (konseptual) modellər;
datalojı modellər.
Infoloji model yaddaş mühitinin təbiətindən və parametrlərindən asılı olmur. Yaddaş mühiti kimi elektron (komputer) və ya qeyri-elektron tipli daşıyıcılardan istifadə oluna bilər. Burada informasiya modeli modelləşdirilən obyektin atributlarını yalnız təbii formada, yəni real aləm baxımından nəzərə alır. Başqa sözlə, infoloji model obyektin komputerdən kənar informasiya modelini əks etdirir. Verilənlər bazası konsepsiyasında həmin modelə konseptual və ya məntiqi model deyilir.
Dataloji model infoloji modelin komputer-yönlü təsvirini əks etdirir. Əksər halda dataloji modeldə verilənlər bazasının reallaşdırılması üçün tətbiq edilən sistemin (tətbiqi proqram paketinin ) xüsusiyyətləri də nəzərə almır. Dataloji modellərə misal olaraq verilənlər iyerarxik, şəbəkə və relyasiya modellərini göstərmək olar.
Modelləşdirilən obyektin təbiətinə görə informasiya modellərini 2 sinfə bölürlər.
determinləşdirilmiş;
ehtimallı.
Determinləşdirilməş modellərdə obyektin dəyişilməsi və ya inkişafı müəyyən qanunlarla baş verir və həmin qanunlar məlum olur.
Ehtimallı modellərdə obyektin dəyişilməsi və ya inkişafı qanunauyğunluqlarla deyil, müəyyən ehtimalla baş verir. Məsələn, statistik qeyri-müəyyənliyin və qeyri-səlis informasiyanın emalı ilə xarakterizə olunan obyektlər üçün qurulan modellər.
Informasiya modellərinə misal olaraq şəxsiyyət vəsiqəsini, işçinin şəxsi işini, qatarların, təyyarələrin, avtobusların hərəkət qrafiklərini (cədvəllərini), dərs cədvəllərini, müəssisənin, şirkətin, dövlətin strukturunu , ölkələrin və dünyanın coğrafi xəritələrini, müəssisənin istehsalat planının cəbri tənliklər sistemi şəklində təsvirini, hər hansı verilənlər bazasının konseptual modelini və s. göstərmək olar.