Моdel anlayışı. Modelləşdirmənin mahiyyəti


Modeli həssaslığının təhlili



Yüklə 0,55 Mb.
səhifə5/16
tarix14.11.2022
ölçüsü0,55 Mb.
#69113
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   16
SAKM MUH KONSPKT

Modeli həssaslığının təhlili. Modelin ilkin sınaq dövrlərindən başlayaraq, onun işlənməsinin müxtəlif mərhələlərində həssaslıq təhlili lazımi və faydalı ola bilər. Həssaslığın ilkin təhlili real sistemin özünü aparmasının imitasiyası üçün əhəmiyyətsiz olan dəyişən kəmiyyətlərin aşkar olunmasına imkan verir.
Model vasitəsilə ədədi eksperimentlərin aparılması hər hansı bir sistemin riyazi modelləşdirilməsinin son mərhələsidir və bu vaxt böyük miqdarda məsələlər həll etmək olar.

Modelləşdirilən sistemin funksiyaları və imkanları.
Obyektyönlü modelləşdirilən sistemin əsas funksiyaları aşağıdakılardan ibarətdir:

  1. Diskret komponentlərin formal yazılışı üçün vasitələrin təqdimi;

  2. Modelin struktur qrafı şəklində təsviri və onun obyektlərinin ümumi informasiya sahəsi ilə əlaqələndirilməsi;

  3. Hadisələrin koordinasiyasının həyata keçirilməsi;

  4. Tranzaktların keçəcəyi yolun təyini;

  5. Qovşaqların vəziyyətlərinin dəyişdirilməsi və idarə etmənin modelin kəsilməz komponentlərinə ötürülməsi.

Modelləşdirilən sistem 6 anlayışa əsaslanır:

  1. Modelin qrafı. Bütün proseslər çoxsəviyyəli iyerarxik istiqamətlənmiş qraf şəklində birləşdirilərək təsvir edilir.

  2. Tranzakt. Tranzakt- hər hansı xidmətə dair formal sorğudur. Adi sorğudan fərqli olaraq, tranzakt xüsusi dəyişən xassə və parametrlər yığımına malikdir. Tranzaktların qraf üzrə hərəkət yolu modelin komponentlərinin fəaliyyət məntiqi ilə təyin edilir.

Tranzakt aşağıdakıları yerinə yetirə bilər.
- digər tranzaktlar qrupunu yaratmağı;
- konkret tranzaktlar qrupunu ləğv etməyi;
-resursları zəbt etmək və onlardan müəyyən vaxt ərzində istifadə edib, sonra isə azad etməyi;
- xidmət vaxtlarını təyin etməyi, gedilən yol haqqında informasiya toplamağı, özünün və digər tranzaktların sonrakı yoluna dair informasiyaya malik olmağı.
Tranzaktların əsas parametrləri aşağıdakılardır:
-tranzaktın unikal identifaktoru;
- tranzaktın daxil olduğu qrupun identifakotiru;
- tranzaktın nə vaxtsa istifadə edə biləcəyi müxtəlif resurslar yığımı;
- tranzaktın həyat dövrü;
- tranzaktın üstünlük dərəcəsi;
-tranzaktın hər hansı xidmətedici qurğudakı xidmət parametrləri.
Tranzaktlara misallar: telekommunikasiya paketi, alıcı , məhsula sorğu, avtomobil, emal oluunan detal, işçi və s.


  1. Yüklə 0,55 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin